Microsoft Word 1-ci m vzu- fh t snifati


Rəqəmsal CIT 250        Çox kanallı rəqəmsal CIT 650    Rentgenmetrlər



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə98/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   94   95   96   97   98   99   100   101   ...   228
 
Rəqəmsal CIT 250 
 
 
 
Çox kanallı rəqəmsal CIT 650 
 
Rentgenmetrlər  –  rentgen  şüalarının  və  ya  γ-şüalanma  dozalarının  gücünü 
ölçmək üçündür. 
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz 
rentgen-saata (R/saat) qədərdir. 
Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları 
tətbiq edilir. 
Rentgenmetrlər DP-3, DP-3B, DP-5, A, B, V, İMD – 2H,  İMD-1, İMD-21 və 
s. belə cihazlardır. 
 
DP-5B 
 
 
İ
MD – 2H


Radiometrlər  –  müxtəlif  səthlərin,  avadanlıqların,  texnikanın,  paltarların, 
havanın  əsasən  α  və  β  hissəciklərlə  radioaktiv  zəhərlənməsini  aşkar  etmək  bu 
zəhərlənmənin dərəcəsini təyin etmək üçündür. Radiometr vasitəsilə az səviyyəli γ 
ş
üalanmanı da ölçmək mümkündür. 
Radiometrlərdə verici olaraq qazboşalma və ssintilyasiya sayğacları işlədilir. 
Bu cihazlar daha çox yayılmış və tətbiq olunurlar. 
Universal  bazalı  QBR-3  cihazı,  SRP-68-01,  Luç-A  betta-qamma  radiometri, 
“Tiss radiometri”, DP-100 M, DP-100 ADM radiometrik qurğuları, solor light, X-
Cite və s. belə cihazlardır. 
 
 
Solar light 
 
X-Cite
Dozimetrlər – zəhərlənmiş ərazidə fəaliyyət göstərən bütün müddət ərzində 
şə
xsi heyətin aldığı cəmi şüalanma dozalarını (əsasən γ şüalanma dozalarını) təyin 
etmək mümkündür. 
Fərdi  dozimetrlər  kiçikölçülü  ionlaşma  kamerasından  və  plyonkalı 
fotokasetdən ibarətdir. 
Kameralar  komplektindən  (dəstindən)  və  doldurma  –  ölçmə  tərtibatından 
ibarət cihaz dəstinə - fərdi nəzarət komplekti deyilir. 
DK-02,  DP-22V,  DP-24V,  İD-1,  İD-11,  horiba  U  52,  PT  878,  RAD-60 
(Personal  Alarm  Dosimeter),  noise  Dosimeter  -  Quest  300  və  s.  cihazlar  fərdi 
dozimetrlər komplektləridir.  
Vericilərin tipinə görə cihazları: ionlaşma kameraları, silindir formalı və kəllə 
qazboşalma  sayğacları,  ssintilyasiya  sayğacları  və  fotomüqavimətli  sayğaclar 
tətbiq olunan cihazlar növünə ayırmaq olar. 
Ölçülən  şüalanmanın  növünə  görə,  cihazları  –  γ  şüalanmanı  ölçən,  β  və  α 
hissəcikləri ölçən cihazlara ayırmaq mümkündür. 
Cihazın  sxemində  çevrilən  siqnalların  xarakterinə  görə  dozimetrik  qurğular 
iki qrupa ayrıla bilər. 


 
Horiba U 52 
 
 
 
 
RAD-60 (Personal Alarm Dosimeter) 
 
 
 
PT 878 
 
 
 
 
 
Noise Dosimeter - Quest 300
 
Birinci  qrupa  elə  cihazlar  aid  edilir  ki,  burada  nəzarət  edilən  şüalanmaların 
hissəcikləri  və  ya  fotonları  detektor  vasitəsilə  qısa,  ardıcıl  elektrik  siqnallarına 
(impulslara)  çevrilir.  Bu  qrup  cihazların  elektrik  sxemi  çevirici  və  impuls 
gücləndiricisi rolunu oynayır. 
İ
kinci  qrupa  aid  olan  dozimetrik  cihazlarda  isə  cihazın  detektoru  ona  təsir 
göstərən  şüalanmaları  fasiləsiz  sabit  cərəyana  çevirir.    Belə  halda  cihazın  sxemi 
sabit cərəyan gücləndiricisi və çevirici rolunu oynayır. 
Müasir dozimetrik cihazların çox hissəsi ionlaşma və fotodiod  (ssintilyatorlu) 
metodu əsasında işləyir. Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir:  
•  vericilərin əsas tərkib hissəsi olmaqla, detektorlar (ionlaşma kameraları və 
fotodiod qəbuledicilər), qazboşalma sayğacları və ya ssintilyatorlar;  
•  impulsların çevirici elektrik sxemi; 


•  ölçmə  və  ya  qeyd  etmə  cihazları  (cihazın  ölçəcəyi  fiziki  kəmiyyət 
vahidlərinə bilavasitə dərəcələndirilmiş şkalalar). 
 
 
Cihazın  ümumiləşdirilmiş  birtipli  
blok-sxemi şəkildəki kimidir verilmişdir. 
 



Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin