"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix26.12.2016
ölçüsü0,61 Mb.
#3543
1   ...   6   7   8   9   10   11   12   13   ...   44
9.

 

Attestasiya 

 

 

Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri və elmi  təşkilatlar 



tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan 

keçməlidirlər  (Əlavə  3).  Attestasiyanın  keçirilmə  müddəti  ali  təhsil  müəssisəsi  və  elmi 

təşkilatların  rəhbərləri  tərəfindən  müəyyən  edilir.  Doktorantın  növbəti  tədris  ilində 

təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir. 

 

Ali  təhsil  müəssisələrinin  və  elmi  təşkilatların  elmi  şuralarında  doktorantların  elmi 



rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir. 

 

Doktoranturada  fərdi  iş  planını  yerinə  yetirən  və  elmi  tədqiqat  işini  bitirən    şəxslər 



«Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar. 

 

Qeyd:  Doktorantların  attestasiyası  adətən  hər  il  dekabr  ayında  keçirilir.  Attestasiya 

doktorantın  təhkim  olunduğu  kafedrada  keçirilir.  Doktorant  və  onun  elmi  rəhbəri  cari  il 

üçün nəzərdə tutulan planın yerinə yetirilməsi haqqında hesabat verirlər və növbəti il üçün 

nəzərdə  tutulan  iş  haqqında  iclas  iştirakçılarına  məlumat  verirlər.  Attestasiyanın  nəticəsi 

kafedranın iclas protokolunda əksini tapmalıdır. Kafedranın iclas protokolundan çıxarış və 

doktorantın hesabatı Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır. 

Üzürsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra 

ilə əlaqə saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric 

olunur. 


 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin