Özəl tibb fəaliyyəti haqqında


Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin



Yüklə 255,84 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix26.12.2016
ölçüsü255,84 Kb.
#3654
1   2   3   4   5   6   7   8   9   10   ...   19
 Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin 

məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının 

həyata keçirilməsində iştirakı 

Özəl  tibb  müəssisələri  və  özəl  tibbi  praktika  ilə  məşğul  olan  şəxslər  müsabiqə  əsasında 

icbari  tibbi  sığorta,  dövlət  təminatı  və  səhiyyənin  məqsədyönlü  proqramlarının,  habelə 

bələdiyyə proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər. 

Özəl  tibb  müəssisələri  və  özəl  tibbi  praktika  ilə  məşğul  olan  şəxslərə  dövlət  təminatı  və 

səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən müsabiqələrin keçirilmə 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müsabiqə komissiyasının 

tərkibinə  paritet  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanının,  həmkarlar  ittifaqlarının,  tibb 

işçilərinin  ictimai  birliklərinin  və  özəl  tibb  müəssisələrinin,  tibbi  sığorta  təşkilatlarının 

nümayəndələri daxil olurlar. 

Özəl  tibb  müəssisələri  və  özəl  tibbi  praktika  ilə  məşğul  olan  şəxslərin  dövlət  təminatı  və 

səhiyyənin  məqsədyönlü  proqramlarının  həyata  keçirilməsində  iştirak  etmələri  barədə 

müqavilələr,  onların  icbari  tibbi  sığorta  proqramlarında  iştirakı  hallarında,  müvafiq  icra 

hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatları ilə bağlanır. 

Bu müqavilələrdə: 

tibbi yardımın keyfiyyətinə tələblər

tibbi yardımın həcmi; 

tibbi yardıma görə ödənişin şərtləri və qaydaları; 

tibbi yardımın keyfiyyətinə nəzarət qaydaları; 

müqavilə üzrə özəl tibbi fəaliyyət haqqında qeydiyyat və hesabat qaydaları müəyyən edilir. 

M a d d ə   9 .


Yüklə 255,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin