Xiyarın müalicəvi xassələri. Xiyar təzə (tər), duza və
sirkəyə qoyulmuş halda yeyilir. Ondan müxtəlif salatlar
hazırlanır. Duzlu xiyar şorpası (рассолник, солянка) bişirilir.
Xiyar iştahanı artırır, zülalların və yağların bağırsaqlarda sov-
rulmasını yaxşılaşdırır. Duza və sirkəyə qoyulmuş xiyar xüsu-
silə həzm vəzilərinin sekresiyasını qıcıqlandırır, onların fəaliy-
yətini yaxşılaşdırır. Iştahanı artırdığı üçün kökəlməyə meyilli
olanlar istifadə etməməlidirlər. Mədə-bağırsaq xəstəlikləri
zamanı, ürək qüsuru, ateroskleroz qantəzyiqi, qaraciyər və
böyrək xəstəliklərində və hamiləlik dövründə duza qoyulmuş
xiyardan istifadə olunmamalıdır.
Xiyar həm də mədəyə yumşaldıcı təsir göstərdiyindən,
daimi qəbizlikdə istifadə etmək məsləhət görülür. Xiyar
ödqovucu və sidikqovucu təsir də göstərir. Ona görə də xır-
dalanmış təzə xiyar və ya xiyar şirəsi ürək xəstəlikləri ilə əlaqə-
dar olan vodyanka və şişlərdə faydalı ola bilər. Xalq təba-
bətində təzə xiyar şirəsi ağrıkəsici və sakitləşdirici vasitə kimi
mədə-bağırsağın iltihabında (kolitdə) məsləhət görülür. Xiyar
ş
irəsini və ya xiyar şirəsinin balla qarışığını yuxarı tənəffüs
yollarının katarında və öskürəkdə gündə 2-3 dəfə 2-3 xörək
qaşığı içmək məsləhət görülür.
Qafqazın xalq təbabətində yetişib ötmüş xiyar və pletey
həlimi sarılıq və qaraciyərin digər xəstəliklərində içilir.
Xiyar şirəsi və yaşıl qabığından alınan sulu tinktura ilə
üzdəki sızanaqların, çillərin, piqmentli ləkələrin və yanıqların
(günəş) kənar edilməsində istifadə edilir. Yay mövsümündə
artıq tərləmə zamanı dərini təravətləndirmək üçün xiyar
dilimləri və ya təzə sıxılmış xiyar şirəsi ilə silirlər. Kosme-
toloqlar yağlı üz dərisi üçün spirtlə eyni miqdarda qarışdırılmış
xiyar şirəsindən istifadə etməyi məsləhət görürlər. Bunun üçün
ev şəraitində 1 stəkan təzə xiyar əzintisinə 1 stəkan araq töküb
2 həftə saxlayır və cunadan süzürlər. Belə losyon öz xassələrini
itirmədən uzun müddət saxlanıla bilər. Quru dəri üçün
hazırlanmış losyona eyni miqdarda qaynanmış su və 100 q-a 1
279
çay qaşığı qliserin əlavə etmək lazımdır. Yağlı dəridə üzün
təravətini saxlamaq üçün həftədə ən azı iki dəfə xiyarla
almadan hazırlanan əzinti ilə maska etmək məsləhət görülür.
Xalq təbabətində bəzən qurudulmuş xiyar əzintisi və şirəsi ilə
xırda üyüdülmüş xiyar toxumlarının düyü unu ilə qarışığından
hazırlanan xiyar kirşanından (огуречная пудра) istfiadə
olunur.
spanaq (şomy) – Шпинат – Spinacia oleraseae L.
Tərə (Chenopodiaceae) fəsiləsindən birillik bitkidir. Vətəni
Asiyadır, lakin bəzi alimlərin araşdırmalarına görə Qafqaz da
hesab olunur, çünki burada ispanağın mədəni sortuna yaxın
olan yabanı formalara rast gəlinir. Qədimdə ispanaq haqqında
Avropada heç bir məlumat olmayıb. Orta əsrlərdə ispanaq
ə
rəblər tərəfindən spaniyaya gətirilib. Ərəblər ispanağa «tərə-
vəzlərin şahı» adını verdikdən sonra, o, dünyada dəyərləndirilir
və bir çox ölkələrdə becərilir. spanaq Rusiyada XVIII əsrin
ortalarında əkilməyə başlanmışdır.
Yarpaqları tünd yaşıl olub, çox zərifdir. spanaq yarpaq-
larında 9,3% su, 2,3% azotlu maddə, 0,3% yağ, 2,8% azotsuz
maddə, 1,0% sellüloza və 1,5% mineral maddə vardır. Təzə
ispanaqda 3 mq% dəmir və 100 q-da 0,009 mq arsen vardır.
spanaqda 37 mq% C, 3,7 mq% karotin, 0,08 mq% B
1
, 0,25
mq% B
2
, 0,72 mq% PP vitamini vardır. spanağın geniş yayıl-
mış sortlarından Virofle, spolin, Rostov, Viktoriya, Hollandiya
və s.–ni qeyd etmək olar. Azərbaycanda isə Nəhəng sortu
becərilir.
spanaq tərkibindəki zülalın miqdarına görə lobya və
noxuddan sonra tərəvəzlər içərisində üçüncü yeri tutur. Onun
tərkibində dəmir, fosfor, yod, maqnezium, kalium, natrium və
kalsium var. Tərkibində 64 mq% C, 0,30 mq% B
1
, 0,30 mq%
B
2
, P, K, D, E, D
2
, B
c
(fol turşusu) və karotin (provitamin A)
vardır. Yarpaqları təzə və bişirilmiş halda qidaya sərf olunur.
Ondan quzuqulağı (turşəng) ilə birlikdə yaşıl borş (шши), püre
280
və souslar hazırlanır. Konservləşdirilmiş ispanaq püresində C
vitamini və karotin yaxşı qalır.
spanağın müalicəvi xassələri. Tərkibində zülal, vita-
minlər və digər faydalı maddələr olduğundan, ispanaq uşaq və
pəhriz qidası üçün qiymətli məhsul, eləcə də sinqa və
avitaminozun profilaktikasında əsas vasitə hesab olunur. spa-
nağın tərkibində dəmir çox olduğundan, xlorofilin isə qan
hemoqlobininə yaxın olması ondan qanazlığı və vərəm əleyhinə
istifadə edilməsi məsləhət görülür.
spanaqdan istifadə etdikdə, xüsusən də kiçik uşaqların
qidasında müəyyən ehtiyatlıqları nəzərə almaq lazımdır. Çünki
ispanaqdan hazırlanmış xörəkləri 24-48 saat saxladıqda xüsusi
bakteriyaların təsirindən nitrat turşusunun duzları əmələ gəlir.
Bu duzlar zəhərlidir. Çünki qana sovrularaq methemoqlobini
ə
mələ gətirir. Bu isə qırmızı qan kürəciklərinin əsas hissəsini
tənəffüs prosesindən ayırır, nəticədə ispanaqlı qida qəbul etmiş
uşaqlarda 2-3 saat sonra göyərmə, təngnəfəslik, qusma, ishal,
qanın boz şokoladabənzər rəngi və ağır hallarda kollaps (ürək
fəaliyyətinin dayanması) müşahidə olunur. Ona görə də ispa-
naqla hazırlanmış xörəklər soyuducuda saxlanılmalıdır. Yadda
saxlamaq lazımdır ki, ispanaqdan hazırlanan xörəklərə şəkər
qatdıqda zəhərli maddələrin əmələ gəlməsi dayanır. Təzə hazır-
lanmış xörəklərdə və konservlərdə insan orqanizmi üçün zərərli
maddələr olmur. Lakin qaraciyər, böyrək və podaqra xəstə-
liklərində ispanaqdan hazırlanmış xörəklərdən istifadə etmək
arzuolunmazdır.
spanaq yarpaqlarından dərman məqsədilə istifadə
olunur. spanağın tərkibindəki saponinlər həzm vəzilərinin
fəaliyyətini və bağırsağın peristaltikasını qıcıqlandırır. Qəbizlik
və bağırsaqlarda qaz toplanması zamanı 10 q ispanaq yarpaqları
1 stəkan suda 10-15 dəq qaynadılır, soyuduqdan sonra gündə 3-
4 dəfə yeməkdən əvvəl ¼ stəkan içilir. Pəhriz qidasında da belə
həlimdən istifadə olunur.
281
Kahı – Салат – Lactuca Sativa L. Mürəkkəb-çiçəklilər
(Compositae) fəsiləsindən birillik bitkidir. Çoxillik bitkidir. 3
növü becərilir – yarpaq kahı, baş kahı və romen kahı. Baş
kahının qalın, şirin dadlı zoğu da olur. Qida və müalicəvi bitki
kimi qədimdən Orta Asiya ölkələrində məlum olmuşdur. Onun
mədəni sortları yabanı növlərdən əmələ gəlmişdir.
Kahının tərkibində orta hesabla 1,5% zülali maddə, 1,7%
şə
kər, 0,5% sellüloza, 1,0% kül, 8-56 mq% C vitamini, 1-1,2
mq% karotin, fol turşusu, B
1
, B
2
, PP, E, K vitaminləri vardır.
Kahıdakı zülali maddə müxtəlif aminturşuları ilə zəngindir.
Onun zərif yarpaqları istehlak edilir. Baş kahının geniş
yayılmış sortlarından Sarıdaş kahı, May, 1 May, Berlin, Buzlu
qaya və s. Romen kahı da baş əmələ gətirir. Ancan bu daha boş
və uzunsov formada olur.
Kahı sortlarından Ballon və Paris daha geniş yayılmışdır.
Yarpaq kahının sortlarından Moskva istixana sortu göstərilə
bilər.
Vəzəri yaz kahısı adlanır. Azərbaycanda kahının Buzlu
qaya sortu becərilir.
Kahının müalicəvi xassələri. Kahının tez yetişməsi
yazbaşı orqanizmin vitamin və mineral maddələrə tələbin
artdığı vaxt mühüm əhəmiyyətə malikdir. Əsasən təzə halda
yeyilir. Zəngin kimyəvi tərkibə malik olduğundan uşaq və
zəifləmiş xəstələr üçün qiymətli qida məhsulu hesab edilir.
Kahı yarpaqları orqanizmi təravətləndirir, susuzluğu yatırt-
maqla qida həzmini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, sidik
ifrazını artırır. Diabet xəstəliyi zamanı pəhriz qidası kimi isti-
fadə oluna bilər. Kahı yaşlı və oturaq həyat tərzi keçirən insan-
lara da faydalıdır. Piylənməyə qarşı təzə kahı yemək xüsusilə
məsləhət görülür, çünki onun kaloriliyi çox azdır.
Xroniki qastrit, mədənin və onikibarmaq bağırsağın xora
(yara) xəstəliyi olan insanlara təzə kahı şirəsi verildikdə nəinki
xəstənin ümumi vəziyyəti yaxşılaşır, hətta yaranın sağalmasına
da nail olunur.
282
Qədimdən təzə kahı salatından hazırlanmış südəoxşar
ş
irə orqanizmə sakitləşdirici və ağrıkəsici təsir göstərirdi.
Məşhur Roma həkimi Qalen xəstələri kahı ilə müalicə edirdi və
özü yuxusuzluqda ondan istifadə edirdi. Xalq təbabətində əsəb
gərginliyi yüksək olduqda gündə 3 dəfə 0,5 stəkan təzə kahı
yarpaqlarından hazırlanmış şirə içmək məsləhət görülür. Bu
məqsədlə 1 xörək qaşığı xırdalanmış kahı yarpağının üzərinə 1
stəkan qaynanmış su əlavə edilir, soyuyana qədər saxlanılıb
süzülür. Yuxusuzluqda və səksəkəli yuxuda yatmazdan qabaq
0,5-1 stəkan belə tinkturadan içilir. Kahı toxumlarından
hazırlanan tinktura süd əmələgətirici təsirə malikdir.
Kartof – Картофель – Solanum tuberosum. L. Kartof
Quşüzümü (Solanaceae) fəsiləsindən köküyumru ot bitkisidir.
Kartof bitkisinin vətəni Cənubi Amerikadır. Lakin kartof,
ə
sasən şimal yarımkürəsində yayılmışdır. Kartofun 90%-dən
çoxu burada yetişdirilir.
Cənubi Amerikanın hinduları 2000 il bundan qabaq kar-
tofdan quru məhsul – çuno hazırlayırdılar. Təzə kartofu yarıya
bölüb açıq havada bir gecə saxlayır, səhəri ayaqları ilə onu
ə
zirdilər. Şirəsi qismən ayrılmış kartofu günəş altında qurudub
uzun müddət saxlayırdılar.
1570-ci ildə ispanlar Meksikadan yabanı halda yetişən
kartofu öz ölkələrinə gətirirlər. Lakin Avropa əhalisi uzun
müddət kartofu bəzək bitkisi kimi əkirdilər. 1616-cı ildə
kartofdan hazırlanan nadir və zərif yeməklər Parisdə kral
süfrəsinə verilmişdir.
Rusiyada kartof I Pyotr zamanı meydana gəlir. O, Rotter-
damdan kartof göndərib bütün quberniyalarda əkməyi təklif
edir. Lakin kartofu II Yekaterinanın hakimiyyəti dövründə
ə
kib-becərməyə başlayırlar. lk dövrdə kəndlilər onu «şeytan
alması» adlandırırdılar. llər keçdikcə kartof bütün bölgələrdə
ə
kilir və qida məhsulu kimi məşhurlaşır.
Kartof öz əhəmiyyətinə görə taxıldan sonra 2-ci yeri
tutur. Kartofdan 100-dən artıq müxtəlif xörək hazırlanır.
283
Kartofun xalq təsərrüfatı əhəmiyyəti ondan bir çox məhsulların
alınmasında xammal kimi istifadə olunmasıdır. Kartofdan
nişasta, patka, spirt istehsalında istifadə edilir. Tərkibində
17,5% nişasta olan 1 t kartofdan 170 kq quru nişasta və 112 litr
spirt almaq mümkündür. Kartofun belə yüksək əhəmiyyətə
malik olmasını nəzərə alaraq onun məhsuldarlığının artırılma-
sına və əkin sahəsinin genişləndirilməsinə xüsusi diqqət
yetirilir. Kartofun becərilməsi şəraiti və onun məhsuldarlığının
artırılması sahəsində akad. T.D.Lısenko görkəmli rol oyna-
mışdır.
Azərbaycanda kartof, əsasən Gədəbəydə, Tovuzda,
Ağstafada, Abşeronda və digər bölgələrdə becərilir. Respub-
likaya Irandan və Türkiyədən də kartof gətirilir.
Kartof quruluşuna görə aşağıda qeyd edilən hissələrdən
ibarətdir: 1- qabıq hissə – 30-40%; 2- kontial həlqə – 15-19%;
3- xarici özək – 32-42%; 4- daxili özək (ətli hissə) – 5-9%.
Cavan kartof yumruları nazik epidermis təbəqəsi ilə
ə
hatə olunur. Sonra bu təbəqə qalınlaşır və periderma ilə əvəz
olunur. Kartofun üzərində gözcüklərin çox olması onun çıxar
hissəsini artırır.
Kartofun kimyəvi tərkibi onun sortundan, yetişdirildiyi
şə
raitdən, yumruların yetişməsi dərəcəsindən, daşınma və
saxlanılma şərtlərindən asılıdır. Onun tərkibində orta hesabla
75% su, 18,2% nişasta, 1,5% şəkər, 2% zülali maddə vardır.
100 q kartof 347 kCoul enerji verir, bu isə yerkökündən 2 dəfə,
kələmdən 3 dəfə, pomidordan 4 dəfə çox, 1-ci sort buğda
unundan hazırlanmış çörəkdən isə 3 dəfə azdır.
Kartofun tərkibində olan şəkərin miqdarı 2,5%-dən artıq
olduqda xoşagəlməz şirin tam verir. Tərkibindəki azotlu
maddənin 60%-ni zülali azot (40%-i həllolandır), 30%-ni amin
azotu, 10%-ni isə amid azotu təşkil edir. Kartof zülalları
qlobulin zülalından ibarətdir. Az miqdarda isə albumin zülalı
da vardır.
284
Kartofda olan tuberin zülalı, əsasən albumindən ibarətdir.
Kartofda əvəzedilməz aminturşulardan 86 mq% lizin, 81 mq%
valin, 78 mq% leysin, 62 mq% izoleysin, 51 mq% fenilalanin,
43 mq% treonin, 24 mq% metionin vardır. Ümumiyyətlə,
kartof zülalında 20-dən çox aminturşu tapılmışdır. Qış fəslində
orqanizmin C vitamininə olan tələbatı, əsasən kartofda olan C
vitamininin hesabına ödənilir. C vitamininin miqdarı payızda
20-25 mq%, qışda 8-10 mq% və yazbaşı 5-6 mq% olur. C
vitaminindən başqa kartofun tərkibində pantoten turşusu, biotin
(vitamin H), B
1
, B
2
, B
6
, PP, E, K vitaminləri və karotinin izi
vardır. C vitamini bəzi hallarda 40 mq%-ə çatır. Kartofda 0,12
mq% B
1
, 0,05 mq% B
2
, 0,90 mq% PP vitamini vardır.
Bəzən kartof acı dadır. Bu isə onun tərkibində solanin və
çakonin
(2-10 mq%) qlükozidlərinin olması ilə əlaqədardır.
Kartofda 1,0% sellüloza, 0,1-0,28% üzvi turşu, 1%-ə
qədər mineral maddə, 0,1%-ə qədər yağ və 0,04% fosfatidlər
vardır.
Ümumiyyətlə, kartofun 2 minə qədər təsərrüfat-botaniki
sortu məlumdur. 80-dək sort isə xalq təsərrüfatı əhəmiyyətlidir.
Təsərrüfat-botaniki sortlar bir çox göstəricilərinə görə bir-
birindən fərqlənir. Bunların əsas göstəriciləri meyvəsinin
forması, qabığının və meyvəsinin rəngidir.
Kartofun yumru, uzunsov və yumurtavarı formaları ilə
yanaşı başqa formaları da rast gəlinir. Qabığının rəngi ağ,
çəhrayı, sarı, habelə bənövşəyi olur.
Məhsuldarlığına görə çox məhsuldar, orta məhsuldar və
az məhsuldar qruplara ayrılır.
Yetişmə müddətinə görə tezyetişən (50-80 günə), orta
tezyetişən (80-90), orta yetişən (90-100), orta gecyetişən (100-
120) və gecyetişən (120-140) sortlara ayrılır.
Tərkibində olan nişastanın miqdarına görə çox nişastalı
(20%-dən çox), orta nişastalı (16-19%) və az nişastalı (15%-
dən az) sortları vardır.
285
Təyinatına görə kartof – aşxana kartofu, texniki kartof,
yem kartofu və universal kartof qruplarına bölünür. Aşxana
sortlu kartofda nişastanın miqdarı 12-18%-dir. Yem kartofu
zülal, texniki kartof isə nişasta ilə (20%-dən çox) zəngin
olmalıdır.
Tez və orta tezyetişən kartof sortlarına Volqa, Priekul,
Epron, Falen, skra, Varmas, Sedov, Yaz kartofu, Voronej,
Kuryer, Oktyabryonok, Volqalı və s. göstərilə bilər. Orta ye-
tişən kartof sortlarına Alma, Ella, Oqonyok, Kameraz,
Majestik, Yubel və s., orta gecyetişən kartof sortlarına Lorx,
Korenev, Loşinski, Ostbote, Ora, Berlixinqen və s., gecyetişən
sortlardan isə Voltman, Kandidat, Olyev, Temp, Foran, Fram,
Belorus və s. göstərmək olar.
Kartofun keyfiyyəti aşağıdakı tələblərə cavab verməlidir.
Kartof yumrusu təmiz, yetişmiş, sağlam, bütöv, quru,
cücərməmiş, rəngi və forması bircinsli olmalıdır. Kartof yum-
rusunun diametri – tezyetişən kartofda 30 mm-dən (5%
diametri 20-30 mm ola bilər), gecyetişən kartofda 45 mm-dən
(5% diametri 35-45 mm ola bilər) az olmamalıdır. Əgər kartof
uzunsov olarsa, onda tezyetişən sortlarda 25 mm-dən (5%
diametri 20-25 mm ola bilər), gecyetişənlərdə isə 30 mm-dən
(5% diametri 20-30 mm ola bilər) az olmamalıdır.
Gecyetişən kartof üçün yumruların böyüklüyü yumru-
oval formalılar üçün 35 mm (5% diametri 25-35 mm ola bilər),
uzunsov formalılar üçün 30 mm (5% diametri 20-30 mm ola
bilər) müəyyən edilmişdir.
Standart üzrə 2% miqdarında (tezyetişənlərdə 3%)
mexaniki zədələnmiş, 2% zərərvericilər tərəfindən zədələnmiş,
2% cücərmiş və yaşıl, 2% fitoftora dəymiş və vəz ləkəsi
düşmüş, 2% səthinin 25%-i dəmgil xəstəliyinə tutulmuş kartof
yumrularının olmasına icazə verilir. Kartofun səthinə yapışmış
torpağın çəkisi 1%-dən çox olmamalıdır. Keçmiş ilin kartofu
realizə edilərkən 5% miqdarında büzüşmüş və səthi zəif qırışıq
kartofların olmasına icazə verilir.
286
Kartofa yapışmış torpağın miqdarı 10 kq kartofu
yuduqdan 2-3 dəq sonra çəkməklə və kartofun səthindəki suyu
nəzərə almamaq üçün təmiz kartofun çəkisindən 1% çıxmaqla
hesablanır.
Kartofun müalicəvi xassələri. Tərkibindəki qidalı və
bioloji fəal maddələrin hesabına bəzi xalqların qidasında
çörəkdən sonra ikinci yeri tutur. Lakin kartofdakı C vitamini
saxlanılma və termiki emal zamanı qismən azalır. Kulinar
emalı zamanı C vitaminini qorumaq üçün onu təmizləyib uzun
müddət suda saxlamaq olmaz. Kartofu bişirdikdə onu soyuq
suya deyil, qaynayan suya salmaq lazımdır. Xörəklərə isə
bişməyə 20-25 dəq qalmış əlavə olunur. Bişmiş xörəyin
içərisində kartofdakı C vitamini daha tez parçalanır. Ona görə
bişirilmiş kartofu saxlamaq məsləhət görülmür.
Tibbdə kartof təkcə vitamin mənbəyi olan qida kimi
istifadə olunmur. Tərkibində kaliumun miqdarı çox olduğun-
dan, böyrək və ürək xəstəlikləri zamanı pəhriz yeməkləri hazır-
ladıqda nəzərə alınır. Təzə kartof şirəsi mədənin yüksək tur-
ş
uluğu ilə müşahidə olunan qastritdə və qəbizlikdə orqanizmə
yaxşı təsir göstərir. Kartof şirəsini mədə xorası xəstəliyində də
qəbul edirlər. O mədəaltı vəzinin sekresiyasını zəiflədir, spaz-
malara müsbət təsir edir və yaranın sağalmasına kömək edir.
Bir qayda olaraq, təzə kartof şirəsi gündə 2-3 dəfə yeməkdən
yarım saat əvvəl 0,5 stəkan içilir. Kartof şirəsinin tərkibində
asetil-xolin
olduğundan hipertoniyalı xəstələrdə qantəzyiqinin
aşağı düşməsinə kömək edir.
Xalq təbabətində çiy kartof əzintisi yanmış, ekzema və
digər xəstəliklərdə dərinin üstünə təpitmə kimi qoyulur. Bi-
ş
irilmiş kartofun isti buxarı ilə yuxarı tənəffüs yollarının kata-
rını müalicə edirlər. Kosmetoloqlar üzün dərisinin quruması və
günəşlə yanması zamanı kartofdan hazırlanmış maska məsləhət
görürlər. Bu məqsədlə qabıqla bişirilmiş kartof qaymaqla əzilir
və isti sıyıqvari kütlə bərabər layla üzə yaxılır.
287
Qida və müalicə üçün ancaq sağlam və təzə kartof
yararlıdır. Cücərmiş və yaşıl rəngli kartofdan istifadə etmək
qorxuludur. Çünki cücərmiş kartofda zəhərli qlikoalkaloid –
salonin vardır. Təzə kartofda solaninin cüzi miqdardadır. Lakin
qabığın altında və gözcüklərin yaxınlığında solanin miqdarı
0,01%-ə qədər artır. Yaşıl rəngli, cücərmiş və çürümüş kartofda
solanin nisbətən çox olur. Bahar fəslində və yazın sonunda
uzun müddət saxlanmış kartofda çoxlu solanin qlükozidi
toplanır. Ona görə də bu dövrdə köhnə kartofun qabığını qalın
soymaq məsləhət görülür. Bişmiş kartofun acı dadı və boğazı
göynətməsi keyfiyyətsiz və tərkibində solanin çox olan kar-
tofdan istifadə olunmasını göstərir. Solaninin artıq miqdarı
qırmızı qankürəciklərini məhv edir və mərkəzi əsəb sisteminə
pis təsir edir. Belə kartofdan hazırlanan yeməklərdən uşaqlar
daha tez zəhərlənir.
Zəhərlənmə ürəkbulanma, qusma, ishal, ürəkdöyünmə,
təngnəfəslik, qıcolma və ağır hallarda huşsuzluq vəziyyəti ilə
xarakterizə olunur. Belə hallarda dərhal həkimə müraciət etmək
yaxşı nəticə verir.
Kasnı, cırtdaquş – Цикорий обыкновенный –
Cichorium intybus L. Mürəkkəbçiçəklilər (Compositae)
fəsiləsindən 1 m hündürlükdə qol-budaqlı gövdəyə malik
çoxillik bitkidir. 9 növündən 2 növü mədəni halda becərilir: adi
kasnı, yaxud kök kasnı (C.intybus L.) və salatlıq kasnı
( C.endivia L.). Qida məqsədləri üçün kök kasnıdan istifadə
olunur. Gövdəsinin aşağı hissəsindəki yarpaqları uzunsov,
yuxarıdakılar isə itiuclu lanset şəklindədir. Nəzəri cəlb edən
göy rəngli gözəl çiçəkləri vardır.
Bitkinin meyvəsi xırda dəndən ibarətdir. Bitki iyun
ayından başlayaraq oktyabra kimi çiçəkləyir, avqust-sentyabrda
meyvələri yetişir. Yabanı halda Azərbaycanın əksər bölgə-
lərində geniş yayılmışdır.
Qərbi Avropada bu bitki bir qədər gec, orta əsrlərdə ya-
yılmağa başlayır. Rusiyada isə kasnı bitkisi XIX əsrin
288
ə
vvəllərindən ilk dəfə itsifadə olunmuşdur. Kasnı bitkisi kökün-
dən, əsasən qəhvə əvəzedicisi kimi istifadə etmək məqsədilə
bütün Avropa ölkələrində becərilir. Kasnı kökünü qovurduqdan
sonra qəhvə əvəzedicisi kimi qəhvə içkilərinin hazırlanmasında
istifadə olunur. Təzə kasnının kökünün tərkibində 72-75% su,
14-16% (20%-ə qədər) inulin, 2-3% fruktoza, 1,2-1,4% zülal,
0,6% yağ vardır. Kasnıda pektin, xolin, intibin qlükozidi,
qatranvarı maddələr vardır. Təzə yarpaqlarından və zoğlarından
alınan şirədə laktusin, güllərində isə sikorin qlükozidi tapıl-
mışdır.
Kasnının tərkibində olan inulindən fruktoza şəkəri və
spirt alınır. Lakin əsas təyinatı qəhvə əvəzedicisi kimi istifadə
olunmasıdır. Bu məqsədlə kiçik tikələrə doğranmış kasnı
kökünü qovurur və sonra üyüdüb toz halına salırlar. Qovur-
duqda kasnının tərkibindəki inulin və fruktoza karamelləşir və
ondan hazırlanmış qəhvə içkisinin rəngi kəskin tünd rəngdə
olur.
Dostları ilə paylaş: |