Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə62/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   58   59   60   61   62   63   64   65   ...   99
 
 
          
                               Yollar elə uzanır,
Sanki qurtarmayacaq.
Bizi apardığıtək 
geri qaytarmayacaq.
Vaxt keçir, aşıb-daşır
insan dözümü, səbri,


191
Yardımlı – ölkəmizin
 uzaq, ucqar “Sibiri”.
Hafiz  Rüstəm  indi  bir  tarixə  çevrilmiş  sovet  dövrünün  yaşantılarını 
qələmə  alır.  O,  Rus  İmperiyasının  ölkəmiz  içində  cızdığı  sərhədlərinin 
törətdiyi  fəsadları  poemanın  misralarına  gətirir.  Vətən  içində  öz  yurd-
yuvasına çətinliklə gedib-gələn insanların məşəqqətli həyatını yana-yana 
qələmə alır. O, parça-parça, tikə-tikə olmuş başıbəlalı Azərbaycanın faciəvi 
taleyini,  bütünlükdə  hamımızın  ürək  ağrısını  poemasında  əbədiləşdirir. 
Hələ tələbəlik illərində Bakı Universitetində oxuduğum zamanlarda tələbə 
yoldaşlarım  Naxçıvana,  Yardımlıya  bir  çox  sərhəd  rayonlarına  gediş-
gəlişin başağrısı olduğunu deyirdilər. Onların başıbəlalı Azərbaycanımızın 
içərisindən çəkilmiş tikanlı məftillərin hər iki tərəfində həsrətli gözlərin 
axıtdığı  kədər  yaşlarının  hekayətini  nəql  etdiklərinin  şahidi  olmuşam. 
Tələbə yoldaşlarım öz doğma yurdlarına çətinliklə gedib gəlirdilər, məhz 
şair də bu həyat hekayətində xalqın keçirdiyi acı-ağrıları misraların dili ilə 
oxucuya bəyan edir. Müəllif əsərin “İlk bahar lövhələri” bölməsində öz 
halı-əhvalını dağlarla bölüşür:
Sizinçün burnumun ucu göynəyir,
Burnumdan uzağa getmədim, dağlar. 
Mən də bəxtəvərdim guya şəhərdə,
Əslində murada yetmədim, dağlar. 
Sizsiz neçə-neçə illər ötüşdü,
Əsdi rüzgarlar, yellər ötüşdü, 
Ələndi qar-yağış, sellər ötüşdü,
Mənsə yanınızdan ötmədim, dağlar. 
Deyirlər  ki,  insanın  yaxşı  günləri  barmaqların  sayı  qədərdir.  Müəllif 
dağlara  həsr  etdiyi  bu  gözəl  qoşmasında  keçirdiyi  xoş  günlərinin 
xatirələrindən  doğan  yurd  istəyini,  təbiət  gözəlliklərini  misraların  sehri 
içində bəsləyir. Sözün aliliyi ilə təbiət mənzərələrinə aşina olur. Şəhərin 
texniki üstünlükləri saf kənd havasının, onun təbii yeməklərinin qarşısında 
olduqca aldadıcı və keçicidir. Adam yaşa dolduqca, fiziki problemlər or-
taya  çıxdıqca  daha  çox  o  təmizliyin,  o  saflığın,  o  büllurluğun  həsrətini 


192
çəkir. Hər kəsə bəllidir ki, candan şirin heç nə yoxdur, o şirin can bədən 
ağrıları artdıqca öz öhdəsinə düşən yükü çəkə bilmir. Yavaş-yavaş insan 
özü üçün sakit bir guşə arzusunda olur. O sakit guşələr isə uf demədən atıb 
gəldiyimiz yurdlar, obalardır, məhz Hafiz Rüstəm də o obaların, o yurdların 
qəlbdən getməz məhəbbətini möhtəşəm sözün axarı-buxarı ilə misralarının 
ovqatına kökləyir. Qardaşım Hafiz Rüstəm, yurdun şirinliyi canla ölçül-
ür, can nə qədər insana əzizdirsə, yurd da elə can mərtəbəsindədir. Mən 
əsgərlikdən sonra Rusiyanın ucqarlarının birində gün-güzəran sürmüş bir 
nəfər yurddaşımızın ağır vəziyyətdə kəndə dönüb ata evinin daş divarını 
qucaqlayıb hönkür-hönkür ağladığının şahidi olmuşam. Nə idi ömrünün 
qüruba enən çağında onu kilometrlərlə yolu qət edib can ağrılarıyla ocağa 
gətirən?! Mənə elə gəlir ki, beynin hansısa qatında özünə yuva salmış ocaq 
sevgisi, uşaqlıq xatirələrində mürgüləyən ata mehri, ana məhəbbəti idi. Diş 
göynədən bulaqların şaqqıltısı şairi hansı andasa gecə yuxusundan ayıldıb, 
şirin yuxusuna soyuq su səpib:
Get Çanaqlı bulağa
Diş göynədən,
Dil-damaq donduran
Bir kuzə su gətir…
Necə deyərlər, bir el mahnısında deyildiyi kimi:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin