Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

Sarı  böyürtkənin  müalicəvi  xassələri.  Şimal  bölgə-
lərinin əhalisi üçün sarı böyürtkən C vitamininin qiymətli mən-
bəyi  hesab  olunur  və  sinqaya  qarşı  vasitə  kimi  tətbiq  olunur. 
Giləmeyvələri  ishala  qarşı  və  qida  həzmi  pozulduqda  qəbul 
edilir.  Bundan  əlavə  bitkinin  digər  orqanları,  xüsusən  çiçək 
kasacığı  xalq  təbabətində  sidikqovucu  vasitə  kimi  istifadə 
olunur. 
Sarı  böyürtkənin  yarpaqlarından  hazırlanan  çay  sinqa, 
vərəm  və  qanlı  bəlğəmə  qarşı  bir  müalicə  vasitə  kimi  içilir. 
Eyni zamanda, belə çay  müasir dövrdə ishala və daxili qanax-
malara qarşı qankəsici vasitə kimi tətbiq olunur. Bu məqsədlə 1 
xörək  qaşığı  xırdalanmış  yarpaqlardan  1  stəkan  qaynar  suda 
hazırlanmış  tinkturadan  hər  gün  3-4  dəfə  qəbul  etməklə  təsirli 
nəticə alınana qədər davam etdirmək lazımdır. 
Üvəz,  qara  meyvəli  quşarmudu  –  Черноплодная 
рябина
  –  Aronia melapocarpa  (Minhx)  Elliott.  Gülçiçəklilər 
(Rosaceae)  fəsiləsindən  çox  da  böyük  olmayan  ağac  (0,5-2  m 
hündürlüyündə)  və  ya  koldur.  Yarpaqları  tünd  yaşıl,  çiçəkləri 
ağ  iri  qalxancıqda  toplanır.  Meyvəsi  qara  rəngli  salxımda 
toplanan  giləmeyvədir.  Vətəni  Şimali  Amerikadır.  XIX  əsrin 
sonunda  bu  bitki  Avropaya  gətirilmişdir.  Rusiyada  qara  mey-
vəli quşarmudunun becərilməsinə I.V.Miçurin çox fikir verirdi. 
Qara  meyvəli  quşarmudu  həm  də  dekorativ  bitki  kimi 
küçələrdə, bağlarda və parklarda əkilir, qida və dərman bitkisi 
ə
həmiyyətinə malik olan meyvələri tədarük edilir. 
Meyvəsi  xoşagələn  turşa-şirin,  bir  qədər  büzüşdürücü 
dadlıdır. Tərkibində 9,5%-ə qədər şəkər, üzvi turşular, karotin, 
0,5% P vitamini, həmçinin, C, B
1
, PP və provitamin A (karotin) 
vardır.  Üzvi  turşunun  miqdarı  narıngi,  çiyələk,  moruq  və 
qırmızı  qarağatdakından  çoxdur.  Qara  meyvəli  quşarmudu  P 
vitamini konsentratıdır. Dərilmiş meyvələr uzun  müddət xarab 
olmur,  çünki  tərkibində  mikrobların  çoxalmasına  qarşı  maddə 
 
158
vardır. Giləmeyvələrdəki vitaminlər yazbaşına kimi yaxşı qalır. 
Meyvəsi  təzə  halda  yeyilir,  ondan  kompot,  kisel,  mürəbbə, 
cem,  marmelad,  şərab,  nastoyka  və  likör  hazırlanır.  Qənnadı 
sənayesində də istifadə olunur. 
Qara  meyvəli  quşarmudunun  müalicəvi  xassələri
Qara  meyvəli  quşarmudu  və  onun  şirəsi  iştahanı  artırır,  mədə 
ş
irəsinin  turşuluğunu  və  həzmedici  gücünü  artırır.  O,  mədə 
ş
irəsinin  turşuluğunun  azlığı  ilə  müşayiət  olunan  qastritli  xəs-
tələr üçün faydalıdır. 
Son  illər  müəyyən  olunmuşdur  ki,  təzə  giləmeyvə  və 
onun  şirəsi  hipertoniya  xəstəliyində  qan  təzyiqini  aşağı  salır. 
Kliniki təcrübə nəticəsində qan təzyiqi yüksək olanlara gündə 3 
dəfə  100  q  giləmeyvə  və  ya  50  q  şirə  qəbul  etmək  məsləhət 
görülür.  Görünür  qara  meyvəli  quşarmudunun  belə  müalicəvi 
təsiri  onun  tərkibindəki  P  və  C  vitaminlərinin  –  citrinini  daha 
yaxşı həzm olunmasını təmin etməsidir. Vitamin sənayesi qara 
meyvəli  quşarmudu  həbləri  (50  mq)  istehsal  edir.  Bu  həblər 
askorbin  turşusu  ilə  birlikdə  hipertoniya  xəstəliyinin  müalicə-
sində,  həmçinin,  müxtəlif  qanaxmalarda  və  diatezdə  tətbiq 
olunur.  Lakin  qanın  yüksək  laxtalanması  zamanı  bu,  əks  təsir 
göstərir. 
Yaşlılara  3-4  həftə  ərzində  gündə  3-4  həb  (hər  dəfə 
yeməkdən  əvvəl  1  ədəd),  uşaqlara  isə  2-3  həb  qəbul  etmək 
məsləhət görülür. Belə dozada və həmin xəstəliklərdə vitamin P 
və  C  vitamini  kompleksləri  ilə  qara  meyvəli  quşarmudu 
drajelərini qəbul etmək lazımdır. 
Elmi-Tədqiqat  Vitamin  Institutunda  qara  meyvəli  quşar-
mudundan qida üçün və bioloji fəal boya maddəsi alınmışdır ki, 
onun  da  tərkibində  6,5%  P  vitamini  vardır.  Bu  zərərsiz  boya 
maddəsindən qənnadı və vitamin sənayesində, eləcə də meyvəli 
suların  istehsalında  istifadə  olunan  sintetik  boya  maddələrinin 
ə
vəzedicisi kimi istifadə olunur. 
Üzüm  –  Виноград  –  Vitis  vinifera.  Üzüm  (Vitaceae) 
fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70 növündən ikisi 

 
159
Azərbaycanda  bitir.  Bunlardan  meşə  və  Amur  üzümü  daha 
geniş  yayılmışdır.  Üzüm  kolabənzər  sarmaşan  bitki  (liana) 
olub,  gövdəsinin  uzunluğu  20-40  m-ə  çatır.  Qonur-sarı  rəngli 
qabıqla  örtülmüş  budaqları  üzərində  növbə  ilə  düzülmüş  girdə 
yarpaqları  və  nəzəri  cəlb  etməyən  xırda,  sarı-yaşıl  çiçəkləri 
vardır. Meyvəsi müxtəlif formalı gilədən ibarət olub, yetişəndə 
müxtəlif  rəngə  (yaşılımtıl-sarı,  bənövşəyi,  qara  və  s.)  boyanır. 
Meyvəsi  şirəli,  ətirlidir,  şirin,  turşməzə  dada  malikdir.  Bitki 
may-iyun  aylarında  çiçəkləyir,  meyvəsi  isə  avqust-sentyabr 
aylarında yetişir. 
Üzüm,  son  dərəcə  qiymətli  bitki  olub,  çox  geniş  miq-
yasda becərilir. Eramızdan hələ çox qabaq üzüm tənəyi qədim 
misirlilər  tərəfindən  becərilmiş  və  onun  giləsindən  bir  çox  ne-
mətlər,  o  cümlədən  şərab  hazırlanmışdır.  Üzümdən  hazırlanan 
kişmiş,  şərbət,  xoş  ətirli  doşab  və  digər  qida  məhsulları  çox 
faydalı nemətdir. 
Azərbaycanın,  demək  olar  ki,  əksər  rayonlarında,  xalqı-
mızın  çox  sevimli  neməti  kimi  üzüm  tənəyi  becərilir. 
Respublikamızda  son  illərdə  üzümün  sürətlə  inkişaf  etdiril-
məsilə  əlaqədar  olaraq  onun  tərkibi  və  müalicə  xassələri  də 
öyrənilmişdir. Müəyyən edilmişdir ki, üzüm giləsinin şirəsində 
bir  sıra  müalicə  əhəmiyyəti  olan  maddələr  vardır.  Bunlardan 
şə
kəri  (qlükoza,  fruktoza,  saxaroza),  üzvi  turşuları  (limon, 
alma,  şərab,  salisil  və  s.),  dəmir  duzlarını,  kalium-permanqa-
natı,  C,  B
1
  vitaminlərini,  karotini,  aşı,  boyayıcı  və  pektin 
maddələrini  və  s.  göstərmək  olar.  Üzüm  tənəyinin  yarpağı  da 
çox  faydalıdır.  Onun  tərkibində  çoxlu  miqdarda  C  vitamini, 
karotin, aşı maddələri, üzvi turşular və s. vardır. 
Meşə üzümü iyun-iyulda çiçəkləyir. Meyvələri sentyabr-
da yetişir. Meşə üzümünün gilələri xırda, tünd bənövşəyi, qara, 
yaşıl  rəngdə  olur.  Salxımları  balaca  olmaqla,  çəkisi  40-60  q-a 
qədərdir.  Dadı  turş  və  ya  turşa-şirindir.  Aşılayıcı  maddəsi  çox 
olduğundan  gərdir.  Tərkibində  10-13%  şəkər,  1,2-2%-ə  qədər 
üzvi  turşu  vardır.  Şirəsinin  çıxarı  54%-dir.  Tumunda  8-20% 
 
160
yeməyə  yararlı  yağ  olur.  Qovurduqda  qəhvə  əvəzedicisi  kimi 
istifadə edilir. Meşə üzümü təzə halda yeyilir, ondan şirə, şərab, 
nastoyka,  sirkə,  kisel,  kompot,  mürəbbə  hazırlanır.  Meşə 
üzümünü  qurudulur,  bəzən  qışa  saxlamaq  üçün  şorabaya  da 
qoyulur. 
Üzümün  müalicəvi  əhəmiyyəti.  Üzüm  giləsi  və  onun 
ş
irəsi  ürək-  damar  sistemi  xəstəliklərində,  tənəffüs  yolları, 
mədə-bağırsaq, qaraciyər, böyrək xəstəliklərində çox xeyirlidir. 
Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında, ümumi 
zəiflikdə  çox  faydalı  qüvvətverici  vasitədir.  Üzüm  qorasından 
hazırlanan  abqora  isə  diabet  xəstəliyində  susuzluğun  qarşısını 
alır,  qurudulmuş  üzüm  gilələri  isə  qanazlığında  yaxşı  təsir 
göstərir. 
Azərbaycanın bir çox rayonlarında üzümün təzə dərilmiş 
yarpaqlarından  vitaminli  içki  hazırlayıb  avitaminoz  xəstəlik-
lərinə  tutulanlara  içirirlər.  Bunu  belə  hazırlayırlar:  400  q  təzə 
dərilmiş üzüm yarpağını doğrayıb, üzərinə 3 litr qaynanmış ilıq 
su  əlavə  edib  3  gün  sərin  yerdə  saxlayırlar.  Sonra  yarpaqları 
tənzifdən süzməklə və sıxmaq yolu ilə suyunu ayırıb götürürlər. 
Alınan  vitaminli  suyun  tamını  yaxşılaşdırmaq  məqsədilə  ona 
bir neçə damcı şirin qızılgül suyu və  ya gülqənd əlavə edirlər. 
Belə hazırlanmış vitaminli içkidən qanazlığında, raxit, sinqa və 
digər  avitaminoz  xəstəliklərində  çox  faydalı  dərman  kimi 
istifadə  edirlər.  Bundan  başqa,  üzüm  yarpağından  hazırlanan 
dolma çox dadlı olur və xüsusən yazbaşı faydalıdır. 
Üzümdən və onun emalı məhsullarından xalq təbabətində 
qədimdən istifadə edilir. Üzümlə müalicənin elmi əsasları XIX 
ə
srin ikinci yarısında başlanmışdır. O vaxt üzümün kimyəvi tər-
kibi öyrənilmiş və onun müalicəvi xüsusiyyəti tətbiq edilmişdir. 
Üzümlə  müalicə  –  ampeloterapiya  (yunanca  ampelos  –  üzüm, 
terapiya 
– müalicə) müxtəlif xəstəliklərin üzüm şirəsi və onun 
emalı  məhsulları  ilə  müalicəsinə  əsaslanır.  Üzümün  tərkibində 
karbohidratların, zülalların, üzvi turşuların, vitaminlərin ahəng-
dar  olmasına  görə  üzüm  bir  çox  meyvə-tərəvəzdən  üstündür. 

 
161
Üzüm  təzə  halda,  qurudulmuş,  üzüm  şirəsi  və  must  şəklində 
istifadə olunur, eləsə də ondan kompot, doşab, abqora və digər 
spirtsiz  içkilər  hazırlanır.  Bu  məhsulların  həm  pəhriz  və  müa-
licəvi  əhəmiyyəti  var,  həm  də  qidalı  yeyinti  məhsulu  olmaqla 
uşaqların,  qocaların  və  zəif  düşmüşlərin  qidalanmasında  is-
tifadə olunur. 
Təzə  üzüm  şirəsinin  tərkibində  0,5-0,8%  sərbəst  üzvi 
turşular,  pektin  və  zülal  maddələri,  A,  C,  P,  B
1
,  B
2
  və  digər 
vitaminlər, lesitinlər, az  miqdarda efir  yağı, mineral maddələr, 
boya maddələri və bioloji fəal maddələr vardır. Üzümün tərki-
bində  olan  qlükoza  damarları  genişləndirərək,  ürək  əzələsinin 
fəaliyyətini yaxşılaşdırır, onun qidalanmasını artırmaq hesabına 
qan təzyiqini qaldırır. Nəticədə qan dövranı normallaşır, qanda 
hemoqlobinin faizi artır, hüceyrələrin oksigenlə təmin olunması 
güclənir,  əzələlərin  fəaliyyəti  yaxşılaşır.  Üzümdəki  üzvi  tur-
ş
ular  mədənin  fəaliyyətini  yaxşılaşdırır,  mədədə  xlorid  turşu-
sunun  ifrazını  azaldır,  buna  müvafiq  olaraq  öd  axarı  əzələlə-
rinin  tonusunun  yaxşılaşması  nəticəsində  ödün  ifrazı  artır. 
Üzüm  fiziki  yorğunluq,  qanazlığı,  qan  itkisi  və  ümumi  zəiflik 
zamanı ürəyin fəaliyyətini bərpa etmək üçün əvəzsiz qida məh-
suludur. 
Üzümün  qidalıq  dəyəri  minerallı  maddələrin  və  vita-
minlərin olması ilə artır. Dəmirin (almadan 2-2,5 dəfə çoxdur), 
manqan, mis və kobaltın fol turşusu ilə birlikdə üzümün tərki-
bində olması qanazlığının müalicəsində ondan geniş istifadə et-
məyə  imkan  yaradır.  200-250  q  üzüm  giləsi  yaşlı  insanın 
gündəlik dəmirə olan tələbatının yarısını ödəyir. 
Üzümdən  həm  təzə  halda,  həm  də  şərab,  şirə,  üzüm  qu-
rusu  və  başqa  yeyinti  məhsulları  istehsalında  geniş  miqyasda 
istifadə olunur. Üzüm istehsalının ilbəil artırılması imkan verir 
ki,  ondan  hazırlanan  məhsulların  miqdarı,  çeşidi  artırılsın, 
keyfiyyəti isə yaxşılaşdırılsın. Üzümün xalq təsərrüfatı əhəmiy-
yəti  bir  də  ondan  ibarətdir  ki,  şərabçılıqda  əldə  edilən  tullan-
tılardan bir çox xammallar almaq mümkündür. Son illər üzüm 
 
162
cecəsindən  spirt,  şərab  turşusu,  toxumundan  yem  unu  və  yağ, 
qabıq  hissəsindən  boya  (enin  maddəsi)  və  pektin  maddəsi, 
daraq və cecədən gübrə və s. bu kimi məhsullar əldə edilir. Bü-
tün  bunlar  imkan  verir  ki,  üzüm  emal  edən  müəssisələr  əsas 
məhsulla yanaşı (şərab, şirə və s.), bir çox əlavə xammallar da 
istehsal etsinlər. Bu isə istehsalın effektivliyinin  artırılmasında 
ə
sas göstəricilərdən biridir. 
Xalq təbabətində meşə üzümündən ağciyər sətəlcəmində, 
öd  kisəsində  daş  olduqda  və  mədənin  selikli  qişasının  xroniki 
iltihabında istifadə edilir. 
Yemişan    Боярышник  –  Crataegus  sanguinea  Pall. 
Gülçiçəklilər  (Rosaceae)  fəsiləsindəndir.  Şimali  Amerikada 
200-dən  çox,  Qafqazda  14,  Azərbaycanın  dağ-meşə  rayonla-
rında 9 müxtəlif ağac və kol növləri yayılmışdır. Azərbaycanda 
cır  yemişanların  forma  müxtəliflikləri  çoxdur.  Iri  meyvəli 
yemişanlar  isə  dağlıq  rayonlarda  bağ  meyvəsi  kimi  becərilir. 
Oğuz, Qəbələ,  Lənkəran, Astara, Şəki,  Zaqatala,  Quba, Qusar, 
Qonaqkənd,  Şuşa,  Ismayıllı  rayonlarının  meşəliklərində  ye-
mişan bitkisinə daha çox təsadüf olunur. Respublikamızda bitən 
yemişan  bitkilərini  ilk  dəfə  elmi  əsasda  tibb  elmləri  doktoru, 
prof. D.Y.Hüseynov öyrənmişdir. 
Ağac və ya iri kol bitkisi olan yemişanın növbə ilə düzül-
müş  yumurtaşəkilli  yarpaqları  vardır.  Yarpaqlarının  kənarları 
diş-diş, ağ rəngli nəzəri cəlb edən ətirli çiçəkləri vardır. Uzun-
sov,  kürəşəkilli  giləmeyvəyə  oxşayan,  ətli  və  şirəli  meyvəsi 
olur. Yetişəndə qırmızı rəngə boyanan meyvələrinin içərisində 
açıq  sarı  rəngli  toxumları  olur.  Meyvəsinin  azca  büzüşdürücü 
dadı vardır. Yemişan may-iyun aylarında çiçək açır, meyvələri 
avqust-sentyabrda  yetişir.  Meyvələri  qırmızı  və  qaradır.  Mey-
vələri yumru və bir qədər yastı olur. Ətliyi yumşaq və bir qədər 
kövrəkdir. 3-4 ədəd çəyirdəyi (bəzən 2 və ya 5 ədəd) vardır. 10-
15 yaşından başlayaraq meyvə verir və 200-300 il ömür sürür. 
Yemişanın  meyvələri  xoşa  gələn  dadlı,  şirəli,  şirin  və 
meyxoşdur.  Yemişanın  tərkibində  3,78-7,97%  şəkər  (əsasən 

 
163
qlükoza və fruktoza; saxaroza isə azdır), 0,46-0,81% üzvi turşu 
(alma, limon, şərab və s.), 0,46% aşılayıcı və rəngləyici maddə, 
1,5%  pektinli  maddə,  2,3%  sellüloza,  0,92%  azotlu  maddə, 
1,26%  pentozanlar  vardır.  Yemişanda,  həmçinin,  fitosterinlər, 
flavonoidlər,  saponinlər,  qlükozidlər,  karotin,  xolin,  vitamin  C 
və  b.  maddələr  vardır.  Yemişanın  toxumunda  30-37%  yağ, 
çiçəklərində isə 1,5% efir yağı olur. 
Yemişan  təzə  halda  yeyilir,  ondan  kompot  və  kisel, 
lavaşana  hazırlanır,  sirkə  qoyulur  və  araq  çəkilir.  Meyvələrini 
qurudub  üyütdükdən  sonra,  unla  qarışdırıb  çörək  bişirirlər. 
Qovrulmuş  meyvələrdən  qəhvə  əvəzedicisi,  yarpaqlarından  isə 
çay içkisi hazırlamaq olar. 
Yemişan qiymətli balverən bitki olub, hər çiçəyi 0,5 mq 
nektar verir. Nektarın tərkibində 64,4% şəkər olur. 
Yemişanın oduncağı bərk və möhkəm olduğundan, xarrat 
məmulatının  hazırlanmasında  işlədilir.  Yemişanın  yarpaqların-
dan  və  oduncağının  qabığından  alınan  boya  maddəsi  parçaları 
qırmızı və qəhvəyi çalarlı rəngə boyayır. 
Yemişanın  müalicəvi  xassələri.  Dərman  məqsədilə 
yemişanın  həm  çiçəklərindən,  həm  də  meyvələrindən  istifadə 
olunur.  Çiçək  və  meyvələrini  tam  yetişəndə  toplayır,  xüsusi 
quruducularda qurudur, sonra istifadəyə verirlər. Ümumiyyətlə, 
yemişan  meyvələrini  ağ  kağız  üzərində  nazik-nazik  sərib,  tez-
tez  çevirməklə  qurutmaq  daha  əlverişlidir.  Bu  cür  qurudulmuş 
meyvələr  təbii  rəngini  saxlayır,  kimyəvi  tərkibini  də  dəyişmir. 
Qurudulmuş  meyvələri  xüsusi  torbalara  doldurub  havası  daim 
dəyişilən binalarda saxlamaq lazımdır. 
 Yemişanın  meyvəsindən  və  çiçəklərindən  çox  qədim 
vaxtdan  bəri  xalq  təbabətində  bir  sıra  məqsədlər  üçün  istifadə 
olunur. Çiçəklərindən və meyvələrindən ürək ağrılarında və ya 
xroniki  ürək  xəstəliyində  çay  kimi  dəmləyib  içirlər.  Bundan 
ə
lavə, təzə dərilmiş meyvələrindən uşaq əmizdirən analara döş 
südünü  artırmaq  və  onun  keyfiyyətini  yaxşılaşdırmaq  üçün  də 
verirlər. 
 
164
Yemişan  meyvələrində  bir  sıra  faydalı  maddələr  müəy-
yən  edilmişdir.  Bunlardan  ən  başlıcası  flavon  törəməli  qliko-
zidlərdir.  Bu  bioloji  fəal  maddələr  rənglərinə  və  tərkiblərinə 
görə  üç  qrupa  bölünür:  birinci  qrupa,  qırmızı  rəngli  flavon 
qlikozidləri daxildir ki, bunlar çox qüvvətli bioloji təsirə malik-
dir.  Ikinci  qrupa  çəhrayı  rəngli  flavon  qlikozidləri  daxildir  ki, 
bunların təsiri birinciyə nisbətən zəifdir. Üçüncü qrupa isə, sarı 
rəngli  flavonoidlər  daxildir.  Bunların  təsiri  daha  zəifdir. 
Bunlardan başqa yemişan meyvəsində saponinlər, üzvi turşular, 
şə
kər  və  qatran  maddələri  də  müəyyən  edilmişdir.  Çiçək  və 
meyvələrində  müxtəlif  vitaminlər  vardır.  Müasir  təbabətdə 
çiçək və meyvələrindən bir sıra mühüm dərman preparatları ha-
zırlanır  ki  (dəmləmə,  tinktura,  ekstrakt  və  s.),  onlardan  təba-
bətdə ürək xəstəliklərinin müalicəsində, xüsusən hipertoniyada 
geniş istifadə olunur. 
Yemişan  meyvəsindən  ürək  ağrılarında  və  ya  xroniki 
ürək  xəstəliyində  çay  kimi  dəmləyib  içirlər.  Müasir  təbabətdə 
yemişanın  tinkturasından  və  ekstraktından  hipertoniyada  geniş 
istifadə olunur. Yuxusuzluğa, ürək əsəblərinə qarşı tətbiq edilir. 
Son  zamanlar  müəyyən  edilmişdir  ki,  yemişan  ekstraktı  qanda 
xolesterini  azaldır.  Ona  görə  də  yemişandan  aterosklerozun 
müalicəsi və profilaktikasında da istifadə olunur. 
Zirinc  –  Барбарис  –  Berberis  vulgaris  L.  Zirinc 
(Berberidaseae)  fəsiləsinin  zirinc  cinsinə  mənsubdur.  450 
növündən  –  adi  zirinc,  Şərq  zirinci,  Amur  zirinci  və  uzunsov 
zirinc daha çox yayılmışdır. 
Adi  zirinc  yabanı  halda  Krımda  və  Qafqazda  dəniz 
səviyyəsindən  200  metr  yüksəklikdə  bitir.  Azərbaycanın  dağ-
meşə rayonlarında, Xızıda və Altıağacda daha çox yayılmışdır. 
Azərbaycanda  zirincin  3  növünə  rast  gəlinir.  Adi  zirinc  daha 
çox  təsadüf  edilir.  Adi  zirinc  Azərbaycanın  dağ-meşə  rayon-
larında,  xüsusən  Quba,  Qusar,  smayıllı  rayonlarında,  Xızıda, 
Altıağacda  daha  çox  yayılmışdır.  Adi  zirinclə  yanaşı  çox 
istifadə olunan bir də Amur zirincidir. O Uzaq Şərqdə bitir, dağ 

 
165
çayları  kənarında  olan  meşəliklərdə  ehtiyatı  çoxdur.  Müasir 
təbabətdə  hər  iki  zirincin  yarpaqlarından  dərman  məqsədilə 
istifadə  olunur.  Yarpaqlarını  bitki  çiçək  açan  dövrdə  toplayır, 
quru  havalı  binada  qurudub  əczaçılıq  zavoduna  göndərirlər. 
Zirincin meyvəsi də faydalıdır. Onun tərkibi C vitamini ilə çox 
zəngindir.  Odur  ki,  meyvələrini  yetişən  dövrdə  (avqust-
sentyabr aylarında) toplayıb, günəşli havada qurudur, sonra çay 
kimi dəmləyib avitaminoz xəstəliyinə tutulan şəxslərə gündə 3 
dəfə yeməkdən əvvəl verirlər.  
 Zirinc  hündürlüyü  2-3,5  m-ə  çatan  ağac  və  ya  kol 
bitkisidir.  Üç  yerə  ayrılmış  budaqları  tikanlıdır.  Budaqlarının 
qoltuğunda  dəstə-dəstə  yerləşən  yumurtaşəkilli  yarpaqları  sıra 
ilə  düzülmüşdür.  Salxım  şəklində  düzülmüş  açıq  sarı  rəngli 
çiçəkləri  vardır.  Ovalvarı,  üçtoxumlu,  yetişəndə  qırmızı  rəngə 
boyanan  giləmeyvəsi  olur.  Meyvəsinin  dadı  çox  turşdur. 
Toxumları uzunsov formada, qırmızı-qonur rəngdədir. Bitkinin 
gövdəsindəki  qabığı  xaricdən  açıq  sarı,  daxildən  qonur  sarı 
rəngdə  olur.  Zirinc  iyun  ayında  çiçək  açır,  meyvəsi  avqust-
sentyabrda  yetişir.  Salxım  şəklində  düzülmüş  açıq  sarı  rəngli 
ə
tirli çiçəkləri vardır. Yarpaqları açıq yaşıl rəngli və turş dadlı 
olur. 2-3 qırmızı-qonur toxumlu gilədir. Çəkisi 0,14-0,32 q-dır. 
Toxumu  meyvəsinin  24-30%-ni  təşkil  edir,  silindr  və  ya  oval 
şə
klindədir.  Uzunluğu  12  mm-dir.  Əsasən  qırmızı,  bəzən  isə 
qara,  sarı  və  çəhrayı  rəngdə  olur.  Meyvəsi  turşdur  və  uc 
hissəsində  qönçə  tumurcuğu  yapışıq  qalır.  Meyvəsini  əl  ilə 
yığırlar. Şaxta vurduqda dadı yaxşılaşır. 
Zirinc meyvəsinin tərkibində 5% şəkər, 5-6% üzvi turşu 
(əsasən, alma turşusu), 0,6-0,8% aşılayıcı və rəngləyici maddə, 
0,4-0,6%  pektinli  maddə,  4,9%  sellüloza,  0,95%  kül  və  150-
170  mq%  C  vitamini  vardır.  Iyun  ayında  toplanmış  yarpaqla-
rında  120  mq%  C  vitamini  və  meyvə  verdikdə  yığılmış  yar-
paqlarında 40 mq% E vitamini vardır. Qeyd etmək lazımdır ki, 
zirincin  meyvəsində  C  vitaminindən  başqa,  bir  sıra  digər  mü-
hüm maddələr də vardır. Bunlardan limon və alma turşularını, 
 
166
piroqallol  qrupu  aşı  maddələri,  flavonoidləri,  pektin  və  şəkərli 
maddələri qeyd etmək olar. 
Zirincdən təzə halda çox az istifadə edilir. Bundan sirkə, 
şə
rab,  jele,  mürəbbə,  şirə,  spirtsiz  içki,  tamlı  qatqı,  konfet  və 
karamel üçün içlik hazırlayır və qurudurlar. Bir qədər kal yığıl-
mış  meyvələrini  qurudur  və  sumaq  əvəzinə  tamlı  qatqı  kimi 
istifadə  edirlər.  Zirinci  şorabaya  da  qoyurlar.  Meyvəsindən 
alınmış cövhərdən likör və qazlı içkilər hazırlanır. 
Zirincin  müalicəvi  xassələri.  Zirincin  meyvələrindən 
xalq  təbabətində  sinqa,  raxit,  qanazlığı,  isitmə,  mədə-bağırsaq 
xəstəliklərinin  müalicəsində  ta  qədimdən  bəri  istifadə  edilir. 
Eyni zamanda, meyvələrindən yeyinti sənayesində də mürəbbə 
və  digər  məhsullar  alırlar.  Zirincin  yarpağının  əsas  təsiredici 
maddəsi berberin alkaloididir. Bu alkaloid təmiz halda açıq sarı 
rəngli kristal maddədir, qankəsici təsirə malikdir. Hazırda elmi 
təbabətdə hər iki zirinc bitkisinin yarpaqlarından spirtli cövhər 
(Tinctura  Berberidis)  hazırlanır  ki,  ondan  uşaqlıq  qanaxma-
larında qankəsici dərman kimi istifadə olunur. 
Yarpaqlarından  alınmış  spirtli  cövhərdən  daxili  qanax-
malarda  müalicəvi  vasitə  kimi  istifadə  edilir.  Yarpaqlarında, 
həmçinin, A və C (130 mq%) vitaminləri vardır. Zirinc çiçək-
lərindən dəmlənmiş çay öskürəyə qarşı içilir.  
Xalq təbabətində zirincdən və ondan hazırlanmış mürəb-
bədən sarılıq xəstəliyinin müalicəsində istifadə olunur. 
 

 
167
S TRUS, SUBTROP K VƏ TROP K 
MEYVƏLƏ
 
Subtropik  və  tropik  meyvələr  bir  sıra  bioloji  xüsusiy-
yətlərə  malikdir  və  xüsusi  becərilmə  tələb  etdiyindən,  heç  də 
bunların hamısı respublikamızda əkilib-becərilmir. Ona görə də 
bu  qrupa  aid  olan  tropik  meyvələrin  əksəriyyəti  ölkəmizə 
xaricdən  gətirilir.  Lakin  Azərbaycanın  torpaq-iqlim  şəraiti  bu-
rada bir çox sitrus və subtropik meyvələrin əkilib-becərilməsinə 
imkan verir. 
Bu  meyvələr  zəngin  tərkibə  malik  olduğundan  müxtəlif 
məqsədlər üçün istifadə olunur. Bu meyvələrin tərkibində insan 
orqanizmi  üçün  vacib  olan  vitaminlər  və  bioloji fəal  maddələr 
olduğundan, əsasən təzə halda və şirə kimi istifadə olunur. Bəzi 
subtropik və tropik meyvələr qurudulmuş halda (xurma, əncir) 
daha uzun müddət saxlanıla bilir və ilin bütün vaxtlarında isteh-
lak  edilir.  Subtropik  və  tropik  meyvələrin  tərkibində  vitamin-
lərlə  yanaşı  nisbətən  çox  miqdarda  üzvi  turşular,  efir  yağları, 
qlükozidlər, fitonsidlər, alkaloidlər və s. maddələr də vardır. 
Bu meyvələr pəhriz-müalicəvi qidalanmada geniş istifadə 
olunur.  Lakin  bu  bitkilərin  becərildiyi  ölkələrdə  onun  meyvə-
sindən  müalicəvi  məqsədlə  az  istifadə  olunur.  Onlar  subtropik 
və  tropik  bitkilərin  yarpaqlarını,  qabığını  və  digər  orqanlarını 
tədarük edir və müalicəvi məqsədlə istifadə edirlər. Bəzi sitrus 
və  subtropik  meyvələr  əczaçılıq  təcrübəsində  geniş  tətbiq 
olunur. 
Sitrus  meyvələrinə  limon,  narıngi,  portağal,  qreypfurt, 
kumkvat, kivi aiddir.  
Subtropik  meyvələrə  nar,  əncir,  xurma,  zeytun,  feyxoa, 
innab, iydə, tut aiddir.  
Tropik  meyvələrə  isə  banan,  ananas,  Iran  xurması, 
manqo, avakado, liçi, papayya, çörək ağacı və s. aiddir. Biz bu 
bitkilərin izahını əlifba sırası ilə veririk. 
 
168
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin