GĠRĠġ
Azərbaycan torpağının münbitliyi, kifayət qədər su ehtiyatına, bol günəĢ Ģüalarına, iĢıqlı
günlərin uzunluğuna, müxtəlif iqlimə malik olması, eləcə də uzun sürən tarixi-geoloji və ekoloji
təkamülün təsiri nəticəsində müxtəlif xəstəliklərin müalicəsində istifadəsi mümkün olan, tərkibləri
mürəkkəb kimyəvi birləĢmələrdən ibarət dərman bitkilərinin geniĢ fitosenozlarının əmələ gəlməsinə
Ģərait yaratmıĢdır. Təqribən 150 il bundan qabaq görkəmli filosof yazıçı Mirzə Fətəli Axundovun
qələmə aldığı ―Müsyö Jordan və DərviĢ Məstəli Ģah‖ əsərində nəbatat alimi Müsyö Jordanın
dərman bitkiləri toplamaq üçün Fransadan Azərbaycana gəlməsi epizodu təsadüfi deyil. Bu, bizim
çöllərin, çəmənlərin, dağların, meĢələrin, alp və subalp çəmənliklərinin təbiətin bizə bəxĢ etdiyi
müalicəvi bitkilərlə zənginliyidir.
Hazırda bütün dünyada xəstəliklərin müalicəsi və profilaktikasında təbii müalicə vasitələrinə
qayıdıĢ güclənmiĢdir. ABġ-da, Ġngiltərədə, Fransada, Yaponiyada, Çində, Hindistanda, Türkiyədə,
Ġranda, Pakistanda, Rusiyada, eləcə də dünyanın bir sıra baĢqa ölkələrində bitkilərin kimyəvi
tərkibləri intensiv Ģəkildə öyrənilir və onlardan yeni-yeni dərman preparatları hazırlanır.
Təəsüf ki, Azərbaycanda bu sahədə tibb universitetinin farmakologiya və əczaçılıq
fakültələrində, eləcə də Nəbatat Ġnstitutunun bitki ehtiyatları Ģöbəsinin əməkdaĢlarından baĢqa heç
bir yerdə ciddi tədqiqat iĢləri aparılmır. Biz hələ də bir çox xəstəliklərin müalicəsi üçün tələb olunan
bitki tərkibli preparatları xaricdən çox baha qiymətə alırıq. Respublikamızın florasının tərkibində
800 növə qədər dərman bitkisi yayıldığı qeyd edilir (Dəmirov və b., 1982). Lakin uzun illər
apardığımız elmi-tədqiqat, eləcə də təĢkil olunan çoxsaylı ekspedisiyalar zamanı topladığımız
herbari materiallarını təyin etməklə yanaĢı, dünyada dərc olunan jurnal və monoqrafiyaları,
kitabları, eləcə də ixtira və patentləri, internet səhifələrini, referativ jurnalları araĢdıraraq ilk dəfə
elmi əsaslarla müəyyən etdik ki, floramızın tərkibində 1800 növdən artıq dərman bitkisi
yayılmıĢdır. Bunlar 560 cins və 140 fəsilə daxilində birləĢərək ümumi floramızın 40%-ni təĢkil edir.
Müalicəvi bitkilərdən 1720 növü yabanı, 80 növü isə mədəni halda təsadüf edilir. 1800 növ
Ģəfaverici bitkilərdən 1136 növü çoxillik, 140 növü birillik, 193 növü ikiillik, 160 növü kol, 102
növü ağac, 69 növü isə yarımkollardır. Dərman bitkilərindən 420 növü kserofit, 370-i kseromezofit,
340-ı mezokserofit, 264-ü mezofit, 140-ı mezohidrofit, 24-ü hidrofit və s. təĢkil edir.
ġəfaverisi bitkilərin 343 növü Asteraceae, 89 növü Rosaceae, 68-i Fabaceae, 67-i
Lamiaceae, 58-i Chenopodiaceae, 57-i Brassicaceae, 53-ü Caprifoliaceae, 51-i Ranunculaceae, 36-
ı Liliaceae fəsilələrində rast gəlinir. Müəyyən etdiyimiz 1800 növ dərman bitkisinin əksəriyyəti 20
fəsilə daxilində yayılaraq ümumi Ģəfaverici bitkilərin 62,9%-ni təĢkil edirlər. Floramızda yayılan
dərman bitkilərinin bir çoxunun ehtiyatı olmasına görə Azərbaycanın ehtiyacını tam ödəməklə
yanaĢı, onları bir sıra dövlətlərə ixrac edib çoxlu miqdarda valyuta əldə etmək olar. Bunlardan
itburnu, yemiĢan, kəklikotu, adaçayı, ögey ana, dazıotu, qaraqınıx, qatırquyruğu, boymadərən,
gicitkən, andız, Ģirinbiyan, razyana, qantəpər, cökə, gülxətmi, novruzgülü, solmazçiçək, boyaqotu,
əvəlik, pərpərən, xəĢəmbül, baldırğan, bədrənc, dağnanəsi, yarpız, yovĢan, murdarça, palıd,
bağayarpağı, nar, üzərrik, çaytikanı, piĢikotu, ardıc, damotu, diĢqurtlayan, mahmızçiçək, nanə,
qafqaz xanımotu, xaçgülü, acı yonca, üskük out, otvari qıfotu, Ģahdərə, pıtraq, boyaqotu, keçiqulağı,
quĢüzümü, iyli kərəviz, sümürgən, göyçiçək, iri dəmrov otu, zirinc, dərgil (itburnu) və s.-i
göstərmək olar.
Kitabda təsvir olunan bitkilərin müəyyən hissəsi keçmiĢ SSRĠ-nin Dövlət Farmakopeyasında
(X,XI nəĢr) qeyd olunduğuna görə müasir təbabətdə geniĢ istifadə edilir.
Dostları ilə paylaş: |