YovĢan – Artemisia vulgaris L. Allah ağacı – Artemisia vulgaris L. bu yovĢan cinsinə aid olan növlərdən biri olub qiymətli
müalicəvi təsirə malik çoxillik ot bitkisidir. Bu qəribə bitki xarici görünüĢünə görə kiçik sərv
ağacını xatırladır. Bitkinin gümüĢü-bozumtul, ağ tüklərlə əhatə olunmuĢ yarpaqları vardır. Bu
əfsanəvi adı yovĢana «cənnət bağında» yetiĢdiyinə görə vermiĢlər. Allah ağacı acı yovĢana oxĢayır.
Lakin acı yoĢvanın hündürlüyü 100-150 sm-dir. Acı yovĢana oxĢayan «Allah ağacı» ən çətin,
əlçatmaz yerlərdə, əkinə yararlı olmayan torpaq sahələrində, çay və yol kənarlarında yayılmıĢdır.
Müalicə məqsədləri üçün bitkinin yuxarı üst hissəsindən istifadə edilir.
Hələ çox qədim dövrlərdə bitkinin yarpaqlarından alınan
preparatların köməyilə bir çox xəstəliklərin, o cümlədən
zökəmin, sarılığın, kökündən hazırlanan preparatların köməyi
ilə isə epilepsiyanın, vərəm meningitinin müalicəsində geniĢ
istifadə edilmiĢdir.