Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə14/139
tarix26.12.2016
ölçüsü7,11 Mb.
#3715
1   ...   10   11   12   13   14   15   16   17   ...   139
Selcan  xatun.  Qanturalı  boyu  bəyan  ediləndə  qadının  gözəlliyi,  ağlı  və 

qəhrəmanlığı  ilə  bağlı  çox  mətləblər  açılır,  hikmət  heyrətə  qarışır.  Selcan  xatun 

gözəldir,  tədbirlidir,  qorxmazdır,  qəhrəmandır.  Bu  qız  Qanturalı  ilə  birlikdə  namərd 



97 

 

kafirlərə qənim kəsilir. "Selcan xatun at oynatdı. Qanturalının önünə keçdi. Qanturalı 



aydır:  -  Görüklüm,  qanda  gedərsən?  -  dedi.  Aydır:  -  Bəy  yigit!  Baş  əsən  olsa,  börk 

bolunmazmı olur? Bu gələn kafir çox kafirdir. Savaşalım, döyüşəlim, ölənimiz ölsün, 

diri qalanımız odaya gəlsin, - dedi". Gəlin ərinin qan-tər içində düşmənlə ölüm-dirim 

meydanında  cəngavər  tək  vuruşduğunu  görəndə  dəhşətə  gəlir.  "Selcan  xatun  bunu 

böylə  gördü,  içinə  od  düşdü.  Bir  bölük  qaza  şahin  girmiş  kimi  kafirə  at  saldı.  Bir 

ucundan qırıb kafiri, ol biri ucuna çıxdı". 

Qanturalı yağıları qırıb-qurtaran Selcanı tanımadı: 

        Qalxıban yerindən duran 

                                                Yigit, nə yigitsən?! 

                 Yelisi qara qazlıq atıma minən 

                                                 Yigit, nə yigitsən?! 

     Qafillicə başlar kəsən

                       Distursuzca mənim yağıma girən 

                                                  Yigit, nə yigitsən?! 

Selcan xatun "Yigitim, bay yigitim, yağının bir ucu mana, bir ucu sana" - dedi. 

Qanturalı  bildi  ki,  bu  yağı  basıb  dağıdan  Selcan  xatundur.  Bir  tərəfinə  dəxi  kəndi 

girdi, qılınc dartıb yürüdü, kafir başını kəsdi. Yağı basıldı, düşmən sındı. Selcan xatun 

nə  qədər  cəngavərlik  göstərib  kafir  başı  kəssə  də,  düşmənə  qan  uddursa  da  hünərli, 

təpərli nərini özündən üstün tutur, onun şərəfinə ibrətamiz hikmətlər söyləyir: 

                                       Bəy yigit? 

Öyünərsə ər öyünsün - aslandır, 

 Öyünməklik övrətlərə böhtandır. 

                                       Öyünməklə övrət ər olmaz. 

Bəli,  qəlblər  bir  döyünəndə,  arzular  qoşalaşanda  ana  vətən  də  var,  ülvi  sevgi 

də, böyük qələbə də. Ağbirçəklərimiz dərs alıblar Selcan xatundan. Selcan xatun dərsi 

keçiblər qadınlarımız. Selcan xatun olun deyiblər qızlarımıza, gəlinlərimizə. 

Orta  əsrlərin  qaynar  çağlarında  ailəyə,  el-obaya,  xalqa,  dövlətə  layiq  çox 

ağbirçəklərimiz  hünər  göstəriblər,  tərbiyə  veriblər,  uzaqgörənlərimiz  sayılıb,  seçilib, 

şərəfə layiq olublar... 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin