Microsoft Word 1-ci m vzu- fh t snifati


Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə198/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   194   195   196   197   198   199   200   201   ...   228
Obyektlərdə, şəhərlərdə rabitə və xəbərdarlıq. 
 
Rabitə  sistemi  əmin  amanlıq  dövründə  mövcud  olan  rabitə  qovşaqları, 
stansiyaları  və  xəttlərindən,  eləcə  də  MM  qərargahlarının  tabel  rabitə  vasitələrindən 
istifadə olunmaqla təşkil edilir. 
Şəhərin  ərazisində  vahid  MM  rabitə  sistemi  yaradılmalıdır.  Buna  bütün  mövcud 
qüvvə və vasitələr, dolayı rabitə xətlərini bir mərkəzdə cəmləşdirmək, onlara rəhbərliyi 
mərkəzləşdirilmiş  halda  planlaşdırmaq  və  rabitənin  bütün  növlərindən  kompleks 
halında istifadə etməklə nail olmaq mümkündür. 
Şəhərin  (rayonun)  rabitə  xidməti  imkan  verməlidir  ki,  MM  rəhbərləri  öz 
idarəetmə  məntəqələrində  tabelikdəki  təşkilatların  və  MM  xidmətlərinin  başçıları  ilə, 
yuxarı  və  qarşılıqlı  fəaliyyət  göstərən  MM  qərargahları  ilə,  eləcə  də  ərazi  MM 
dəstələrinin komandirləri, kəşfiyyat orqanları, əhalini köçürmə (qəbuletmə), nəqliyyata 
mindirmə  (düşürmə)  məntəqələri  ilə  etibarlı  əlaqə  saxlaya  bilsin,  həmçinin  hər  cür 
təhlükəli  hallar  barədə  vəzifəli  şəxsləri  və  bütün  əhalini  vaxtında  xəbərdar  etmək 
mümkün olsun. 
Obyektlərdə  də  rabitənin  rolu  və  əsas  vəzifələri  mahiyyətcə  şəhərdə  olduğu 
kimidir.  Burada  rabitə  sistemi  konkret  olaraq  müəssisənin  rabitə  qovşağını,  obyekt 
idarəetmə məntəqəsinin rabitə qovşağını və MM dəstələrinin rabitə vasitələrini özündə 
birləşdirir. 
Hərbiləşməmiş  MM  dəstələrinin  rabitə  vasitələri  –  müxtəlif  tipli  telefon 
aparatlarından, telefon kabelindən, ultraqısa dalğalı radiostansiyalarından və tabel üzrə 
verilən digər avadanlıqdan ibarətdir. 


 
219 
Obyektlərdə  də  rabitənin  adları  çəkilən  bütün  4  növdən  aşağıdakı  qaydada 
istifadə olunur: 
•  Məftilli  rabitə  -  rayonun  (şəhərin),  nazirliyi  (yuxarı  idarənin)  rəhbərliyi  ilə; 
obtektin  sığınacaqları,  müşahidə  postu,  öz  iş  yerlərindəki  sex  və  şöbə  rəisləri  və 
obyektin MM xidmətləri ilə əlaqə saxlamaq üçündür. 
•  Radiorabitə  -  obyektdə,  adətən,  MM  rəhbərlərinin  radioşəbəkəsi  təşkil  edilir, 
buraya  dəstə  komandirlərinin  radiostansiyaları  qoşulur.  Obyekt  MM  rəhbərlərinin 
radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən 
xüsusən  yürüş  zamanı  və  zədələnmə  ocaqlarında  xilasetmə  işləri  aparılarkən  istifadə 
olunur. 
•  Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə - əlavə 
vasitələr kimi, belə avadanlıq olmayan hallarda rabitə növü kimi istifadə edilir. 
•  Siqnalla  rabitə  vasitələri  –  sirenalar,  siqnal  raketləri  və  bayraqcıqları  həm 
xəbərdarlıq  üçün,  həm  də  MM  –in  sərəncam  və  komandalarını  çatdırmaqdan  ötrü 
yardımçı vasitələr kimi işlədilir. 
Rabitə    xidmətlərini    icra  etmək  üçün  obyektlərdə,  eləcə  də  MM  dəstələrində 
rabitə qrupları və manqaları yaradılır. Bunların təşkilati strukturu, şəxsi heyətinin  sayı 
və  avadanlıqla  təchizat  normaları  yuxarı  MM  rəhbərləri  tərəfindən  müəyyən  edilir. 
Obyektin rabitə sistemi MM-in bütün fəaliyyət mərhələlərində - yəni müəssisənin daimi 
yerləşdiyi  yerdə,  köçürülmüş  fəhlə  və  qulluqçular  məskunlaşan  şəhərədənkənar  və 
xilasetmə  işləri  aparılan  sahələrdə obyekt  rəhəbərini etibarlı  rabitə ilə  təmin  etməlidir. 
Müəssisənn daimi yerində mülki müdafiə hazırlıq səviyyələrinə keçilərkən rabitə burada 
ə
vvəlcədən  düzəldilmiş  idarəetmə  məntəqəsindən  təşkil  edilir.  Məntəqədə  aşağıdakı 
rabitə vasitələri olmalıdır: 
•  Obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar; 
•  Nazirliyin  (şirkətin),  eləcə  də  rayonun  (şəhərin)  MM  qərargahı,  digər 
təşkilatları ilə telefon rabitəsi; 
•  Müəssisənin  sığınacaqarı,  “hava  həyəcanı”  siqnalı  üzrə  işini  dayandırmayan 
sexləri,  eləcə  də  MM  dəstələri,  o  cümlədən  də  müşahidə  postu  ilə  bilavasitə,  yaxud 
obyektdəki ATS vasitəsilə telefon rabitəsi; 
•  Rayonun  köçürmə  (qəbuletmə),  toplanış,  nəqliyyat  minidrmə  (düşürmə) 
məntəqələri ilə şəhərin ATS-i vasitəsilə telefon rabitəsi; 
•  Obyektin  şəhərədənkənar  zonadakı  operativ  qrupu  ilə  sifariş  sistemi 
qaydasında telefon rabitəsi; 
•  Yerli MM qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə radi rabitəsi. 
Digər hallarda da rabitənin müxtəlif növlərindən kompleks surətdə istifadə edilir. 
MM  sistemində  siqnalların  və  xəbərlərin  verilməsi  qaydası  belədir:  Xəbərdarlıq 
siqnallarının  həm  respublika  MM  qərargahı  tərəfindən  verilib  regional  bölmələrə, 
şə
hərlərə  və  rayon  mərkəzlərinə  çatdırılması  mümkündür,  həm  də  siqnal,  məlumat  və 
xəbərlər  şəhər,  rayon  və  obyekt  MM  qərargahlarının  özləri  tərəfindən  verilə  bilər. 
Birinci halda -  respublika MM idarəsində yaxud onun şöbələrindən rayon mərkəzlərinə 
çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər 
və əhali xəbərdar edilməlidir. 
Rəhbər heyət iş və mənzillərdəki telefon vasitəsilə xəbərdar edilir. 


 
220 
Ə
haliyə  siqnal,  xəbər  və  məlumatlar  iş  və  yaşayış  yerlərində  müvafiq  MM 
rəhbərləri tərəfindən, eləcə də  yerli radioyayım şəbəkəsi ilə çatdırılır. 
Müəssisələrin, təsərrrüfatların və digər  təşkilatların  rəhbələrinə  rayonun, bir  sıra 
hallarda isə paralel olaraq nazirliyin MM qərargahları xəbər verirlər. Obyektlərdə isə öz 
növbəsində  əvvəlcədən  lazımi  avadanlıqla  təchiz  edilmiş  xəbərdarlıq  sistemi  yaradılır, 
eləcə də  rabitə və xəbərdarlıq sistemi tərtib edilir. Xəbərdarlıq sxemi obyektdə rəhbər 
heyətin,  MM  dəstələrinin  və  digər  işçilərin  iş  və  işdənkənar  vaxt  xəbərdar  edilməsi 
qaydasını müəyyən edən sənəddir. 
Siqnal  və  sərəncamları  tez  çatdırmaq  üçün  vacib  obyektlərin  MM-in 
mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem obyekyin özündə 
də yaradıla bilər. 
Mərkəzləşdirilmiş  avtomat  xəbərdarlıq  sisteminin  tərkibi  S-40  və  S-28  elektrik 
sirenalarından, məsafədən idarəetmə məcburi çağırış aparaturadan və rabitə xətlərindən 
ibarətdir. 
S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən eşidilir. 
S-28 sirenası isə sənaye müəssisələrinin səsküylü sexlərində qoyulur.  
Məsafədən  idarəetmə  və  məcburi  çağırış  P-160  aparaturu  elektrik  sirenalarının 
mərkəzdən  işə  qoşulmasını,  xəbərdarlıq  siqnallarını  vermək  üçün  radioyayım  qovşağı 
proqramını  məsafədən  məcburi  surətdə  dəyişdirilməsini,  eləcə  də  rəhbər  heyətin  iş  və 
mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin edir. 
 
 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin