rik – Абрикос – Armeniaca vulgaris Lam. Gülçi-
çəklilər (Rosaceae) fəsiləsindəndir. Ərik cinsinin 10 müxtəlif
yabanı forması vardır ki, bunun da 3 növü – adi, Sidir və
Mancuriya əriyi daha çox yayılmışdır. Bu növlərdən adi ərik
daha çox yayılmış və təcrübəvi əhəmiyyətə malikdir. Adi ya-
banı ərik Orta Asiyada və Qafqazda bitir. Əriyin vətəni Tyan-
Ş
an dağlarıdır. Orta Asiyada, Iran və Qafqazda daha çox
becərilir.
Adi ərik mart-apreldə çiçəkləyir. Çiçəkləri ağ və ya açıq
çəhrayıdır, yarpaqlarından çox əvvəl açılır. Çiçək saplaqları
qısadır. Meyvələri iyun-avqustda yetişir. Meyvələri birçə-
yirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin
ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya
turşa-şirindir.
Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən, saxa-
roza), 2,6% üzvi turşu (alma, limon və az miqdarda salisil,
şə
rab), 1%-ə qədər pektin, karotin, B
1
və B
2
vitaminləri vardır.
Çəyirdək ləpəsində 40%-ə qədər badam yağına oxşar quru-
mayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır.
Yabanı halda bitən əriklərin çəyirdək ləpəsində 1-3% miq-
darında acı amiqdalin qlükozidi olur. Ona görə də qida məq-
sədlərilə işlədilmir.
Adi ərik təzə halda istehlak edilir. Ondan kompot, şirə,
mürəbbə, cem, marmelad, pat, pastila, jele, povidlo, sukat, ka-
ramel üçün içlik və şərab hazırlanır, həmçinin, qurudulur.
Çəyirdəyi ilə birlikdə qurudulduqda uryuk, çəyirdəksiz bütöv
102
qurudulduqda qaysı, iki yerə bölünüb qurudulduqda isə kuraqa
adlanır. Qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin
hazırlanmasında istifadə olunur. Çəyirdəyinin qabığından
aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi qatranlardan
isə yapışqan (kley) hazırlanır. Balverən bitki kimi az məşhur-
dur. Çünki çox qısa müddətdə çiçəkləyir. Yabanı ərik qiymətli
calaq materialı hesab edilir. Mədəni sortların yetişdirilməsində
onun böyük əhəmiyyəti vardır.
Uzun müddət saxlamaq üçün ərik konservləşdirilir,
dondurulur, qurudulur.
Ə
riyin müalicəvi xassələri. Quru əriyin – kuraqanın
kaloriliyi 300 kkal-dır. Ərik şirəsi də insan orqanizmi üçün fay-
dalıdır. Kiçik uşaqlara da ərik şirəsi vermək məsləhət görülür.
150 ml ərik şirəsi insanın gündəlik A vitamininə olan tələbatını
ödəyir. Ərikdə dəmirin çox olması, ondan qanazlığına qarşı
istifadə olunmasını təmin edir. Ərik ətliyində kaliumun çox
olması ondan ürək-damar xəstəliklərində və pəhriz qida-
lanmasında istifadə olunmasını əsaslandırır. Təzə ərikdə 330
mq%, qurudulmuş ərikdə – kuraqada 1717 mq% kalium vardır.
Ona görə də ürəyin fəaliyyətinin yaxşılaşdırılmasında gündə 3
dəfə 3-4 ədəd ərik qurusu yemək məsləhətdir. Lakin şəkər xəs-
təliyində ərik qurusundan çox istifadə etmək məsləhət gö-
rülmür.
Ə
riyin şirin ləpələrindən qənnadı məmulatı hazırlanma-
sında badamın əvəzedicisi kimi istifadə edirlər. Çin xalq təba-
bətində əzilmiş ərik ləpəsindən hazırlanmış emulsiyadan ös-
kürəyə və hıçqırığa qarşı istifadə edilir. Ərik ləpəsindən digər
dərmanlarla birlikdə nəfəs yolları xəstəliklərinin və nefritin
müalicəsində istifadə olunur. Günəş yanmalarına qarşı əzilmiş
ə
rik püresindən kosmetik maskalar hazırlanır.
Ə
rik ləpəsindən alınan yağdan bəzi dərmanlar hazırlanır.
Ə
rik yağı ilə duru məlhəmlər, acı ərik ləpəsindən isə badam
suyu hazırlanır. Ərik ağacının qabığından kamedlər, çəyirdək
qabığından aktivləşdirilmiş kömür və kömürlənmiş ərik qa-
103
bığından qara tuşa oxşar boya maddəsi alınır. Ərik meyvələri
mədə-bağırsaq xəstəliklərində həzmi yaxşılaşdırır və ürəyə
qüvvət verir.
Ə
zgil – Мушмула. Əzgilin iki əsas növü vardır: 1. Adi
ə
zgil (Mespilus germanica); 2. Subtropik və ya yapon əzgili
(Eriobothrya japonica).
Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Vətəni Qafqaz
və Talış dağlarıdır. Yabanı halda Qafqazda, Kiçik Asiyada,
Krımda, Türkmənistanda, Balkan yarımadasında, Şimali Iranda
bitir. Yabanı əzgil Azərbaycanın şimal və cənub rayonlarının
dağlıq meşələrində yayılmışdır. Mədəni halda Azərbaycanda,
Avropanın bir çox ölkələrində və ABŞ-da becərilir. Azərbay-
canda yabanı formaların və mədəni sortların bir çox növmüx-
təliflikləri vardır.
Yabanı əzgil aprel ayında yarpaqlayır və mayın əv-
vəllərində çiçəkləyir. Meyvələri oktyabrın axırı və noyabrın
ə
vvəllərində yetişir. Meyvəsi boz-darçını rəngdədir, üstü azacıq
incə tüklərlə örtülür, diametri 2,5-5,0 sm-dir. Meyvələri yumru,
yastı-yumru və ya armudşəkilli olur. Hər meyvənin birtoxumlu
beş çəyirdəyi vardır. Meyvənin ətliyi bərkdir, tərkibində
aşılayıcı maddə olduğundan ağız büzüşdürücüdür. Lakin dərilib
saxlandıqdan sonra və ya meyvəni şaxta vurduqda yumşalır və
dadı şirin olur.
Tam yetişmiş əzgilin yumşaq hissəsinin tərkibində 5,2%
su, 8,5% şəkər, 0,8% turşu, 1,4% pektin maddələri, 0,65%
azotlu maddələr, 1,8-2,5% sellüloza, bir qədər alma turşusu var.
Yetişmə nəticəsində şəkər və alma turşusu azalır, az miqdarda
spirt və sirkə turşusu əmələ gəlir ki, bu da ona pis xoşagəl-
məyən tam verir.
Yabanı əzgilin tərkibində 8,2-9,4% şəkər, 1,8-2,1% üzvi
turşu, aşılayıcı, rəngləyici və pektinli maddələr vardır. Yetişib
ötmüş əzgildə şəkər və üzvi turşu nisbətən azdır. Yetişib öt-
dükdə sirkə turşusu və spirt əmələ gəlir ki, bunlar da meyvəyə
104
spesifik iy verir. Əzgildə karotin (provitamin A) və C vitamini
də vardır.
Yabanı əzgili həm təzə halda yeyilir və həm də emal
edilir. Əzgildən pastila, povidlo, kompot, konfet və karamel
içliyi, sirkə, sidr, tamlı yeyinti ekstraktı və s. məhsullar hazır-
lanır. Əzgil tumunda 25% yağ, aşılayıcı və ekstraktlı maddələr
olduğundan qəhvə əvəzedicilərində işlədilə bilər.
Ə
zgilin müalicəvi xassələri. Əzgildən müalicəvi məq-
sədlə qidanın yaxşı həzmi və bağırsaqların fəaliyyətini yaxşı-
laşdırmaq üçün istifadə olunur. Kal meyvələri mədə-bağırsaq
xəstəliklərində, xüsusən ishala qarşı tətbiq edilir. Əzgilin yar-
paqlarından dəmlənmiş çayla boğazı yaxalayırlar.
Ə
zgilin yarpaqlarından və kökündən qəhvəyi və yaşıl
boyaq alınır. Oduncağının qabığı və yarpaqları aşılayıcı mad-
dələrlə zəngin olduğundan dərilərin aşılanmasında, oduncağı
isə xarratlıqda xırda məmulatların hazırlanmasında istifadə
edilir.
Ə
zgil təzə halda yeyilir, ondan pastila, povidlo, mürəbbə,
kompot, karamel üçün içlik və «Əzgil-şərab» adlı tamlı qatma
hazırlanır. Tərkibində aşı maddəsi çox olduğundan ağız büzüş-
dürücüdür. Ona görə də yetişib-ötmüş (lalıxlamış) və donmuş
halda daha şirin olur.
Qədim dövrlərdən əzgildən bağırsaqların möhkəmlən-
məsi və qida həzminin yaxşılaşdırılması məqsədilə istifadə olu-
nurdu. Meyvələrindən və tumlarından alınan həlimdən mədə-
bağırsaq xəstəliklərinin, əsasən də ishalın müalicəsində istifadə
edirlər. Ondan böyrək daşlarının xaric edilməsində və böyrək
xəstəliklərində istifadə inkar edilmir. Əzgil yarpaqlarından ha-
zırlanmış həlimdən (1 xörək qaşığı quru yarpaq 1 stəkan suda)
ishala qarşı və qankəsici vasitə kimi istifadə olunur. Belə
həlimlə soyuqdəymədə boğazı qarqara edirlər. Qafqazın xalq
təbabətində əzgil yarpaqlarından (1 xörək qaşığı quru yarpaq 1
stəkan qaynanmış suda) boğazı qarqara etmək üçün mərlul
105
hazırlanır. Əzgilin yarpaqlarından və kökündən parçaları
boyamaq üçün sarı boyaq alınır.
Ə
zgil, həmçinin, balverən bitkidir. Onun çiçəklərindən
toplanan nektar ətrinə və şəffaflığına görə başqa nektarlardan
geri qalmır.
Gavalı – Слива – Prunus domestica L. Gülçiçəklilər
(Rosaceae) fəsiləsindəndir. Göyəm və alçanın çarpazlaşdırıl-
masından ilk dəfə Qafqazda yaranmışdır. Bağ gavalısının ən
çox becərilən növləri renklod, macar və yumurtavarı gavalıdır.
Macar gavalısı qırmızımtıl-bənövşəyi rəngdə, üzəri ağ
mum tozu ilə örtülü, uzunsov yumurta formasında, ətli hissəsi
yaşılımtıl sarı, bərk və şirin olur. Bu gavalıdan, əsasən qara ga-
valı qurusu istehsal edilir. Təzə halda bir aya kimi saxlanıla
bilər. Macar gavalısının ən çox yayılmış sortlarından Ev gava-
lısı, Adi gavalı, Italyan gavalısı, Ajanski gavalısı, Moskva
gavalısıdır.
Renklod gavalıları yumru formada, təsadüfi hallarda
ovalşəkilli yaşıl, sarı, yaşılımtıl-sarı rəngdə şirin və sulu olur.
Renklod gavalısının sortlarından yaşıl renklod, Altan renklodu,
Ullens renklodu, kolxoz renklodu, Reforma gavalısıdır.
Yumurtavarı gavalılar çox iri, sarı və ya narıncı rəngdə,
sıx, şirəli sarı ətli hissəyə və turşa-şirin dada malikdir. Bu qrupa
Sarı yumurtavarı, Qızıl damcı, Şaftalı gavalıları aiddir.
Bunlardan başqa bağ gavalısının növ müxtəlifliklərindən
Anna Şpet, Viktoriya, Sarı Oçakov gavalı sortları da möv-
cuddur.
Azərbaycanda Bondebri, Şaftalı gavalısı, Yaşıl renklod,
Ullens renklodu, Xurma macar, Adi macar, Anna Şpet, Süqar,
Sarı albuxara, Aleksandr Düma, Altan renklodu, Yerli Lakston
gavalı sortları becərilir. Yerli sortlardan Xatını, Vəziri, Sarı
albuxara və qara gavalıdır.
Gavalının müalicəvi xassələri. Gavalı təzə və emal-
edilmiş halda istifadə olunur. Gavalıdan kompot, mürəbbə,
povidlo, nalivka, qənnadı məmulatı hazırlanır və qurudulur.
106
Gavalı qurusu bağırsağın zəifliyində əhəmiyyətlidir. Bu
məqsədlə qara gavalı qurusu məşhur müalicəvi məhsul kimi
istifadə olunur və bağırsağın fəaliyyətini yaxşılaşdırır. Qu-
rutmaq üçün gavalının macar sortlarından istifadə edilir.
Kompot və gavalı tinkturasından zəif yumşaldıcı kimi qəbizliyə
qarşı tətbiq olunur. Hər gün yatmazdan qabaq 10-20 ədəd qara
gavalı yemək yaxşıdır. Təsdiq olunmuşdur ki, qara gavalı or-
qanizmdən xolesterinin çıxarılmasına kömək edir və ate-
rosklerozda, öd kisəsi xəstəliklərində məsləhət görülür. Qara
gavalı qurusu hipertoniyada, böyrək xəstəliklərində faydalıdır,
onun tərkibindəki kalium duzları orqanizmdən suyun və xörək
duzunun çıxarılmasına səbəb olur. Qara gavalının qidalılıq
dəyəri təzə gavalıdan 4-6 dəfə çoxdur. Lakin kökəlmədə və
şə
kər xəstəliyində qara gavalı yemək məsləhət deyil.
Quru gavalı ağzı bağlı bankalarda və paketlərdə quru və
qaranlıq yerdə saxlanılır. Gavalının ətlikli şirəsi pəhriz qidası
hesab olunur. Belə şirədə təzə gavalının tərkibindəki bütün
qidalı maddələr qalır. Gavalı şirəsi iştahanı və qidanın həzmini
yaxşılaşdırır. Qış aylarında orqanizmi vitaminlə təmin edir.
Mədə şirəsinin turşuluğu az olan xəstələrə turş gavalı
sortlarından hazırlanan şirə içmək məsləhətdir.
Xalq təbabətində gavalıdan mədə-bağırsaq, böyrək, rev-
matizm və podaqra xəstəliklərinin müalicəsində istifadə olunur.
Sirkədə gavalı yarpaqlarından hazırlanmış həlimdən köhnəlmiş
və irinli yaraların daha tez sağalmasında istifadə edilir. Bəzən
yaraların və yarıqların üzərinə buxara verilmiş gavalı yarpaqları
qoyulur.
Gavalının yerli sortlarından alınan gavalı qurusundan,
xüsusən albuxaradan milli xörəklərimizin hazırlanmasında
istifadə olunur.
Gilas – Черешня – Cerasus avium Moench. Gülçi-
çəklilər (Rosaceae) fəsiləsinin albalı cinsinə aiddir. Gilasın
vətəni Aralıq dənizi ölkələridir. Yabanı halda Ukraynada, Mol-
daviyada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları
107
çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin
meşələrdə yabanı formalara çox təsadüf edilir.
Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli,
beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir
kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və
ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı rəngdə
olur. Dadı acıtəhər və bəzən şirin olur. Şirinlər təzə halda
yeyilir, eləcə də ondan kompot, şirə, ekstrakt, mürəbbə və
başqa məhsullar hazırlanır. Acı gilaslar isə şərab istehsalı üçün
yararlıdır.
Yabanı gilasın tərkibində şəkər, üzvi turşular, karotin, C
və P vitaminləri çəyirdəyində isə 30% yağ və 1%-ə qədər efir
yağı vardır. Texniki məqsədlər üçün də işlədilə bilər. Yarpaq-
larında 250 mq% C vitamini vardır. Yabanı gilas külli miq-
darda qatran ifraz edir ki, bundan da parçaların boyanmasında
istifadə edilir.
Zəngin kimyəvi tərkibə malik olan gilas, əsasən təzə
halda yeyilir. Ondan kompot, mürəbbə, meyvə konservləri ha-
zırlanır, qurudulur və dondurulmuş halda qışa saxlanılır. Gilas
ş
irəsi likör-araq məhsulları istehsalında yarımfabrikat kimi
istifadə olunur.
Эиласын мцалижяви хассяляри.
Gilas şirəsi və həlimindən
qidanın həzmini yaxşılaşdırıcı vasitə kimi, özündən isə qəbiz-
liyə qarşı istifadə olunur. Gilas tumunda efir yağları, zülali
maddələr, qlükozid, amiqdalin və onu parçalayan ferment
emulsiyası var. Gilasın çəyirdək ləpəsindən acı mindal efir yağı
alınır və kosmetikada istifadə olunur. Gilas ağacının qabığında
ə
mələ gələn yüksəkkeyfiyyətli kamedlərdən də texniki məq-
sədlər üçün istifadə olunur.
Gilas şirəsi qidanın yaxşı həzm olunması üçün tətbiq
edilir. Xalq təbabətində qəbzliyə qarşı da istifadə olunur. Odun-
cağı bərk, sarı-qırmızı rəngdədir. Gilasın oduncağından xarrat
məmulatı, nazik budaqlarından isə qəlyan çubuqları hazırlanır.
108
Gilas balverən və bəzək bitkisi kimi də əhəmiyyətlidir. 1
hektar çiçəkləyən gilas sahəsindən arılar 36-40 kq bal hasil edə
bilir.
Göyəm – Терн – Pruus spinosa L. Gülçiçəklilər (Ro-
saceae) fəsiləsinin gavalı cinsinə aiddir. Şimali Qafqazda,
Zaqafqaziyada, Krımda bitir. Ukrayna, Belorus və Latviyada da
rast gəlinir.
Göyəm, yarpaqları əmələ gəlməmiş, erkən yazda – aprel-
mayda çiçəkləyir. Meyvələri iyul-avqustda yetişir. Qışa qədər
budaqlardan tökülmür. Meyvə saplaqları qısa və tüksüzdür.
Meyvələri yumru, tünd, qara-bənövşəyi rəngdə olur. Üzəri
qalın, ağ mum tozu ilə örtülüdür. Ətliyi yaşıl rəngdə, turşaşirin
və gərdir (büzüşdürücüdür). Azərbaycanda meyvələri çox iri,
ş
irin və dadlı bağ göyəm sortları vardır ki, bunlara el arasında
Xangöyəm deyilir.
Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və
saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə,
1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır.
Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə,
povidlo, kompot, «ternovka» adlı spirtli içki, sirkə, kvas hazır-
lanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qo-
yulmuş göyəm çox dadlı olur.
Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda
yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ
vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki
məqsədlər üçün işlədilir.
Göyəmdən qədimdən qida məqsədləri üçün istifadə
olunur. Ondan kompot, mürəbbə, povidlo, pastila, sukat, sirkə,
şə
rab və nalivka hazırlanır. Göyəm soğan və sarımsaqla sirkəyə
qoyulur və tamlı qida kimi istifadə olunur.
Göyəmin müalicəvi xassələri. Hələ Qədim Roma və
Yunanıstan həkimləri göyəmin qatılaşdırılmış şirəsindən
dizenteriyaya qarşı istifadə etmişlər. Müasir dövrdə də göyəm
büzüşdürücü və bərkidici vasitə kimi bağırsaq pozuntularında
109
istifadə edilir. shala qarşı istifadə olunan ən yaxşı vasitə gündə
3 dəfə 1 xörək qaşığı duru göyəm ekstraktı içməkdir. Lakin
aprel və mayın əvvəllərində yığılan göyəm çiçəklərindən alınan
sulu həlimdən mədə-bağırsağı yumşaldıcı kimi istifadə olunur.
Çünki onun tərkibində efir yağları, aşı, acı və digər fəal
maddələr vardır. 1:10 nisbətində göyəm meyvəsindən və çiçə-
yindən hazırlanmış həlimdən öskürəyə, xırıltıya qarşı və qi-
danın yaxşı həzm olunmasında hər səhər 30-40 ml içilir. Gö-
yəm güllərindən hazırlanmış çaydan sidikqovucu və maddələr
mübadiləsini yaxşılaşdıran vasitə kimi istifadə olunur. Belə çay
böyrək, qaraciyər və bəzi dəri xəstəliklərində normasız təyin
olunur. Göyəmin çiçəklərindən tinkturanı soyuq üsulla hazır-
layırlar. 1 stəkan suya 2 çay qaşığı qurudulmuş göyəm çiçəkləri
götürülür, 8 saat saxlanılır və süzülür. Göyəmin köklərindən və
qabığından 1:20 nisbətində hazırlanmış həlimdən tərgətirici və
sidikqovucu vasitə kimi yüksək temperpaturda içilir. Qay-
nanmış su ilə yarıbayarı qarışdırılmış həlimdən iltihaba qarşı da
istifadə olunur. Bəzən göyəm ağacının üst qabığından alınan
həlimdən qızıl yel iltihabında islatma qoyulur.
Göyəmin çəyirdək ləpəsindən yağlı və efirli acı badam
yağı alınır, çəyirdək qabığından isə aktivləşdirilmiş kömür
istehsal edilir.
Yarpaqlarında 222 mq% C vitamini vardır. Çay əvəz-
edicisi kimi işlədilir. Həm də bundan sidikqovucu və maddələr
mübadiləsini yaxşılaşdıran vasitə kimi istifadə edilir. Təzə
göyəm şirəsi ishala qarşı, qatılaşdırılmış isə qanlı ishala qarşı
təsiredici vasitədir. Göyəm çiçəklərindən alınan sulu məhlul isə
işlətmə dərmanı kimi tətbiq olunur.
Göyəm həm də balverən və bəzək bitkisidir. Mədəni
gavalı göyəmlə alçanın təbii hibridindən əmələ gəlmişdir.
Heyva – Айва – (Cydonia oblonga Mill). Gülçiçəklilər
(Rosaceae) fəsiləsindəndir. Meyvə bitkisi kimi 4000 ildir ki,
məlumdur. Yabanı halda ən çox Şərq yarımkürəsində daha çox
bitir. Böyük Qafqazın şərq hissəsində, Mərkəzi Zaqafqaziyada
110
və Talışda yetişir. Mədəni halda dünyanın bir çox ölkələrində
becərilir.
Azərbaycanda heyvanın yabanı formaları çoxdur. Lakin
bunlar az öyrənilmişdir. Heyvanın az öyrənilməsi onun mey-
vəsinin az qiymətləndirilməsidir. Lakin heyvanın təsərrüfat
ə
həmiyyəti böyükdür.
Heyva may ayında çiçəkləyir. Çiçəkləri iri ağ və çəhrayı
olur. Ətirlidir. Meyvəsi sentyabr-oktyabrda yetişir. Heyvanın
yabanı formaları xırda olmaqla, uzun müddət saxlandıqda ətri
yaxşılaşır. Meyvələri yumru, uzunsov və armud şəklində, rəngi
yaşıl, açıq və ya tutqun sarı olur. Meyvənin üstü boz, tünd sarı
və ya tünd qəhvəyi rəngli pənbə ilə örtülüdür. Ətliyi ağ və ya
sarımtıl, əvvəlcə bərk, lakin qalıb yetişdikcə yumşalır.
Ə
tliyində daşlaşmış bərk toxumalar vardır. Dadı şirin, turşa-
ş
irin və gər (büzüşdürücü) olur.
Toxum yuvası beşdir. Içərisində boz və ya qara-darçını
rəngli toxumlar yerləşir. Toxumlar lığablıdır (yağlı-horralıdır).
Heyvanın tərkibində 5-12,2% şəkər, o cümlədən 2,14%
qlükoza, 6,27% fruktoza və 0,64% saxaroza, 0,85-1,22% üzvi
turşu (alma, limon), 0,35-1,25% aşılayıcı maddə, 0,27-0,45%
pektinli maddə, 0,51-0,85% minerallı maddə, o cümlədən 30
mq/kq dəmir, 1,4 mq/kq mis, 20 mq% C vitamin və karotin
vardır. Heyvanın, əsasən qabıq hissəsində toplanmış enant-etil
və pelarqon-etil efiri onun ətrini əmələ gətirir.
Heyvadan bişirilmiş halda (bəzən külləmə formasında)
istifadə edirlər. Heyvanın meyvəsi marmelad, jele, povidlo,
sukat, mürəbbə, kompot, cem hazırlamaq üçün qiymətli xam-
maldır. Heyvanın ətri daha kəskin olduğundan, alma və ar-
muddan hazırlanan məhsullara xoş dad və ətir vermək üçün
ondan bir qədər qatılır.
Azərbaycanda heyvadan bir çox xörəklərin hazırlanma-
sında istifadə edilir (ət və quş xörəklərinə qarnir kimi, qiymə-
lənmiş heyvanın hazırlanmasında, kələm dolmasının yanında
və s.).
111
Heyva sobada və suda bişirilmiş halda qidaya sərf olu-
nur. Çünki çiy halda heyva çox gec (bəzi məlumatlara görə 14
saata) həzm olunur. Heyvadan ət və quş xörəklərinə qarnir kimi
istifadə olunur, bir çox mili xörəklər hazırlanır və tamlı qida
məhsulu kimi kulinariyada iştahaartırıcı və həzmedici vasitə
hesab edilir. Heyva püresinə ədviyyat qatmaqla sərbəst xörək
və müxtəlif xörəklərə qatma kimi istifadə olunur. Heyvadan
ə
tirli və qidalı mürəbbə, cem, kompot, jele, marmelad, sukat və
digər qənnadı məmulatı hazırlanır.
Heyvanın müalicə vi xassə lə ri. Təzə heyvadan hazır-
lanmış ekstraktın tərkibində dəmir çox olduğundan qan azlığı
və digər xəstəliklərə qarşı istifadə olunur.
Məşhur tacik həkimi və filosofu Ibn-Sina heyvaya çox
fikir verirdi. O, belə hesab edirdi ki, heyva həzm prosesinin
pozulmasında və sifətin (üzün) rənginin yaxşılaşmasında
müsbət təsir göstərir. Ona görə də o, təzə hazırlanmış heyva
ş
irəsini bal və sirkə ilə iştahanın artmasına, mədənin möhkəm-
lənməsinə və qaraciyər zəifliyində istifadə etməyi məsləhət
görürdü. Tərkibində büzüşdürücü aşı maddəsi olduğundan təbii
halda və heyva həlimi şəklində ishala qarşı və daxili qanax-
malarda tətbiq olunur. Anus dəliyi çatlamalarında və düz
bağırsağın aşağı düşməsində heyva şirəsində islatma qoyulur.
Heyva meyvəsindən hazırlanan çaydan sidikqovucu kimi vad-
yanka (hidropos – bədən boşluqlarına su yığılması) xəstəliyində
istifadə olunur.
Xalq təbabətində ishala və daxili orqanlardan qanaxmaya
qarşı toxumlarından alınan həlimdən istifadə olunur. Zaqaf-
qaziyada isə heyva toxumundan hazırlanmış çay öskürəyə qarşı
içilir.
Heyva tumlarının qabığında 20%-ə qədər selikvari mad-
də vardır. Bu ondan yumşaldıcı və bəlğəmgətirici vasitə kimi
istifadə etməyə imkan verir. Tumlardan hazırlanmış selikli
həlim gündə 3-4 dəfə 1 çay qaşığı nəfəs yollarının müxtəlif xəs-
təliklərinə qarşı istifadə olunur. Lakin toxumdan həlim hazır-
112
ladıqda onu xırdalamaq və əzmək məsləhət görülmür, çünki
tumda olan zəhərli amiqdalin maddəsi həlimə keçib onun da-
dını acılaşdırar.
Heyvanın tərkibində dəmir çox olduğundan onun ek-
straktı qanazlığında istifadə olunur. Dərman məqsədilə hey-
vanın tumları mədə-bağırsaq, ürək-damar xəstəliklərində, tə-
nəffüs yollarının iltihabında yumşaldıcı bəlğəmgətirici və ös-
kürəyə qarşı tətbiq edilir. Heyvanın yarpaqlarından dəmlənmiş
çaydan bronxial astma xəstəliyində və ürək ağrılarına qarşı,
oduncağının qabığından hazırlanmış çaydan isə mədə-bağırsaq
xəstəliklərinin müalicəsində istifadə edirlər.
Heyva balverən bitki kimi də qiymətləndirilir. Hər gülü
orta hesabla 3,5-5,5 mq nektar verir. Nektarı şirin, şəffaf,
yüngül və ətirli olduğundan arılar tərəfindən yaxşı toplanır.
Lakin heyvanın çiçəkləri az olduğundan hər hektardan 15-18 kq
bal hasil edilə bilər.
Heyvanın oduncağı ağ rəngdədir. Bəzi xarratlıq məmu-
latının hazırlanmasında istifadə edilir.
Ş
Dostları ilə paylaş: |