Qaymoritin müalicəsi. 1 çay qaĢığı dazıotu tozu, 1 xörək qaĢığı bal, 1 xörək qaĢığı
günəbaxan yağı, 200 ml əzvay Ģirəsi götürüb bir-biri ilə yaxĢı qarıĢdrın. AlınmıĢ məlhəmdən gündə
3 dəfə 4-6 damcı burnunuza damızdırın.
Əzvayın yarpağından Ģirəni çıxarıb bərabər miqdarda çaytikanı yağı ilə qarıĢdırın. AlınmıĢ
qarıĢıqdan hər gün 3 dəfə hər iki burun dəliyinə 4-6 damcı damızdırın.
Orta böyüklükdə 1 ədəd sarımsağı qabığından təmizləyib xırda hissələrə salıb üzərinə 1
stəkan qaynar su töküb bir neçə saat hərdənbir qarıĢdırmaqla dəmləyin. Cövhərin hazır olmasını
dilinizin ucu ilə yoxlayın. Bir az sarımsaq dəmləməsindən götürüb 30-60 saniyə ağzınzda saxlayın.
Bu zaman ağız nahiyəniz qıcıqlanma və yandırıcı təsirə məruz qalacaqdır. Bu zaman aldığnız
sarımsaq cövhərindən 1-2 xörək qaĢığı götürüb, eyni miqdarda əzvay Ģirəsi və bal ilə qarıĢdırın.
Aldığınız məlhəmdən hər 3-4 saatdan bir 8-10 damcı götürüb hər iki burun dəliyinə damızdırın.
Eyni vaxtda istifadə olunmayan sarımsaq cövhərindən 1 xörək qaĢığı daxilə qəbul edin.
2-3 xörək qaĢığı balı üzərinə eyni miqdarda əzvay Ģirəsi əlavə edib qarıĢdırın. Elə ki,
bircinsli məlhəm alındı, onda prosesi dayandırın. Sonra aldığınız kütlədən isti halda kətan parça
üzərinə yaxıb alın nahiyənizə qoyub bağlayın. Müalicə kursunu hər gün ağrı kəçənə qədər davam
etdirin.