Çivzəli yağlı dərilər üçün maska. Krıjovnikin yetiĢməmiĢ giləmeyvələrini əzib xama və ya
qaymaqla qarıĢdırın. Sonra kütlədən götürüb nazik qatla üzünüzə çəkib 15-20 dəqiqə saxlayıb
yuyun.
Yetişməmiş krıjovnik giləmeyvəsindən losyonun hazırlanması. 2 xörək qaĢığı əzilmiiĢ
giləmeyvədən götürüb, 1 stəkan qaynadılıb soyudulmuĢ suya töküb 10-15 dəqiqə saxlayın. Sonra
süzüb üzərinə 2 xörək qaĢığı araq əlavə edin. Səhər, axĢam losyonla üzünüzü silin.
Yay fəsli gözəldir. Bu fəsildə giləmeyvələr bol olur. Bundan istifadə edib, həm özünüzü
vitaminlə, həm də gözəlliyinizi təmin edə bilərsiniz. Giləmeyvə kosmetikasını əldən verməyin.
Giləmeyvələrdən hazırlanan maskalar əla kosmetik vasitələr hesab edilir. Maskalar dərinin
tonusunu artırır, onu nəmləndirir, təravətləndirir, ağardır və onu faydalı maddələrlə təmin edir.
Çaytikanı. Çaytikanından hazırlanan maskalar dəriyə təravətləndirici təsir göstərməklə
yanaĢı onu cavanlaĢdırır. çaytikanı maskalarından sonra dəri dartılır, elastikliyi artır, qırıĢlar
tədricən çəkilib yoxa çıxır. BaĢqa giləmeyvələrdə olduğu kimi çaytikanı giləmeyvələrinin də qabığı
qalın olduğundan onu dondurur, sonra azca qaynar suda pörtlədir, daha sonra əzib ondan maskalar
hazırlayırlar.