5.
Ġxtisas uyğunluğu
Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası
tərəfindən müəyyən edilir.
Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və
rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul
komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.
Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında
imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec
olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi ali
təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən
məzuniyyət almaq hüququ verir.
|