Zəngçiçəyindən müalicə preparatlarının hazırlanması. Öskürək, qızdırma və baş ağrıları zamanı. 1 çay
qaĢığı doğranmıĢ otu 1 stəkan qaynar suya töküb, termosda 2-3 saat dəmləyin. Sonra süzüb gündə
3-4 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ 2 xörək qaĢığı daxilə qəbul edin.
Uşaqlıq və aybaşı qanaxmalarda. 1 xörək qaĢığı doğranmıĢ otundan götürüb 1 stəkan
qaynar suya töküb, su hamamında 15 dəqiqə saxlayın və 45 dəqiqə dəmləyib süzün. Sonra ekstraktı
1 stəkan həcminə gətirib gündə 5-6 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ qəbul edin.
Ateroskleroz, yaddaşın kəskin zəifləməsi zamanı. Bunun üçün yeməyə 15 dəqiqə qalmıĢ
gündə 2-3 dəfə, çay qaĢığının 1/5 hissəsi qədər qurudulub toz halna salınmıĢ meyvə və toxumundan
qəbul edin.
Epilepsiya və əsəb pozuntularında. 2 çay qaĢığı doğranmıĢ otu 1 stəkan qaynar suya tökün,
termosda 1 saat dəmlədikdən sonra süzün, gündə 2-3 dəfə, 1 xörək qaĢığı qəbul edin. Bundan baĢqa
7 xörək qaĢığı doğranmıĢ otu 2 litr qaynar suya töküb 10-15 dəqiqə qaynadın. Sonra süzüb
temperaturu 38-39ºC olan su vannasını qəbul edin. Müalicə kursu 12-13 əməliyyatdır.