Sarımsaq – Allium sativum L.
Səhərlər bir diĢ sarımsağı bir tikə çörəyə sürtüb yedikdən sonra üzərindən su içsəniz, bir
saatdan sonra qanınız saflaĢacaqdır. Bu məlumatı XVI əsrdə yaĢamıĢ fransız astroloqu və həkimi,
gələcəkdə dünyada nələr baĢ verəcəyini qabaqcadan xəbər verən və bunların əksəriyyətinin düzgün
olması ilə məĢhurlaĢan Nostradamus demiĢdir. Onun elmi əsərlərində deyilir ki, ―Necə edək ki,
sarımsağın köməyi ilə həmiĢə cavan qalaq‖. Bir qədər keçdikdən sonra sarımsağın müalicəvi təsiri
elmi əsaslarla öz təsdiqini tapmıĢdır. Sarımsağın vətəni Orta və Cənubi-Qərbi Asiya və Aralıq
dənizi ölkələrinin əraziləri hesab edilir. Yabanı halda isə Əfqanıstan, Hindistan, Qərbi Tyan-ġan və
Qafqaz, eləcə də Azərbaycan ərazilərində yayılmıĢdır.
Sarımsaq bizim eradan bir neçə minilliklər öncə Orta və Cənubi-Qərbi Asiya ərazilərində
mədəni hala keçirilmiĢdir. Sarımsaq haqqında ilk elmi məlumatlara bizim eradan əvvəl III
minillikdə təsadüf edilir. Bu məlumatlara biz Misir fironu N.Xeops dövründə piramida üzərindəki
yazılarda rast gəlirik.
Sarımsaq – Allium sativum L. hündürlüyü 100-150 sm olan soğanaqlı birillik tərəvəz
(ədviyyat) bitkisidir. Sarımsaq dünyanın əksər ölkələrində əkilib becərilir. Torpağın altında bir ədəd
ağ örtüklə örtülmüĢ diĢəbənzər soğanağı yerləĢir. DiĢlərin sayı xırda soğanaqlarda 3-5 ədəd, orta
irilikdə olanlarda 6-12 ədəd, daha irilərində isə 13-25 ədədə qədər olur. Hər diĢ öz pərdəsində
yerləĢir, bütün diĢ isə birlikdə bir örtüyə bükülür. Sarımsaq hər baĢ soğanağın çəkisinə görə 20
qramdan 30-40 qrama qədər olur. Dadı isə kəskin tünd, tünd, yarımtünd və zəif tünddür. DiĢvarı
soğanaqlarının uzunluğu bəzən 4 sm-ə çatır.
Yarpaqları hamar xətvarı olub uzundur, yuxarı hissəsi
novĢəkillidir. Hər bir yarpaq daxilində sortlardan asılı
olaraq uzunluğu 15-50 sm-ə qədər yalançı boru
formasında gövdə əmələ gəlir. YaxĢı inkiĢaf etmiĢ
bitkidə yarpaqların sayı 8-12 ədədə çatır. Gövdəsinin
qurtaracağında tutqun ağ və yaxud zəif bənövĢəyi
rəngdə çoxsaylı Ģarvari çiçəkləri mürəkkəb çətirdə
toplanır. Çətir bitkinin çoxalıb artmasında bpyük rol
oynayır.
Sarımsaq çox qiymətli tərəvəz bitkilərinin
sırasına daxildir. Onun tərkibində 35%-ə qədər quru maddə, 27% sulu karbonlar, 8% zülal, inulin,
fitonsid, fitosterin, yod, Ģəkər və s. maddələr tapılmıĢdır. YaĢıl yarpaqlarından isə karotin, B, B
1
,
PP, 140 mq C vitaminləri aĢkar edilmiĢdir. Sarımsaqda 0,23-0,74% efir yağı aĢkar edilmiĢdir. Efir
yağının əsas tərkib hissəsini allin təĢkil edir. Bu kükürd tərkibli amin turĢusudur. Sarımsaq
əzildikdə amilaza fermentinin tərkibindən efir yağı enzimin təsirindən parçalanaraq alisin,
ammonyak və piroüzüm turĢusu əmələ gətirir. Bundan əlavə soğanağında 3,25% kül (mq/q), 18,40
mq% K, 0,50 mq% Ca, 1,00 mq% Mg, 0,04 mq% Fe makroelementləri, Mn – 0,03, Cu – 0,35, Zn –
0,41, Se – 3,33, Ni – 0,04, Pb – 0,02, B – 0,90 mq/q mikroelementləri aĢkar edilmiĢdir.
Sarımsağın kəskin iyli olmasına səbəb alisin maddəsidir. O, bakterisid xassəli olamaqla
sarımsağın əsas iyini təĢkil edir.
Qədim zamanlarda sarımsaqdan ancaq müalicə məqsədləri üçün istifadə edilmiĢdir. Bunun
müalicəvi xüsusiyyətləri haqqında bizim eradan 1550 il qabaq yazılmıĢ papiros ―Kodeks
Obersada‖da geniĢ məlumatlar verilir. Sarımsaqdan ürək, damar, bağırsaq ağrılarında, həĢərat, ilan
sancmalarında, müxtəlif ĢiĢlərin müalicəsində istifadə edilirdi. Bundan baĢqa qədim Yunanıstanda
17
keçirilən birinci Olimpiya oyunları zamanı idmançılara stimullaĢdırıcı vasitə kimi sarımsaq
yedirirdilər. Sarımsağın faydalı və müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlara
Aristotelin və Hippokratın əsərlərində də rast gəlmək olar.
Qədim Romada təzə doğulmuĢ uĢaqların beĢiyinə sarımsaq qoyarmıĢlar. Böyük Plini astma,
yüksək təzyiq, soyuqdəymə xəstəliklərini sarımsaqdan hazırlanan cövhər və preparatlarla müalicə
edilməsi haqqında maraqlı məlumatlar verir.
Çində sarımsağın qiymətli müalicəvi xüsusiyyətlərinə görə onu ―Allah otu‖ adlandırmıĢlar.
Farslar zəhərlənmələrin müalicəsində sarımsaq iĢlədirmiĢlər. Assuriyalılar kəskin
zəhərlənmələr zamanı odun üzərinə bir çəngə yuna bükülmüĢ sarımsaq atarmıĢlar.
Sarımsaqdan çox qədim zamanlarda bir sıra infeksiya xəstəliklərinin müalicəsində geniĢ
istifadə edilirdi. Orta əsrlərdə tüğyan eləyən taun və vəba xəstəliklərinə tutulmuĢ insanlar özlərini
bu amansız xəstəliklərdən qurtarmaq üçün çoxlu sarımsaq yeyərmiĢlər. Türklər, yunanlar, bolqarlar,
Yaxın ġərq xalqları təzə doğulmuĢ uğaqların baĢına bir diĢ sarımsaq sancarmıĢlar. Sarımsağı
qapılardan, bar verən ağaclardan asarmıĢlar. Gəmiçilər dənizə sarımsaqsız çıxmazmıĢlar. Çünki
sarımsaq yoluxucu və sinqa xəstəlikləri zamanı geniĢ istifadə edirdilər.
Sarımsaq qiymətli ədviyyə, qida və müalicə təbiətli bitkidir. Ədviyyə kimi əvvəllər
fransızlar öz mətbəxlərində ondan geniĢ istifadə edirmiĢlər. Az sonra sarımsaqdan yunanlar,
italyanlar, istifadə etməyə baĢlamıĢlar. Çox keçməmiĢ sarımsaq bütün Avropa xalqlarının sevimli
qida və ədviyyatı hesab edilmiĢdir. Sarımsağa kəskin iy verən onun tərkibindəki efir yağıdır. XVIII
əsrdə aĢpazlar xörəyə iĢtaha açan iy vermək üçün sarımsaqdan istifadə etməyə baĢlamıĢlar.
Hazırda Avropa xalqları xörəyə iĢtahaçıcı iy vermək üçün az miqdarda ədviyyə qatır və
qablara sarımsaq sürtürlər. Kulinariyaya aid çoxlu kitablar yazan fransız Marsel Bullesten yazırdı:
―XoĢbəxtlik orada baĢlayır ki, kulinariyada sarımsaqdan istifadə edilsin‖. Bu qiymətli ədviyyat bir
sıra xalqların – fransız, ispan, italyan, yunan, ingilis, alman, çin və yapon xalqlarının mətbəxlərinin
bəzəyinə çevrilmiĢdir. Ġngilislər sarımsaqdan ən çox buxarda biĢirilmiĢ ətdə istifadə edirlər.
Fransızlar salatların hazırlanmasında, almanlar kolbasa istehsalında istifadə edirlər. Ispanlar qeyd
edirlər ki, sarımsaqdan dondurma və Ģirniyyat növlərindən baĢqa bütün xörəklərdə istifadə etmək
olar. Bundan əlavə ispanlar sarımsağın Ģərəfinə hər il xüsusi bayramlar təĢkil edirlər.
Sarımsağın tərkibində 200-dən artıq bioloji fəal maddə aĢkar edilmiĢdir. Bu da onun yüksək
müalicəvi təsirə malik olduğundan xəbər verir. Harada ki, sarımsaq becərilir yerli əhali ondan ürək-
damar, soyuqdəymə, mədə-bağrsaq xəstəliklərində, həmçinin tükün tökülməsinə qarĢı vasitə kimi
istifadə edir. Tədqiqatlardan məlum olmuĢdur ki, sarımsaq yaxĢı profilaktik vasitə olub insanları
aterosklerozdan, infarktdan və insultdan qorumaqla yanaĢı, hüceyrələrdə xərçəngin əmələ
gəlməsinin qarĢısını alır.
ABġ-da aparılan tibbi araĢdırmalar zamanı təsdiq olunmuĢdur ki, sarımsaq xərçəngin
inkiĢafının qarĢısını alır. Çin, Yaponiya, Ġtaliya və bir sıra baĢqa ölkələrdə sarımsaqdan gündəlik
yeməklərdə istifadə edildiyindən mədədə xərçəngin əmələ gəlməsi 50% azalmıĢdır. Bundan əlavə
sarımsaq mədə-bağırsaq sistemində kanserogen maddələrin neytrallaĢdırılmasında mühüm
əhəmiyyət kəsb edir.
ABġ-ın Milli Ekoloji Mərkəzində 3 minədək xərçəng xəstəliyinə tutulmuĢ insan üzərində
aparılan müĢahidələr zamanı sarımsağın böyük profilaktik xüsusiyyətlərə malik olması müəyyən
edilmiĢdir. Bu zaman həkimlər ağız nahiyəsində, həzm yollarında, mədədə və yoğun bağırsaqda
olan ĢiĢlərin inkiĢafdan dayanmasını müĢahidə etmiĢlər.
ABġ-ın Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan laboratoriyaların, eləcə də Pensilvaniya
Universitetinin əməkdaĢları sarımsaqdan hazırlanan preparatların ürək-damar sistemində baĢ verən
xəstəliklərin müalicəsində effektivliyini öyrənməyə baĢlamıĢlar. Infarkt keçirən 4 min xəstəni 2
qrupa ayırıb, birinci qrupa 1 stəkan südün tərkibinə bir neçə damcı sarımsaq ekstraktından əlavə
edərək hər gün xəstələrə içirtmiĢlər. Bu qrupda ikinci dəfə infarkt keçirmə halları 40% azalmıĢ,
arterial təzyiq aĢağı düĢmüĢ, qanda xolesterinin miqdarında azalma müĢahidə edilmiĢdir. Buna
baxmayaraq sarımsağın müalicəvi spektri indiyə kimi tam öyrənilib baĢa çatdırılmamıĢdır.
VaĢinqtonda çağırılmıĢ Beynəlxalq konfransda sarımsağın yeni müalicəvi təsirləri haqqında
maraqlı çıxıĢlar zamanı onun ―pis‖ xolestrinin sintezinin qarĢısının alması fikri konfrans
18
iĢtirakçılarının nəzərinə çatdırılmıĢdır. Ġnfarkta səbəb olan üçqliseridin toplanma faizinin aĢağı
salınmasında mühüm rol oynadığı aĢkar edilmiĢdir. Bundan baĢqa sarımsaq orqanizmdə (qanda)
trombun yaranma imkanlarını azaltmaqla insult və infarktın yaranma imkanlarını məhdudlaĢdırır.
Nəhayət, onun tərkibindəki fitonsid antimikrob xüsusiyyətlərinə malikdir.
Məlumdur ki, XX əsrdə hərbi sahədə çalıĢan cərrahlar müharibə zamanı yaralanan
əsgərlərdə qanqrena yaranmaması üçün sarımsaq Ģirəsindən istifadə edirmiĢlər. 1954-cü ildə
aparılan təcrübələr zamanı qanqrena törədən bakteriyaların sarımsaq Ģirəsi tərəfindən məhv edildiyi
aĢkar olmuĢdur. Bundan baĢqa sarımsaq yağı ağcaqanad yumurtalarını məhv edərək, qızdırmanın,
sarılığın və malyariyanın qarĢısını alır. Həmçinin, sarımsağın tərkibindəki fitonsidin yatalaq, vərəm,
tif və dezinteriya çöplərinə qarĢı təsirini öyrənmək üçün xəstə üzərində geniĢ kliniki təcrübələr
aparılmağa baĢlanmıĢdır.
Xalq təbabətində sarımsaqla hipertoniyanın, yuxusuzluğun, podaqranın, qripin, digər
infeksion xəstəliklərdə, yuxarı tənəffüs yollarının, mədə-bağırsaq xəstəliklərinin müalicəsində
geniĢ istifadə edilirdi. Sarımsaqdan həmçinin dəridə əmələ gələn çibanların, psoriazı, ilan və həĢərat
sancmalarının, irinli yaraların, bağırsaq parazitlərinin, sinqanın əleyhinə, sidikqovucu, o cümlədən
ĢiĢlərə qarĢı da geniĢ surətdə istifadə edilməkdədir.
Dostları ilə paylaş: |