Ərəbistan xurması, Xurma palması – Финиковая
пальма
– Phoenix dactylifera L. Palmalar (Palmae) fəsilə-
sindəndir. Tropik meyvə olduğundan, əsasən şimali Afrikada,
MƏR-də və randa becərilir. Türkmənistanın cənub rayonla-
rında yetişdirilir. Bu meyvə yarımşirəli olmaqla uzunsov yumru
formadadır. Ətli hissəsinin daxilində sümük çəyirdək yerləşir.
Pərakəndə ticarətə qurudulmuş halda daxil olur. Qurusunun
tərkibində 17-28,7% su, 62% şəkər (invertli və saxaroza), 1,9-
3% azotlu maddə, 0,2-1% yağ, 3,6% sellüloza, 2,9-3,3%
pentozanlar və 1,2-2% minerallı maddələr vardır.
Ə
rəbistan xurmasının müalicəvi xassələri. Əsasən
soldurulmuş və qurudulmuş şəkildə, bişmiş, yağda qovrulmuş,
bəzən yumurta ilə bişirilmiş halda da yeyilir. Ərəbistan
xurmasından jele, cem və desert içkilər də hazırlanır. Zərif
budaqlarından alınan şirədən şərab hazırlanır. Tərkibində 70%-
ə
qədər şəkər, yağ, zülal və 3,6% sellüloza, kalium duzları (611
mq%), fosfor, maqnezium, dəmir var. Xurmada sellüloza çox
olduğundan, kəskin qastritlərdə, kolitdə və anteritdə istifadəsi
arzuedilməzdir. Lakin xurma xroniki qəbizlikdə məsləhət görü-
180
lür. Tərkibində kaliumun çoxluğu ürək-damar xəstəliklərində
faydalıdır. Kökəlməyə meyilli və şəkər xəstəliyi olanlara xurma
yemək məsləhət görülmür.
slami dəyərlərə əsasən xurmanın insan sağlamlığına
faydaları
Xurma «Qurani Kərim»-də haqqında bir çox ayədə bəhs
olunan, cənnət nemətləri arasında “bənzərsiz xurma” (Rəhman
surəsi, 68) ifadəsi ilə qeyd edilən bir meyvədir. Allahın
«Qurani Kərim»-də bildirdiyi bu meyvə tədqiq ediləndə onun
bir çox əhəmiyyətli xüsusiyyətlərinin olduğu üzə çıxır. Məlum-
dur ki, xurma məlum olan ən qədim bitki növlərindəndir. O,
ləzzətli dadı ilə yanaşı qidalandırıcı xüsusiyyətinə görə də
ə
həmiyyət verilən bir qidadır. Hər ötən gün kəşf edilən fayda-
ları xurmaya həm qida, həm də dərman kimi istifadə edilən bir
meyvə statusu verib. Xurmanın malik olduğu bu xüsusiyyətlərə
“Məryəm” surəsində diqqət çəkilir:
Allahın Hz. Məryəmə “xurma yeməsini” bildirməsinin
bir çox hikməti var. Allahın Hz. Məryəmin doğuşunu asan-
laşdırmaq üçün təqdim etdiyi nemətlərdən biri olan xurmanın
hamilə və yeni doğan zahı qadınlar üçün xüsusi əhəmiyyət kəsb
etməsi və faydaları elm tərəfindən bu günlərdə təsdiq edilib.
Xurma tərkibindəki 60-65% şəkərlə ən çox şirinliyə malik olan
meyvələrdəndir. Həkimlər hamilə qadınlara doğduqları gün
tərkibində meyvə şəkəri olan qidaların verilməsini tövsiyə
edirlər. Burada məqsəd ananın zəifləyən bədəninə enerji və
canlılıq vermək, həmçinin, təzə doğulan körpəyə zəruri olan
südün yaranması üçün süd hormonlarını hərəkətləndirmək və
ana südünü çoxaltmaqdır. Həmçinin, doğuş zamanı baş verən
qan itkisi də bədənin şəkər miqdarının azalmasına səbəb olur.
Xurma bədənin şəkər ehtiyacının təmin edilməsi baxımından
vacibdir və təzyiqin enməsinin qarşısını da alır. Xurmanın
kaloriliyi çox yüksək olduğu üçün, o, xəstəlikdən taqətsiz
düşənlərə və yorğun olanlara xüsusilə faydalıdır.
181
Bu məlumatlar Allahın Hz. Məryəmə həm onun özünə
enerji və canlanma verəcək, həm də körpənin yeganə qidası
olan südün yaranmasını təmin edəcək xurmadan yeməsini bil-
dirməsində böyük bir hikməti ortaya qoyur. Məsələn, xurmada
insan bədəninin sağlam və gümrah qala bilməsi üçün həyati
ə
həmiyyət daşıyan 10-dan çox element var. Buna görə də
müasir dövrdə alimlər insanın təkcə xurma və su ilə yaşaya
biləcəyini bildirir. Bu sahənin tanınmış mütəxəssislərindən
sayılan V.H.Dauson isə bir xurma ilə bir stəkan südün bir
insanın gündəlik qida ehtiyacını təmin etməyə kifayət edəcəyini
deyir.
Xurmadakı oksitosin maddəsindən də müasir təbabətdə
doğuşu asanlaşdıran bir dərman kimi istifadə edilir. Oksitosin
doğuşu asanlaşdırma təsirinə görə bir çox mənbələrdə “rapid
birth”, yəni “sürətli doğuş” ifadəsi ilə qeyd edilir. O, doğuşdan
sonra ana südünü artıran təsirə malik olması ilə məşhurdur.
Oksitosin əsasən beynin ifraz etdiyi doğuş sancılarını başladan
bir hormondur. Doğuşdan əvvəl bədənin bütün hazırlığı bu hor-
monun sayəsində başlayır. Hormonun təsiri özünü ana bətnini
təşkil edən əzələlərdə və ana südünün ifrazını təmin edən əzələ
quruluşundakı hüceyrələrdə göstərir. Doğuş zamanı ana
bətninin əhəmiyyətli şəkildə büzülməsi doğuşun gerçəkləşə
bilməsi baxımından çox vacibdir. Oksitosin də bətni təşkil edən
ə
zələlərin çox güclü şəkildə büzülməsini təmin edir.
Oksitosin həm də yeni doğulan körpənin qidalanması
üçün ana südünün ifrazına təkan verir. Xurmanın təkbaşına bu
xüsusiyyəti – onun tərkibində oksitosinin olması – «Qurani
Kərim»-ın Allahın vəhvi olmasının daha bir mühüm dəlilidir.
Xurmanın tibbi faydasının müəyyənləşdirilməsi ancaq yaxın
vaxtlarda mümkün olub. Halbuki, «Qurani Kərim»-də təxminən
1400 il əvvəl Allahın Hz. Məryəmə hamiləlik dövründə xurma
ilə qidalanmağı vəhv etdiyi bildirilir.
Xurmada insan bədənində bol miqdarda hərəkət və
hərarət enerjisi yaradan, bədəndə parçalanıb asan istifadə edilən
182
bir şəkər növü də var. Özü də bu şəkər qan şəkərini sürətlə yük-
səldən qlükoza yox, meyvə şəkəri olan fruktozadır. Xüsusilə
şə
kər xəstələrində qan şəkərinin sürətlə qalxması bir çox
orqanlara mənfi təsir edir, amma bundan ən çox zərər görən
orqan və sistemlər göz, böyrəklər, qan-damar və sinir sis-
temləridir. Gözün görmək qabiliyyətinin itirilməsinə kimi apa-
rıb çıxaran narahatçılıqların, infarkt və böyrək çatışmazlığı
kimi bir çox ciddi xəstəliklərin ən mühüm səbəblərindən biri
qan şəkərinin yüksəkliyidir.
Xurmanın tərkibində müxtəlif vitamin və minerallar var.
Xurma lif, yağ və proteinlər baxımından da çox zəngindir.
Xurmada natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd,
fosfor və xlor da var. Bundan başqa, xurmanın tərkibində A
vitamini, betakarotin, B
1
, B
2
, B
3
və B
6
vitaminləri də bol miq-
dardadır. Xurmanın tərkibindəki vitamin və mineralların adi
insan bədənində və hamiləlik dövründəki faydalarından bəzi-
lərini isə bu ardıcıllıqla qeyd edə bilərik:
Xurmanın qidalandırıcı gücü onun tərkibindəki mü-
nasib mineral balansından qaynaqlanır. Xurmada hamilə qadın-
ların qəbul etməli olduğu B vitamini qrupuna aid fol turşusu da
vardır. Fol turşusu (B
9
) bədəndə yeni qan hüceyrəsinin yaran-
masında, bədənin əsasını təşkil edən aminturşuların təşəkkül
tapmasında və hüceyrələrin yeniləşməsində mühüm vəzifələri
yerinə yetirən bir vitamindir. Buna görə də hamiləlikdə fol
turşusuna olan ehtiyac özünü qabarıq göstərəcək dərəcədə artır
və gündəlik ehtiyacın iki qatına çatır. Fol turşusunun səviyyəsi
kifayət etməyəndə quruluş etibarilə normadan böyük, iş əmsalı
isə aşağı olan eritrosit hüceyrələri (qırmızı qan hüceyrələri)
meydana gəlir və qanazlığının əlamətləri özünü göstərməyə
başlayır. Xüsusilə hüceyrələrin bölünməsində və hüceyrənin
genetik quruluşunun əmələ gəlməsində mühüm rol oynayan fol
turşusu hamiləlik zamanı iki dəfə artıq ehtiyac hiss edilən
yeganə maddədir. Xurma da fol turşusu baxımından çox zəngin
olan bir qida növüdür.
183
Digər tərəfdən, hamiləlik zamanı yaranan uzun-
müddətli ürək bulanması və fizioloji reaksiyalar nəticəsində ka-
lium azlığı müşahidə olunur. Belə vəziyyətdə qadına əlavə ka-
lium verilməlidir. Xurmada bol miqdarda mövcud olan kalium,
bu baxımdan, çox böyük əhəmiyyət kəsb edir, bu maddə
bədəndəki su balansının qorunması baxımından da çox fayda-
lıdır. Kalium beyinə oksigenin getməsinə kömək edərək də-
rindən fikirləşməyi təmin edir. Bununla yanaşı, bədənin ma-
yeləri üçün əlverişli alkalik xüsusiyyətini yaradır. O, bədəndəki
zəhərli tullantıları ifraz etmək üçün böyrəklərə xəbərdarlıq edir.
Yüksələn qan təzyiqinin aşağı salınmasını və sağlam dərinin
yaranmasını təmin edir.
Xurmanın tərkibindəki dəmir qırmızı qan hüceyrə-
lərində mövcud olan hemoqlobinin sintezinə nəzarət edir. Bu
da hamiləlikdə qan çatışmazlığının qarşısının alınmasını və
körpənin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qandakı
eritrosit balansının uyğun hala gəlməsini təmin edir. Məlum
olduğu kimi, eritrositlər qanda oksigen və karbondioksid
daşıyaraq hüceyrələrin öz mövcudluğunu davam etdirməsində
vacib rol oynayır. Tərkibində çoxlu dəmir olduğu üçün bir in-
san gündə 15 ədəd xurma yeməklə bədəninin dəmirə olan ehti-
yacını təmin edə və dəmir çatışmazlığının yaratdığı narahatçı-
lıqdan xilas ola bilər.
Xurmadakı kalsium və fosfat isə skeletin yaranıb
formalaşması və bədənin sümük quruluşunun balanslaşması
üçün çox mühüm elementlərdir. Xurma tərkibindəki bol fosfor
və kalsiumla sümük xəstəliyindən qoruyur və bu xəstəliklərin
azalmasına kömək edir.
Alimlər xurmanın gərginliyi və həyəcanı aradan
qaldırmaq qabiliyyətinə də diqqəti çəkir. Berkli Universiteti
(ABŞ) mütəxəssislərinin apardığı tədqiqatlar sinirləri güclən-
dirən B
6
vitamininin və əzələlərin fəaliyyətində mühüm rolu
olan maqnezium mineralının xurmada yüksək miqdarda ol-
duğunu göstəriblər. Xurmanın tərkibindəki maqnezium böy-
184
rəklər üçün də son dərəcə əhəmiyyətlidir. Bir insan gündə 2-3
xurma yeməklə maqneziuma olan ehtiyacını ödəyə bilər.
Xurmadakı B
1
vitamini sinir sisteminin sağlamlı-
ğ
ını asanlaşdırır. O, bədəndəki karbohidratların enerjiyə çevril-
məsinə, protein və yağların bədənin başqa ehtiyacları üçün
istifadə edilməsinə kömək edir. B
2
vitamini ilə də bədənin
enerji təminatı və hüceyrələrin yeniləşməsi üçün protein, kar-
bohidrat və yağların yandırılmasına yardım edir.
Hamiləlik zamanı A vitamininə ehtiyac artır. Xur-
ma tərkibindəki A vitamini sayəsində görmək gücünü və bədə-
nin müqavimətini artırır, sümükləri və dişləri möhkəmləndirir.
Xurma betakarotin (provitamin A) maddəsi ilə də çox zən-
gindir. Betakarotin hüceyrələrə hücum edən molekulları nə-
zarətdə saxlayaraq, xərçəngin qarşısını alan xüsusiyyətə ma-
likdir.
Başqa meyvələr protein baxımından, ümumiyyətlə
zəngin deyil. Ancaq xurmanın tərkibində protein də var və
bunun sayəsində bədənin xəstəlik və infeksiyalardan qorun-
masını təmin edir, hüceyrələri yeniləşdirir və bədəndəki mayeni
balanslaşdırır. Məsələn, ət də faydalı qidadır, ancaq xüsusilə
belə bir dövrdə təzə xurma qədər fayda verməyə bilər, hətta
zəhərlənməyə səbəb ola bilər. Həzmi asan olan yüngül meyvə-
tərəvəz məhsullarına üstünlük verilməsi daha münasib seçim-
dir.
Xurma haqqındakı bütün bu məlumatlar Allahın sonsuz
elmini və insanlara olan mərhəmətini göstərir. Göründüyü kimi,
müasir tibbin dövrümüzdə müəyyənləşdirdiyi xurmanın
faydalarına, onun xüsusilə də hamiləlik dövründəki faydalarına
“Qurani-Kərim”-də XIV əsr əvvəl işarə edilmişdir.
Feyxoa – Фейхоа – Feyjoa Sellowiana Berg. Mərsin
(Myrtaceae) fəsiləsindəndir. Feyxoa əsasən Krımın cənu-
bunda, Qafqazın Qara dəniz sahillərində, Suxumidə, Astara ra-
yonunda becərilir. Feyxoa təzə halda, mürəbbə, kompot, mar-
melad, nalivka (meyvə arağı) və karamel içliyi hazırlanmasında
185
istifadə edilir. Feyxoa müalicəvi əhəmiyyətə malikdir. Aşağı
temperaturda 5 gündən 30 günə qədər saxlanılır. Tərkibində
80% su, 7% şəkər, 1,7% turşu (alma turşusu), şəkərlərdən 4%
saxaroza, 2,5% qlükoza, fruktoza vardır. Feyxoa C vitamini və
yodla zəngindir. Yayılmış sortlardan Andre, Ətirli Nikitin,
tezyetişən Krım sortlarını göstərmək olar.
Z.K.Həsənova (1972) görə ən perspektivli sortlar 26E №-
li, 10E №-li, 2E №-li və 12E №-li sort tipidir. Feyxoa
keyfiyyətinə görə 1-ci və 2-ci əmtəə sortuna bölünür. 1-ci sorta
aid meyvələrin ən böyük en kəsiyi 30 mm-dən, 2-ci sorta aid
olanlar isə 18 mm-dən az olmamalıdır.
1-ci sortda texniki zədələnmiş meyvələrin miqdarı 5%, 2-
ci sortda 10%-dən çox olmamalıdır.
Feyxoanın müalicəvi xassələri. Tərkibində üzvi tur-
ş
ular, pektin, C vitamini var. Feyxoada suda həllolan yod bir-
ləşmələri vardır. Məhz, buna görə feyxoanın böyük müalicəvi
ə
həmiyyəti vardır. Təcrübədə müəyyən edilmişdir ki, feyxoa
meyvəsindən alınan təzə şirə aterosklerozda, tireotoksikozda və
sinqa xəstəliklərinin müalicəsində faydalıdır. Feyxoa endemik
ur (zob) xəstəliyində gözəl profilaktiki təsirə malikdir. Çünki
yodun miqdarına görə feyxoa bütün meyvələrdən üstündür.
Feyxoa yaşlılar, xüsusən aterosklerozdan əziyyət çəkənlər üçün
daha faydalıdır. Feyxoa pəhriz qidasında və digər maddələr
mübadiləsi xəstəliklərində məsləhət görülən meyvədir.
nnab – Унаби – Ziziphus jujuba Mill. Murdarçakimi-
lər (Rhamnaceae) fəsiləsinin innab cinsinə mənsubdur. 100
növ kol və ya meyvə ağaclarından bir növü yayılmışdır. Yabanı
halda Orta Asiyada, Krımda və Zaqafqaziyada rast gəlinir.
Azərbaycanda qədim zamandan becərilir. nnab Abşeron ya-
rımadasında, Göyçay, Ucar və Ağdaş rayonlarında becərilir.
Başqa rayonlarda isə bunlara tək-tək qrup şəklində təsadüf
olunur.
Azərbaycanda innab bitkisinin hündürlüyü 4-12 m-ə
çatır. Innab iyun-iyulda çiçəkləyir. Çiçəkləri bir yerdən top
186
kimi çıxır. Çiçəyi ulduzşəkilli, beşləçəkli, sarıdır. Meyvəsi
yumru, yumurtavarı, uzunsov-girdədən armudabənzər forma-
yadək dəyişir. Meyvəsinin hamar parlaq qəhvəyi və ya qırmızı-
qonur rəngli qabığı altında şirin, turşməzə və yumşaq sarımtıl
ə
tliyi vardır. Çəyirdəyi bərk, təpəsi sivri, enli-yumurtavarı və
ya uzunsov-oval formalı, uzunluğu 1,2-1,5 sm-dir. Azər-
baycanda olan innab qırmızı qabıqlıdır.
nnabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə,
1,5% üzvi turşu (alma və kəhrəba turşusu), 2,5% pektinli
maddə, 2% qatran, 1,2% aşılayıcı maddə, 880 mq% C vitamini
vardır. Quru meyvələrinin tərkibində şəkər 70%-ə çatır. P vita-
mininin miqdarı limon qabığındakından çoxdur. Minerallı mad-
dələrdən kalium, kalsium, fosfor, maqnezium və dəmir vardır.
nnab təzə və qurudulmuş halda yeyilir. Ondan konserv
və qənnadı məmulatı hazırlanmasında istifadə edilir. Bir çox
ölkələrdə quru meyvələrindən un alırlar. Bu un qənnadı məmu-
latı istehsalında istifadə olunur.
nnabın müalicəvi xassələri. Xalq təbabətində innabın
yarpağından, qabığından və meyvəsindən istifadə edilir. Innab
meyvələri kataral xəstəliklərin, vərəmin, öskürəyin müalicə-
sində, eləcə də yumşaldıcı, tonusqaldırıcı və sidikqovucu kimi
tətbiq olunur. O, həmçinin, həzm orqanlarının işini yaxşılaş-
dırır. Innab meyvəsi həm də qan təzyiqini nizamlayır. Nəticədə
baş və ürək nahiyəsində ağrı kəsilir və qanda xolesterinin
miqdarı azalır. Hipertoniya xəstəliyində gündə 3 dəfə yemək-
dən sonra 20 innab meyvəsi yemək və müalicəni 3 ay davam
etdirmək məsləhət görülür.
nnab yarpaqlarında 1020 mq% C vitamini, həm də şirin
və acı dadı hiss edən reseptorları keyləşdirən maddə vardır.
Kivi – Киви – Actinidia chinensis. Aktinidia (Actini-
diaceae) fəsiləsindəndir, sinonimi meymun şaftalısı adlanır.
Vətəni Çindir. Sortlarından Hayward, Bruno, Monty, Abbott,
Allison, Jones, Chico göstərilə bilər. Meyvəsinin diametri 5 sm,
kütləsi 75-100 q-dır. Qabığı nazik, tüklü, yetişdikdə yaşıl və
187
qəhvəyi rəngdə olur. Şirəli ətliyində ağ halqalar görünür. Da-
xilində xırda qara toxumları var. Dadı xoşagələn zərif turşaşirin
və ətirlidir. Dadı firəngüzümü, çiyələk və qovunu xatırladır.
Ə
tliyi açıq yaşıldır. Təzə halda yeyilir, sous və şirin xörəklərin,
cem, marmelad, jele və içkilərin hazırlanmasında istifadə edilir.
Tərkibində 9,0-11,3% karbohidrat, o cümlədən 8,5-10% şəkər,
0,3-0,7% pektinli maddə, 1,0-1,6% zülal, 0,3-0,6% yağ, 1,2-
1,5% minerallı maddə, 1,2-1,8% üzvi turşu, 70-100 mq% C
vitamini, 1,2 mq% E, 0,01-0,02 mq% B
1
, 0,05 mq% B
2
, 0,37-
0,4 mq% β-karotin, 0,04 mq% PP vitamini vardır. Minerallı
maddələrdən 295-370 mq% K, 38-56 mq% Ca, 20-23 mq% Mn
və 0,8-2,0 mq% Fe var. 100 q kivi 51 kkal və ya 231 kCoul
enerji verir.
Kivi standarta əsasən əla, 1-ci və 2-ci əmtəə sortuna
bölünür. Bir ədədin kütləsi əla sortda 95 q-dan, 1-ci sortda 70
q-dan, 2-ci sortda isə 65 q-dan az olmamalıdır.
Kumkvat – Кумкват – Fortunella marqaritae. Sədo-
kimilər (Rutaceae) fəsiləsindəndir. Vətəni cənubi-şərqi Çin və
Hindi-Çindir. Ölçüsünə görə sitrus meyvələrinin ən xırdamey-
vəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə
2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 q olur. Forması yum-
ru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır.
Ə
tirli, şirin və xoşagələn dadlıdır. Dadına görə portağalı
xatırladır. Ən çox yayılmış sortlarından Nagami və Meibanı
göstərmək olar. Tərkibində 14,5% karbohidrat, o cümlədən
10,8% şəkər, 0,7% zülal, 0,3% yağ, 2,7% üzvi turşu, 0,6% mi-
nerallı maddə (o cümlədən 188 mq% kalium, 0,6 mq% dəmir),
38 mq% C vitamini, 0,09 mq% B
1
, 0,08 mq% B
2
, 0,21 mq% β-
karotin vardır. 100 qr-ı 65 kkal və ya 272 kCoul enerji verir.
Qan təzyiqini aşağı salır.
Qafqaz xırniyi – Кавказский хырник – Diospyros
lotus L. Ebena (Ebenaceae) fəsiləsinin xırnik cinsinə
mənsubdur. ki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi,
188
Subtropik xırnik. Subtropik xırnik yapon xurması da adlanır və
mədəni halda becərilir.
Yabanı xırnik Qafqazda, Orta Asiyada və Zaqafqaziyada
yayılmışdır. Bu xırniklər hündürboylu düzböyüyən ağacdır, 20
m-dən hündür olur. ri ağaclar Şəki-Zaqatala zonasında çoxdur.
Xırnik mayın əvvəllərində yarpaqlar əmələ gəldikdən
sonra çiçəkləyir. Çiçəkləmə dövrü 10-20 gün davam edir.
Meyvələri yarpaqları töküldükdən sonra oktyabrın ortalarından
başlayaraq dekabra qədər ağacın üstündə yetişir. Meyvələri
yumru, boz-sarımtıl və tutqun narıncı rəngdədir. Tam yetiş-
dikdə qaralır. çərisində 2-5 ədəd yastı çəyirdəkli olur. Çəyir-
dəksiz formalarına Zaqatala rayonunun bağlarında rast gəlinir,
həm də bunlar xırda olur. Meyvəsi şirin və ağızbüzüşdürü-
cüdür.
Tərkibində 18% şəkər (qlükoza və fruktoza), zülali, pek-
tinli və aşılayıcı maddə, limon turşusu, karotin (provitamin A)
və 3-53 mq% C vitamini vardır.
Xırnik təzə və qurudulmuş halda yeyilir. Ondan bəkməz
(doşab) bişirilir. Şərbət, cem, jele, likör və kvas da hazırlanır.
Yabanı xırniyin ağacları çox möhkəm olduğundan ondan
toxuculuq sənayesi üçün məkik hazırlanır. Xalq təbabətində
xırnik müxtəlif mədə xəstəliklərində tətbiq edilir. Öz xassə-
lərinə görə həzm pozuntularında pəhrizi məhsul kimi işlədilir.
Qara tut (Xartut) – Шелковица черный (Xaртут) –
Morus niqra L. Tut (Moraceae) fəsiləsindəndir. Qara (xartut)
tutun vətəni Irandır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya
tünd bənövşəyi rəngdə sulu, turşaşirin dadlı və ətirlidir. Xartut-
dan başqa adi qara tut da vardır. Lakin bunların əksəriyyəti
dadsız və yaxud kəmşirin olur. Qida üçün yararsızdır. Bunların
yarpaqları barama qurdu üçün qida hesab edilir.
Xartutun saplağı ağaca bərk yapışdığından əl ilə yığılır.
Xartutun meyvəsi şüşə və emallanmış qablarda saxlanılmalıdır,
mis qablarda saxlanması qorxuludur, çünki tərkibində üzvu
turşu nisbətən çoxdur.
189
Xartutda dəmir ağ tuta nisbətən çoxdur.
Xartutun meyvələri meyxoş, dadlı və vitaminlidir. Tər-
kibində 9% şəkər, 1,86% üzvi turşu, 2,03% zülal, 0,36% qeyri-
zülali azotlu maddələr, 0,55% pektinli maddələr vardır.
Xartutdan mürəbbə, şirə və jele hazırlanır. Bir qədər kal
yığıb qurudur və sumaq əvəzinə işlədirlər. Təzə halda yeyilir.
Qara tutun müalicə vi xassə lə ri. Ondan kompot,
mürəbbə, şərab və şərbət hazırlanır. Kal meyvələri yığılıb quru-
dulur, xırdalanır və sümağın əvəzedicisi kimi kulinariyada isti-
fadə olunur. Xartutun şirəsi və nastoyundan bəlğəmgətirici, tər-
lədici və sidikqovucu vasitə kimi istifadə edilir. Qafqazda qara
tut şərbətindən ağızda əmələ gələn yaralara və boğazgəlməsinə
qarşı qarqara şəklində istifadə olunur. Əksər hallarda qara tut
ş
irəsini su ilə qarışdırıb ağzı yaxalamaq üçün istifadə edilir. Bu
isə qara tutun (xartutun) şirəsinin antiseptik təsirinə əsaslanır.
Tinkturanı 2 xörək qaşığı əzilmiş xartutu 1 stəkan qaynanmış
suda hazırlayır, 4 saat saxlayıb süzür və gündə 4 dəfə yemək-
dən əvvəl 1/4 stəkan içilir.
Koreyanın ənənəvi tibbində qış mövsümündə tut ağacının
qurudulmuş tumurcuqlarından alınan tinkturadan piylənməyə
qarşı və ürək-damar sistemi xəstəliklərində içirlər. Ukraynada
qara tutdan ürək-damar xəstəliklərinin müalicəsində istifadə
olunur.
Qreypfrut – Грейпфрут – Citrus paradisi. Sədokimilər
(Rutaceae) fəsiləsindəndir . Tərkibində C vitamini, P vitamini
aktivliyində maddələr, antosianlar olmaqla bərabər az kalorili
olduğundan pəhriz qidası üçün hər gün yeyilməsi məsləhət
görülür. Əsasən qırmızı ətlikli qreypfrutlar çox xeyirlidir. Ona
görə də qreypfrutlar 2 qrupa bölünür: ətliyi açıq və qırmızı olan
qreypfrut. Ətliyi açıq rəngdə olanlardan Duncan, Marsh
Seedllss, çəhrayı və qırmızı ətliklilərdən Marsh Pink, Marsh
Rose, Ruby Red, Red Blush, Star Ruby və Rio Red göstərilə
bilər. Qreypfrutun tərkibində 9,3% karbohidrat, o cümlədən
7,5% şəkər, 0,6% zülal, 0,2% yağ, 1,7% üzvi turşu, 0,5%
190
minerallı maddə (o cümlədən 180 mq% kalium, 10 mq%
maqnezium, 0,3 mq% dəmir), 44 mq% C vitamini, 0,2 mq%
PP, 0,05 mq% B
1
, 0,02 mq% B
2
və 0,02 mq% β-karotin vardır.
100 q qreypfrut 41 kkal və ya 171 kCoul enerji verir.
Qreypfrut təzə halda yeyilir. Onu bütün qış mövsümündə
yaya qədər saxlamaq olar. Ondan konservləşdirilmiş halda,
qənnadı sənayesində istifadə edilir. Ondan şirə, mürəbbə və
likör hazırlanır.
Dostları ilə paylaş: |