Elmi redaktorlar amea-nın müxbir üzvləri


BADIMCANÇĠÇƏKLĠLƏR – Solanaceae Juss. fəsiləsi



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə498/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   494   495   496   497   498   499   500   501   ...   730
BADIMCANÇĠÇƏKLĠLƏR – Solanaceae Juss. fəsiləsi 
 Kartof – Solanum tuberosum L. 
 
Badımcançiçəklilər  fəsiləsi  90  cinsi  və  2000-ə  qədər  növü  əhatə  edib,  əsasən  dünyanın 
tropik  və  subtropik  ərazilərində  yayılmıĢdır.  Fəsiləyə  daxil  olan  cinslərdən  kartof,  pomidor, 
badımcan qırmızı bibər, tütün, maxorka və s. xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilir. 
Bu cinslərdən biri də Solanum L.-dir. 
Solanum L. - badımcan cinsi 1700 növü əhatə edir. Ağac, kol və ot formasında olub ən çox 
tropik və subtropik ərazilərdə yayılmıĢdır. 


198 
 
Kartof  dünya  xalqlarının  buğdadan  sonra  ikinci  çörəyi  hesab  edilir.  Kartofdan  istənilən 
xörək növünü hazırlamaq miimkündür. Lakin 
uzun illər bu qiymətli qida məhsulu haqqında 
çoxlu  mübahisələr  hökm  sürmüĢdür.  Kimi 
deyirdi  ki,  bu  bitki  zərərlidir,  bəzi  insanlar 
bunun  xeyirli  olduğu  barədə  mübahisə 
edirmiĢlər.  Həyatın  gediĢi  bu  mübahisələrə 
son qoydu. Bu gün isə kartof insan sağlamlığı 
üçün  ən  qiymətli  müalicə  preparatı  hesab 
edilir.  Ən  çox  müalicəvi  əhəmiyyəti  olan 
kartofdur.  100  q  təzə  kartof  yumrusu  insanı 
bir  gündə  tələb  etdiyi  C  vitamini  ilə  təmin 
edir.  Bundan  baĢqa  kartofun  tərkibində  B
1

PP vitamin qrupları, foli turĢusu, kalsium, manqan, fosfor və kalium və s. aĢkar edilmiĢdir. Xüsusən 
də cavan kartof yumrularından alınmıĢ Ģirənin tərkibi kalium elementi ilə zəngin olduğundan ürək-
damar,  həmçinin  mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində  geniĢ  istifadə  edilir.  Bir  dilim 
təmizlənmiĢ  kartofla  dəridə  baĢ  verən ekzema  və  digər  dəri  xəstəliklərini müalicə  edirlər.  Bundan 
baĢqa kartof buxarı ilə öskürək və zökəm xəstəliklərində geniĢ istifadə edilir. 
Kartofun  xeyirli  cəhətləri  ilə  yanaĢı  onun  zərərli  təsirlərinə  də  təsadüf  edilir.  Kartofu 
toplayıb  anbarlarda  saxlayan  zaman  onun  qabıq  və  lət  hissəsində  tədricən  insan  orqanizmi  üçün 
zəhərli təsirə malik «solanin» alkaloidi toplanmağa baĢlayır. Buna görə də hamilə qadınların köhnə 
kartof yeməsi məsləhət görülmür. Belə ki, köhnə kartofun tərkibindəki solanin alkaloidi embrionun 
normal inkiĢafına mənfı təsir göstərə bilər. Bir çox mütəxəssislər kartofun yanvar ayında təhlükəsiz 
olduğunu qeyd edirlər. Yaz aylarında isə anlaĢılmazlıq meydana çıxır. Bir çoxları kartofdan vitamin 
çatıĢmazlığı  zamanı  istifadə  edirlər.  Bu  da  çox  vaxt  xoĢagəlməz  hadisələrlə  müĢayiət  olunur. 
Insanlar  qida  kimi təzə  kartof  çıxana  qədər  ən  çox  köhnə  kartofdan  istifadə  edirlər.  Buna  görə  də 
ortaya belə bir sual çıxır - kartof yumrularında toplanan solanin alkaloidini necə azaltmaq olar? 
Birincisi, köhnə kartofu təmizləyən zaman çalıĢın ki, qalın soyasınız. Qida məqsədləri üçün 
ancaq özək hissəsini saxlayın. Daha çox zəhərli təsirə malik solanin maddəsi əsasən kartofun qabıq 
hissəsində toplanır. 
Ġkincisi, solanin maddəsinin kartofun tərkibindən tamamilə çıxarılması üçün mütləq onu iri 
duzla duzlayıb, qapağı örtülmüĢ tavada qızardın. Bu zaman duz nəinki kartofun tərkibindən solanin 
maddəsini sorub çıxarır, hətta onu nitrit birləĢmələrindən də azad edir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   494   495   496   497   498   499   500   501   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin