Naxçivan döVLƏt universiteti 1967


boksçunun  əzələ  lifləri  qalınlaşır,  onların  kapilyar  şəbəkəsi  artır  və  əzələnin  eninə  kəsiyi



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə159/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   155   156   157   158   159   160   161   162   ...   190
boksçunun  əzələ  lifləri  qalınlaşır,  onların  kapilyar  şəbəkəsi  artır  və  əzələnin  eninə  kəsiyi 
böyüyür. Məlumdur ki, əzələdə liflərin neyromotor xüsusiyyətləri müxtəlifdir. Bir qrup liflər bəsit 
hərəkət xüsusiyyətinə, digər qrup liflər isə məhdud izotonik təqəllüs etmək xüsusiyyətinə malikdir.  
   Gücün istiqaməti adətən iki istiqamətdə aparılır: 
   1.  Gimnastik  alətlərdə  və  alətsiz  ümumi  inkişafetdirici  hərəkətlərdən,  yüklənmiş  olaraq 
hərəkətlərdən,  ştanqla  hərəkətlər,  oyundaşla  müqavimətdə  olmaqla  və  s.  hərəkətlərdən  istifadə 
etməklə gücü inkişaf etdirmək. 
   2.  Xüsusi  –  hazırlayıcı  və  xüsusi  hərəkətlərdən  istifadə  etməklə  gücün  tərbiyə  olunması. 
Xüsusihazırlayıcı  hərəkətlər  elə  seçilir  ki,  onlar  sinir-əzələ  xarakterinə  görə  boksçunun  xüsusi 
hərəkətlərinə  uyğun  olsunlar.  Bu  hərəkətlərə  rəqibin  müqavimətinin  öhdəsindən  gəlmək,  məsələn 
itələməklə  (“puş-puş”),  güclə  rəqibi  saxlamaq,  güləşmək,  zərbənin  gücünü  alətlərdə  inkişaf 
etdirmək və s. hərəkətlərə aiddir.  
   Boksçunun gücünün tərbiyə olunmasının iki metodu var, bunlar analitik və tam metoddur. 
   Analitik metodda, hərəkətlərin köməyi ilə əsas yük daşıyan, ayrı-ayrı əzələ qrupunu seçərək, 
güclərini tərbiyə etmək etmək olar. Məsələn, əlləri açan əzələlərin gücünü tərbiyə etmək üçün: 
müxtəlif  çəkili  yüklə  (qantel,  dəmir  çöplər,  doldurulmuş  toplar)  sürətli  güc  hərəkətlərdən; 
cəld  gimnastik  jim  hərəkətlərdən;  ştanqla  sıçrayıcı  və  təkan  xüsusiyyətli  hərəkətlərdən  və  s. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin