Qarağat.Qarağatdan hazırlanan maskalar sifətin dərisini sağlamlaĢdırmaqla yanaĢı onun
tonusunu da artırır. Yağlı dərilərə qulluq edən zaman ən yaxĢı effekt verir. Quru dərilər üçün isə
qara qarağatdan hazırlanmıĢ sıyıqdan istifadə etməyi məsləhət görürlər.
Qırmızı qarağat. Üzünüzün dərisində yağ əmələ gələn zaman qırmızı qarağatdan
hazırlanmıĢ sıyıqdan yaxıb 20 dəqiqə saxlayıb, yuyun. Bu məqsədlə Ģirəsindən də istifadə edə
bilərsiniz.
Qırmızı qarağatla, nişastadan hazırlanmış maska.1 xörək qaĢığı təzə alınmıĢ qırmızı
qarağat Ģirəsindən götürüb 1 xörək qaĢığı niĢasta ilə qarıĢdırın. Aldığınız qarıĢıqdan üzünüzə yaxıb
20 dəqiqə saxlayıb isti su ilə yuyub təmizləyin.
Qırmızı qarağat, bal və kəsmikdən hazırlanan maska. Bunun üçün 2 xörək qaĢığı qırmızı
qarağat Ģirəsindən götürüb 1 çay qaĢığı duru balı qarıĢdırın. Sonra aldığınız qarıĢıqdan götürüb
üzünüzə çəkib, 15 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.
Qara qarağatdan alınan Ģirənin ağardıcı təsirə malik olub civzə və piqment ləkələrin
təmizləyərək üzün rəngini yaxĢılaĢdırır.