www.stomatoloq.az
TİBBİ SIĞORTA HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun əhalinin tibbi sığortasının təşkilatı, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın
subyektləri arasındakı münasibətləri tənzimləyir.
I FƏSİL
Ümumi müddəalar
Maddə l. Tibbi sığorta və onun formaları
Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi
baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir. Tibbi
sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib
hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı
almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə
könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.
Maddə 2. Tibbi sığorta haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanun-
vericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi
aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.