AZƏRBAYCANDA DƏRMAN BITKILƏRININ ELMI ƏSASLARLA ÖYRƏNILMƏSI
Floramızın tərkibində yayılan dərman bitkilərinin növ müxtəlifliyinin zənginliyi müasir
dövrə qədər elmi əsaslarla öyrənilməmiĢdir. Bu çatıĢmazlığı aradan qaldırmaq üçün 1968-ci ildən
baĢlayaraq respublikamızın ayrı-ayrı rayonlarına planlı surətdə ezamiyyətlər və ekspedisiyalar təĢkil
edilərək minlərlə herbari materialı toplanaraq laboratoriyalarda tədqiq edilməyə baĢlandı.
Toplanılan herbari materiallarının bir qismi Azərbaycan Milli Elmlər Akademiyasının Botanika
Ġnstitutunda, əksər hissəsi isə Leninqrad (indiki Sankt-Peterburq) Ģəhərindəki keçmiĢ SSRĠ-nin
Botanika Ġnstitutunun Qafqaz herbariləri saxlanılan Ģöbəsində təyin edilməyə baĢlanmıĢdır.
Aparılan gərgin elmi-tədqiqat iĢlərimiz zamanı ilk dəfə elmi əsaslarla sübut edilmiĢdir ki,
floramızın tərkibində 1800 növdən artıq dərman bitkisi yayılmıĢdır. Dərman bitkilərinin tədqiqi
onların genetik qohumluqlarının və kimyəvi tərkibləri nəzərə alınmaqla yerinə yetirilmiĢdir.
Tərəfimizdən elmə gətirilən 1800 növ dərman bitkisi 560 cins və 140 fəsilə daxilində
birləçərək ümumi floramızın 40%-ni təĢkil edir. 1800 növ dərman bitkisinin 1720-i yabanı halda
bitir, 80-dən atıq növü mədəni halda becərilir. 1136 növ çoxillik ot, 193-ü ikiilliklər, 140-ı
birilliklər, 69-u yarımkollar, 160-ı kollar, 102-si ağac formalarıdır (cədvəl 1) (Qasımov və b., 2006).
Cədvəl 1
Dərman bitkilərinin biomorfoloji qrupları (Ġ.Serebryakov (1964) sisteminə görə)