II. Vəzifə öhdəlikləri
6.
Sahə həkim-terapevti ona təhkim edilmiş sahənin əhalisinə tibbi xidməti
göstərir.
7. Sanitar-gigiyenik
maariflənməni həyata keçirir, sağlam həyat tərzinin
formalaşması məsələləri üzrə məsləhətlər verir.
8.
Xəstələnmənin qarşısının alınması və azaldılması üzrə profilaktik
tədbirləri, xəstəliklərin erkən və gizli formalarının, sosial əhəmiyyətli xəstəliklərin və
risk faktorlarının aşkarlanmasını həyata keçirir, sağlamlıq məktəblərini təşkil edir və
aparır.
9.
Sağlamlıq tədbirlərində xidmət etdiyi əhalinin tələbatını öyrənir və bu
tədbirlərin aparılması proqramını işləyib hazırlayır;
13. Pasiyentlərin dispanser müşahidəsini həyata keçirir;
14. Müxtəlif xəstəlik və vəziyyətlərin diaqnostika və müalicəsini, o cümlədən
pasiyentlərin ambulator, gündüz stasionarı və evdə stasionar şəraitlərində bərpaedici
müalicələrini təşkil edir və aparır;
15. Kəskin xəstələnmələr, travmalar, zəhərlənmələr və digər təxirəsalınmaz
hallarda pasiyentlərə ambulator, gündüz stasionarı və evdə stasionar şəraitlərində
təxirəsalınmaz tibb yardım göstərir;
16. Pasiyentləri məsləhət üçün mütəxəssislərə, o cümlədən tibbi göstərişlər
üzrə stasionar və bərpaedici müalicə üçün istiqamətləndirir;
17. Müvafiq qaydada epidemiya əleyhinə tədbirləri və immunoprofilaktikanı
təşkil edir və aparır;
18. Müvafiq qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinin
ekspertizasını aparır və tibbi-sosial ekspertizaya göndəriş üçün sənədləri rəsmiləşdirir;
19. Pasiyentlərin tibbi göstərişlər üzrə sanatoriya-kurort müalicəsinə
göndərişlərinin zəruriliyi barədə rəy verir;
20. Dövlət, bələdiyyə və özəl səhiyyə sistemlərinin tibb təşkilatları, tibbi
sığorta kompaniyaları və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir;
21. Əhalinin sosial müdafiəsi orqanları ilə birlikdə vətəndaşların ayrı-ayrı
kateqoriyalarına – qulluğa ehtiyacı olan tənhalara, ahıllara, əlillərə, xroniki xəstələrə
tibbi-sosial yardımı təşkil edir;
22. İlkin tibbi-sanitar yardımını həyata keçirən orta tibb personalının
fəaliyyətinə rəhbərlik edir;
23. Tibbi sənədləşdirməni müəyyən edilmiş qaydada aparır, təhkim edilmiş
əhalinin sağlamlıq vəziyyətini və həkim sahəsinin fəaliyyətini təhlil edir;
24. Rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, peşəkar səviyyədə və
vaxtında icra edir;
25.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
26.
Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
27.
Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir;
3
28. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər görür;
Dostları ilə paylaş: |