darı, tutmalaq (ovuc), güllük, bəhrə, kar, kəndir, ip, sicim, tənab, ciyədən də
istifadə olunduğunu yazırlar[23]. Lakin bunlar çox işlənmədiyinə görə xalqın
məişətində uzunömürlülük qazana bilməmişdir.
Uzunluq ölçü vahidləri kimi, xalq arasında işlənmiş qədim çəki vahidlərini də
təxminən iki qrupa bölmək olar. Birinci qrupa tutumundan çəki və ölçü məqsədilə
istifadə edilən müəyyən qabları, ikinci qrupa isə konkret müəyyən olunmuş çəki və
ölçü vahidlərini aid edə bilərik.
Ölçü və çəki vahidi kimi hər hansı qabın tutumundan hələ konkret çəki və ölçü
vahidlərinin məlum olmadığı dövrlərdən istifadə edilməyə başlanmışdır. Bu da qədim
insanın təsərrüfat fəaliyyəti və məişət qayğıları zamanı yaranmış problemləri həll
etmək ehtiyacı ilə bağlı olmuşdur. "Bir kisə un", "bir çuval taxıl", "bir tas arpa", "bir
ovuc kişmiş", "bir dolça su" kimi ifadələr qabla ölçmə adətinin xalqımızın yaddaşında
və məişətində bugünkü yaşantısının bariz təsdiqidir.
Uzun illər ölçü qabı kimi işlədilən tas dəyirmi dərin qabdır. Bir şeyin
miqdarını bilmək üçün ondan ölçü məqsədilə istifadə olunmuşdur.
Atı sevib bəslə körpə,
Hayxıranda çıxsın sarpa.
Hər öynədə qırx tas arpa,
At igidin qardaşıdı.[24]
Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq
dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə
ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10
girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur.
Ölçü vahidi kimi işlədilən qablardan biri də tuluq olmuşdur. Tuluq qoyun
dərisindən hazırlanırdı. Ondan əsasən maye halında olan ərzaqları və yeməkləri
saxlamaq və ölçmək üçün istifadə edilirdi. "Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi
batman (1 batman=8 kq) unun çörəyi, yeddi batman düyünün aşı, yeddi tuluq şərab
mənim bir öynəmin xörəyidi"[25].
Çanaq oğuz - türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən
hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş
istifadə edilmişdir. Təxminən 12 kq tutumu olmuşdur. "Bir çanaq arpa", "bir çanaq
pendir" anlayışları çanağın tutumu ilə bağlı yaranmışdır.
Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır. Xalqımızın
məişətində əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də
hesablamışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. "Bir kisə arpa", "bir
kisə qənd" deyimlərini indi də ticarət yerlərində tez-tez eşidirik. Bu ifadələr 50 kq
çəkiyə bərabərdir. "Nisyə - girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər"
kimi atalar sözləri kisənin məişətimizdəki işləkliyini aydın göstərir.
Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da ölçü
qabı kimi istifadə olunmuşdur. Bu qablardan ölçü məqsədilə istifadə olunmasına dair
382
folklorumuzda və yazılı ədəbiyyatımızda çoxlu misallar var.
Belinən bu yeri əkdim bir ayda,
Sulamaqdan su da qalmadı çayda.
Biçdim, döydüm, darım oldu bir bayda,
Qoy söyləyim, mahallara car olsun![26]
Və yaxud:
Bir sərnic süd sağan üç satıl satır,
Nə sağsa birəbir su qatıb satır.[27]
Dostları ilə paylaş: |