Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

Qulançarın  müalicəvi  xassələri. Hazırda dünya miqya-
sında  Qulançar  fitoterapiya  sahəsində  bir  çox  xəstəliklərin 
müalicəsində  uğurla  istifadə  olunur.  Belə  ki,  bitkinin  kökü, 
kökümsovu,  təzə-tər  zoğları,  gövdəsi,  iynə  və  ya  sapşəkilli 
yarpaqları  və  toxumları  müxtəlif  xəstəliklərin  müalicəsində 
sidikqovucu, sidik kisəsinin ağrıları, qantəzyiqi, vərəm, ürəkağ-
rıları, yel, şəkər, sonsuzluğa qarşı və s. istifadə olunur. 
Vərəm xəstəliyinə düçar olan xəstələr yemək rasionunda 
Qulançar  istifadə  etsələr  daha  faydalı  olar.  Çin  təbabətiində 
bitkinin  köklərinin  dəmləməsindən  sidikqovucu,  orqanizmin 
tonusunun  yaxşılaşdırılması,  hərarətin  salınması,  qan  dövra-
nının  tənzimlənməsi,  yel,  şəkər  və  vərəm  xəstəliyinin  müali-
cəsində  istifadə  olunur.  Qulançarın  qurudulmuş  köklərindən  3 
xörək  qaşığı  götürüb  xırda-xırda  doğrayır,  ilıq  suda  yuyub 
 
300
təmizləyir və onun üzərinə 3 stəkan qaynar su əlavə edib vam 
odun üzərində 5-7 dəq dəmləyərək onu süzüb təmiz şüşə qaba 
qoyurlar.  Yeməkdən  15  dəq  əvvəl  səhər  və  axşam  1  xörək 
qaşığı qəbul edilir. Qəbul vaxtı 1 ay davam edir. 
Hələ  lap  qədimdən  bir  çox  ölkələrdə  –  Çində,  Bolqarıs-
tanda, Fransada qulançarın tər zoğlarından, köklərindən böyrə
xəstəliklərinin  müalicəsində  istifadə  etmişlər.  Azərbaycanın 
bir çox bölgələrində xalq arasında bitkidən bir çox xəstəliklərin 
müalicəsində geniş istifadə olunur. Böyrəklərdə ağrılar, iltihabi 
proseslər, sancılar olarsa, qulançarın qurumuş köklərindən 3 q, 
gicitkən  yarpağından  1  q,  əvəlik  kökündən  1  q,  itburnu  mey-
vələri və bağayarpağının hər birindən 2 q və qatırquyruğundan 
5  q  götürüb  qarışdırırlar.  Qarışıqdan  1  xörək  qaşığı  200  ml 
qaynar  suya  tökür  və  30  dəq  dəmləyirlər.  Sonra  onu  süzüb 
təmiz  şüşə  qaba  tökürlər.  Yeməkdən  10  dəq  əvvəl  bir  xörək 
qaşığı ilıq halda qəbul edilir. Qəbul müddəti 30 gündür. Yaxşı 
olar ki, bu müalicə payız və yaz aylarında aparılsın. 
Qulançardan  sidikqovucu  kimi  də  istifadə  olunur. 
Bitkinin  giləmeyvələri  seçilir,  yuyularaq  toxumdan  təmizlənir. 
Toxumlarından 30 ədəd götürüb həvəngdəstədə əzib toz halına 
salırlar.  Əzilmiş  qulançar  tozundan  və  qatırquyruğunun  hər 
birindən  1  çay  qaşığı  götürüb  100  ml  qaynar  suya  tökür  və 
qarışdırıb  vam  odun  üzərinə  qoyur,  50  dəq  (qaynamamaq 
şə
rtilə) dəmləyirlər. Sonra süzüb təmiz şüşə qaba tökürlər. Sə-
hər, axşam yeməkdən 30 dəq qabaq 1 xörək qaşığı qəbul edilir. 
Giləmeyvələri də sidikqovucu xassəyə malikdir. 1 xörək qaşığı 
giləmeyvəsini  1  stəkan  qaynar  suda  dəmləyib  50  q  içmək 
məsləhətdir. 
Sidik  kisəsi  daşının  tökülməsi  üçün  qurudulmuş  kö-
kümsovlarını  yuyub  təmizləyir  və  xırda-xırda  doğrayaraq 
qaynar suda yaxalayırlar. 100 q götürüb 200 ml qaynar suda 30 
dəq dəmləyir və süzüb təmiz şüşə qaba yığırlar. Yeməkdən 30 
dəq  əvvəl  ilıq  halda  səhər-axşam  50  ml  qəbul  etmək  yaxşı 
nəticə  verir.  Yaxşı  olar  ki,  qəbuldan  1  gün  sonra  isti  vanna 

 
301
qəbul  edilsin.  Vanna  qəbul  edərkən  vannanın  içində  dizdən 
bükməklə  qarına  doğru  20  dəfə  aram-aram  dartmaq  lazımdır. 
Sidiyə gedən zaman daşın düşməsini yoxlamaq üçün bankadan 
istifadə etmək məsləhətdir. 
Şə
kər  xəstəliyinə  qarşı  qulançarın  cavan  zoğları 
yuyulub təmizlənir, xırda-xırda doğranır və ondan 3 çay qaşığı 
götürərək üzərinə 1 stəkan qaynar su əlavə edir, qarışdırır, dəm 
almaq  üçün  ağzını  nəlbəki  ilə  örtülür.  Yaxşı  dəm  almaq  üçün 
stəkanı  yun  parçaya  bükmək  məsləhətdir.  2  saatdan  sonra  onu 
süzüb təmiz şüşə qaba tökür və ilıq halda səhər, axşam acqarına 
1  xörək  qaşığı  qəbul  edirlər.  Təcrübələrlə  sübut  edilmişdir  ki, 
bitkinin  toxumu  və  giləmeyvələri  də  şəkər  xəstəliyinin 
müalicəsində əhəmiyyətli kömək edir. 
Qantəzyiqini  aşağı  salmaq  üçün  qulançar  cövhərindən 
istifadə  olunur.  Qulançarın  tərkibində  asparaqin,  koniferin 
qlikozidi, saponinxelidon turşusu, karotin  B və C vitaminləri 
vardır.  Sınaqdan  keçirilmiş  təcrübələrin  nəticələri  göstərir  ki, 
vena  qan  damarına  asparagin  və  qulançar  cövhəri  vurulduqda 
qan  təzyiqini  aşağı  salır.  Bitkinin  kökündən,  kökümsovundan 
götürüb  yaxşı-yaxşı  yuyub  təmizləyir,  xırda-xırda  doğrayır,  3 
çay  qaşığı  götürüb,  3  çay  qaşığı  cavan  zoğları  ilə  birlikdə  2 
stəkan  qaynar  suda  30  dəq  dəmləyirlər.  Sonra  onu  süzür  və 
təmiz yuyulmuş şüşə bankalara tökürlər. Səhər-axşam acqarına 
2 xörək qaşığı qəbul edirlər. 
Sonsuzluğa qarşı qulançar çox faydalıdır. Giləmeyvələr 
tam  yetişən  vaxt  (payızda,  oktyabr-noyabr)  yuyulur  və 
içərisindəki  toxumları  təmizləyərək  sərib  qurudurlar.  Qurudul-
muş  toxumlar  işığıkeçirməyən  tünd  rəngli  kimyəvi  bankalara 
yığıb  ağzını  örtür  və  soyuducuda  saxlayırlar.  Yazın  əvvəl-
lərində (qan qaynayan vaxt) 30 ədəd toxum əzilərək un halına 
salınır.  Əzintidən  2  xörək  qaşığı  götürüb  2  xörək  qaşığı  təmiz 
balla  qarışdırılır.  Səhər,  günorta  və  axşam  yeməkdən  20  dəq 
qabaq 3 çay qaşığı qəbul edilir. Qəbul vaxtı 21 gündür. Qəbul 
zamanı içki içmək və siqaret çəkmək qadağandır. Yazın əvvəl-
 
302
lərində  qulançarın  vegetasiyaya  başlanması  vaxtıdır.  Bu 
vaxtlarda  o  2-3-4  illik  zoğlar  əmələ  gətirir.  O  zoğları  bişirib 
yemək sonsuzluğa qarşı çox xeyirlidir. 
Yel  xəstəliyinin  müalicəsində  qulançardan  istifadə 
olunur.  Qurudulmuş  kökümsovları,  kökləri  isti  su  ilə  yuyub 
təmizləyir,  sonra  xırda-xırda  doğrayıb  3  xörək  qaşığı  götürüb 
200  q  suda  dəmləyirlər.  Bu  dəmləməni  səhərlər  yeməkdən  30 
dəq  qabaq  1  xörək  qaşığı  qəbul  edirlər.  Oynaqlarda  (topuqda, 
dizdə)  ağrılar  baş  verərsə,  qulançar  və  ya  mərəçüyüdün  quru-
dulmuş  kökümsovlarından  5  xörək  qaşığı  götürüb  xırda-xırda 
doğrayır,  1  stəkan  qaynar  suda  dəmləyir  və  süzürlər.  Həmin 
dəmdən 3 xörək qaşığı, meymunçörəyi meyvəsinin şirəsindən 1 
xörək qaşığı, kəvər (yerqulağı –  «kapers») kökünün şirəsindən 
1  çay  qaşığı  götürüb  qarışdırırlar.  Ağrı  olan  yerləri  spirtli 
pambıqla yaxşı-yaxşı silir, sonra silinmiş yerə qatışıqdan azacıq 
yaxıb,  əlin  içi  ilə  yaxşı-yaxşı  ovurlar.  Əməliyyat  qurtardıqdan 
sonra  həmin  massaj  edilmiş  yeri  yun  əski  və  ya  yun  şərflə 
bağlayırlar. Sarğı 24 saatdan sona açılır və yenisi ilə əvəz edilir. 
Müalicə 5-7 gün davam etdirilir. 
Baş  tükünün  tökülməsinə  qarşı qulançar əvəzolunmaz 
kosmetik  vasitədir.  Qurudulmuş  kökünü  isti  suda  yuyub 
təmizləyir,  xırda-xırda  doğrayır  və  ondan  2  xörək  qaşığı 
götürüb 200 q qaynar suda dəmləyirlər. Dəmi süzüb təmiz stə-
kana  tökürlər.  Sonra  təmizlənmiş  giləmeyvəsindən  2  xörək 
qaşığı,  qurumuş  gicitkən  yarpağından  3  xörək  qaşığı  və  gül-
xətmi  çiçəyinin  qurusundan  2  xörək  qaşığı  götürüb,  qulan-
çardan  hazırlanan  dəmin  (nastoyun)  üzərinə  əlavə  edib  təkrar 
dəmləyirlər. Dəm hazır olanda başı ilıq su ilə yaxalayır və dəm-
lənmiş  məhlulu  pambığa  hopdurub  yaxşı-yaxşı  başın  tükünün 
diblərinə  yaxırlar.  Sonra  başı  isti  dəsmalla  bağlayırlar.  30 
dəqiqədən sonra ilıq su ilə yuyurlar. Yaxşı olar ki, bu əməliyyat 
payız  və  yaz  aylarında  başın  tükü  tökülməyə  başlayanda 
aparılsın. Müalicə kursunu 10 gün davam etmək məsləhətdir. 

 
303
Ürək-damar  xəstəliklərinin  müalicəsində  qulançarın 
qurudulmuş köklərindən 150 q götürüb qaynar suda yaxşı-yaxşı 
yuyur,  xırda-xırda  doğrayıb  200  q  qaynar  suda  dəmləyirlər. 
Sonra  onu  süzüb  səhər-axşam  acqarına  1  xörək  qaşığı  qəbul 
edirlər.  Bu  damarların  kirəclənməsinin  qarşısını  alır,  ürək 
ağrılarına  kömək  edir.  Yazın  əvvəllərində  təzə-tər  zoğlarından 
hazırlanmış  müxtəlif  yeməklər  də  ürək-damar  ağrılarına  çox 
köməklik göstərir. 
Quşbuğdası,  qırxbuğum,  –  Горец  птичий  – 
Polygonum aviculare L. Bu, Qrxbuğum (Polygonaceae) fəsi-
ləsindən  birillik  ot  bitkisi  olub,  qol-budaqlı  gövdəyə  malikdir. 
Kənarları bütöv, ellips şəkilli xırda yarpaqları vardır. Çiçəkləri 
çox da nəzəri  cəlb  etmir. Quşbuğdası iyun  ayından başlayaraq 
payıza  qədər  çiçəkləyir.  Çiçəkləri  yarpaqların  qoltuğunda 
yerləşir. 
MDB  ərazisində  alaq  otu  kimi  geniş  yayılmışdır.  Azər-
baycanda da quşbuğdasının ehtiyatı çoxdur. 
Bitkinin tərkibində üç flavon qlikozidi – kversetin, hipe-
rozid
 və avikularin vardır. Avikularin hidroliz olunduqda kver-
setin  və  arabinoza  alınır.  Quşbuğdasının  tərkibində,  həmçinin 
3%-ə qədər aşı maddəsi, 1%-ə qədər isə silikat turşusu vardır. 
Silikat  turşusunun  0,2%-i  həllolandır.  Vegetasiya  dövründə 
silikat  turşusunun  miqdarı  demək  olar  ki,  dəyişmir,  lakin 
flavonlar ən çox bitki çiçəkləyən dövrdə toplanır. 
Quşbuğdasının  müalicəvi  xassələri.  Müalicəvi  məq-
sədlə  bitkinin  yerüstü  hissəsi  çiçək  açan  vaxt  toplanır  və  açıq 
havada qurudulur. Quşbuğdası otundan alınan “avikularin” pre-
paratı  mamalıq  təcrübəsində  qankəsici  vasitə  kimi  tətbiq  olu-
nur. Quşbuğdası otundan hazırlanmış ekstrakt kapillyar damar-
ların  divarlarını  möhkəmləndirir,  qanın  laxtalanmasını  surət-
ləndirir.  Bundan  əlavə,  quşbuğdası  otunu  çay  kimi  dəmləyib, 
böyrək xəstəliklərində, xüsusilə də sidik yollarında daş olduqda 
içirlər. 
 
304
Quşəppəyi  –  Пастушья  сумка  –  Capsella  bursa 
pastoris  L.  Xaççiçəklilər  (Cruciferae)  fəsiləsindən  30-50  sm 
hündürlükdə birillik ot bitkisidir. Azərbaycanda bitkinin yalnız 
bir  növü  olan  adi  quşəppəyi  (Capsella  bursa  pastoris)  bitir. 
Bitkinin  gövdəsindəki  yerüstü  yarpaqları  oturaq,  yuxarı 
gövdəsindəki  yarpaqları  isə  saplaqlı  olaraq  rozet  formalıdır. 
Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvarıdır. Meyvələri 
buynuzcuqlu  olub,  üçbucaqşəkillidir.  Quşəppəyi  faydalı  dər-
man  bitkisidir.  Tərəvəz  bitkiləri  becərilərkən  bəzən  mədəni 
bitkilərin toxumu ilə qarışıq bitmiş qüşəppəyi bitkisini alaq otu 
bilərək məhv edirlər. 
Bitkinin  tərkibində  efir  yağı,  aşı  maddəsi,  askorbin  tur-
ş
usu, alma və limon turşu, bundan əlavə, xolin, asetilxolintira-
min
 və s. qiymətli maddələr də vardır. Quşəppəyi toxumlarının 
tərkibində  20%-dək  bitki  yağı  olur.  Buna  görə  də  həmin  bitki 
heyvanlar və insanlar tərəfindən həvəslə yeyilir. 
Xalq təbabətində quşəppəyi bitkisinin (toxumla birlikdə) 
cövhərindən  hazırlanmış  məlhəmlə  hamilə  qadınlarda  uşaqlıq 
yolu  qanaxmasına  qarşı  (tampon  qoymaqla)  istifadə  edirlər. 
Bitkinin  cavan  zoğlarından  təzə  və  qurudulmuş  halda  milli 
xörəklərdə istifadə olunur. 
Qabaq (kudu, boranı, balqabaq) – Тыква – Cucurbita 
Pepo  L.  Qabaqkimilər  (Cucurbitaceae)  fəsiləsindəndir. 
Dünyada  700-ə  qədər  növü  vardır.  Bunlardan  3  növü 
Azərbaycanda daha geniş yayılmışdır: 
 1. Adi qabaq və ya qalınqabıq qabaq –  
 Cucurbita Pepo L. 
1.
 
rimeyvəli qabaq – Cucurbita maxima Duch. 
2.
  Müşk (muskat) qabaq və ya balqabaq – Cucurbita 
moschata Duch. 
Qabaq  həm  qida  və  həm  də  yem  məqsədilə  istifadə 
olunur.  Müəyyən  olunmuşdur  ki,  Meksika  əhalisi  eramızdan 
3000  il  əvvəl  qabaqla  qidalanırdılar.  Qədim  Misirdə  də  qabaq 
ə
haliyə yaxşı məlum idi. 

 
305
Qabaq bişirilmiş, qızardılmış və sirkəyə qoyulmuş halda 
qidaya sərf olunur. Azərbaycan kulinariyasında qabaqla bir çox 
xörəklər  hazırlanır,  ondan  mürəbbə  bişirilir,  unlu  şirniyyat 
məmulatı hazırlanır. Qabaqla darı yarmasından hazırlanan sıyıq 
bir çox ölkələrdə xüsusilə məşhurdur. 
Qabağın  aşxana  sortlarından  sup,  yağlı  və  südlü  püre, 
marinad hazırlamaq və qızartmaq üçün istifadə edilir. Bundan, 
həmçinin,  vitamin  preparatları,  şirniyyat  sənayesində  sukat  və 
müxtəlif  içliklər  hazırlanır.  Vitamin  preparatı  üçün  ətli  hissəsi 
sarı  olanlar  daha  əlverişlidir.  Aşxana  sortlu  qabaqlar  dadlı  və 
xoş  ətirlidir.  Tərkibində  orta  hesabla  ətli  hissədə  91,85%  su, 
0,95%  sellüloza,  0,55%  kül,  0,8%  azotlu  maddə,  0,1%  yağ 
vardır.  Qabıq  hissəsində  isə  sellülozanın  miqdarı  3,3%-dir. 
Yetişmiş  qabaqda  şəkərin  miqdarı  orta  hesabla  8%-dir. 
Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Bu-
nun toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi 
çəkisinin 75%-ni yeməli hissə təşkil edir. Geniş yayılmış sortla-
rından  boz  rəngli  Volqa  sortu  orta  gecyetişəndir.  ri,  yumru-
yastı  formada  və  açıq  boz  rəngdədir.  Saxlanılma  və  daşınma 
üçün çox əlverişlidir. Sarı ətli hissəsi şirindir. 
Mozoleyev sortu çox yayılmış sortlardandır. Orta gecye-
tişəndir.  Yumurtavarı  və  ya  uzunsov,  rəngi  sarıdır.  Üzəri  tünd 
yaşıl  cizgilidir,  orta  irilikdədir.  Ətli  hissəsi  dadlı,  solğun 
çəhrayı rəngdədir. 
Ukrayna  sortu  çoxmeyvəli,  zəif  qabırğalıdır.  Çəhrayı 
rəngdədir.  Ətli  hissəsi  xırçıldayan  çəhrayı  rəngdə  olur.  Perex-
vatka-69  muskat  ətirli  və  gecyetişən  sortdur.  Orta  irilikdə  və 
silindrik  formada  olub,  ətli  hissəsi  dənəli,  xırçıldayan  və 
çəhrayı  rəngdədir.  Tərkibində  12  mq%  karotin  və  C  vitamini 
vardır.  Göstərilən  sortlardan  başqa  bir  çox  rayonlarda  başqa 
sortlar  da  yetişdirilir  ki,  bunlardan  Bıkov,  Biryuçekut,  Başkir, 
Çərkəz, Altay sortlarını qeyd etmək olar. 
Azərbaycanda  Palov-Kadu-268,  Perexvatka-69  və  yerli 
qabaq  sortları  yetişdirilir.  Standart  üzrə  qabaq  təmiz,  təzə, 
 
306
yetişmə  dərəcəsinə  görə  birnövlü,  sağlam,  rəngi  və  forması 
təsərrüfat-botaniki  sortuna  müvafiq,  bütöv  saplaqlı  olmalıdır. 
Qabağın  ən  böyük  en  kəsiyinin  diametri  uzunsov  formalılarda 
12  sm-dən,  yastı  və  dairəvi  formalılarda  isə  15  sm-dən  az 
olmamalıdır. 
Qabağın müalicəvi xassələri. Qabağın tərkibində 0,7%-
ə
  qədər  sellülozanın  və  üzvi  turşuların  olması  ondan  mədə-
bağırsaq  xəstəliklərində  istifadə  etməyə  imkan  verir.  Pektinin 
çox  olması  isə  yoğun  bağırsağın  iltihabında  xüsusilə  müsbət 
təsir  göstərir.  Pektin  orqanizmdən  xolesterinin  çıxarılmasına 
təsir  göstərdiyindən,  aterosklerozun  profilaktikasında  da 
faydalıdır. 
Çiy  qabaq  ətliyi  bağırsaqların  fəaliyyətini  yaxşılaşdırır. 
Ona görə də davamlı qəbizlikdə gündə 0,5 kq çiy qabaq yemək 
məsləhət  görülür.  Qabağın  enerji  dəyəri  az  olduğundan 
kökəlməyə qarşı da qida rasionuna salınması məsləhət görülür. 
Qabağın  sidikqovucu  təsiri  olduğundan  ürək-damar  xəs-
təlikləri və bəzi böyrək və sidik kisəsi ilə əlaqəli şişlərdə pəhriz 
qidası  kimi  istifadə  oluna  bilər.  Belə  hallarda  qabaqla  sıyıq 
hazırlayıb  gündə  iki  dəfə  yemək  lazımdır.  Xalq  təbabətində 
qaraciyər  və  böyrək  xəstəliklərində  gündə  1-1/2  stəkan  təzə 
qabaq  şirəsi  içmək  nəzərdə  tutulur.  Yuxusuzluq  və  səksəkəli 
yuxu  zamanı  sakitləşdirici  vasitə  kimi  75-100  q  ballı  qabaq 
həlimi  içmək  məsləhət  görülür.  Danimarkada  xalq  təbabətində 
qabaq titrətmə və qızdırmaya qarşı tətbiq edilir. 
Qabağın  ətliyinin  müxtəlif  məqsədlər  üçün  istifadə 
olunmasına baxmayaraq, tibbi praktikada artıq 200 ilə yaxındır 
ki,  qabaq  toxumlarından  qurdqovucu  vasitə  kimi  istifadə  olu-
nur. Qabaq toxumları istər xalis və istərsə də emulsiya forma-
sında  həm  girdə  (askarid),  həm  də  lentvarı  qurdlara  qarşı  isti-
fadə  olunur.  Qabaq  toxumlarından  aşağıdakı  qaydada  müalicə 
təyin olunur. 
Birinci  gün  müalicəyə  hazırlıq  görülür,  xəstə  pəhriz 
saxlayır, axşam  yüngül  yemək  yeyir,  yaxud  gecə işlətmə duzu 

 
307
(Na
2
SO
4
)  qəbul  edir.  Ikinci  gün  səhər  tezdən  acqarına  qabaq 
toxumlarından hazırlanan preparatlardan biri, 2-3 saatdan sonra 
isə işlətmə duzu verilir. 
Preparatı  hazırlamaq  üçün  havada  qurudulmuş  toxumlar 
qabıqdan  təmizlənir,  lakin  ləpənin  üzərindəki  nazik  yaşılımtıl 
qılaf saxlanılmaqla həvəngdə əzilir. Əzilmiş kütlə (300 q) balla 
və  ya  mürəbbə  şirəsi  (100  q)  ilə  qarışdırılır,  acqarına  bir  saat 
ə
rzində  az-az  yeyilir.  Təxminən  3  saatdan  sonra  işlətmə 
dərmanı verilir və imalə (klizma) edilir. Toxumun miqdarı 3-4 
yaşlı  uşaqlar  üçün  75  q,  10  yaşlılar  üçün  isə  150  q-dır.  Qurd-
qovucu vasitə kimi bir başqa preparat - toxumlardan hazırlanan 
həlimdir.  Bunun  üçün  500  q  qabıqdan  təmizlənməmiş  toxum-
ları 1 litr su ilə qarışdırıb 2 saat su hamamında (qaynatmamaq 
şə
rtilə)  saxlayır,  10  dəq  ərzində  soyudub  süzür,  alınmış  həlim 
bir  saat  ərzində  az-az  içilir.  Həlimin  dadını  yaxşılaşdırmaq 
üçün  azacıq  şəkər  əlavə  etmək  olar.  Bütün  həlimi  içdikdən  2 
saat sonra xəstəyə işlətmə dərmanı verilir. 
10  yaşında  uşaqlar  üçün  həlimi  300  q  toxumdan,  5-7 
yaşlılar üçün 200 q, 5 yaşına qədər uşaqlar üçün isə 100-150 q-
dan hazırlayır və müvafiq nisbətdə suyun miqdarı da azaldılır. 
Qabaq toxumu ilə müalicə yaxşı nəticə verir. Qabağın lət 
hissəsindən  bir  sıra  xəstəliklərin  müalicəsində,  o  cümlədən 
mədə-bağırsaq, böyrək xəstəliklərində, öd kisəsinin iltihabında 
gözəl şəfaverici vasitə kimi istifadə olunur. 
Boranı  (göy  qabaq)  əsasən  qızardılmış,  qiymələnmiş 
halda  qidaya  sərf  olunur.  Tərkibində  kalium  çox  olduğundan 
ürək  və  böyrək  xəstəliklərindən  yaranan  şişkinliklərdə 
(ödəmlərdə) ondan istifadə etmək məsləhət görülür. Çünki göy 
qabaq orqanizmdən artıq suyun çıxarılmasına kömək edir. Göy 
qabaq çiçəklərindən yaraların sağalması üçün istifadə olunur. 
Qarpız  –  Арбуз  –  Citrullus  vilgaris  Schard.  Qabaq-
kimilər  (Cucurbitaceae)  fəsiləsinə  aid  birillik  bitkidir.  Qarpız 
qalınqabıqlı  (0,5-3  sm),  daxilində  çoxlu  toxumu  olan  yumşaq 
ə
tlikli meyvəli tərəvəzdir. 
 
308
 Qarpızın  vətəni  Cənubi  Afrikadır.  Bu  günə  qədər  Ka-
laxarinin yarımsəhralarında bu bitkiyə yabanı halda rast gəlinir. 
Qarpızın mədəni sortları ərəblərə və cuhudlara eramızdan 1500 
il  əvvəl  məlum  idi.  Qərbi  Avropada  qarpız  XI-XII  əsrlərdə, 
Ukraynada  isə  XVII  əsrin  ortalarında  əkilməyə  başlanmışdır. 
Azərbaycanda,  əsasən  Sabirabadda,  Saatlıda,  Abşeronda  və 
digər bölgələrdə becərilir. 
Qarpız təzə halda yeyilir. Tərkibində su çox olduğundan 
susuzluğu  yaxşı  söndürür.  Qarpızın  xırdameyvəli  sortları  duza 
qoyulur,  qalınqabıq  qarpızlardan  mürəbbə  və  sukat  (quru 
mürəbbə)  hazırlanır.  Qarpız  şirəsini  bişirib  buxarlandırmaqla 
tərkibində  quru  maddəyə  görə  89%  şəkər  olan  qarpız  «balı» 
bişirilir. 
Qarpızdan  duzlama  üçün,  qarpız  balı  və  qarpız  şərabı, 
habelə  sukat  istehsalı  üçün  istifadə  edilir.  Qarpızın  tərkibində 
orta  hesabla  88-92%  su,  5,5-10,5%  şəkər,  0,8%  azotlu  mad-
dələr,  0,2%  turşu,  0,4%  mineral  maddələr,  0,6%  yağ  və  0,4% 
sellüloza,  vitaminlərdən  8  mq%  C,  B
1
,  B
2
  və  A  vitaminləri 
vardır. Qarpız toxumunda 30% yağ vardır. Şəkərlərdən ən çox 
rast gəlinəni fruktozadır ki, bu da onun şirinliyini artırır. Sukat 
hazırlamaq  üçün  qalınqabıqlı  qarpızlardan  istifadə  edilir. 
Sortları  bir-birindən  formasına,  iri-xırdalığına  (ölçüsünə), 
üzərinin  vəziyyətinə,  qabığının  qalınlığına,  ətliyin  zərifliyinə 
görə  fərqlənir.  Iriliyinə  və  xırdalığına  (ölçüsünə)  görə  iri,  orta 
və kiçik ölçülərə ayrılır. Xırdaların diametri 15-20 sm, orta iri-
lərdə  20-25  sm  və  irilərdə  isə  25  sm-dən  çox  olur.  Ətli  hissə-
sinin  vəziyyətinə  görə  zərif,  ağızda  əriyən,  xırda  dənəli,  boş, 
lifli, sıx ətli, kobud dənəli, şirəli və ya quru olur. Yetişməsindən 
asılı  olaraq  aşxana  sortları  tezyetişən,  orta  və  gecyetişən  olur. 
Təyinatına  görə  3  qrupa  ayrılır:  aşxana,  yem  üçün  və  sukat 
hazırlamaq üçün. 
Geniş  yayılmış  tezyetişən  qarpız  sortlarından  Oqonyok, 
Don-39,  Qalib-395,  Ağ  çəyirdəkli,  Pyatiqorsk  xutorunun 
sevimlisi, Duman və s.-ni göstərmək olar. 

 
309
Medovka  sortu  xırda  şarşəkillidir.  Ölkəmizin  əksər 
rayonlarında  becərilir.  Orta  yetişənlərdən  Ajinov,  Boqaev  mu-
raşkası, Bıkov-22, Melitopol-60, 142, Özbək; gecyetişənlərdən 
Zolaqlı  Həştərxan,  Melitopol-143,  Volqa-7,  Biryuçekut-775 
çox  yayılmışdır.  Bunlardan  başqa,  gecyetişənlərə  Xant-kara 
(Özbəkistanda çox yayılmışdır) və Çit sortları daxil edilir. 
Qabığının qalınlığına görə nazik, orta qalın və qalın olur. 
Ümumiyyətlə,  qabığının  qalınlığı  0,4-2,5  sm-ə  qədər  olur. 
Qalınqabıqlı qapız daşınma və saxlanma üçün daha əlverişlidir. 
Melitopol  sortu  iri  şarşəkilli,  ətli  hissəsi  çəhrayı-qır-
mızıdır. Üzəri cizgisizdir. Bunlar sortlaşdırılarkən yetişmə əla-
məti, irili-xırdalığı nəzərə alınır. 
Azərbaycanda  Melitopol-142,  Biryuçekut-775,  Sabir-
abad-53-88, Pyatiqorsk xutorunun sevimlisi və s. qarpız sortları 
yetişdirilir. 
Keyfiyyətcə  standarta  müvafiq  qarpızlar  təzə,  təmiz, 
bütöv və sağlam, öz təsərrüfat-botaniki sortuna xas olan rəngdə 
olmalı, eybəcər və xəstə olmamalıdır. 10% başqa sorta aid qar-
pızların  olmasına  icazə  verilir.  Ən  iri  ölçülü  qarpızın  diametri 
15  sm-dən,  tezyetişən  və  xırdameyvəlilərdə  isə  12  sm-dən  az 
olmamalıdır.  Qarpızların  içərisində  8%-ə  qədər  yüngül  zədə-
lənmiş, azacıq batıq və əyri formalı, sürtük, o cümlədən 3% kal 
və  yaxud  yetişib  ötmüş  qarpızlar  ola  bilər.  Əzik,  çatlamış  və 
xəstəliklə zədələnmiş qarpızlar olmamalıdır. 
Qarpızın  müalicəvi  xassələri.  Xalq  təbabətində  təzə 
qarpız  və  onun  şirəsindən  susuzluğu  söndürmək  üçün  qızdır-
malı  xəstələrə  verilir.  Bu  məqsədlə  qarpız  tumundan  1:10 
nisbətində  hazırlanmış  qarpız  «südü»-ndən  də  istifadə  edilir. 
Qarpız  tumları  döyülür  (xırdalanır  və  ya  üyüdülür)  və  soyuq 
suda  ciddi  qarışdırılıb  süzülür.  Bunun  dadını  yaxşılaşdırmaq 
üçün şəkər və ya meyvə şərbəti əlavə edilir. 
Qarpız  yaxşı  sidikqovucu  vasitədir.  Onu  ürək-damar 
sistemi  və  böyrək  xəstəlikləri  ilə  əlaqəli  şişlərdə  məsləhət 
görürlər.  Təzə  qarpız  qabığından  hazırlanmış  həlimdən  də 
 
310
sidikqovucu  kimi  istifadə  olunur.  Qaraciyərin  xəstəliklərində 
qarpız şirəsi təkcə orqanizmdən artıq suyun çıxarılmasını deyil, 
həm  də  qaraciyər  toxumalarını  asan  həzm  olunan  şəkərlərlə 
təmin  edir.  Təzə  qarpız  olmadıqda  xalq  təbabətində  sidikqo-
vucu  vasitə  kimi  qurudulmuş  qarpız  qabığından  alınan  həlim-
dən  istifadə  olunur.  Həlim  1:10  nisbətində  hazırlanır.  Qarpız 
qabığından  həm  də  uşaqlarda  rast  gəlinən  yoğun  bağırsağın 
iltihabında (kolitdə) istifadə olunur. 
Qarpızın  tərkibindəki  sellüloza  faydalı  mikroorqanizm-
lərin  fəaliyyətini  yaxşılaşdırır,  qida  həzminə  kömək  edir  və 
orqanizmdən  xolesterini  çıxarır.  Qarpızdakı  C  vitamini  və  fol 
turşusu  (B
9
  vitamini)  skleroza  qarşı  təsir  göstərir.  Qarpızdan 
qanazlığında,  öd  kisəsində  və  sidik  yollarındakı  daşın 
tökülməsində də istifadə olunur. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin