Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

Çuğundurun  müalicəvi  xassələri.  Çuğundur  qədimdən 
sinqaya qarşı işlədilmişdir. Onda olan müxtəlif vitaminlər digər 
avitaminozluğun profilaktikasında mühüm rol oynayır. Qidaya 
çuğundurun  C  vitamini  (50  mq%)  və  karotinlə  zəngin  olan 
yarpaqlarını da istifadə etmək olar. Çuğundur qanazlığında çox 
faydalıdır.  Qanazlığının  xalq  təbabəti  yolu  ilə  müalicəsində 
eyni  miqdar  çuğundur,  yerkökü  və  ağ  turp  şirəsi  qarışığı  çox 
faydalıdır.  Belə  qarışığı  bir  neçə  ay  ərzində  gündə  1-2  xörək 
qaşığı  yeməkdən  əvvəl  içmək  məsləhət  görülür.  Qanazlığının 

 
267
və  sinqanın  müalicəsində  turşudulmuş  çuğundurdan  istifadə 
etmək olar. 
Çuğundurun  tərkibindəki  sellüloza  və  üzvi  turşular 
bağırsağın peristaltik yığılmasını sürətləndirdiyindən, adəti qə-
bizlikdə  acqarnına  100-150  q  bişirilmiş  çuğundur  yemək  məs-
ləhət  görülür.  Keçməyən  (sürəkli)  qəbizlikdə  çuğundur  həlimi 
ilə  imalə  edirlər.  Çuğundurun  tərkibində  olan  betain  maddəsi 
zülalların  parçalanması  və  həzm  olunmasına  kömək  edir  və 
xolinin  əmələ  gəlməsində  iştirak  edir.  Xolin  maddəsi  qara-
ciyərin  toxumalarının  fəaliyyətini  artırır  və  onun  işini  yaxşı-
laşdırır. Ona görə də çuğundurdan pəhriz qidası kimi qaraciyər 
xəstəliklərində istifadə etmək olar. 
Yodun  miqdarına  görə  çuğundur  bütün  tərəvəzlər 
içərisində  birinci  yeri  tutur.  Ona  görə  də  çuğundurdan  hazır-
lanan qidalar yaşlılar və aterosklerozdan əziyyət çəkənlər üçün 
çox  faydalıdır.  Təzə  çuğundur  şirəsini  maddələr  mübadiləsini 
yaxşılaşdıran və orqanizmi möhkəmləndirən vasitə kimi içmək 
olar.  Kosmetoloqlar  üzün  təravətini  (təzəliyini)  və  gözəlliyini 
qoruyub  saxlamaq  üçün  müntəzəm  olaraq  çuğundur  şirəsi 
içməyi  məsləhət  görürlər.  Bişirilmiş  çuğundur  hipertoniya 
xəstəliyində də orqanizmə yaxşı təsir göstərir. Çünki onun tər-
kibində  qantəzyiqini  aşağı  salan  lazımi  qədər  maqnezium 
vardır. Xalq təbabətində yüksək qantəzyiqi zamanı və sakitləş-
dirici  vasitə  kimi  gündə  3-4  dəfə  yarım  stəkan  balla  qarış-
dırılmış çuğundur şirəsi içmək məsləhətdir. Bişirilmiş çuğundur 
ş
irəsi ilə zökəm zamanı burunu yuyurlar. Bəzən iltihab hallarını 
yumşaltmaq  üçün  yaralar  və  şişlərə  vaxtaşırı  (quruduqca) 
çuğundurdan hazırlanmış təzə əzinti qoyurlar. 
Dağkeşnişi – Кишнец – Bifora. Dünyada dağkeşnişinin 
iki  növü  yayılmışdır:  Yumurtavarı  dağkeşnişi  –  Bifora 
testiculata, Şüalı dağkeşnişi – Bifora radians. Bu növ dağkeş-
nişi  Qafqazda,  o  cümlədən  Azərbaycanda  vardır.  Yumurtavarı 
dağkeşnişi  hündürlüyü  10-20  sm  olan,  çılpaq,  birillik  bitkidir. 
Kökətrafı  yarpaqları  uzunsaplaqlı,  əsas  hissədən  genişlənən, 
 
268
ikiqat, lələkvarı bölünən, kənarları dişlidir. Çiçəkləri ağ rəngli, 
ikişüalı  çətir  formasında  gövdənin  qurtaracağında  toplanır. 
Meyvəsi  iki  ədəd  olur.  Aprel-may  aylarında  çiçək  açır,  may-
iyun  aylarında  meyvə  verir.  Yumurtavarı  dağkeşnişi  respub-
likamızın  Quba,  Samur-Dəvəçi,  Xəzərsahili,  Abşeron,  Qobus-
tan,  Kür-Araz  düzənlik-lərində,  Lənkəranın  düzən  və  dağlıq 
ə
razilərində  yayılmışdır.  Dağkeşnişinin  yaşıl  hissəsində  75-80 
mq% C vitamini, karotin, flavanoidlər, 0,1% efir yağı, xlorofil 
və digər maddələr vardır. Dağkeşnişi ədviyyat və yaşıl tərəvəz 
kimi  xörəklərə  əlavə  edilir.  Müalicəvi  xassələri  dəqiq  öyrə-
nilməmişdir. 
Dağnanəsi,  kəkotu  –  Чабер,  Зизифора  –  Satureia 
montana  L.  Dodaqçiçəklilər  (Labiatae)  fəsiləsindən  olan 
birillik  ot  bitkisidir.  30  növündən  Azərbaycanda  13  növünə 
təsadüf edilir. Vətəni Kiçik Asiyadır. Yabanı halda Cənubi Av-
ropanın bütün ölkələrində, Krımda, Qafqazda və Zaqafqaziyada 
bitir. 
Ə
tirli ədviyyəli bitki kimi 3 növündən istifadə edilir: 
1.
  Dağnanəsi – Satureia montana L. 
2.
  Sünbülvarı nanə – Satureia spicigera. 
3.
  Bağnanəsi və yaxud ətirli nanə – Satureia  
 hortensis L
Bunlardan  alınan  efir  yağından  ətriyyat  və  kosmetika 
sənayesində  geniş  istifadə  olunur.  Sünbülvarı  nanənin  quru-
dulmuş  tozu  müxtəlif  xörəklərə  əlavə  edilir,  qara  və  ətirli 
istiotla qarışığından isə kolbasalara qatılır. 
Qida  və  müalicəvi  məqsədlə  istifadə  olunanı  bağnanəsi 
və ya ətirli nanədir. 
Dağnanəsinin  çiçək  açmamışdan  dərilən  yarpaqları  əd-
viyyə  kimi  istifadə  edilir.  Olduqca  ətirli  və  xoş  tamlıdır.  Tər-
kibində  1%-ə  qədər  efir  yağı  vardır.  Efir  yağının  tərkibində 
borneol, sineol, timol, fenol, karvakrol, pinen
 var. Təzə yarpaq-
larında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% ru-
tin vardır. Dadı istiot dadına oxşayır və ədviyyə  qatışıqlarında 

 
269
istiotu  əvəz  edir.  Efir  yağının  əsas  hissəsini  karvakrol  təşkil 
edir.  Bunlardan  başqa  onun  tərkibində  aşı  və  qatranvarı  mad-
dələr də tapılmışdır. 
Dağnanəsinin  qurudulmamış  yarpaqları  salata,  duru 
xörəklərə,  xiyar,  pomidor,  bibər  və  göbələkləri  sirkəyə,  duza 
qoyduqda istifadə edilir. 
Qurudulmuş  dağnanəsi  ət,  tərəvəz,  göbələk  və  toyuq 
ş
orbaları;  mal,  dana,  toyuq  və  hind  toyuğu  ətlərini  bişirərkən 
ə
lavə  edilir.  Yumurta  və  paxlalı  dənlərdən  bişirilən  xörəklərə, 
pörtülmüş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörəklərə 
spesifik  ətir  verir  və  onları  vitaminləşdirir.  Dağnanəsindən 
likör-araq sənayesində, ətriyyat və təbabətdə də istifadə olunur. 
Dağnanəsinin  müalicəvi  xassələri.  Ətirli  nanədən 
hazırlanan  cövhərdən  mədə  ağrılarında,  köpmədə,  bağırsaq 
qurdlarının  tökülməsində  istifadə  olunur.  Ətirli  nanədən  hazır-
lanan  çay  mədə-bağırsaq,  həzm  aparatının,  ferment  ifraz  edən 
vəzilərin  fəaliyyətini  normallaşdırır.  Bir  çox  müalicəvi  əhə-
miyyətli  konfetlərə  və  drajelərə  qatılır.  Yarpaqlarında  82-145 
mq%  C  vitamini  vardır.  Efir  yağından  hazırlanan  bir  çox  pre-
paratlardan  ağrıkəsici,  qıcolma  əleyhinə,  qızdırma  xəstəlik-
lərində  sərinləşdirici  kimi  istifadə  olunur.  Ondan  hazırlanan 
nanə  şərbəti  mədəni  qüvvətləndirir,  ürəkbulanma,  ishal  və 
hıçqırmaya qarşı faydalıdır. 
Daş  kələm  –  Кольраби,  капуста  репная  –  B. 
dauiorapa  L.  Xaççiçəklilər  (Cruciferae)  fəsiləsindəndir.  Ye-
yilən  hissəsi  onun  yoğun  gövdəsidir.  Formasına  görə  ağ 
yerköküyə oxşayır, dadı şirin, şirəli və zərif olub ağbaş kələmi 
xatırladır.  Təzə  halda  qızardılır,  bişirilir,  həmçinin,  qurudulur 
və dondurulur. 
Tərkibində  86%  su,  2,8%  zülal,  7,4%  şəkər,  0,5%  ni-
ş
asta,  0,9%  sellüloza,  0,8%  mineral  maddə,  70  mq%  C  vi-
tamini,  mineral  maddələrdən  Na,  K,  Ca,  Mg,  P,  Fe,  vitamin-
lərdən  B
1
,  B
2
,  PP,  C  və  β-karotin  vardır.  Sortlarından  tutqun 
 
270
yaşıl rəngli Ağ Vyana, bənövşəyi rəngli Göy Vyana, gecyetişən 
açıq-yaşıl rəngli Qoliaf sortunu göstərmək olar. 
Dəniz  kələmi  –  Морская  капуста  –  Laminaria 
saccharina  Lamour.  Dəniz  kələmi  Laminariya  (Lamina-
riaceae) fəsiləsinə mənsub boz rəngli, suda bitən, uzunluğu 1-
dən 12 m-dək olan lentşəkilli təbəqəli lövhələr kimi kökləri ilə 
dənizin dibinə möhkəm bitişmiş olur.  
Dəniz kələminin ən çox ehtiyatı Qara dənizdə, Şimal və 
Uzaq  Şərq  dənizlərindədir.  Dəniz  kələmini  qayıqlarla  4-6  m 
dərinlikdən  xüsusi  avar  kürəklərinə  oxşar  taxtalarla  tədarük 
edirlər. 
Dəniz  kələminin  tərkibində  6%  zülal,  40%-ə  qədər 
polişəkər laminarin və manit, 7% sellüloza və alqinatlar (alqin 
turşusunun  duzları)  vardır.  Dəniz  kələminin  tərkibində  çoxlu 
yod  var.  1  kq  qurudulmuş  dəniz  kələmində  250  mq  yod,  bəzi 
növlərində  0,75%-ə  qədər  yod  vardır.  Dəniz  kələmində  A,  B
1

B
2
, B
6
, B
12
, D və 470 mq/kq C vitamini var. Minerallı maddə-
lərdən brom, kalium, mis, arsen, fosfor və s. daha çoxdur. 
Yaponiyada  dəniz  kələmindən  müxtəlif  məhsullar 
hazırlanır.  Yarpaqşəkilli  dəniz  kələmini  zəif  sirkədə  islatdıqda 
yumşalır  və  xüsusi  ətir  kəsb  edir.  Dəniz  kələmi  quruduqdan 
sonra iti bıçaqla nazik doğranır, üzərinə şəkər əlavə edilib lavaş 
formalı  məhsul  və  şirniyyat  hazırlanır.  Aşpazlıqda  dəniz  kələ-
mini  ət  və  balıqla  birlikdə  bişirib  qarnir  kimi  süfrəyə  verirlər. 
Qurudulmuş dəniz kələmindən çay kimi içki də hazırlanır. 
ndoneziyada dəniz kələmini şirin su ilə yuduqdan sonra 
təzə  çiy  halda  yeyirlər.  Bəzi  Uzaq  Şərq  dəniz  kələmi 
növlərindən  şorba,  tərəvəz  püresi  bişirilir,  ondan  konserv  və 
konfet hazırlanır. Dəniz kələmindən yod, brom, kalium və digər 
maddələr alınır. 
Dəniz kələminin müalicəvi xassələri. Dəniz sahillərində 
yaşayan  əhali  öz  qidasında  dəniz  kələmindən  istifadə  etdi-
yindən, həmin yerlərdə yaşayanlarda endemik ur (zob) xəstəliyi 
müşahidə  edilmir.  Lakin  uzun  müddət  orqanizmə  lazım  oldu-

 
271
ğ
undan  çox  dəniz  kələmi  qəbul  etmək  sağlamlıq  üçün 
arzuolunmaz təsirə malik ola bilər. 
Çin  təbabətində  dəniz  kələmi  orqanizmi  ümumi  möh-
kəmləndirən  əla  vasitə  hesab  edilir.  Kamçatkanın  xalq  təba-
bətində soyuq suda isladılmış dəniz kələmindən mədə-bağırsaq 
xəstəliklərində tətbiq edirlər. Müasir təbabətdə isə dəniz kələmi 
aterosklerozun  müalicəsində  və  profilaktikasında  mühüm  va-
sitədir. Dəniz kələmi qanda xolesterinin səviyyəsini aşağı salır, 
damarların  normal  keçiriciliyinin  bərpa  olunmasına  kömək 
edir. Bununla belə dəniz kələmi qanın laxtalanmasını və damar-
larda  trombların  əmələ  gəlməsini  azaldır.  Dəniz  kələmindən 
həm  də  qalxanvari  vəzinin  xəstəliyinin  müalicəsində  və 
profilaktikasında istifadə edirlər. Endomik ur xəstəliyində həf-
tədə 1 çay qaşığı dəniz kələmi tozu qəbul edilir. 
Kamçatka  alimləri  endemik  zob  xəstəliyinin  profilak-
tikası  üçün  xüsusi  metod  işləyib  hazırlamışlar.  Bunun  mahiy-
yəti ondan ibarətdir ki, insanlar hər gün yedikləri çörəklə lazımi 
miqdar yod qəbul edirlər. Çünki çörək bişirilərkən 1 kq-a 0,4 q 
dəniz kələmi tozu qatılır. 
Dəniz  kələmi  (laminariya)  preparatlarını  kəskin  və 
xroniki enterokolitdə və kolitdə qəbul edirlər. Dəniz kələmi zəif 
yumşaldıcı  təsirə  malik  olduğundan,  ondan  qəbizliyə  və 
ateroskleroza  qarşı  qəbul  edirlər.  Belə  hallarda  dəniz  kələmi 
tozunu yatmazdan əvvəl 0,5-1,0 çay qaşığı 1/3-1/2 stəkan suya 
qarışdırıb  içirlər.  Dəniz  kələmi  tozunun  xırda  hissəcikləri  kəs-
kin  şişib  bağırsağın  selikli  qişasının  əsəb  çıxıntılarını  qıcıq-
landırır və onun peristaltikasına oyadıcı təsir göstərir. Müalicə 
kursu  3-4  həftə  və  vaxtaşırı  davam  etdirilir.  Lakin  dəniz 
kələmini  dərman  vasitəsi  kimi  nisbətən  çox  dozada  diatezdə, 
nefritdə,  nefrozda,  furunkulezdə,  səpkidə,  örə  xəstəliyində 
(krapivniüa),  hamiləlikdə  və  digər  yodla  bağlı  xəstəliklərdə 
burunun,  gözün  və  yuxarı  tənəffüs  yollarının  selikli  qişasının 
qıcıqlanmasında  istifadə  etmək  olmaz.  Dəniz  kələmi  tozundan 
 
272
hazırlanmış  təpitmədən  isidici  kompreslər  üçün  istifadə  etmək 
olar. 
Dəniz  sahilləri  bölgələrdə  yaşayanlar  revmatizm  nəti-
cəsində  oynaqların  zədələnməsi  və  podaqrada  dəniz  kələmi 
ə
lavə  olunmuş  ilıq  vanna  qəbul  edib  ağrıların  mümkün  qədər 
azaldılmasına nail olurlar. 
Dəniz  kələminin  tərkibindəki  alqinatlardan  əczaçılıqda 
məlhəmlərin,  həblərin  və  digər  dərmanların  hazırlanmasında 
istifadə oluna bilər. 
Ə
nginar  –  Артишок  –  Cynara  –  Mürəkkəb-çiçəklilər 
(Compositae)  fəsiləsindən  bitki  cinsidir.  Azərbaycanda  iki 
növü əkilir: əkin ənginarı və Ispaniya ənginarı. 
Xarici  görünüşünə  görə  ənginar  qanqala  yaxındır.  Onun 
iri lələyəoxşar yarpaqları və göyümtül rəngli iri başlıqlı hamaş-
çiçəyi  vardır.  Qanqalda  isə  hamaşçiçək  bənövşəyi  çalarlı 
qırmızı  rəngdədir.  Hər  iki  bitki  mürəkkəbçiçəklilər  fəsiləsinə 
aiddir. Ənginar ikinci il çiçəkləyir. 
Qədim  Romada  və  Yunanıstanda  ənginarı  qida  məhsulu 
kimi  istifadə  edirdilər.  XV-XVI  əsrlərdə  ənginar  ikinci  dəfə 
bostanlarda  yenidən  əkilib-becərilməyə  başlandı.  Italiyadan 
ə
nginar  digər  ölkələrə  yayıldı.  Təəssüflər  olsun  ki,  Azərbay-
canda bu qiymətli bitkiyə fikir verilmir.  Lakin ənginar uşaqlar 
və  yaşlılar  üçün  çox  xeyirli  bitkidir.  Qidaya  bitkinin  hamaş-
çiçəyinin başlıqları istifadə olunur. 
Ə
nginarın tərkibində 15,5% karbohidratlar, 3,26% azotlu 
maddələr, 0,22% yağ, aşı maddəsi, provitamin A, C və B qrupu 
vitaminləri  vardır.  Yarpaqlarının  şirəli  saplağında  və  hamaş-
çiçəyin dibində olan ətirli maddələr ona xoşagələn dad verir və 
iştahanın  yaxşılaşmasına  kömək  edir.  Ənginarın  tərkibində 
sinarin
  qlükozidi,  aşı  maddələri,  piyli  və  qatranlı  maddələr, 
üzvi turşular və s. vardır. 
Ə
nginarın müalicəvi xassələri. Ənginar yaşlı adamlara, 
xüsusən  də  ateroskleroz  xəstəliyi  olanlara  çox  faydalıdır.  Eks-
periment  yolla  qurudulmuş  ənginar  yarpaqlarının  və  kökünün 

 
273
ürək  damarlarının  ucunun  tutulmasının  qarşısını  alır.  Bu  isə 
ə
nginar  tərkibindəki  sinarin  maddəsinin  təsirindən  irəli  gəlir. 
Sinarin  fermentlərin  təsirindən  parçalandıqda  iki  molekul 
kofein və bir molekul xinin turşusu əmələ gəlir. Ateroskleroza 
tutulmuş  xəstələrə  gündə  1,5  q  dozada  iki  ay  ərzində  sinarin 
verdikdə xəstənin ümumi halı yaxşılaşmaqla bərabər qanındakı 
xolesterinin  miqdarı  da  azalmışdır.  Sinarinin  sidikqovucu  və 
ödqovucu təsiri də vardır. 
Ə
vvəllər  bəzi  Qərbi  Avropa  həkimləri  qaraciyər  və  öd 
yolları  xəstəliklərində  ənginar  həlimini  gündə  3  fincan  içmək 
məsləhət görürdülər. Xalq təbabətində ənginardan vodyanka və 
sidiyin  saxlanması  zamanı  sidikqovucu  vasitə  kimi  istifadə 
edirlər.  Belə  hallarda  qidaya  ənginar  əlavə  etmək  və  ya  hər 
səhər və axşam 1/4 stəkan ənginar şirəsi içmək məsləhət görü-
lür.  Ənginarla  təzə  yumurta  sarısı  bəzən  qaraciyər  xəstə-
liklərində və qəbizlikdə tətbiq olunur. 
Xalq  təbabətində  ənginarın  qurudulmuş  yarpaqlarından, 
çiçəklərindən, kökündən və toxumlarından çay kimi dəmləyib, 
ürək  xəstəliklərində  sakitləşdirici  və  qantəzyiqini  aşağı  salıcı 
kimi  istifadə  edirlər.  Bundan  başqa,  xalq  təbabətində  ənginar 
şə
kər  xəstəliyinə  qarşı  da  işlədilir.  Ənginarın  təzə  toplanmış 
yerüstü  hissələrindən  alınan  şirəni  üzüm  şərabı  ilə  qarışdırıb, 
sinqa  və  digər  avitaminoz  xəstəliklərinə  tutulanlara  gündə  3-4 
dəfə, hər dəfə yarım stəkan içirirlər. 
Ə
nginar  çox  qiymətli  və  xeyirli  bitkidir.  Onun  respub-
likamızda  geniş  sahələrdə  becərilməsi  və  müalicəvi  məqsədlər 
üçün istifadəsi vacibdir. 
 Əməköməci (balba) – Мальвапросвирняк – Malva 
Sylvestris  L.  Əməköməcilər  (Malvaceae)  fəsiləsindən  bitki 
cinsi.  Bir,  iki  və  ya  çoxillik  otlardır.  Tamkənarlı  və  ya  dilimli 
yarpaqları uzun saplaqlıdır. Iri əlvan (bənövşəyi) çiçəkləri yar-
paq qoltuğunda yerləşir. 
125-ə  qədər  növündən  Azərbaycanda  10  növü  yayılmış-
dır.  Əməköməci,  əsasən  bağ  və  bostanlarda,  əkin  sahələrində 
 
274
alaq kimi bitir. Bir çox növləri qidaya, yem üçün, balverən bitki 
kimi və dərman bitkisi kimi istifadə olunur. 
Ə
məköməcinin  tərkibində  quru  maddəyə  görə  18-20% 
protein,  16-22%  sellüloza,  3,5-4,5%  yağ,  8-10%  minerallı 
maddə vardır. Azotsuz ekstraktlı maddələrin miqdarı 42-46%-ə 
qədərdir.  Çiçəklədikdən  sonra  toplanıb  qurudulmuş  əməkömə-
cidə  50-58  mq%  karotin  və  350-370  mq%  askorbin  turşusu, 
minerallı maddələrdən fosfor və dəmir vardır. 
Azərbaycanda  əməköməcidən  müxtəlif  yeməklərin  (gö-
yərti  qutabı,  göyərti  şorbası,  turşu  sıyıq,  kükü  və  s.)  hazır-
lanmasında istifadə olunur.  
Ə
məköməcinin  müalicəvi  xassələri.  Əməköməcinin 
tərkibində  müalicə  əhəmiyyətli  yapışqa-nabənzər  maddə  ol-
duğu  üçün  xalq  təbabətində  iltihaba  qarşı  istifadə  olunur. 
Yarpaqlarında C vitamini və karotin oldu-ğundan avitaminozun 
profilaktikasında da əhəmiyyətlidir.  
Qurudulmuş  əməköməcinin  çiçəklərindən  sulu  dəmləmə 
hazırlayıb sinə yumşaldıcı, öskürək əleyhinə vasitə kimi tənəf-
füs yollarının iltihabını aradan qaldırmaq, mədə-bağırsaq xəstə-
liklərində  mədənin  selikli  qişasını  yumşaltmaq  və  köpmənin 
qarşısını  almaq  üçün  işlədirlər.  Əməköməcinin  çiçəyindən  alı-
nan  rəngdən  yunun  boyanmasında  və  şərabçılıqda  istifadə 
olunur. 
Ə
vəlik və ya At  əvəliyi – Щавель конский – Rumex 
confertus  Willd.  Əvəlikçiçəklilər  (Rumexceae)  fəsiləsindən 
gövdəsinin  uzunluğu  1,5  m-ə  çatan  çoxillik  ot  bitkisidir 
(Rumex  confertus  Willd.).  Uzun  saplaqlı  yarpaqları  üçkünc-
yumurtavarı,  kənarları  dalğalı,  uzunluğu  30  sm-ə,  eni  15  sm-ə 
qədər  olur.  Gövdəsinin  yuxarı  hissəsində  yarpaqlar  xırda  və 
ensizdir. Sünbül şəklində yerləşmiş xırda yaşılımtıl çiçəkləri iki 
cərgə  düzülmüş,  6  bölgülü  çiçəkyanlığından  ibarət  olur.  Bitki 
may-iyul  aylarında  çiçəkləməyə  başlayır.  Bu  bitkiyə  meşə 
talasında,  suluçəmənliklərdə,  çay  və  göl  kənarlarında  yabanı 
halda təsadüf olunur. 

 
275
Azərbaycanın  bir  çox  rayonlarında  əvəlik  ehtiyatı 
çoxdur. Son illər bitkinin kökündən dərmaq məqsədilə istifadə 
olunur.  Kökündə  4%  antraxinon  törəmələri  (xrizofan  turşusu, 
emodin
), 8-15% aşı maddəsi (pirokatexin və piroqallol qrupu), 
kofein turşusu, nepodin flavanoidi, turşəng turşusunun kalsium 
duzu,  K  vitamini,  yarpaqlarında  60,5  mq%,  çiçəklərində  isə 
68,4 mq% C vitamini, rutin, qiperazid, efir  yağı, dəmir birləş-
mələri, qatranlar vardır. Elmi təbabətdə at əvəliyi, ravənd kökü-
nün əvəzedicisi kimi kiçik dozalarda büzücü, böyük dozalarda 
isə  işlətmə  dərmanı  kimi  istifadə  olunur.  Bitki  antibakterial 
fəallığa malikdir. 
Azərbaycanda  əvəlik  bitkilərinin  17  növü  yayılmışdır. 
Bunlardan  qıvrım  başcıqlı  əvəlik  əhali  tərəfindən  daha  çox 
istifadə  olunur.  Qurudulmuş  əvəlik  xırdalanır  və  ondan 
«əvəlikli aş» bişirib mədə-bağırsaq xəstəliyinə (işlətməyə qarşı) 
tutulan şəxslərə verirlər. 
Ə
vəliyin  başqa  növlərindən  isə  sarı  və  qırmızı  boya 
maddəsi almaq üçün istifadə olunur. 
Gül  kələm  –  Цветная  капуста  –  B.  caulifiora  L. 
Xaççiçəklilər  (Cruciferae)  fəsiləsindəndir.  Açılmamış  gül 
zoğlarından  ibarətdir.  Bu  zoğlar  bütöv  ətli  və  zərif  ağ  kütlə 
ə
mələ gətirir.  
Gül  kələmin  tərkibində  90,9%  su,  2,5%  zülal,  4,0% 
şə
kərlər,  0,5%  nişasta,  0,9%  sellüloza,  0,1%  üzvi  turşu,  0,8% 
mineral  maddə,  70  mq%  C  vitamini  (48-155  mq%)  olur.  Gül 
kələmdə,  həmçinin,  B
1
,  B
2
,  B
3
,  PP,  P  vitaminləri  və  karotin 
vardır.  Mineral  maddələrdən  kalium,  fosfor,  kalsium  və  dəmir 
vardır.  Gül  kələm  qidalılığına  və  tamına  görə  ağbaş  kələmdən 
üstündür.  Gül  kələm  orqanizmdə  asan  mənimsənildiyindən 
uşaqlar üçün pəhriz məhsulu kimi çox faydalıdır. 
Gül  kələmin  keyfiyyətli  olmasında  onun  vaxtında 
dərilməsinin  əhəmiyyəti  böyükdür,  əgər  gül  kələm  vaxtında 
dərilməzsə,  yəni  çox  yetişərsə,  baş  hissə  cücərir,  rəngi  ağdan 
 
276
krem rənginə keçir, daha sonra bənövşəyi rəng alır. Tez, orta və 
gecyetişən sortları vardır. 
Gül kələmin geniş yayılmış sortlarından Snejinka, Vətən, 
Proqres,  Tezyetişən  Qribovski,  Konservlik  Moskva  və  s. 
göstərmək  olar.  Azərbaycanda,  əsasən  Qribovski-1355,  Mosk-
va, Iriyarpaq sortları becərilir. 
Gül kələmin başı təzə, təmiz, bütöv, sağlam, ağ, bərk və 
üstündə  2-3  cərgə  yaşıl  yarpaqları  olmalıdır.  Ən  böyük  en 
kəsiyinin diametri 8 sm-dən az olmamalıdır. 5%  
6-7 sm diametrli kələmin və 10% gülü cücərmiş kələmin 
olmasına  icazə  verilir.  Bunların  özəyi  2  sm-dən  çox  olma-
malıdır. 
Xiyar  –  Огурец  –  Cucurmis  sativus  L.  Qabaq  (Cu-
curbitaceae)  fəsiləsindəndir.  Həm  açıq  torpaqda  və  həm  də 
istixanalarda  yetişdirilir.  Xiyarın  kal  meyvələri  8-12  gün-
lüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə 
qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və 
ya  xırdalığının  böyük  əhəmiyyəti  var.  Xırda,  toxumları  sütül 
xiyarlar  daha  keyfiyyətli  hesab  olunur.  Standarta  əsasən,  duza 
qoyulacaq  xiyarlar  xırda  (50  mm-ə  qədər)  və  iri  (51-70  mm) 
kornişonlara,  xırda  (71-90  mm),  orta  iri  (91-120  mm)  və  iri 
xiyarlara (121-140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza 
və sirkəyə qoymaq olmaz. 
Xiyarın  tərkibində  94-96%  su,  1,8-2,5%  şəkərlər,  0,6% 
azotlu  maddə,  0,5%  sellüloza,  0,2%  üzvi  turşular,  0,38-0,53% 
mineral  maddələr,  4-10  mq%  C  vitamini,  az  miqdarda  B
1
,  B
2

PP,  karotin,  biotin  və  pantoten  turşusu  vardır.  Mineral  mad-
dələrdən K, Fe, P, J vardır. Xiyarın mineral maddələri qələvilik 
xassəsinə malik olduğundan başqa məhsullarla orqanizmə daxil 
olmuş  zərərli  turşuların  neytrallaşmasına  kömək  edir.  Xiyar 
toxumlarının  tərkibində  30%-ə  qədər  zülali  maddə  və  31,5% 
yağ olur. 
Xiyarın  kimyəvi  tərkibi  onun  sortundan,  becərildiyi 
torpaq-iqlim  şəraitindən,  yetişmə  dərəcəsindən  və  saxlanılma 

 
277
müddətindən  asılıdır.  Xiyarın  təsərrüfat-botaniki  sortları  bir-
birindən  formasına,  ölçüsünə,  rənginə  və  səthinin  vəziyyətinə 
(hamar və ya qabırğalı) görə fərqlənir. Yetişmə müddətinə görə 
tezyetişən (44 günə), ortayetişən (45-50 gün) və gecyetişən (50-
60  gün)  qruplarına  bölünür.  Xiyar  sortları  qaratikanlı  və 
ağtikanlı qruplarına bölünür. 
Qaratikanlı  xiyar  sortlarından  Vyaznikov,  Murom-36, 
Uspex-290,  Ukrayna  tezyetişəni,  Urojay-86,  gecyetişənlərdən 
Nejin-12,  Don-171,  Doljik,  Ryabçik-254/4  göstərmək  olar.  Bu 
sortlar, əsasən duza və sirkəyə qoyulmaq üçün istifadə edilir. 
Ağtikanlı  sortlar,  əsasən  təzə  halda  istifadə  edilir.  Bu 
xiyarların  qabığı  duz  məhlulunu  pis  keçirir,  ona  görə  də  duza 
və  sirkəyə  qoyulmaq  üçün  az  yararlıdır.  Zəif  qabırğalı 
sortlardan  tezyetişən  Altay,  zyaşnı,  iriqabırğalılardan  Həştər-
xan-136,  Margilan-88,  yerli  Muxran  və  s.  stixanalarda  yetiş-
dirmək üçün Klin, Daşkənt-86, Uspex-221 və s. əlverişlidir. 
Azərbaycanda  becərilən  xiyarlardan  Biryuçekutski-193, 
Siqnal-235,  Yerli  Gəncə,  Don-175,  Nejin-12,  Uspex-221, 
Kotyak, Rulan-95 və Yerli Klin sortunu göstərmək olar. 
Xiyar  keyfiyyət  əlamətlərinə  görə  təzə,  sağlam,  bütöv, 
ə
sasən  yaşıl  olmaqla,  müxtəlif  çalarlı  yaşıl  rəngdə,  forması 
düzgün,  üstü  təmiz,  ətliyi  bərk,  toxumları  yetişməmiş  və  sulu 
olmalıdır.  Xiyar  saplaqsız  və  ya  1  sm  uzunluqda  saplaqlı  ola 
bilər. 
Açıq  torpaqda  becərilən  xiyarlarda  10%,  istixanalarda 
becərilən  xiyarlarda  isə  3%  çirkli,  azca  sürtülmüş,  azca  batıq 
(lakin  əzilməmiş),  qabığı  cızılmış,  günəş  yandırmış  və  azacıq 
saralmış  xiyarların  olmasına  icazə  verilir.  Tezyetişən  yaşıl 
xiyarların  ölçüsü  9  sm-ə  qədər,  qalanlarda  12  sm-ə  qədər 
olmalıdır.  stixanalarda  yetişdirilən  və  uzun  meyvəli  sortlar 
üçün  xiyarın  ölçüsü  normalaşdırılmır.  5%  miqdarında  başqa 
ölçülü  xiyarların  olmasına  icazə  verilir.  Eybəcər  formalı 
xiyarlar  satışa  verilmir  və  tədarük  rayonlarında  qeyri-standart 
xiyarlar kim duza qoyulur. 
 
278
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin