Naxçivan döVLƏt universiteti 1967



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə56/190
tarix29.12.2016
ölçüsü4,47 Mb.
#3815
1   ...   52   53   54   55   56   57   58   59   ...   190
 
                               
     ŞƏFA MƏHƏRRƏMOVA 
Naxçıvan Dövlət Universiteti               
UOT:58 
 
SƏRTQANADLILAR DƏSTƏSİNİN BAŞQA YIRTICI NÖVLƏRİ VƏ ONLARIN XEYİRLİ 
FƏALİYYƏTİ 
 
Açar sözlər:   Sərtqanadlılar, zərərvericilər, yırtıcı böcəklər 
Key words:   Coleoptera, pests are,Predatory beetles are 
Kлючевые  слова: Жесткокрылые ,хишные жуки, вредители 
 
          
Sərtqanadlıların – böcəklərin (Coleoptera) yırtıcı növlərinin müxtəlif zərərvericiləri məhv etmədə 
rolu  çox  böyükdür.Bunlar  həmkəmiyyətinə  (fərdlərin  sayına  )  və  həm  də  keyfiyyətinə  (təsnifat 
qruplarına )  görə çoxluq təşkil edirlər. 
            Yırtıcı böcəklərin effektli cəhəti onların daha çox növ zərərverici ilə qidalanmaqla bərabər həm 
də zərərvericiləri bütün inkişaf mərhələlərində onları məhv edirlər.Digər üstünlükləri isə bu acgöz yırtıcı 
böcəklər il ərzində iki və bəzən də üç nəsl verməsidir. Yaşlı formada qışlayırlar ki,bu da onların yazın 
ilk günlərindən zərərvericilərlə qidalanır və onların erkən yazdan təbiətdə çoxalmasının qarşısısnı alır. 
       
Böcəklərin  içərisində  isə  yirtici  Parabüzən  böcəklərinin  (Coccinellin)  xüsusi  yeri  var.Bunlarin 
Azərbaycanda 42,muxtar reespublikada 36 növü yayılmışdır.Müxtəlif ekoloji mühitdə yaxşı uyğunlaşan 
parabüzən böcəkləri bütünbioton və biosenozlarda yayılıb Bunlar özlərinin yığcam oval şəkilli bədənləri 
,əlvanrəngli olmaqla üzərində bədənə yaraşıq verən qara (bəzən də başqa rəngdə)  
      
 Nöqtə  və ləkələri,qara və ya sarı rəngli əlvanlığıilə cilvələnmiş bir varlığı xatırladırlar. Estetik 
cəhətdən zəngin əlamətlərə malik olması onlara müqəddəs adlar bəxş etmir. Məsələn ,”xanqızı “,”niyyət 
böcəyi  “ və s .(Bunlar haqqında əvvəldə geniş danışılıb ). 
   
 Ümumiyyətlə  böcəklər  dəstəsinin  digər  yırtıcı  növləri  də  məsələn  ,Stafinidiləri,    qaçacan  , 
gözəlbədən    böcəkləri  ,  susevər  üzər  böcəkləri    yumuşaqbədən,    fırfıra  böcəkləri  ,dozanqurdunu,  
alaböcək, qalxancıqlı ,meyidyeyən və qabar böcəkləri göstərmək olar. 
      
Gözəlbədən  böcəklər-  əlvan  rənglidir,zəngin  rəng  çalarları  ilə  bəzənib,  harmonik  bədən 
quruluşuna malikdir. Yırtıcı böcəklərdirlər, buraxdıqları pis iyli ekstrat onları düşmənlərindən mühafizə 
edir.Bunlar  yumurtalarını  çoxillik  ağacların  və  bəzi  kol  bitkilərinin  müxtəlif  vegetativ  orqanlarin 
üzərində  qoyurlar  .  Çünki  yaşlı  formaları  kimi  sürfələri  də  zərərli  cücülərlə  və  onların  sürfələri  ilə 
qidalanırlar.Bunlar  meşələrin  qorxulu  zərərvericiləri  olan  qızılqarın  kəpənəyin  ,  dəyişkən  və  həlqəvi 
ipəksaryanlı  ,yarpaqbükən    kəpənəklərin.tunc  gözəlbədən  isə  qarışığı  və  yarpaqbükən  kəpənəklərin 
,səhra gözəlbədəni çəmən küvəsinin və bəzi sovkaların tırtılları ilə qidalanırlar. Gözəlbədən böcəklərin 
elə növləri də var ki. Onlar düzqanadlıların (çəyirtkələrin )yumurtaları ilə qidalanırlar.bir mövsümdə hər 
böcək 300-dən artıq tırtıllı.150-yə qədərkəpənək ,sovka yumurtasını  və pupunu (baramasını )məhv edir. 
Üzər  böcəklər-durğun  və  axan  sularda  yaşayırlar.  Avarşəkilli    ayaqları    vasitəsi  ilə  suda  asan  sürətlə 
üzürlər .Ölkəmizdə 30-dan çox növü o cümlədən də muxtar respublikada 3 növü yayılıb .Suda yaşayan 
bir  çox  kiçik  onurğasız  heyvanlara  ,hətta  balıq  və  çömçə  quyruqlara    amansiz  casına  təcavüz  edirlər. 
Onlar  ayaqlarındakı  sormaclarının  köməyi  ilə  nisbətən  böyük  su  heyvanlarına  da  uğursuz  hücumlar 
edirlər.  Bunların  tənəffüsü  qanadüstlüyünün  altındakı  nəfəs  dəlikləri  vasitəsilədir.Bunlarda  suda  çox 
qalması  üçün  qarıncığının  sonundakı  yarıq  vasitəsilə  ehtiyat  hava  toplamaq  imkanları  da  var.quruda 
qaça bilir,uçurlar  və suyun dərinliklərinə də baş vura bilirlər. 
       
Qabar böcəklərin (Carabidae ) növündən ölkəmizdə 80 növü qeydə alınıb . Əlvan rəngə malik 
olan  bu  böcəklər  budla  baldırın  birləşdiyi  yerdən  qələvi  xassəli  xoşagəlməz  iyi  olan  kantradın  maddə 
buraxırlar  ki.  Bunun  vasitəsilə  həm  düşmənlərindən  qorunurlar  və  həmdə  ovlarını  zəhərləyib  iflic 
edirlər.Qabar  böcəklərinin  sürfələri  pərdəqanadlıların  və  düzqanadlıların  yumurta  küpəciklərində 
parazitlik edilərək . onları   “beşiyində ” məhv edir.Tanınmış entomolq professor Seyfəddin Əliyev bu 


57 
 
böcəklər  üzərində  apardığı  müşahidələr  nəticəsində  aydınlaşdırmışdır  ki,  qabar  böcəkləri  cütləşmək  –
mayalanma  mərhələsində  bir  yerə  toplaşaraq  iri  kütlə  yaradırlar  .Bunlardan  bəziləri  çiçəyin  içinə 
soxulur, digərləri narahat halda koloniyanın dövrəsinə dolanır , başqa bir qismi isə ( əsasən dişi fərdlər ) 
uçub  koloniyanı  tərk  edirdilər.  Gedənlərin  yerini  isə  fasiləsiz  olaraq  buraya  uçub  gələn  yeni  üzvülər 
tuturdu  .
Beləliklə  ,  mayalanma  mərasiminə  toplaşan  qırmızıbaş  qabar  böcəklərini  sayı  kolonyada  xeyli 
müddət  sabit  qalır.  Böcəklərin  ,xüsusilə  erkək  fərdlərin  fasiləsiz  koloniyaya  dişilərin  buraxdıqları    xüsusi  
iyin hesabınadır. Buna görədə böcəklərin mayalanma mərasiminin topasında erkək fərdlərin sayı dominantlıq 
təşkil  edir.Burada  dişilərin  buraxdıqları iy  mayalanma  mərasimləri  qurtardıqdan  sonra  kəsilir.Daha  bundan 
sonra  dişi  erkəkləri  yaxına  buraxmırlar  .Görünür  ,bu  proses  də  təbii  seçmənin  bir  əlaməti  kimi  həyati 
əhəmiyyətə malik instinqlərdəndir.bunlar yumurtalarını torpağın çatlamış yerlərinı qoyur .Çıxan sürfələr çox 
cəld  olurlar    və  əsasən  çəyirtkələrin  yumurtka  küpünə  daxil  olaraq  ,onların  hesabına  qidalanır  və  beləliklə   
təbiətdə  çəyirtkə    kimi  bir  çox  bitkilərin  qorxulu  zərərvericilərinin  təbii  ehtiyyatını  xeyli  miqdarda 
məhdudlaşdırmaqla  ,  kənd  təsərrüfatına  xeyir  verirlər.  Sürfənin  inkişafı  metamorfozdur,  yəni  qabıq 
dəyişməklə isə bir yaşdan digərinə keçərək mərhələ- mərhələ ilə böyüyürlər və pup əmələ gətirirlər .Qabar 
böcəklərinin  puplar  hərəkət  etdiyindən  yalançı  pup  adlanır  və  altıncı  “    yaşdan    ”sonra  həqiqi  pupa 
çevrilirlər.Belə  puplar  özlərinin  hazırladığı  yumurtacıq  küpünün  içərisində  qışlayır  və  yazda  böcəklər 
“doğulur ”. 
      
Stafilinid  böcəkləri    bostan  –tərəvəz  bitkilərinin    zərərverici  milçəkləri  ;  dozanqurd  böcəklərinin, 
sovka  tırtıllarını  ,milçək  sürfələrini  ;cəsədyeyən  böcəklərin(ekrophoras  )meşələrdə  ipəksaryanların  və 
s.tırtılları məhv edirlər. 

Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin