Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 238,96 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix29.12.2016
ölçüsü238,96 Kb.
#3808
1   2   3
Açar sözlər: statistika, sığorta, müşahidə, sığorta müqaviləsi, sığorta məbləği, sığorta 

edən, sığorta etdirən, statistika hesabati, icbari  sığorta, könüllü  sığorta, statistik informasiya, 

tarif dərəcəsi 

 

Statistika təcrübəsində ziyan gətirən hadisələrin statistika müşahidəsi ilə 

əhatə olunması sistemli xarakterə malikdir. Məlumdur ki, belə hadisələr haq-

qında  məlumatlar  müvafiq  statistika  orqanları,  sığorta  nəzarəti  orqanları  və 

sığorta şirkətləri tərəfindən toplanılır. 

Sığorta  hadisələri  haqqında  əldə  olunan  statistik  müşahidə  məlumatları 

əsasında aşağıdakıları aşkar etməyə imkan verən  bölgü  sıraları qurulur: 

 



bu v

ə  ya digər  şəraitdə  dəyən zərərin həcminin ölçülməsi qanuna-

uyğunluğu; itkinin dinamikasının ölçülməsi; belə hadisələrin baş vermə qanu-

na

uyğunluqlarını.  



Sıgorta edənin və sığorta etdirənin iqtisadi və hüquqi münasıbətlərini əks 

etdirən əsas sənəd “Sığorta müqaviləsi”dir. Sığorta müqaviləsinin bağlanması  

müəssisənin  istehsal  fondlarının  həcminin  kəskin  dəyişilməsi,  fiziki  şəxsin 



 

126 


şəxsi  əmlakının  itirilməsi  kimi  təzahür  edən  sığorta  hadisəsinin  nəticələrini 

aradan qaldırmağa xidmət edir. 

Sığorta müqaviləsində sığorta riskinin məsuliyyətinin həcmini müəyyən 

etmək  üçün  zəruri  olan  hesablamaları  həyata  keçirməyə  imkan  verən  bütün 

statistik in

formasiya öz əksini tapır. Belə məlumatlara aşağıdakılar aiddir: 

 

sığorta  məbləği;  sığorta  haqlarının həcmi və  ödənilmə  dövriliyi; 



sığorta  məsuliyyətinin limiti  (hüdudu); müqavilənin qüvvədə  olduğu  dövr

müqavil


ənin qüvvədə olduğu ərazi və s. 

Əmlak  sığortası  müqaviləsi  üzrə  sığorta  etdirənin  öhdəçiliyi  sığorta 

etdirən tərəfindən sığorta edənə müəyyən məbləğdə pul vəsaitinin ödənilməsini 

nəzərdə  tutur.  Əgər  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində 

müqavilədə  göstərilən  hadisələrin  baş  verməsi  nəticəsində  sığorta  etdirənin 

əmlakı zərər çəkər və ya tamamilə məhv olarsa, sığorta edən (sığorta təşkilatı) 

sığorta  etdirənə  onun  əmlakının  müəyyən  bir  hissəsinin  dəyərini  və  ya  tam 

dəyərini (o halda ki, sığorta olunan əmlak tamamilə yararsız hala düşmüş və ya 

məhv olmuş və ya da müəyyən səbəblərdən özgəninkiləşmişdir) ödəməlidir. 

Sığorta  edənin  öhdəliyi  yalnız  müəyyən  pul  vəsaitinin  ödənilməsi  ilə 

məhdudlaşmır. Belə ki, müqavilənin şərtlərinə əsasən sığorta şirkətinin başqa 

hərəkətləri də nəzərdə tutula bilər. 

Sığorta  təşkilatlarının  fəaliyyəti  haqqında  əsas  statistik  informasiya 

mənbəyi  aşağıdakılar hesab olunur: 

 

mühasibat hesabat



ı; maliyyə hesabatı; statistika hesabatı. 

Sığorta  təşkilatlarının  statistika  hesabatında

1

  (“1-


sığorta 

-li  forma”) 



onların  hansı  əraziyə,  iqtisadiyyatın  sahəsinə,  hüquqi-təşkilat  və  mülkiyyət 

formasına  aid  oldğunu  təhlil  etməyə  imkan  verən  rekvizitlərlə  yanaşı  digər 

əhəmiyyətli göstəricilər də  öz  əksini  tapır.  Belə göstəricilər sığorta  şirkətinin 

fəaliyyətini xarakterizə edir, onların nizamnamə kapitalının həcmi və quruluşu 

haqqında  məlumatları  əks  etdirir.  Nizamnamə  fondunun  həcm  və  quruluşunu 

əks  etdirən  hesabat  göstəriciləri  təsisçilər  və  onların  payının  xüsusı  çəkisi 

haqqında statistik informasiyanı əldə etməyə imkan verir. Nizamnamə kapitalı 

əksər hallarda müxtəlif təsisçilərin vəsaiti hesabına formalaşır: məsələn, sığorta 

təşkilatları, banklar, sənaye müəssisələri, kənd təsərrüfatı müəssisələri, nəqliy-

yat, tikinti təşkilatları, fiziki şəxslər. 

Statistika hesabatında sığorta portfeli haqqında aşağıdakı məlumatlar əks 

olunur: 


 

fiziki v



ə  hüquqi  şəxslərlə  bağlanmış  sığorta  müqavilələrinin  sayı; 

sığorta predmetlərinin sayı; bağlanmış  müqavilə və öhdəliklərin sığorta məb-

l

əği;  daxil  olmuş  sığorta  haqları;  daxil  olmuş  təkrar  sığorta  haqları;  alınacaq 



(hesablanmış)  sığorta  və  təkrar  sığorta  haqları;  müqavilələrin  iqtisadiyyatın  

müxt


əlif institutsional sektoruna  aid olmasını əks etdirən göstəricilər (1,76). 

                                                 

1

www.azstat.org 




 

127 


Bundan  əlavə,  sığorta  agentlərinin  sayı  və  onların  mükafat  məbləği 

haqqında daha ətraflı məlumatlar statistika hesabatında öz əksini tapır. 

 

Statistik  informasiyanın  toplanması  işində  dəyər  formasında  könüllü 



sığorta  üzrə  statistika  müşahidəsinə  xüsusi  yer  verilir.  Aqreqatlaşmış  sığorta 

xidməti  qruplarının  sığorta  ödəmələri  və  qaytarmaları  üzrə  məlumatlar  “1-

sığorta 

-



li  forma”   statistika hesabatı formasında əks olunur. 

Müşahidələr zamanı könüllu sığortanın aşağıdakı növləri fərqləndirilir: 

 

şəxsi sığorta - həyatin bədbəxt hadisələrdən sığortası, pensiyanın sı-



ğortası; əmlak sığortası – vətəndaşların şəxsi əmlaklarının, nəqliyyatın, yüklə-

rin  sığortası;  təsərrüfat subyektlərinin  əmlak  sığortası-  nəqliyyatin, yüklərin 

sığortası; maliyyə risklərinin sığortası - qaytarılmayan kreditlərin, əmanətlərin 

sığortası;  məsuliyyət  sığortası-professiya məsuliyyətinin,  yükdaşiyanların 

m

əsuliyyətinin, öhdəliklərin yerinə yetirilməməsi halında məsuliyyət sığortası. 



İcbarı sığorta “1-sığorta 

-



li  forma”sında ayrıca sətirdə əks olunur və 

ona aşağıdakılar aid edilir: 

 

S



ərnişin icbari  sığortası; tibbi personalın QİÇS-dən  sığortası; hərbi 

qulluqçuların dövlət icbari şəxsi sığortası; məhkəmə və hüquq mühafizə orqan-

ları  işçilərinin dövlət  icbari  şəxsi  sığortası;  dövlət  qulluqçularının  icbari 

sığortası;  diplomatik  nümayəndələrin    icbari  sığortası;  istehsalatda  bədbəxt 

hadis

ələr və  peşə  xəstəlikləri  nəticəsində  peşə-əmək qabiliyyətinin itirilməsi 



halla

rından icbari sığorta; nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyəti-

nin icbari sığortası; icbari sığortanın diğər növləri. 

Statistik hesaba

tlarda  təkrar  sığortaya  verilmiş  sığorta  ödənişlərinin 

ölçüsü də öz əksini tapır. Qanunvericiliyə müvafiq olaraq sığorta şirkətlərinin 

işçilərinin  sayı,  əmək  haqqı  və  digər  bütün  ödənişlər  üzrə  məlumatlar  1-T 

nömrəli hesabat formasında öz əksini tapır. 

3-S 

hesabat  formasında  icbarı  tibbi  sığorta  əməliyyatları  haqqında 



aşağıdakı məlumatlar əks olunur: 

 



müqavil

ələrin sayı;  sığorta  edilənlərin sayı;  siğorta  haqları  və 

qaytarmalarının həcmi; o cümlədən: nəqliyyatın müxtəlif növlərində xəsarət və 

ölüm hallar

ı üzrə. 

Eyniliklə  bu  yuxarıda  qeyd  olunan  göstəricilərlə  vergi  orqanlarının 

əməkdaşlarının icbari dövlət şəxsi sığortası da xarakterizə olunur. 

Beləliklə,  sığorta bazarında baş verən proseslər nəticəsində aşağıdakılar 

üzrə statistik informasıya yığılır: 

 



bağlanmiş müqavilələrin sayı; sığorta edilənlərin sayı; sığorta haqları 

v

ə ödəmələrinin həcmi; hərbi qulluqçuların və hərbi mükəlləfiyyətlilərin dövlət 



şəxsi sığortası; hərbi təlimlərə cəlb edilmiş vətəndaşların dövlət şəxsi sığortası; 

daxili işlər orqanlarının siravi və rəhbər işçilərinin dövlət şəxsi sığortası; tibb 

v

ə elmi işçilərin QİÇS-infeksiyaya yoluxma hallarından icbari dövlət sığortası; 



v

ətəndaşlara məxsus olan əmlakın sığortası. 

Sığortanın ayrı-ayrı növləri üzrə yeni bağlanmış və xitam verilmiş sığorta 

müqavilələrinin dinamikası haqqında məlumatlar da hesabatlrda öz əksini tapır. 




 

128 


Dövlət  sığorta  nəzarəti  haqqında  əmrlə  təsdiq  olunmuş  2S  nömrəli 

hesabat


2

 

formasında digər məlumatlarla yanaşı aşağıdakılar üzrə statistik təhlil 



aparmağa imkan verən məlumatlar əks olunur: 

 



şəxsi  sığorta  üzrə  sığorta  xidmətlərinin növləri nöqteyi-  nəzərindən 

(ölum,  yaşama,  ümumi  əmək qabiliyyətinin həmişəlik itirilməsi, tibbi 

xidm

ətlərin ödənilməsı kimi sığorta halları üzrə sığorta ödəmələri); 



 

hüquqi v



ə fiziki şəxslərə qaytarmalar üzrə sığorta fəaliyyətinin növ-

l

əri  üzrə  sığorta  halları  nöqteyi  nəzərindən  (yanğın,  partlayış,  təbii fəlakət, 



n

əqliyyat vasitələrinin qəzası,  üçüncü  şəxsin hüquqa zidd hərəkətləri, o 

cüml

ədən qarət, qaçırma, istilik və kanalizasiya sistemlərinin qəzası və.d.) 



 

müxt



əlif maliyyə  risklərinin  sığortası  üzrə  hüquqi və  fiziki  şəxslərə 

sığorta ödənişləri; 

 

iflas, qabaqcadan m



əlum olmayan xərclər, işin itirilməsi(fiziki şəxslər 

üçün),  istehsalın  dayanması  və  ya həcminin  ixtisar  olunması,  əməliyyat üzrə 

konturagentl

ərin müqavilə öhdəliklərini yerinə yetirməməsi, məhkəmə xərcləri 

v

ə digər bu kimi sığorta hadisələri (2,45). 



Sığorta  bazarının  statistik  tədqiqatı    prosesində  Azərbaycan  Respub-

likasının  Dövlət  Statistika  Komitəsi  (DSK)  tərəfindən  təqdim  olunan  infor-

masiya fundamental əhəmiyyət kəsb edir.Belə ki, DSK tərəfindən dərc edilən 

illik statistika məcmüəsində sığorta haqqında aşağıdakı məlumatlar əks olunur: 

 

bütünlükd



ə  sığorta  fəaliyyəti üzrə  sığorta  haqlarının  həcmi

3

; bütün-



lükd

ə  sığorta  fəaliyyəti üzrə  sığorta  ödənişlərinin  (qaytarmalarının)  həcmi; 

inzibati 

ərazi vahidləri və sığorta təşkilatları baxımınından sığorta haqlarının və 

sığorta  ödənişlərinin həcminin  quruluşu;  sığorta  xidmətlərinin aqreqatlaş-

d

ırılmış  qrupları  üzrə  sığorta  haqlarının  və  ödənişlərinin  faizlə  quruluşu  (3, 



mad 56). 

Lakin göstərilən məlumatlar sığorta haqqında ümumi təsəvvür yaratmağa 

imkan verir. Dövlət səviyyəli statistikadan fərqli olaraq nazirliklər üzrə tərtib 

olunan  statistika  hesabatları  statistika  fəaliyyəti  haqqında  daha  mükəmməl 

məlumat əldə etməyə imkan verir. Belə ki, bu səviyyəli hesabatlarda sığortanın 

ayrı-ayrı  növlərı  daha  aydın  və  ətraflı  məlumatlar  və  onları  xarakterizə  edən 

göstəricilərlə əhatə olunur. Bütünlükdə, sığorta nəzarəti  Azərbaycanda sığorta 

işinin təhlili üçün kifayət qədər böyük həcmdə informasiya bazası yaradır. 

Sığorta  haqqında  informasiya  mənbələri  sistemində  sığorta  şirkətlərinin 

balansı  xüsusi  yer  tutur.Şirkətin  balansında  onun  maliyyə  fəaliyyətini  əks 

etdirən daha əhəmiyyətli göstəricilər öz əksini tapır. 

Bu  qeyd  olunan  statistik  informasiya  mənbələri  və  göstəricilərlə  yanaşı 

sığorta  fəaliyyətinin  təhlilində  demək  olar  ki,  statistikanın  bütün  sahələrinin 

məlumatlarından  geniş  istifadə  olunur.Məsələn,  doğum  və  ölüm  göstəriciləri, 

                                                 

1

www.maliyye.gov.az 



www.azstat.org 




 

129 


faiz dərəcələri, inflyasiya, təbii və texnogen fəlakətlər, əhalinin gəlir və xərcləri  

haqqında informasiya və.s. 

Sosial  sığorta  statistikasında  əhalinin  xəstələnmə  hallları,  zədələnməsi, 

əlilliyi, himayəçinin itirilməsi, çoxuşaqlı ailələr, əhalinin qocalması və doğumu 

haq

qında  zəngin informasiya toplanılır. Bu məlumatlar əsasında əhalinin cinsi, 



xəstəliyin xarakteri, ixisaslar, məşğulluğun sahəsi və s. üzrə bölgü sıraları qu-

rulur. 


Bu  statistik məlumatlar  vəsaitlərin  istifadə  olunma  istiqamətlərinin  qiy-

mətləndirilməsi  və  ödənişlərin  həcminin  proqnozlaşdırılması  üçün  istifadə 

olunur. 

Burada  müvəqqəti  əmək  qabiliyyətinin  itirilməsini  təsdiq  edən  sənəd 

xüsusi informasiya mənbələrindən hesab olunur. 

Müvəqqəti əmək qabiliyyətinin itirilməsini təsdiq edən vərəqələrin məlu-

mat

larının  yekunlaşdırılması nəticəsində  işləyən əhalinin xəstələnmə növləri-



nin cins, yaş, iş yeri və ixtisası, xəstələnmənin davam etmə müddəti üzrə çoxlu 

informasiya toplanır. 

Belə statistik informasiya onilliklər boyu uzun dövr ərzində başdan-başa 

hesabat kimi toplandığı üçün həyatın sığortalanması işində tarif dərəcələrinin 

hesablanması baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Əmək  qabiliyyətinin  itirilməsi  hallarının  sığortası  işində  statistik 

hesablamalarda aşağıdakı göstəricilərdən istifadə olunur: 

 



X

əstələnmə  göstəricisi-müvəqqəti  iş  qabiliyyətinin  olmaması 

hallarının sayının əmək fəaliyyəti ilə məşğul olanların sayına nisbəti; 

 



Bir x

əstələnmənin orta davam etmə  müddətini xarakterizə  edən 

x

əstələnmənin ağırlığı göstəricisi; 



 

İqtisadiyyatın sahəsi üzrə orta hesabla hər 1000 nəfər işləyənə düşən 



müv

əqqəti əmək qabiliyyətinin itirildiyi günlərin sayını xarakterizə edən gös-

t

ərici. 


Şirkətin müştəriləri haqqında, onların hansı qrupa aid olması məlumatla-

rının  statistik  təhlilindən  asılı  olaraq  bu  göstəricilər  bədbəxt  hadisələrdən 

sığortalanma  portfelinə yenidən hesablanır. 

Qeyd  edək  ki,  yuxarıda  qeyd  olunanlarlala  yanaşı  Sığorta  üzrə  statistik 

informasiyanın  toplanması  baxımından    müəyyən  çatışmayan  cəhətələr  də 

mövcuddur: 

 

Müvafiq 



qurumların statistik məlumatları elmi ictimayyət və sığorta 

şirkətlərinin mütəxəssisləri  üçün məxfi xarakter daşıyır; 

 

Dövl



ət səviyyəli statistikada isə  yalnız  ən çox ümumiləşmiş 

göst


əricilər əks olunur; 

 



Bu sah

ədə statistik informasiyanın toplanılması işində seçmə müşahi-

d

əsi metodundan çox zəif istifadə olunur. 



Onu  da  qeyd  edək  ki,  hərtərəfli  statistik  informasiya  olmadan  sığorta 

bazarının inkişafı prosesinin  modelləşdirilməsi, hadisələr və proseslər arasında 

əlaqənin öyrənilməsi, sığorta bazarının cari və gələcək konyukturasını qiymət-

ləndirmək çox çətindir. 




 

130 


Sığorta işinin hüquqi əsası kimi “Mülki məcəllə” və “Azərbaycan Res-

pub


likasının Sığorta haqqında qanunu” (25 iyun 1999-cu il  № 696-IQ) və ona 

əlavələr  və  həmçinin  Dövlət  sığorta  nəzarətinin    normativ  sənədləri,  əmrləri, 

məktub və açıqlamaları hesab olunur. Məsələn, bu qeyd olunan sənədlər əsa-

sında  sığorta  statistikasının  ən  vacib  işi  hesab  olunan  tariflərin  hesablanması 

müəyyənləşdirilir. 

Əmlak  növlərinin  sığortası  üzrə    tariflərin  hesablanması  Dövlət  Sığorta 

Nəzarəti orqanının  sərəncamı ilə təsdiq olumuş qaydada, sığortanın risk növ-

ləri üzrə tarif dərəcələrinin hesablanma metodikasına əsasən aparılmalıdır. 

Sığorta üzrə texniki ehtiyyatların  formalaşdırılması Dövlət Sığorta Nəza-

rətinin  “Sığotra  ehtiyyatlarının  formalaşdırılması  qaydası”  haqqında  təsdiq 

edilmiş əmrə  əsasən müəyyən edilir. 


Yüklə 238,96 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin