http://www.amu.edu.az
15 may 2014-ъц ил
Alimlər Peru
ərazisində,
Ç i n ç a - A l t a
şəhəri
ra-
y o n u n d a
təqribən iki
min il bundan
əvvəl tikilmiş
qədim astronomiya kompleksi aşkar etmişlər.
Kaliforniya ştatı Universitetindən olan tədqiqatçı
Çarlz Staniş başda olmaqla beynəlxalq arxeoloq-
lar qrupu 71 geoqlif xətti (Yerdə həndəsi və fiqurlu
naxış) qeydə almışdır.
Alimlər müəyyən etmişlər ki, Yeni dünya-
nın yerli sakinləri bu tikililərdən astronomiya
məqsədləri üçün istifadə edirmişlər. Düz xətlərin
bəzisi cənub yarımkürəsində yay gündönümü
nöqtəsinə yönəlmişdir. Arxeoloqların ehtimalına
görə, kompleks bir növ rəsədxana rolunu oyna-
mış və eyni zamanda ibadət obyekti olmuşdur.
Ç.Stanişin fikrincə, belə tikilinin ucaldılması qədim
insanlardan elə bir xüsusi bilik və böyük səy tələb
etməmişdir.
Arxeoloqlar hesab edirlər ki, onların 40 kvadrat
kilometrlik sahədə aşkar etdikləri yerüstü naxış-
lar Parakas mədəniyyətinin sonrakı mərhələsinə
(eramızdan təqribən 400-100 il əvvələ) aid-
dir. Fərziyyələrə görə, orada yaşamış insanlar
hələ eramızdan min il əvvəl istehsalın və ictimai
münasibətlərin yetərincə yüksək səviyyəsinə nail
ola bilmişlər.
Dostları ilə paylaş: