Nübar Həkimova ___________________________________
86
evdə diş hədiyi bişirilib yeddi qapıya pay verilir ki, uşağın
dişi möhkəm olsun.
Tərəkəmələrin inamına görə: uşaq ilk addım atanda,
ata qurban kəsər ki, övladının atdığı addım uğurlu olsun.
Tərəkəmələrin inamına görə: uşaq altıaylıq olana ki-
mi dırnağı tutulmaz. Uşağın dırnağı tutulanda yetim-yesirə
pul, nəzir verilər.
Tərəkəmələrin inamına görə: anadan olmuş körpə
uşağı görməyə gələn qohum-əqrəba onun yüyrüyünə və ya
bələyinə pul qoyub deyirlər: "Atalı-analı böyüsün".
Tərəkəmələrin inamına görə: yeni doğulmuş uşağı
anaya göstərməzlər ki, ağlı az, gözü çaş olar.
Dostları ilə paylaş: