Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq
ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın
görünür. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək
təxminən 18 sm-ə bərabər olur.
Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin
400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da
işlənmişdir. Həmin qabın adı onun ölçüsü, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
tutan mis qaba çərək deyirlərmiş.
Çərəkdən bir ölçü vahidi kimi musiqidə də istifadə olunur. Səslərin
uzunluqlarına görə notlardan biri çərək not adlanır. Bütöv not ən uzun səsi, yarım not
bütöv notun yarısını, çərək not isə dörddə birini təsvir edir[28]. Başqa sözlə desək,
bütöv not uzunluğuna görə iki yarım və dörd çərək nota bərabərdir. Yuxarıdakı
misallardan göründüyü kini, çərək bütün hallarda bütövün dörddə birinə bərabər
götürülür.
Dostları ilə paylaş: |