BANAN – Musaceae Juss. fəsiləsi
Banan - «Ağıl qidası» - Musa x paradisiaca L.
Banan cəngəllik bitkisi olmasına baxmayaraq, öz qiymətli keyfiyyətinə görə hal-hazırda
dünyanın əksər ölkələrinin bazarlarının daimi «sakini»nə çevrilmiĢdir. Hindistanda bananı «ağıl
qidası», «müdrik qida» meyvəsi adlandırırlar. Qəribədir ki, Ģərq aləminin bir çox filosof və yoqları
bütün həyatı boyu banan meyvəsi ilə qidalanmıĢlar. Hal-hazırda banan alma və kartof kimi bizim
gündəlik tələbatımız olan qidaya çevrilmiĢdir. Bananın tərkibi az kalorili olmasına baxmayaraq,
sulu karbonların miqdarına görə alma və kartofdan iki dəfə üstündür. Bananın tərkibində olan
niĢasta meyvə yetiĢdikcə asan həll olan Ģəkərə çevrilir. Bundan baĢqa bananın tərkibində insanların
sağlamlıq durumlarında mühüm əhəmiyyət kəsb edən Na, Ca, Fe, P, Mn və s.
makro- və mikroelementlərlə yanaĢı vitaminlərin zəngin spektrləri (B
6
, C, PP
və s.) vardır. V.P.Alekseyevə görə (1955), bananın ətli hissəsinin tərkibində
72-75% su, 21,9-25,0% sulu karbohidratlar, 1,3-1,5% zülal, 0,09-0,6% piyli
maddə, 0,8-0,9% kül, 30,0-50,1% saxaroza, 5,58-13,94% fruktoza, 8,6-17,47%
qlükoza, 0,94-1,0% aĢı maddəsi, 0,41-1,07% fıtin, quru çəki hesabilə 5,0-
33,2% A, 46-62% B, 6-14% C vitaminləri, 87-88% riboflavin və s. maddələr
aĢkar edilmiĢdir. Banan çox keyfiyyətli qida məhsulu hesab edilir. Ondan 2-3
ədəd yedikdə gün ərzində aclıq hiss etmirsən. Banan tərkibindəki K
elementinin çoxluğıına görə meyvələr arasında «çempion» hesab edilir. Belə
ki, 100 q banan meyvəsinin tərkibində 376 mq% K elementi aĢkar edilmiĢdir.
Banan ən çox ürək sancmalarında və hipertoniyadan əziyyət çəkən xəstələr üçün daha sərfəli hesab
edilir. Hipertoniyalı xəstələrə hər gün 1-2 ədəd banan yemək məsləhət görülür.
YetiĢmiĢ banan meyvəsi ödqovucu. sidikqovucu, qara ciyər və böyrək xəstəliklərinin
müalicəsində geniĢ istifadə edilir. Banandan mədə və onikibarmaq bağrsaqda baĢ verən yaraların
müalicəsində də istifadə edilərək gözəl nəticələr əldə edilir.
Dostları ilə paylaş: |