"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/44
tarix26.12.2016
ölçüsü0,61 Mb.
#3543
1   2   3   4   5   6   7   8   9   10   ...   44
6.

 

Qəbul imtahanları və müsabiqə 

 

 

Doktoranturaya  qəbul  olmaq  istəyənlər  ixtisas  fənnindən,  xarici  dildən  (rus  dili  istisna 



olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfədən ali təhsil pilləsinin 

magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları 

verirlər. 

 

Qəbul  imtahanlarını  keçirmək  məqsədi  ilə  ali  təhsil  müəssisələrində  və  elmi  təşkilatlarda 



müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır. 

 

İxtisas  fənnindən  qəbul  imtahanını  doktoranturanın  fəaliyyət  göstərdiyi  ali  təhsil 



müəssisəsinin  və  elmi  təşkilatın  rəhbəri  tərəfindən  yaradılan  komissiya  həyata  keçirir. 

Komissiyanın  tərkibində  müvafiq  ixtisas  üzrə  ən  azı  iki  elmlər  doktoru  və  ya  professor 

olmalıdır.  Nəzərdə  tutulan  rəhbərlər  də  komissiyanın  üzvü  ola  bilərlər.  Komissiyanın 

sədri  ali  təhsil  müəssisəsinin  və  elmi  təşkilatın  rəhbəri,  yaxud  elmi  işlər  üzrə  müavini 

təyin  edilir.  Müstəsna  hallarda,  bəzi  ixtisaslar  üzrə  elmlər  doktorları  və  professorlar 

olmadıqda,  komissiyanın  tərkibinə  fəlsəfə  doktorları  (elmlər  namizədləri),  dosentlər, 

xarici  dil  üzrə  isə  elmi  (alimlik)  dərəcəsi  olmayan  təcrübəli  mütəxəssislər  daxil  edilə  

bilər. 


 

Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha  yüksək qiymət alan və 

çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir. 

 

Ali  təhsil  müəssisələrində  və  ya  elmi  təşkilatlarda  yaradılmış  qəbul  komissiyaları 



imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edirlər. 

 

Ali  təhsil  müəssisələri  və  elmi  təşkilatların  elmi  şuraları  doktorantların  dissertasiya 



mövzularını  və  elmi  rəhbərlərini  onların  qəbul  komissiyaları  tərəfindən  doktoranturaya 

qəbul  olunmaları  haqqında  qərar  qəbul  etdikləri  gündən  1  aydan  gec  olmamaq  şərtilə 

təsdiq edir. 

 

Ali  təhsil  müəssisəsinin və  elmi  təşkilatın  elmi  şurası  müvafiq  şöbə,  bölmə,  kafedra  və  ya 



laboratoriyanın  təqdimatı  əsasında  iddiaçının  dissertant  təhkim  olunması,  onun 

dissertasiya mövzusu,  fərdi iş  planı və elmi  rəhbəri (məsləhətçisi) haqqında qərar qəbul 

edir.  Elmi  şuranın  qərarı  əsasında  ali  təhsil  müəssisəsi  və  ya  elmi  təşkilatın  rəhbəri 

iddiaçının təhkim olunması haqqında əmr verir. 

 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin