Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə50/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   46   47   48   49   50   51   52   53   ...   99
“MƏN BİR ZİYALI KİMİ…”
Bir  ara  tez-tez  təqdimat  mərasimlərinə  gedirdim.  Evə  gələndə  isə 
tam xəstə vəziyyətinə düşürdüm. Qan təzyiqim gah yuxarı qalxırdı, necə 
deyərlər  əndazəsindən  çıxırdı,  gah  da  aşağı  düşürdü.  El  arasında  buna 
deyirlər ki, təzyiq oynayır. Beləliklə, ürəkdə əməlli-başlı ağrılar başlayırdı. 
Səbəbini  özüm  üçün  yavaş-yavaş  aydınlaşdırmağa  başladım.  Sən  demə, 
mənim təqdimat mərasimlərində halımın pis olmasının səbəbi boğazdan 
yuxarı  təriflər,  kitabın  içərisi  ilə  tanış  olmamış  üzgörəli  çıxışlar,  yerinə 
düşməyən alqışlar, tənəli, tənəsiz baxışlar əməlli-başlı səhhətimə pis təsir 
edirmiş. Bir ay öncənin sözüdür, yenə də bir mötəbər təqdimat mərasiminə, 
necə deyərlər, dəvət etmişdilər, getmişdim. Mərasimin aparıcılığı həvalə 
olunmuş məşhur bir şəxs nitqinə bu cümlələrlə başladı. “Mən bir ziyalı 
kimi sizin mütərəqqi yazar olmağınızın çoxdan fərqinə varmışam…” “Mən 
bir ziyalı kimi…” sözünü eşidən kimi tamamilə halım qarışdı. Ay həzərat, 
bəlkə mən düz fikirləşmirəm, siz mənim başıma bir ağıl qoyun. Adam da 
özü özünə ziyalı deyər? Ziyalı sözü insanın gördüyü xeyirxah əməllərinə 
görə,  öz  işığı,  nuru  ilə  milyonlar  içərisində  şəfəq  saçdığına  görə  xalqın 
fərqli  şəxslər  barədə  işlətdiyi  deyimdir.  Gəlin  ziya  sözünün  mənşəyinə 
diqqət  yetirək.  Ziya  sözü  digər  ərəb  mənşəli  sözlər  kimi  dilimizdə 
sənədləşmiş sözlərdəndir. Mənası işıq, aydınlıq, nur deməkdir. Bax, həmin 
ziya sözündən də ziyalı sözü yaranıb və bizim dilimizdə sevimli sözlərdən 
birinə  çevrilib,  amma  bizim  ali  məktəb  bitirmiş  bəzi-bəzi  adamlarımız 


170
elə bilir ki, əgər ali təhsillidirsə, deməli o, ziyalıdır. Axı bu belə deyil, ay 
soydaşlar,  ziyalılıq  mərtəbəsinə  qalxmaq  üçün  sən  ruhən  ziyanın  içində 
olmalısan  və  nurunla  ətrafdakıları,  yaxını,  yadı,  qohum-qonşunu  ziyaya 
boyamalısan, amma bizim ali təhsilli insanlarımızın dilində “Mən bir ziyalı 
kimi…” sözü “müəllim” sözünü geridə qoyub. Axır vaxtlar qulaqlarım qa-
bar olub bu sözü eşitməkdən… 
Deyirlər,  söz  sözü  gətirər,  elə  mən  də  ziyalı  deyiminə  tapınıb,  uzaq 
keçmişdə  qalmış  uşaqlıq  günlərimin  kiçik  bir  xatiratını  sizin  üçün  nəql 
etmək istəyirəm. Bizim kənddə Səfurə adında bir qadın var idi. Atamın 
əmisinin  həyat  yoldaşı  idi.  Bəxtəvər  günlərinin  bəy  xanımı  olmuşdu.  O 
dağ kəndlərinin birindən bizim kəndə gəlin köçmüşdü. Sovetin vurhavur 
vaxtında ərini, oğlunu itirmişdi, amma ruhən deyib-gülən, folklorumuzdan 
başı  çıxan,  dilindən  bayatılar  düşməyən  bir  xanım  idi.  El  arasında  belə 
insanlara  “sinədəftər”  deyirlər.  Kənddə  təzə  doğulan  uşaqları  dünyaya 
gətirməkdən  tutmuş,  qadın  yas  məclislərinin  aparılmasına  qədər  hər  işə 
yarayırdı. El arasında arabir baş verən dava-dalaşlarda o sülh carçısı ro-
lunu oynayırdı. Bir sözlə, bu qadın ölənə qədər nur, aydınlıq rəmzi idi. 
Aləmə işıq saçırdı. Bütün kənd böyüklü-kiçikli onu “dostu” deyə çağırırdı. 
Halbuki o bu kənddə heç kimə qan qohumu deyildi, baxmayaraq ki, hamı 
onu  öz  əzizlərindən  artıq  sayırdı.  Bu  qadın  heç  bir  təhsil  görməmişdi, 
amma öz ziyası ilə aləmə nur saçırdı… 70-ci illərdə dünyasını dəyişmiş bu 
qadını tanıyıb-bilənlər indi də rəhmətlə anırlar…
Cəmiyyətimizdə  əyər-əskiklərin  baş  alıb  getdiyi,  işğalda  inləyən  tor-
paqlarımız haray qopartdığı bir məqamda indi həqiqi ziyalı sözünə ehtiyac 
duyur insanlarımız, amma bizim cəmiyyətimizdə boğazdan yuxarı təriflər 
aləmi başına götürüb. İş o yerə gəlib çıxıb ki, adam öz-özünə ziyalı dey-
ir. Bəs görəsən, özünə ziyalı deyən şəxs haqqında başqaları nə fikirləşir? 
Burda,  möhtərəm  oxucular,  böyük  bir  sual  meydana  çıxır  və  bu  sualın 
cavabını  siz  istəkli  oxuculardan  sormaq  istəyirəm.  Adam  da  öz-özünə 
ziyalı deyərmi?.. Hələlik isə salamat qalın. Allah amanında… 
19.06.2012

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin