Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

Qreypfrutun  müalicəvi  xassələri.  Meyvəsi  vitaminlər 
və minerallı maddələrlə zəngindir. Tərkibində boya maddələri, 
efir  yağı,  pektinli  maddə  və  acı  dadlı  narıngin  qlükozidi  var. 
Lakin  şəkər  kirşanı  ilə  yeyildikdə  acı  dadı  azalır.  Qreypfrutun 
ə
tliyi  və  şirəsi  iştahanı  artırır  və  qida  həzmini  yaxşılaşdırır. 
Eyni  zamanda,  qreypfrut  meyvələri  orqanizmin  tonusunu  qal-
dırır, ona görə də zəif düşmüş xəstələr üçün məsləhət görülür. 
Fiziki  yorğunluqda  qreypfrutdan  istifadə  olunması  insanın 
ə
hvalını  və  gümrahlığını  bərpa  edir.  Hipertoniya  xəstəliyində 
də  qreypfrut  faydalıdır.  Hesab  olunur  ki,  qreypfrutda  olan 
qlükozidlər və vitaminlər aterosklerozun qabağını almağa səbəb 
olur. 
Liçi  –  Личи    Litchi  chinensis  Sonn  Sabunağacı 
(Sapindaceae)  fəsiləsindəndir.  Çin  gavalısı  və  ya  çin  qozu 
adlanan  Liçinin  vətəni  Cənubi  Çindir  və  burada  4000  ildir  ki, 
becərilir.  Meyvəsi  yumurtavarıdan  yumru  formaya  qədərdir. 
Ölçüsü  fındıqdan  iri,  gavalıdan  xırdadır.  Meyvəsinin  qurulu-
ş
una  görə  Liçi  qozmeyvəlilərə  aiddir.  Qabığı  sıx  olub,  ətliyin-
dən  asan  ayrılır.  Qabığının  rəngi  çəhrayıdan  qırmızıya  qədər, 
bəzən  sarımtıl-qəhvəyi  olur.  Ətliyi  ağ,  jeleyəbənzər  şirəli, 
kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-
84%,  nüvəsi  6-26%,  qabığı  12-20%  arasındadır.  Dadı  şirin, 
üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir. Mey-
vəsi təzə halda istifadə olunur, kompot, şərab hazırlanır və qu-
rudulur. Dərildikdən sonra  yetişə bilmədiyindən istehlak yetiş-
kənliyində  yığılır.  150-dən  çox  sortu  məlumdur.  Sortlarından 

 
191
Haak Jip, Kwai Mi, No Mai Tse (Çin), Bedana,  Groff, Pat Po 
Hung  (Hindistan),  Mauritius,  Brewster  və  s.-ni  qeyd  etmək 
olar. 
Tərkibində  14,3-16,2%  şəkər,  o  cümlədən  9-10% 
reduksiyaedici  şəkərlər,  0,5-0,7%  pektinli  maddələr,  0,76-
1,20% zülal, 0,25-0,50% üzvi turşu (əsasən alma turşusu), 0,42-
0,60%  minerallı  maddələr,  39-45  mq%  C  vitamini,  0,4-0,6 
mq%  B
1
,  0,06-0,08  mq%  B
2
  vitaminləri  vardır.  Minerallı 
maddələrdən 122-182 mq% K, 7-9 mq% Mn, 25-30 mq% P, 4-
6 mq% Ca, 0,5 mq% dəmir vardır. 100 q meyvə 74 kkal və ya 
311 kCoul enerji verir. Standartı hələ işlənməyib. 
Limon  –  Лимон  –  Citrus  limon.  Sədokimilər 
(Rutaceae) fəsiləsindəndir. Sitrus meyvələri quruluşuna görə 2 
hissədən: qabıqdan və ətli hissədən ibarətdir. 
Qabıq  hissə  2  qatdan  ibarətdir:  üst  rəngli  qat  –  flavedo, 
daxili rəngsiz qat – albedo. 
Ə
tli hissə şirə kisəciklərindən təşkil olunmuş dilimlərdən 
(6-12) ibarətdir. 
Sitrus  meyvələrində  qabığın  qalınlığı  onların  saxlanıl-
ması cəhətdən əlverişlidir. Eyni zamanda, qabığın qalınlığı ətli 
hissənin  azalmasına  səbəb  olur.  Sitrus  meyvələrinin  qabığının 
rəngi limonda açıq-sarı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif 
lifli və ətirli olur. Sitrus meyvələrinin tərkibində efir yağlarının 
faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur.  
Yerli  sort  yeni  Gürcüstan  limonunun  qabıq  hissəsində 
2%, ətli hissəsində 0,31% efir yağları olur. Sitrus meyvələrinin 
tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az 
miqdarda  azotlu  maddələr  olur.  Efir  yağları  kimi  pektin 
maddələri də, əsasən qabıq hissədə toplanmışdır. 
Sitrus  meyvələrinin  tərkibində  vitaminlərdən  C,  P,  B
1

B
2
, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə 
nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 36 
– 70 mq% olduğu halda, qabıq hissədə 142-185 mq%-dir. 
 
192
Limonun  becərilən  sortlarından  Yeni  Gürcüstan,  Mayer, 
Lisbon, Villa-Franka və Udarnik göstərilə bilər. 
Limondan  kulinariyada,  qənnadı  məmulatı  istehsalında, 
spirtsiz  və  spirtli  içkilərin  (likör)  hazırlanmasında,  limon  efir 
yağından  ətriyyatda,  şirəsindən  isə  ləkələrin  aparılmasında 
(çay, şərab və s.) istifadə edilir. 
Limonun  müalicəvi  xassələri.  Limon  xalq  təbabətində 
bir  çox  ölkələrdə  geniş  miqyasda  istifadə  olunur.  Limondan 
sinqa, sarılıq, qarın boşluğuna su  yığılmasında, böyrək daşları, 
babasil,  vərəm,  qarın  xəstəlikləri,  revmatizm,  podaqra  və 
radikulitdə  istifadə  olunur.  Limon  şirəsindən  qızdırma  və 
titrətmədə,  hipertoniyada,  avitaminozda  və  aterosklerozda  da 
geniş istifadə edilir. 
Limon şirəsindən dərinin göbələk xəstəliyində, ekzemada 
qaşınmanı sakitləşdirmək və üz dərisinin yağının kənar edilmə-
sində,  üzdəki  çillərin  və  piqmentləşmiş  ləkələrin  yox  edilmə-
sində  istifadə  edilir.  Bu  məqsədlə  1  yumurta  ağını  davamlı 
köpük əmələ gələnədək çalıb 1 ədəd limon şirəsi, 1 çay qaşığı 
qliserin  və  0,5  stəkan  odekolon  əlavə  edib  xüsusi  losyon 
hazırlanır və  yatmazdan əvvəl üz həmin losyonla silinir. Yağlı 
üzü  1:1  nisbətində  limon  şirəsi  ilə  odekolonu  qarışdrıb  silmək 
məsləhət  görülür.  Ayağın  tərləməsində  limon  turşusu,  fol  tur-
ş
usu və timoldan hazırlanan vanna qəbul edilir.  Yay vaxtı tər-
ləmiş sifəti limon dilimi ilə silmək məsləhətdir.  Limon şərbəti 
və  efir  yağı  əczaçılıqda  dərmanların  dadını  və  iyini  yaxşılaş-
dırmaq  üçün  əlavə  edilir.  Limon  anginada  və  avitaminoz 
xəstəliklərində çox faydalıdır. 
Manqo  –  Манго  –  Mangifera  indica.  Sumaq 
(Anacardiaceae)  fəsiləsindəndir.  Vətəni  ndoneziya,  Birma, 
Şə
rqi Hindistan və Himalay dağlarının ətəkləridir. Dünyada hər 
il  16  milyon  ton  manqo  istehsal  edilir  ki,  bunun  da  65%-i 
Hindistanın payına düşür. Manqo çəyirdəkli meyvələr qrupuna 
aiddir. Hər meyvənin daxilində iri çəyirdəyi olur. Qabığı sıx və 
hamardır.  Meyvələrinin  uzunluğu  8-24  sm,  diametri  5-10  sm 

 
193
olmaqla  bir  ədədinin  kütləsi  250-400  q,  bəzi  hallarda  2-3  kq 
olur.  Forması  yumru,  yumurtavarı  və  uzunsovdur.  Qabığının 
rəngi  yaşıl,  yaşılımtıl-sarı,  narıncı,  çəhrayı,  qırmızı  və  qarışıq 
olur. Ətliyi sarı və açıq narıncı rəngdə, şirəli, turşa-şirin və sor-
tundan asılı olaraq az və  ya  çox lifli olur. Dad və ətri o qədər 
yaxşıdır  ki,  ona  «Bütün  meyvələrin  şahı»  adı  verilmişdir. 
Dünyada  1500  manqo  sortu  vardır  və  bütün  sortlar  4  qrupa 
bölünür.  Florida  sortlarına  Haden,  Tommy  Atkins,  Kent;  Hin-
distan  sortlarından  Alphonso,  Mulgoba,  Bombay,  Bangalora, 
Pairi,  Him  Sagar;  Filippin  sortlarından  Carabao,  Pico,  Pathiri, 
Aroomanis; Cənubi Hindistan sortlarından Julie, Amelie, Peter 
göstərilə bilər. 
Manqonun  tərkibində  80-83%  su,  10-16%  şəkər  (o 
cümlədən  0,5-1,5%  qlükoza,  2-4%  fruktoza,  7-11%  saxaroza), 
0,4-0,8% zülal, 0,2-0,5% üzvi turşu, 0,3-0,5% minerallı maddə, 
0,1-0,4%  lipidlər,  20-50  mq%  C  vitamini,  2-10  mq%  karotin 
vardır. Manqo çox ətirli meyvədir. 100 qr-ı 56 kkal və  ya 236 
kCoul enerji verir.  
Manqonun  müalicəvi  xassələri. Meyvəsi təzə və emal-
edilmiş halda  yeyilir. Yetişməmiş meyvəsindən salat, çəyirdək 
ləpəsindən  un  hazırlanır.  Manqoda  və  onun  şirəsində  şəkərlər 
və digər qidalı maddələrlə yanaşı, vitaminlər və karotin də var. 
Ona  görə  də,  manqo  yaşlılar  və  uşaqlar  üçün  faydalıdır. 
Hindistanın xalq təbabətində manqodan sidikqovucu və mədəni 
yumşaldıcı  və  bəzi  daxili  qanaxmalarda  tətbiq  edilir.  Manqo 
ş
irəsindən  dərinin  kəskin  dermatitində  xaricə  sürtmək  üçün, 
meyvənin  qabığından  büzüşdürücü  və  tonusqaldırıcı  vasitə 
kimi,  çəyirdəyi  qurdqovucu,  ləpəsi  isə  astma  xəstəliyinə  qarşı, 
onun  yarpağı  əqrəb  sancmasına  qarşı  müalicəvi  məqsədlə  isti-
fadə  olunur.  Qurudulmuş  manqo  çiçəklərindən  alınan  nastoy-
kadan  tibbdə  ishala,  xroniki  dizenteriya  və  sidik  kisəsinin 
katarında təyin edilir. 
Nar – Гранат  Punica granatum L. Nar (Punicaceae) 
fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta Asiyanın 
 
194
dağlıq  rayonlarında  bitir.  Azərbaycanın  Lənkəran,  Zaqatala, 
Şə
ki,  Ağsu,  smayıllı,  Ağdaş,  Masallı,  Göyçay,  Şəmkir  və 
başqa  rayonlarında  yabanı  narın  çoxlu  ehtiyatı  vardır.  Yabanı 
nar  kolluqlarının  çoxu  Talış  ərazisindədir.  Azərbaycanda 
mədəni yetişdirilən narın ən yaxşı sortları mövcuddur. 
Nar bitkisi 2-4 m hündürlükdə çox gövdəli koldur, may-
avqustda  çiçəkləyir.  Çiçəyin  kasa  yarpaqları  qalın  ətli  və 
qırmızıdır.  Ləçəkləri  5-8  ədəd  zərif,  tünd  qırmızıdır.  Meyvəsi 
sentyabrda  yetişir.  Narın  meyvəsi  qeyri-həqiqi  giləmeyvədir, 
forması  girdə  kürəşəkilli,  bəzən  uzunsov  olur.  Gül  kasacığı 
meyvənin  baş  hissəsində  qalır.  Yabanı  narın  meyvəsi  mədəni 
sortlara  nisbətən  xırda  olur.  Narın  meyvəsi  şirəlidir,  nazik 
arakəsmələri  (pərdələri)  olan  6-9  yuvası  olur.  Hər  meyvədə 
200-dən 500-ə qədər şirəli dənə olur. Şirəli dənələr bir tum və 
içərisi  şirə  ilə  dolmuş  zərif  pərdədən  ibarətdir.  Yabanı  narın 
meyvəsinin qabığı yaşıl, açıq çəhrayı və müxtəlif çalarlı qırmızı 
rəngdə,  gilələri  ağ,  açıq  çəhrayı,  qırmızı  və  tünd  qırmızı  olur. 
Dadı turş və ya meyxoşdur. 
Narın  tərkibində  8-19%  qlükoza  və  fruktoza,  1%  saxa-
roza,  şirin  sortlarda  0,2-2%,  turşa-şirin  sortlarda  2-3%,  turş 
narlarda  isə  3-7%  limon  turşusu  vardır.  Bundan  başqa  nar 
ş
irəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C 
vitamini,  qabığında  11,85%  aşı  maddəsi,  9,07%  sellüloza, 
5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu 
vardır. 
Yabanı narın tərkibində  8,2-12% şəkər, 3-9% üzvi turşu 
(limon turşusu), pektinli maddə, aşılayıcı maddə və C vitamini 
vardır. Yabanı narın həm dərman və həm də texniki əhəmiyyəti 
vardır.  Qatılaşdırılmış  nar  şirəsi  –  narşərab  –  ət  və  balıq 
xörəklərində tamlı qatqı kimi istifadə edilir. 
Yabanı nardan sənaye miqyasında limon turşusu istehsal 
edilir. 33 t nardan 1 t limon turşusu almaq olur. 

 
195
Azərbaycanda  Şelli  mələsi,  Şahnar,  Çəhrayı  gülöyşə, 
Azərbaycan gülöyşəsi, Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, 
Qırmızı vələs və s. nar sortları yetişdirilir. 
Nar  meyvəsinin  təzə  qabığının  tərkibində  22-35%-ə 
qədər aşılayıcı maddə vardır. Bu gön-dəri istehsalında ən yaxşı 
aşı maddələrindən biri hesab olunur. Bundan, həmçinin, yun və 
kətan  parçaları  boyamaq  üçün  bitki  boyağı  kimi  də  istifadə 
edirlər. 
 Nar təzə halda yeyilir, ondan şirə, ekstrakt, şərbət, sərin-
ləşdirici  içki  hazırlanır.  Nar  dənələrindən  təzə  halda,  nardança 
və nardaşa kimi məhsullardan kulinariyada geniş istifadə edilir. 
Nar  şirəsinin  qatılaşdırılmasından  alınan  tamlı  qatmadan  bir 
çox  mili  xörəklərin  hazırlanmasında  və  kabab  yanında  tamlı 
qatma kimi istifadə olunur. 
Narın  müalicəvi  xassələri  eramızdan  çox  əvvəl  misir-
lilərə,  yunanlara  və  digər  şərq  xalqlarına  məlum  idi.  Nar  elmi 
təbabətə 1807-ci ildə daxil edilmişdir. 
Ə
rəblər  nardan  mədə-bağırsaq  pozuntularında  və  başağ-
rılarında istifadə etmişlər. Nardan və onun şirəsindən böyrək və 
ürək-damar  sistemi  xəstəliklərində  istifadə  olunur.  Şəkər 
xəstəliyində  də  nar  faydalıdır.  Nar  mədənin  həzm  prosesini 
yaxşılaşdırır  və  sinqa  xəstəliyinin  müalicəsində  yaxşı  nəticə 
verir.  Yabanı  nardan  alınan  limon  turşusundan  yeyinti  səna-
yesində və tibbdə qanın konservləşdirilməsində istifadə olunur. 
Gürcüstanda  narın  güllərindən  alınan  həlimdən  ishala 
qarşı,  şirəsindən  boğaz  ağrılarında,  güllərindən  hazırlanmış 
təpitmələrdən  şişlərin  müalicəsində,  narın  quru  güllərindən 
alınan  tozvarı  məhsuldan  ağız  boşluğu  xəstəliklərində  səpmək 
üçün istifadə olunur.  Bəzən xalq təbabətində nardan qabığı ilə 
birlikdə  soyuqdəyməyə,  kolitə  və  titrətməyə  qarşı  istifadə 
olunur. 
Narın  qabığından  hazırlanan  həlim  soyuqdəymədə  yaxşı 
vasitədir.  Bu  məqsədlə  5  q  xırdalanmış  qabıq  100  ml  suda 
hazırlanır və yeməkdən əvvəl gündə 3 dəfə içmək məsləhət gö-
 
196
rülür.  Narın  qabığından  hazırlanan  həlimdən  qurdqovucu  kimi 
də istifadə olunur. 
Narın  qabığından  hazırlanan  həlim  mədə  pozuntuları 
zamanı  istifadə  olunur.  Qurudulmuş  meyvə  qabığından  hazır-
lanan  nar  tozu  şiddətli  yanıqları  müalicə  etmək  üçün  işlədilir. 
Bu  zaman  yanığa  əvvəlcə  duru  nar  şirəsi  yaxır  və  üstündən 
həmin tozdan səpirlər. 
Narınc – Померанецбигардия – Citrus aurantium L. 
Sədokimilər  (Rutaceae)  fəsiləsinin  Citrus  cinsinə  aid 
həmişəyaşıl  çoxillik  ağac  bitkisidir.  Meyvəsi  şarformalı  olub, 
bir qədər saplaq və uc tərəfdən sıxılmışdır. Diametri 5-6 sm-dir. 
Qabığı  qalın,  kələ-kötür,  parıltılı  narıncı-sarı  rənglidir.  Ətliyi 
turş-acıtəhər  dadlı,  şirəli,  narıncı  rəngdə,  içərisində  çoxlu 
toxumları var. Vətəni Şərqi Himalaydır. Meyvəsi təzə halda ye-
yilməyə  yararsızdır.  Ondan  marmelad,  konfityur  və  şirə  hazır-
lanıb,  ət  xörəklərinə  tamlı  qatma  kimi  istifadə  olunur.  Çiçək-
lərindən alınan efir yağı ətriyyat sənayesində istifadə olunur. 
Narınc  meyvəsi  bakterisid  xassəyə  malikdir.  Eyni 
zamanda,  onun  meyvəsinin  tərkibində  üzvi  turşular,  C  və  B 
qrupu vitaminləri və PP vitamini vardır. Böyrək xəstəliklərində, 
mədə  pozuntusu  və  hipertoniyaya  qarşı  müalicəvi  və  profi-
laktiki  məqsədlə  istifadə  olunur.  Narınc  meyvəsinin  müalicəvi 
xüsusiyyətləri dəqiqləşdirilməlidir. 
 Narıngi  –  Мандарин  –  Citrus  nobilis.  Sədokimilər 
(Rutaceae) fəsiləsindəndir. Sitrus meyvələrinin qabığının rəngi 
narıngidə  sarımtıl-narıncı  olur.  Ətli  hissəsi  xoş  narıncı-sarı, 
zərif lifli və ətirli olur. 
 Narınginin  tərkibində  efir  yağlarının  faizlə  miqdarı  on-
ların  ayrı-ayrı  hissələrində  müxtəlif  olur.  Unşiu  sortlu  narın-
ginin qabıq hissəsində 1,2%, ətli hissəsində 0,23% efir  yağları 
olur.  Narınginin  tərkibində  şəkər,  çoxlu  miqdarda  pektin 
maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ-
ları  kimi  pektin  maddələri  də,  əsasən  qabıq  hissədə  toplan-
mışdır. 

 
197
 Narınginin tərkibində vitaminlərdən C, P, B
1
, B
2
, PP və 
karotin  vardır.  Vitaminlər  qabıq  hissədə  ətli  hissəyə  nisbətən 
daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 30-52mq% 
olduğu halda, qabıq hissədə 95-125 mq%-dir. 
Narınginin  bir  çox  sortları  vardır.  Bunlardan  toxumsuz 
Gürcüstan  (Unşiu),  enliyarpaq  Gürcüstan  (ovari-unşiu), 
daryarpaq  Gürcüstan  və  Vase-Unşiu  sortları  misal  göstərilə 
bilər.  Gürcüstan  sortu  portağala  oxşar  olmaqla  dairəvi-yumru 
və ya armudvari formada olur. 
Unşiu sortu nisbətən yaxşı saxlanılır. Belə ki, bu sort 4 ay 
müddətinə saxlanıla bilər. Yastı dairəvi formada olanları 80-90 
gün,  armudvarı  formada  olanlar  60-70  gün,  darəvi  formada 
olanlar  120  gün  saxlanıla  bilir.  Saxlanma  dövründə  narıngi 
qabığının  ətli  hissədən  ayrılması  onun  saxlanılmasının  son 
müddətini göstərir. 
Narınginin  müalicəvi  xassələri.  Dadlı  və  zərif  ətliyi 
olan  narıngi  təzə  halda  yeyilir.  Ondan  kompot,  mürəbbə, 
marmelad,  konfet  və  karamel  üçün  içlik  və  digər  məhsullar 
hazırlanır. Kulinariyada müxtəlif meyvə içkilərinin hazırlanma-
sında  və  likör-araq  istehsalında  istifadə  olunur.  Qurudulub 
üyüdülmüş narıngi qabığı vitaminli və ətirli məhsul kimi kökə 
və piroqlara qatılır. 
Narıngi  qüvvətli  bakterisid  xassəyə  malik  olduğu  üçün 
xroniki  mədə-bağırsaq,  böyrək  xəstəliklərində,  mədə  pozun-
tularında,  xüsusən  ishala  qarşı  müalicəvi  məqsədlə  istifadə 
olunur.  Narınginin  meyvəsi  və  qabığı  da  iştahaartırıcı,  köpün 
qarşısını  alan  və  sidik  yollarını  dezinfeksiyaedici  təsirə  malik-
dir. 
Narıngi  şirəsi  təravətləndirici  olmaqla,  həm  də  pəhrizi 
içkidir.  Narınginin  tərkibində  olan  fitonsidlər  mikroblara  qarşı 
təsir  göstərdiyindən,  bağırsaqların  peristaltikasını  zəiflədir. 
Narıngidə  olan  fitonsidlər,  hətta  dəri  xəstəliyi  törədən  bəzi 
göbələkləri məhv etmək qabiliyyətinə malikdir. Tibbdə narıngi 
qabığından alınan acı nastoyka digər dərmanlarla birlikdə işta-
 
198
haartırıçı və həzmedici vasitə kimi tətbiq olunur. Belə dərman-
lardan  yeməkdən  əvvəl  15-30  damcı  içmək  məsləhətdir.  Xalq 
təbabətində  narınginin  qabığından  hazırlanmış  tinkturadan  (2 
xörək  qaşığı  xırdalanmış  quru  narıngi  qabığı  250  ml  suda) 
həmin  dozada  istifadə  edilir.  Belə  nastoyka  və  narıngi  qabı-
ğ
ından  1:10  nisbətində  hazırlanmış  həlimdən  öskürəyi  yum-
ş
altmaq, bəlğəmgətirici kimi traxeit və bronxitdə istifadə edilir. 
Ə
czaçılıq təcrübəsində dərmanların dadını yaxşılaşdırmaq üçün 
istifadə  olunan  narınc  meyvəsinin  qabığı  bəzən  narıngi  qabığı 
ilə əvəz olunur. 
Papayya – Попайя – Carica papaya. Caricaceae fəsilə-
sindəndir.  Sinonimi  çoxdur,  əsasən  qovun  ağacının  meyvəsi 
adlanır.  Vətəni  Mərkəzi  Amerika,  əsasən  Meksikanın  cənub 
hissəsi  sayılır.  Hazırda  tropik  iqlimə  malik  bütün  ölkələrdə 
becərilir. Dünyada hər il 4 milyon ton papayya istehsal olunur. 
Meyvəsi giləmeyvədir. Forması uzunsov-oval, armudaoxşar və 
ya yumru-ovaldır. Daxilində çoxlu xırda qara acı dadlı toxum-
ları var. Qabığı hamar, dərivarı,  yetişmədikdə yaşıl, yetişdikdə 
isə sarı və ya narıncı rəngdə olur. Ətliyi sortundan asılı olaraq 
ağ-sarımtıl  və  ya  narıncı  rəngdə,  yumşaq,  zərif,  şirəli,  kifayət 
qədər şirin olub, qovunu xatırladır. Bir ədədinin kütləsi 100 q-
dan  1000  q-a  qədər,  bəzi  hallarda  5-9  kq-a  qədər  olur.  Sortla-
rından  Solo,  Sunrise  Solo,  Masumoto  Solo,  Betty,  Amazon 
Red, Bahia, Hortus Gold, Red Panama və s.-dir. 
Tərkibində 86-90% su, 10-12% karbohidrat, o cümlədən 
2-10%  şəkər,  0,4-0,7%  zülal,  0,6-0,7%  pektinli  maddə,  0,4-
0,6% minerallı maddə, 0,04-0,15% üzvi turşu (alma və limon), 
0,1% yağ vardır. Vitaminlərdən 50 mq% C və β-karotinlərdən 2 
dəfə az A vitamini aktivliyində olan 48,2 mq% β-kriptoksantin 
vardır. 100 q meyvəsi 12 kkal və ya 52 kCoul enerji verir. 
Papayyanın tərkibində proteolitik ferment papain olduğu 
üçün  qidanın  həzminə  kömək  etdiyindən  pəhrizi  desert  qida 
kimi məsləhət görülür. Saxlanılma müddəti 10-13
0
C-də və 90% 
nisbi rütubətdə 13-20 gündür. 

 
199
Porta_ğal'> Portağal  –  Апельсин  –  Citrus  sinensis.  Sədokimilər 
(Rutaceae)  fəsiləsindəndir.  Azərbaycanda  becərilən  əsas  sitrus 
meyvələridir.  Portağalın  qabığının  rəngi  sarımtıl-narıncı  olur. 
Ə
tli  hissəsi  xoş  narıncı-sarı,  zərif  lifli  və  ətirli  olur.  Karolyok 
sortlu portağalın ətli hissəsi qırmızı-yaqut rəngində olur. 
 Portağalın  tərkibində  efir  yağlarının  faizlə  miqdarı  on-
ların  ayrı-ayrı  hissələrində  müxtəlif  olur.  Yerli  sort  portağalın 
qabığında 2,4%, ətli hissəsində 0,24%, efir yağları olur. 
 Portağalın  tərkibində  şəkər,  çoxlu  miqdarda  pektin 
maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ-
ları  kimi  pektin  maddələri  də,  əsasən  qabıq  hissədə  toplan-
mışdır. 
 Portağalın  tərkibində  vitaminlərdən  C,  P,  B
1
,  B
2
,  PP  və 
karotin  vardır.  Vitaminlər  qabıq  hissədə  ətli  hissəyə  nisbətən 
daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62mq% 
olduğu halda, qabıq hissədə 121-175 mq%-dir. 
Portağalın qabığında 490 mq% P vitamini vardır. Azotlu 
maddələrin miqdarı 1%-ə qədər təşkil edir. 
Portağalın  geniş  becərilən  sortlarından  Vaşinqton-navel, 
Qamlin,  əla  Suxumi,  Pervenes,  yerli  irimeyvəli  və  Korolyoku 
göstərmək olar. 
Yerli sort portağal öz məhsuldarlığına görə başqa sortlar-
dan geri qalmır. 
Portağal  ticarətə,  əsasən  dekabrdan  fevrala  kimi  daxil 
olur. Bunları 6 aya qədər saxlamaq mümkündür. 
Portağalın müalicəvi xassələri. Portağal tibbi və sənaye 
ə
həmiyyətli  bitkidir.  Onun  meyvəsindən  alınan  şirə  dünyada 
geniş  yayılan,  çox  faydalı  içki  hesab  edilir.  Təzə  dərilmiş 
meyvəsinin  lətində  və  ya  ondan  alınan  şirədə  70%-ə  qədər 
şə
kər,  5-6%-ə  qədər  limon,  alma  turşuları  və  başqa  üzvi  tur-
ş
ular, pektin, mineral duzlar, boyayıcı maddələr, C, B
1
, B
2
 vita-
minləri  və  karotin  vardır.  Buna  görə  də,  portağalın  şirəsi  avi-
taminoz  xəstəliklərinin  müalicəsində  çox  faydalıdır.  Meyvəsi 
fitonsidlərlə  zəngin  olduğu  üçün  bir  sıra  irinli  yaraları  onunla 
 
200
sağaldırlar.  Şirəsi  mədənin  həzm  prosesini  yaxşılaşdırır,  işta-
hanı  artırır.  Xroniki  qəbizlik  keçirən  xəstələrə  portağal  yemək 
məsləhət  görülür.  Bundan  əlavə  portağal  hipertoniya,  atero-
skleroz,  qaraciyər  xəstəliklərinin  müalicəsində  də  çox  fay-
dalıdır. 
Lakin  mədə  xorası  və  onikibarmaq  bağırsağın  xəstəli-
yində, qastritdə, mədə şirəsinin turşuluğunun yüksək olmasında 
və  bağırsaqların  iltihab  prosesləri  pozulduqda  portağal  yemək 
məsləhət  görülmür.  Belə  hallarda  portağal  şirəsi  yarıbayarı  su 
ilə qarışdırılmalıdır. Portağalın tərkibində kalium və C vitamini 
çox  olduğundan  hipertoniyada,  aterosklerozda,  qaraciyər 
xəstəliyində,  piylənmədə  və  podaqrada  istifadə  etməyə  imkan 
verir. 
Məişətdə  qurudulmuş  portağal  qabığından  güvəyə  qarşı 
istifadə  olunur.  Bu  məqsədlə  üst  geyimləri  olan  dolaba  1-2 
portağalın quru qabığı qoyulur. Bu məqsədlə portağal qabığı ilə 
mixək birlikdə daha effektlidir. 
Portağalın qabığında olan turşular müxtəlif bakteriyalara 
öldürücü  təsir  göstərir.  Təbii  antibiotik  olan  bu  maddə  tibbdə, 
kosmetikada  və  yeyinti  sənayesində  müvəffəqiyyətlə  tətbiq 
oluna  bilər.  1  litr  südə  1-2  damcı  portağal  qabığının  şirəsini 
ə
lavə etdikdə bir neçə həftə xarab olmur. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin