188
Qafqaz bozaqgülü – Phlomis caucasica Rech. fil.
Dünya florasının tərkibində Dodaqçiçəklilər fəsiləsinin 300-dən artıq cinsi və 3250-dən artıq
növünə və növmüxtəlifliyinə təsadüf edilir. Bu növlər dünyanın hər yerində, xüsusilə də Arallq
dənizi ətrafında daha çox yayılmıĢlar. Bu nəvlərin əksıriyyəti ot, yarımkol, nadir hallarda ağac
formasındadırlar.
Azərbaycanda
Phlomis cinsinin 6 növünə təsadüf edilir. 2 növü: Qafqaz bozaqgülü -
Phlomis caucasica Rech. fil. və tikanlı bozaqgülü -
Ph. pungens Willd. növlərindən təbabətdə geniĢ
istifadə olunur.
Botaniki xarakteristikası. Qafqaz bozaqgülü 20-25 sm hündürlükdə çoxillik ot bitkisidir.
Rozet və gövdənin aĢağı hissələrindəki yarpaqları uzunsov-lansetĢəkilli, miĢardiĢlidir, təpə hissəsi
kütdür, qaidəsi azca ürəkvaridir. Gövdəsinin yuxarısındakı yarpaqları ensiz, lansetĢəkillidir.
Meyvəsi qara-qonur rəngli fındıqcıqlardan ibarətdir. Bitki iyun-iyul aylarında çiçəkləyir, meyvələri
avqust-sentyabrda yetiĢir.
Tikanlı bozaqgülü -
Ph. pungens Willd. hündürlüyü 30-35 sm olan çoxillik ot bitkisidir.
Gövdəsi sadə olub üzəri ulduzvari tüklərlə örtülmüĢdür. AĢağıda yerləĢən yarpaqları uzunsov-
lansetvari, yuxarıda isə kələ-kötür, sıx tüklərlə örtülü olduğu halda, alt hissəsi ağ tüklərlə örtülmüĢ
və yaxud keçəvari formasındadır. Çiçəkləri ikidodaqlı qırmızı-bənövĢəyi rəngdə olub süpürgə
formasındadır. May-iyun aylarında çiçək açır, iyul-avqustda meyvə verir.
Bitki Azərbaycanda Kür-Araz ovalığında, Naxçıvan
MR-ın aĢağı dağ ətəklərindən baĢlayaraq yuxarı dağ qurĢağına
kimi (2000 metrə qədər) sahələrdə yayılmıĢdır. Bundan baĢqa
bozaqgülünə quru qayalıqlarda, daĢlıq sahələrdə rast gəlmək
olar.
Dostları ilə paylaş: