Burun nahiyəsində əmələ gələn yaraların müalicəsində. Əzvay Ģirəsindən gündə 3 dəfə,
hər dəfə də 5-8 damcı burun nahiyəsinə damızdırın.
Əzvaydan bir neçə müalicəvi əhəmiyyətə malik balzamlar da hazırlanır.
Diqqət! Bətnində 6-7 aylıq uĢaq gəzdirən hamilə qadınlara, kəskin qanaxmalara və
bağırsağın çıxıntı xəstəliyi (babasil) olduqda əzvay qəbul etməyi məsləhət görmürlər. Çünki o,
uĢağın vaxtından qabaq doğulmasına, daxili qanaxmaların sürətlənməsinə (artmasına) və kəskin
qan itkisinə səbəb ola bilər.
Əzvay yarpağının tərkibində antraqlikozid xüsusiyyətli alonin, aloye emodin, arabinoz,
izobarbolin rabairberon (izoramnetin) və s. boyaq maddələri aĢkar edilmiĢdir.
Əzvaydan hazırlanan məmulatlar dünya bazarında satılan zaman həmin məhsulların adları
bitkinin bitdiyi ərazilərin adları ilə adlandırılır. Məsələn, Cənubi Afıikada bitən Kap-aloye, Cənubi-
ġərqi Afrikada bitən Uqanda-aloye, ġərqi Afrika və Ərəbistan yarımadasında bitən Sokotra-aloye,
Antil adalarında və Venesuelada bitən isə Kyurasao-aloye və s. adlandırılır.