Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə169/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   165   166   167   168   169   170   171   172   ...   730
XAÇÇĠÇƏKLĠLƏR – Brassicaceae Burnett fəsiləsi  
Qövsvari vəzərək – Barbarea arcuata (Opiz ex J.Presl & C.Presl) Reichenb. 
 
Dünya  florasının  tərkibində  vəzərək  cinsinin  15-dən  artıq  növü  yayılmıĢdır.  Bitkinin 
növlərinə Avropa ölkələrinin ərazilərində, Asiyanın mülayim iqlim zonalarında, Amerikanın ġimal 
və Cənub zonalarında təsadüf ctmək olar. Vəzərəyin Qafqazda 7, o cümlədən də Azərbaycanda 4 
növünə rast gəlmək olar. 
Azərbaycan florasında rast gəlinən növlərin ən əhəmiyyətlisi qövsvari vəzərək hesab edilir. 
Qövsvari vəzərək - Barbarea arcuata (Opiz ex J.Presl & C.Presl) Reichenb. ikiillik çılpaq 
və  yaxud  tüklərlə  örtülmüĢ  ot  bitkisidir.  Gövdəsinin  hündürlüyü  25-80  sm  olub,  çoxlu  
budaqlanandır. Zərif yarpaqları liravari iri oval və yaxud dairəvi formadadır. 
Ləçəkləri sarımtıldır. Aprel-iyun aylarında çiçək açır, meyvəsi iyun-iyul aylarında yetiĢir. 
Qövsvari  vəzərəkə  Azərbaycanın  Quba  rayonu  ərazisində,  Qobustanda,  Kiçik  Qafqazın 
Ģimal və mərkəz hissəsində. Naxçvanın dağlıq zonalarında, Lənkəranın düzən və dağlıq ərazilərində 
rast gəlmək olar. Bitkiyə ən çox çay kənarlarında, bataqlıqlarda, 
nəmli çəmənliklərdə təsadüf etmək olar. 
Qövsvari  vəzərəyin  yarpağının  tərkibində  260,7  mq%  C 
vitamini,  toxumlarının  tərkibində  30%-ə  qədər  piyli  yağ  aĢkar 
edilmiĢdir.  
Vəzərəyin  müalicə  əhəmiyyəti  qədim  yunan  xalqlarına 
məlum  idi.  Vəzərəkdən  alınan  preparatlarla  yaraların, 
epilepsiyanın, 
impotensiyanın 
müalicəsində, 
cavan 


79 
 
yarpaqlarından müxtəlif salat növlərinin hazırlanmasında istifadə edilir. 
Müalicə məqsədləri üçün bitkinin çiçək və meyvə əmələ gətirən zaman toplanan çiçək, ot, 
meyvə, qın və toxumlarından istifadə edilir. 
Vəzərəkdən  alınan  preparatların  köməyi  ilə  vitamin  çatıĢmazlığında,  soyuqdəymədə, 
yaraların müalicəsində, sidikqovucu, qanın laxtalanmasının artırılmasında,  toxumundan isə iĢlədici 
vasitə kimi istifadə edilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin