XƏYALLA DÖVLƏT YIĞANLARIN fACİƏSİ
Əslində dünyaya gələndən, bir balaca özünü dərk edən gündən həyatın
çətinliklərlə dolu olduğunun fərqində olursan. O ki ola kasıb, imkansız,
bir qarın çörəyi güclə-zorla qazanan ailədə doğulasan. Belə ailələrin
uşaqlarının hansı ağrı-acılardan keçdiyi göz önündədir. Bunu hər gün
qonum-qonşumuzda, qohum-əqrəbamızda, yaxın-uzaq olmağımızdan asılı
olmayaraq eşidirik, görürük, duyuruq, bəzən biz də onlarla birlikdə ağrı-
acılar keçiririk, əsəb sarsıntılarına, sonu bitməz üzüntülərə məruz qalırıq.
Belə ailələrin uşaqları bəzən ali təhsil də alırlar, amma bu ali təhsil öz
bəhrəsini vermir, çünki bizim ölkədə keyfiyyətsiz təhsil, keyfiyyətsiz
mütəxəssis axınının yaranmasına səbəb olur. İmkansızlar özlərinə iş tapa
bilmir, tapdıqları iş də çox vaxt aşağı maaşla olur. Hələ uşaq vaxtlarından
bir-birinin yeməyinə, pal-paltarına göz dikən imkansız ailələrin övladları
209
belə bir tale yaşayır. Müstəqil ölkəmizdə tərəzinin gözü kəskin şəkildə
əyilməyə başlayıb. Ortabab təbəqə artıq yox dərəcəsindədir. Həddən artıq
kasıblar və həddən artıq varlılar boy göstərməyə başlayıb.
Varlı ailələrin uşaqlarının həyatı kasıb ailələrdə doğulan və çətinliklə
boya-başa çatan yeniyetmələrdə, gənclərdə nifrət hissi yaradır. Onlar da nəyin
bahasına olursa olsun, varlanmaq, ev-eşik, maşın-bağ, təmtəraq sahibi ol-
maq istəyirlər… Əslində bu hər bir insanın yaşamaq haqqıdır. Hər birimiz bir
ömür yaşayırıq. Bu yaşadığımız ömrü ürəyimiz istəyən kimi başa vurmağa
cəhd edirik, amma imkansız ailələrdə doğulan uşaqların bu cəhdləri çox vaxt
sonugörünməz faciələrə gətirib çıxarır. Kimi varlanmaq, nəyə isə nail olmaq
üçün oğurluğa əl atır, kimi ən ağır cinayətlərdən belə çəkinmir. Kimi isə…
Elə bu kimi isənin üstündə dayanmaq istəyirəm. İnternet həyatımızda
peyda olandan, kasıb ailələrin uşaqları evdə kompüter, internet tapmasa-
lar da, hər yerdə tüğyan edən, həyatımızın bir parçasına çevrilən internet-
klublara üz tutdular. Bəs bu internet-klublar bizim uşaqlara, yeniyetmələrə,
cavanlara nə verdi? Əsəbgətirici oyunlar, erotik filmlər, bir də indi çox
imkansız ailələrin evini məzara çevirən qumar… Qumar saytları insa-
na hər şey vəd edir. Bir an istər ki, həmin saytlarda qeydiyyatdan keçib
onların quluna çevriləsən, hətta həmin saytlarda cürbəcür işlər də reklam
olunur. Bir az bacarığı olan o işlərdən birinə düzəlib bu saytların birinin
köləsinə çevrilir. Bəli, köləsinə… Maaş alan kimi sonuncu qəpiyini də bu
saytlarda gedən oyuna uduzan bədbəxt adamlar milyoner olmaq eşqilə
yanıb-yaxılır. Banklardan faizlə pul götürür, aylıq maaşlarını bu banklara
ödəmək məcburiyyətində qalırlar. Çox vaxt belə adamlar ata-ana qoltuğuna
sığındıqları evlərini, mənzillərini belə qumara qoymaq fəlakətilə üz-
üzə dururlar. Onlar qumar saytlarının canlı şikarı olurlar. Udmaq xəyalı
ilə dövlətli olmaq istəyən iradəsiz, aşağı düşüncəli insanlar isti, kasıb,
doğma evlərində əməlli-başlı bəlaya çevrilirlər, ata-analarından, varsa
gənc ailələrindən, körpə uşaqlarından üz döndərirlər. Nəyin bahasına ol-
ursa olsun, uduzduqları pulları heç olmasa geri qaytarmaq istəyilə yenə də,
yenə də, yenə də tələyə düşürlər. Bəlkə də dünyada milyonda bir adamın
taleyinə düşən udmaq şansı onlara qismət olmur ki, olmur… Uduzduqca
doğmaların gözündən düşürlər, yavaş-yavaş bu sirr ailədən çıxıb qohum-
əqrəba, tanış-biliş, qonum-qonşu arasına yayılmağa başlayır. Sirr faş old-
uqca onlarda, yəni bu qumar düşkünlərində ətrafdakılara nifrət qızışmağa
başlayır. Dünən sevdikləri, yeganə təsəlli tapdıqları ata-ana, bacı-qardaş
210
onlar üçün artıq səddə çevrilir. Onlar bu səddi aşmaq üçün sonda hər
şeyə əl atırlar, yetər ki, içlərində olan istəklərini, qumara girişmək atəşini
yenidən söndürsünlər, bu “yenidənlər” isə bitmir ki, bitmir… Nə onlar
qazanıb dövlətli ola bilir, nə də onları tutulduqları bu əzablı, dəhşətgətirici,
fəlakətverici istək buraxır…
Ümumiyyətlə, bilmirəm sosial vəziyyətin aşağı olması, ya orta-ali təhsil
ocaqlarının bizim insanların şüuru üçün yetərli olmaması insanlarımızda
mənəviyyata marağı nəinki azaldıb, hətta demək olar ki, söndürüb. Əksər
insanlarımızı indi nə işğal olunmuş torpaqlarımızın xilası, nə kitaba,
mənəvi dünyaya tələbat maraqlandırır. Onları bu saat varlıların təmtəraqlı
həyatı, min bir rəngli, bahalı maşınları, bütünlükdə yaşayış tərzləri vəcdə
gətirir. Yazımın əvvəlində qeyd etdiyim kimi, deyəsən bizim ölkədə haqq
tərəzisi əməlli-başlı əyilib. Haqqın tərəzisi əyilən yerdə isə süfrədən çörək
göyə çəkilər deyirlər, mənəvi hisslər öləziyər, mənəvi dəyərlər yavaş-yavaş
yoxa çıxar. Gəlin etiraf edək ki, ciddi xəbər saytlarından, satışda olan ciddi
qəzetlərdən istifadə edənlərin sayı günbəgün azalır. Yüngül həyat tərzini
təbliğ edən teleseriallar indi insanlarımızın beyinlərinə elə nüfuz edib ki,
onlar bu həyatı beyinlərindən evlərinə köçürməkdədirlər. İndi imkansız
ailələrin də uşaqları ayrı mənzil, çoxlu pul, firavan həyat istəyirlər. Bu
firavanlığa çatmayanda isə hər şeyə əl atırlar. İnsan beynini zəhərləyən,
şəraba-spirtli içkilərə, narkotik müsibətə, pozğunluğa, fahişəliyə, oğurluğa,
ən ağır cinayətlərə, qumara… Bu da kütləvi şəkildə gənc ailələrin bo-
şanmasına, doğulan uşaqların atasız və yaxud anasız böyüməsinə, sonu
görünməz ailə faciələrinə gətirib çıxarır. İndi xəyalla dövlət yığanların
faciəsinə bizlər seyrçi qaldıqca, bu addımımız sosial bəlaların artmasına
zəmin yaradır. Bu gün 28-30 yaşlı cavan qumar saytlarının quluna çevrilib
ondan asılı vəziyyətə düşürsə, ondan nə ailə başçısı, nə ləyaqətli ata, nə də
cəmiyyətə layiq insan çıxar. Layiqli insan yetişdirən ölkələrin vətəndaşları
bəxtəvərdir, vallah, billah. Biz isə hələ də xəyalla dövlət yığmaq faciəsi
içindəyik. Allah belə günlərin sabahından qorusun bizləri…
28.01.2013
|