237
olmaq olar. O, həmçinin yuxusuzluq və yorğunluğa qarĢı da müsbət təsir göstərir. Bu gün
yeralmasından fəal surətdə nəinki xalq təbabətində, həmçinin elmi təbabətdə, farmakologiyada və
kosmetikada geniĢ istifadə olunur.
ġəfa bitkisi topinamburun tərkibində orqanizm üçün vacib olan bir sıra bioloji aktiv
maddələr aĢkar edilmiĢdir. Bitkinin kök yumrularının tərkibində 10-17% inulin maddəsi aĢkar
edilmiĢdir ki, bunu saxaroza və niĢastadan fərqli olaraq orqanizm yaxĢı mənimsəyir və Ģəkərli
diabet əleyhinə təsirə malikdir. Ġnulindən baĢqa bitkinin kök yumruları fruktoza ilə də zəngindir.
Kartof, yerkökü və çuğundurun kök yumruları ilə müqayisədə topinamburun tərkibində dəmir,
silisium, sink, vitaminlərdən C, B
l
, B
2
daha çoxdur. Yeralmasının digər tərəvəzlərdən fərqi
tərkibində yüksək miqdarda zülalın olmasıdır. Yeralmasından müxtəlif formada istifadə etmək olar.
Belə ki, bunun kök hissəsindən çiy halda salat hazırlayır, suda və yaxud sobada biĢirib, digər
tərəvəzlərlə birlikdə istifadə edirlər.Gündə yeralmasından 300 qram yesəniz və ya 1 stəkan təzə
Ģirəsindən içsəniz aĢağıdakı sadaladığımız xoĢagəlməzliklərdən qurtula biləsiniz. O, orqanizmdən
toksiki maddələri çıxarır, qanda Ģəkərin, xolesterinin miqdarını azaldr, piylənmənin qarĢısını alır.
Orqanizmdə təbii enerji balansını, arterial təzyiqin sabitliyini, qanda hemoqlobinin miqdarın sabit
saxlayır. DuzlaĢma, miokard infarktı, mədə-bağırsaq və digər xəstəliklərin profılaktikası zamanı
faydalıdır.
Dostları ilə paylaş: