Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

Turşəngin  müalicəvi  xassələri.  Turşəngdən  qida  məq-
sədilə  yanaşı,  müalicəvi  vasitə  kimi  də  istifadə  edirdilər.  Tur-
şə
ngdən  işlətmə  dərmanı,  qurda  qarşı,  qida  həzminə  kömək 
edən vasitə kimi istifadə qədim dövrdən məlumdur. 
Turşəng  yarpaqlarını  xörəkləri  vitaminləşdirmək  üçün 
ə
lavə  edirlər.  Ən  əhəmiyyətlisi  yazbaşı  tədarük  edilən  tezye-
tişən  sortlardır.  Bunların  tərkibində  olan  C  vitamini  yazbaşı 
insanların vitaminə tələbatını ödəyir. Tərkibində turşəng turşu-
su  çox  olduğundan  uzun  müddət  turşəng  göyərtisi  yemək 
olmaz.  Çünki  bir  neçə  həftə  və  ya  ay  turşəng  yedikdə  sidikdə 
şə
kər  və  turşəng  turşusunun  kalsium  duzu  ola  bilər.  Ona  görə 
də duz mübadiləsi pozulduqda və onunla əlaqədar xəstəliklərdə 
turşəng məsləhət deyil. 
Qədimdən  turşəng  qida  həzmini  yaxşılaşdıran,  çürüdücü 
qıcqırmanı azaldan və sinqa əleyhinə ən yaxşı vasitə hesab olu-
nur. Qafqazda turşəng  yarpaqları ishala qarşı, ödqovucu vasitə 
kimi  turşəng  qaraciyər  və  sarılıq  xəstəliklərində  tətbiq  edilir. 
Belə  hallarda  gündə  2-3  dəfə  1-2  çay  qaşığı  turşəng  yar-
paqlarından sıxılmış şirəni 1/2-1 stəkan su ilə qarışdırıb içmək 
məsləhət görülür. Xalq təbabətində qanlı bəlğəm, qanlı babasil 
və  digər  qanaxmalarda  qankəsici  vasitə  kimi  yarpaqlardan 
 
332
(1:20)  hazırlanmış  həlimdən  gündə  3-4  dəfə  yeməkdən  əvvəl 
1/4-1/3 stəkan içmək məsləhət görülür.  
Xalq  təbabətində  tərkibində  turşəng  və  xrizofan  turşusu, 
qatran, nişasta, sellüloza olan turşəngin köklərindən də istifadə 
olunur.  Kökləri  yazbaşı  və  yaxud  payızda  toplayır,  təmizləyir, 
yuyur  və  qurudurlar.  Turşəng  kökündən  hazırlanmış  həlimdən 
orqanizmi möhkəmləndirən, qidanın həzmini və maddələr mü-
badiləsini yaxşılaşdıran vasitə kimi istifadə edilir. Həmin həlim 
həm də ishala qarşı büzüşdürücü vasitə hesab olunur. Həlimi 20 q 
turşəng  kökündən  1  stəkan  suda  hazırlayır  və  gündə  3-4  dəfə 
yeməkdən əvvəl 2 xörək qəbul edilir. Turşəng kökündən hazır-
lanmış tinktura və həlimdən bəzi dəri xəstəliklərində yuyunmaq 
üçün istifadə edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
333
Ə
T RL  ƏDV YYƏL  B TK LƏ
 
 
Qidanın  dadının,  tamının,  ətrinin  və  ümumiyyətlə,  key-
fiyyətinin  yaxşılaşdırılmasında,  eləcə  də  yeyilən  qidanın  insan 
orqanizmində  yaxşı  həzm  olunub  mənimsənilməsində  ətirli 
ə
dviyyəli bitkilərin mühüm fizioloji əhəmiyyəti vardır. 
Ə
tirli ədviyyəli bitkilər dərman bitkisi kimi hələ eramız-
dan 4000 il əvvəl Hindistan, Çin, Orta və Yaxın Şərqdə məlum 
olmuşdur. Efir yağı və ədviyyə istehsalı sonralar bu ölkələrdən 
dünyanın hər yerinə yayılmışdır. 
Ə
tirli  ədviyyəli  bitkiləri  yetişdiyi  iqlim  şəraitinə  görə  4 
qrupa  bölürlər:  tropik,  subtropik,  mülayim  iqlim  şəraitində  və 
hər  yerdə  yetişən  ətirli-ədviyyəli  bitkilər.  Ətirli  ədviyyəli  bit-
kilər  30-dan  çox  botaniki  fəsiləyə  aid  olan  159-dan  artıq  bitki 
növünü  əhatə  edir.  Həmin  bitkilərdən  təbabətdə,  yeyinti  səna-
yesinin müxtəlif sahələrində, texnikada, ətriyyat-kosmetika sə-
nayesində  və  kulinariyada  istifadə  olunur.  Ətirli  ədviyyəli  bit-
kilərin  tərkibində  efir  yağları,  qlükozidlər,  alkaloidlər,  boya 
maddələri, fitonsidlər və s. maddələr vardır. 
Azərbaycan  ətirli  ədviyyəli  bitkilərin  becərildiyi  və  ye-
tişdiyi  areala,  eləcə  də  onların  müxtəlifliyinə  görə  xüsusi  yer 
tutur.  Respublikamızın  ərazisində  170-dən  çox  ətirli  ədviyyəli 
bitki yetişir. Bunların çoxu yabanı halda bitir, bir neçəsi isə sə-
naye  əhəmiyyətinə  malik  olduğundan  xüsusi  təsərrüfatlarda 
becərilir. 
Sənaye  əhəmiyyətli  ətirli  ədviyyə  bitkilərindən  zəfəran, 
qızılgül, nəcib dəfnə, nanə və digərlərini göstərmək olar. Bun-
lardan başqa, ətirli ədviyyə bitkilərindən bədrənc, boymadərən, 
qaraqınıq, qırmızı istiot, qıtıqotu, dağ nanəsi, ətirşah, zirə, yar-
pız,  keşniş,  kəklikotu,  kərəviz,  mərzə,  pərpərən,  razyana,  rey-
han,  rozmarin,  sarımsaq,  soğan,  tərxun,  xardal,  qara  xaş-xaş, 
çödükotu,  cəfəri,  cırhavuc,  cirə,  cökə,  şalğam,  şüyüd  və  s. 
 
334
müxtəlif  sənaye  sahələrində,  kulinariyada  və  təbabətdə  geniş 
istifadə olunur. 
Respublikaya  xarici  ölkələrdən  də  müxtəlif  çeşiddə  əd-
viyyat  gətirilir.  Tarixən  Ipək  Yolu  hələ  qədimdən  Azərbaycan 
ə
razisindən  keçdiyi  üçün  Şərq  ölkələrindən  Qərbi  Avropaya 
gedən  mal  karvanları  bu  ərazidən  keçmiş  və  şübhəsiz  ki, 
tacirlər  tərəfindən  mübadilə  və  satış  üçün  aparılan  bir  çox  əd-
viyyələr,  o  cümlədən  qara  və  ətirli  istiot,  muskat  cövüzü,  hil, 
mixək,  darçın,  zəncəfil,  sarıkök  və  başqa  ədviyyələr  azərbay-
canlıların  məişətinə  daxil  olmuşdur.  Tropik  ölkələrdə  100-dən 
çox ətirli ədviyyə bitkisindən ədviyyə alınır, lakin bunların 10-
12 çeşidi respublikaya gətirilir. 
Ə
tirli  ədviyyəli  bitkilər  müxtəlif  ədəbiyyatlarda,  onların 
ə
sas təsiredici maddəsinə, təyinatına, coğrafi mənşəyinə və di-
gər əlamətlərə görə təsnifləşdirilir. Əmtəəlik məhsul kimi ətirli 
ə
dviyyəli bitkilər onların bitkinin hansı hissəsindən alınmasına 
görə 6 qrupa bölünür: 
1.
  Bitkinin  toxumundan  alınan  ədviyyələr  –  xardal, 
muskat cövüzü. 
2.
  Bitkinin meyvəsindən alınan ədviyyələr – cirə, zirə, 
razyana,  keşniş  toxumu,  qırmızı  istiot,  badyan  (ulduzvarı  cirə 
və  ya  hind  razyanası),  vanil,  hil,  ətirli  istiot,  ağ  və  qara  istiot, 
muskat çiçəyi. 
3.
  Bitkinin  çiçəyindən  və  onun  hissələrindən  alınan 
ə
dviyyələr – zəfəran, mixək. 
4.
  Bitkinin yarpağından alınan ədviyyələr – dəfnə yar-
pağı,  reyhan,  mərzə,  cəfəri,  şüyüd,  nanə,  tərxun,  dağnanəsi, 
kəklikotu, kərəviz, yarpız, dağkeşnişi və s. 
5.
  Bitkinin qabığından alınan ədviyyələr – darçın. 
6.
  Bitkinin  kökündən  alınan  ədviyyələr  –  qıtıqotu, 
koluriya, zəncəfil, sarıkök. 
Coğrafi mənşəyinə görə ədviyyələr 2 qrupa bölünür: 
1.
  Vətənimizdə  bitən  ədviyyələr.  Bu  qrupa  xardal, 
cirə, razyana, keşniş, qırmızı istiot, zirə, şüyüd, zəfəran, reyhan, 

 
335
dəfnə  yarpağı,  mərzə,  cəfəri,  tərxun,  dağnanəsi,  kəklikotu, 
qıtıqotu, koluriya və s. aiddir. 
2.
  Tropik  ölkələrdə  bitən  və  vətənimizə  gətirilən  əd-
viyyələr.  Bu  qrupa  muskat  cövüzü,  badyan  (ulduzvarı  cirə  və 
ya hind razyanası), vanil, hil, ətirli istiot, ağ və qara istiot, mus-
kat  çiçəyi,  mixək,  darçın,  zəncəfil  və  sarıkök  aiddir.  Bunların 
çeşidi  xaricdə  daha  çoxdur,  lakin  biz  yalnız  idxal  olunan 
ə
dviyyələrin adını çəkirik. 
Becərilən  ətirli  ədviyyəli  bitkilərdən  qırmızı  istiot,  xar-
dal, cəfəri, kərəviz, şüyüd, reyhan, cirə, keşniş, razyana və di-
gərləri daha çox əhəmiyyət kəsb edir. Bəzi ətirli ədviyyəli bit-
kilər göyərti tərəvəzi kimi də kulinariyada geniş tətbiq olunur. 
Emalından  asılı  olaraq  ətirli  ədviyyəli  bitkilər  təzə, 
qurudulmuş, konservləşdirilmiş və qurudulub üyüdülmüş halda 
istifadə olunur. 
Ə
tirli  ədviyyəli  bitkilər  qidanın  həzminə  və  mənimsə-
nilməsinə  təsir  etdiyindən,  tərkiblərində  ətirli,  bakterisid  və 
digər  bioloji  fəal  maddələr  olduğuna  görə  müxtəlif  ölkələrin 
xalq təbabətində qədimdən istifadə olunur. Lakin həkimlər tibbi 
məqsədlər üçün ətirli ədviyyəli bitkilərdən öz təcrübələrində bir 
qədər  gec  tətbiq  etmişlər.  Lakin  müasir  təbabətdə  ətirli  ədviy-
yəli  bitkilərdən  səmərəli  müalicə  məqsədilə  istifadə  olunması 
geniş vüsət almışdır. 
Biz ətirli ədviyyə bitkilərinin kimyəvi tərkibini, təyinatını 
və  müalicəvi  xassələrini  onların  adlarına  görə  əlifba  sırası  ilə 
izah edirik. 
 Adi  zirə  –  Тмин  обыкновенный  Carum  Carvi  L. 
Çətirçiçəklilər (Umbelliferae) fəsiləsinə mənsub olan birillik və 
ya  ikiillik  ot  bitkisinin  (Carum  Carvi  L.)  ikitoxumlu  mey-
vəsidir.  30  növündən  Azərbaycanda  3  növünə  təsadüf  edilir. 
Ə
sasən  Ukraynada,  Qafqazda,  Belorusda,  Şərqi  və  Qərbi 
Sibirdə, Uzaq Şərqdə və Orta Asiyada becərilir. Azərbaycanda 
sənaye  əhəmiyyətli  plantasiyaları  yoxdur,  lakin  yetişir  və  xalq 
arasında ədviyyə bitkisi kimi istifadə edilir. 
 
336
Meyvəsi  tam  yetişdikdən  sonra  yerə  töküldüyündən, 
ə
sasən tam yetişməmiş halda yığılır. Bitki biçilir, qurudulur və 
döyülür. Meyvəsinin uzunluğu 3-6 mm, eni isə 1-2 mm-dir.  
Hündürlüyü  30-80  sm-ə  çatan  ikiillik  bitkidir.  Gövdə-
sinin  üzərində  sıra  ilə  düzülmüş  uzunsov  lələkvarı  yarpaqları 
vardır.  Yerüstü  gövdəsinin  başında  ağ  rəngli  xırda  çiçəkləri 
çətir  şəklində  düzülmüşdür.  Meyvəsi  bir-birinə  yapışıq  halda 
iki  dənədən  ibarətdir.  Meyvəsinin  xoş  iyi  və  dadı  vardır.  Zirə 
meşə  zonalarında  yabanı  halda  bitir.  Azərbaycanın  subalt  çə-
mənlərində  dağ  zirəsinə  daha  çox  təsadüf  olunur.  Zirə  xoşa-
gələn ətirli bir bitki kimi Abşeron kəndlərində çoxdan bəri be-
cərilir  və  dərman  məqsədilə  istifadə  olunur.  Meyvələrini  ye-
tişən  dövrdə  toplayır,  quru  binalarda  və  ya  günəş  altında 
qurudub tədarük məntəqəsinə təhvil verirlər. 
Meyvəsinin tərkibində 3-7% efir  yağı, 22% piyli  yağ və 
25%-ə  qədər  zülal  maddəsi  vardır.  Efir  yağının  tərkibinin  50-
60%-ni karvon adlanan ətirli maddə təşkil edir. 
Meyvənin  rəngi  boz-sarımtıl,  dadı  kəskin  yandırıcı  acı 
ə
dviyyəlidir.  Nəmliyi  12%,  zibil  qatışığı  2%,  zədələnmiş  və 
yetişməmiş meyvələri 12%-dən çox olmamalıdır. Zirə kisələrdə 
və tarasız daşınır. 
Zirədən  çörəkçilikdə,  qənnadı  sənayesində,  pendir  isteh-
salında,  kələmin  turşudulmasında,  likör-araq  sənayesində  isti-
fadə  olunur.  Zirədən  alınan  efir  yağı  likör-araq,  ətriyyat  və 
tütünçülük sənayesində, həmçinin, təbabətdə işlədilir. Efir yağı-
nın  antibakterial  xassələri  vardır.  Dərmanların  ətirləndirilmə-
sində də istifadə edilir. Balverən bitkidir. 
Zirənin müalicəvi xassələri. Elmi təbabətdə zirə meyvə-
lərindən bir sıra mürəkkəb dərmanların tərkibində ətirli maddə 
kimi və eyni zamanda,  mədə-bağırsaq xəstəliklərində mədənin 
həzm  prosesini  yaxşılaşdıran  və  zəif  köpmə  zamanı  geniş 
istifadə edilir. 
Xalq  təbabətində  mədə-bağırsaq  xəstəliyində  zirədən 
dəmləmə  kimi  istifadə  edilir.  Bu  məqsədlə  meyvəsini  əvvəlcə 

 
337
xırdalayıb toz halına salır, sonra ondan iki çay qaşığı bir stəkan 
qaynar  suda  dəmləyib  yeməkdən  əvvəl  gündə  3  dəfə  1/3-1/2 
stəkan  içirlər.  Zirə  mədə-bağırsaq  xəstəliklərinin  çox  şəfalı 
dərmanı  hesab  olunur.  Meyvələrindən,  eyni  zamanda  qənnadı, 
çörək  və  digər  yeyinti  məhsullarının  tərkibində  xoş  ətirverici 
maddə kimi də işlədirlər. 
Zirə Avropa və Amerikada rəsmi müalicə vasitəsi hesab 
edilir. Zirə yaşlılara, uşaqlara, eləcə də qida həzmi pozuntuları 
və  meteorizm  (qarın  köpü)  zamanı  tətbiq  olunur.  Zəif  qəbiz-
likdə, köpmə olduqda, mədədəki ağrıları sakitləşdirici kimi zirə 
tinkturası  içmək  məsləhət  görülür.  Belə  tinktura  hazırlamaq 
üçün 1 xörək qaşığı xırdalanmış toxum 1 stəkan qaynayan suda 
ağzı bağlı saxlanılır, soyudulur və süzülür, yeməkdən əvvəl 2-3 
xörək  qaşığı  qəbul  edilir.  Uşaqlara  gündə  5-6  dəfə  yeməkdən 
ə
vvəl 1 çay qaşığı verilir. Uşaq tinkturasını şəkər və ya şərbətlə 
də şirinləşdirmək olar. 
Zirə  tinkturasından  həm  də  iştahartırmaq  üçün  istifadə 
edilir. Bakı kəndlərində yaşlı insanlar yeməkdən əvvəl bir neçə 
tikə çörəyi zirəyə batırıb yeyir, bununla da həm iştaha artır və 
həm də yeyilən əsas qida daha yaxşı həzm olunur. 
Südverən qadınlar südün yaranmasını artırmaq məqsədilə 
zirədən  aşağıdakı  qaydada  istifadə  edirlər.  1  xörək  qaşığı 
xırdalanmış  zirə  2  stəkan  qaynar  suda  3-5  dəq.  qaynadılır, 
soyudulur  və  yeməkdən  əvvəl  gündə  3-4  dəfə,  1/3-1/2  stəkan 
içilir. Südverən qadınlara zirə əlavəsi ilə bişirilmiş çörək yemək 
də məsləhət görülür. Zirə həm də ödqovucu kimi də xeyirlidir. 
Bəzi  cəhətlərinə  görə  zirə  süpürgəgülündən  və  dovşanqulağın-
dan  üstündür.  Məhz,  bu  səbəbdən  zirə  öz  təsirinə  görə  bitki 
mənşəli  müxtəlif  çay  yığımlarının  –  əczaxana,  büzüşdürücü 
(mədə  üçün),  yumşaldıcı,  yelqovucu,  sakitləşdirici  –  tərkibinə 
daxil edilir. 
Ağ  istiot  –  Белый  перец  –  Piper  alba.  stiot  (Pipe-
raceae)  fəsiləsindən  çoxillik,  sarmaşan  tropik  bitkisinin  tam 
yetişmiş meyvələrindən alınır. Yetişmiş meyvələr dərilir, dəniz 
 
338
suyunda  və  ya  əhəng  suyunda  isladılır,  yaxud  da  ferment-
ləşdirilir və meyvə qişasından təmizlənib qurudulur. Ağ istiotun 
dənləri  uzunsov  yumru,  diametri  4,5  mm-ə  qədər  olur.  Ağ 
istiotun  ən  məşhur  sortları  Muntak  (Indoneziyada  becərilir), 
Saravak,  Batoviya  istiotlarıdır.  100  ədəd  dənin  kütləsi  3,23q-
dan 5,27 q-a qədər olur. 
Dənləri  sarımtıl-boz  rəngli  və  üzərində  çiçəkliyindən 
saplağına doğru uzanan zərif zolaqlar görünür. Ağ istiotun dadı 
və ətri qara şstiot kimi kəskin ətirli və çox  yandırıcı deyil.  Bu 
istiotun  meyvə  qişası  ayrıldığı  üçün  nisbətən  azyandırıcı  və 
zərif  ətirli  olur.  Ağ  istiotun  kimyəvi  tərkibi  faizlə  aşağıdakı 
kimidir:  su  –  11,4-15,0;  azotlu  maddələr  –  11,6-13,3;  efir 
yağları  –  1,4-3,2;  yağ  –  6,4-8,6;  karbohidratlar  –  51,3-61,6; 
sellüloza  –  4,9-9,5;  kül  –  0,7-3,5;  qatran  –  0,2-0,4;  piperin  – 
6,1-9,4; piperidin – 0,2-0,4. 
Standart  üzrə  nəmliyi  12%-ə  qədər,  efir  yağı  0,8%-ə 
qədər, ümumi külü 5%-dən çox olmamalıdır. Dənəvər və üyü-
dülmüş halda satışa verilir. 
Ağ  istiotun  müalicəvi  xassələri  qara  və  ətirli  istiotun 
təsiri kimidir. 
At  əvəliyi,  əvəlik    Шавель  конский  –  Rumex  con-
fertus  Willd.  Əvəlikçiçəklilər  fəsiləsindən  olub  gövdəsinin 
uzunluğu 1,5 m-ə çatan çoxillik ot bitkisidir. Atəvəliyi dünyada 
150-yə  qədər,  Azərbaycanda  isə  17  növü  yayılmışdır.  Əvəlik 
növlərinin  bir  çoxu  qida  əhəmiyyətli,  aşı  maddəsi  tərkibli,  bo-
yaq bitkisi kimi istifadə olunur. Atəvəliyi Azərbaycanda Böyük 
Qafqazın  meşə  ətəyi  bölgələrində,  yuxarı  dağlıq  zonalarında, 
dağ  çəmənliklərində  rast  gəlinir.  Respublikamızın  bir  çox 
bölgələrində bunun bol ehtiyatı var. 
Uzun  saplaqlı  yarpaqları  üçkünc-yumurtavarı,  kənarları 
dalğalı, uzunluğu 30 sm-ə, eni 15 sm-ə qədər olur. Gövdəsinin 
yuxarı  hissəsində  yarpaqlar  xırda  və  ensizdir.  Sünbül  şəklində 
yerləşmiş  xırda  yaşılımtıl  çiçəkləri  iki  cərgə  düzülmüş  6 
bölgülü  çiçəkyanlığından  ibarət  olur.  Bitki  may-iyul  aylarında 

 
339
çiçəkləməyə  başlayır.  Bu  bitkiyə  meşə  talasında,  sulu  çəmən-
liklərdə, çay və göl kənarlarında yabanı halda təsadüf olunur. 
Azərbaycanın  bir  çox  rayonlarında  əvəlik  ehtiyatı 
çoxdur. Son illər bitkinin kökündən dərman məqsədilə istifadə 
olunur.  Kökündə  4%  antraxinon  törəmələri  (xrizofan  turşusu, 
emodin
), 8-15% aşı maddəsi (pirokatexin və piroqallol qrupu), 
kofein
 turşusu, nepodin flavonoidi, turşəng turşusunun kalsium 
duzu,  K  vitamini,  yarpaqlarında  60,5  mq%,  çiçəklərində  isə 
68,4 mq% C vitamini, rutin, qiperazid, efir yağı, dəmir birləş-
mələri, qatranlar vardır.  
Ə
vəlik bitkisinin ədviyyat və qida əhəmiyyətli növlərinin 
yaşıl  hissəsində  2,93%  azotlu  maddə,  0,4-1,41%  şəkər,  19-
30%-ə qədər zülali maddə, 1,43% mineral maddə, 10%-ə qədər 
quzuqulağı  turşusu,  C,  A,  B
1
,  B
2
,  PP  vitaminləri,  rutin,  flavo-
noid birləşmələri, kalium, dəmir və s. vardır. 1 kq yaşıl yarpa-
ğ
ında  245  kalori  vardır.  Əvəliyin  yaşıl  hissəsində  2  mq%  də-
mir,  0,6  mq%  mis,  0,13  mq%  ftor,  9  mq%  manqan,  1,5  mq% 
sink,  0,19  mq%  molibden,  0,62  mq%  nikel,  0,02  mq%  arsen, 
10  mq%  stronsium,  140  mq%  natrium,  579  mq%  kalium,  35 
mq% maqnezium vardır. 
Ə
vəlik  aprel-iyun  aylarında  toplanır  və  saç  kimi  hörü-
lərək  qurudulur.  Quru  əvəlikdən  müxtəlif  xörəklər  hazırlanır. 
Ə
vəlikli  aş,  əvəlikli  umac,  əvəlikli  sıyıq,  əvəlikli  piti,  əvəlikli 
bozbaş,  yarmalı  aş  və  s.  müalicəvi  məqsədlə  istifadə  olunur. 
Ə
vəlik həm də dovğaya, qutaba və müxtəlif şorbalara ədviyyat 
kimi də əlavə edilir. 
Ə
vəliyin  müalicəvi  xassələri. Əvəliyin tərkibində 2-3% 
antrasenin törəməsi, 8-13% aşı maddəsi və K vitamini olduğun-
dan, onun kökündən və meyvəsindən alınan həlimdən (10:200) 
və tozundan qanlı ishala və bağırsaq xəstəliklərinə qarşı istifadə 
olunur.  O  həm  də  qankəsici  və  büzüşdürücü  xassəyə  malik 
olduğu  üçün  ağızı  və  boğazı  qarqara  etmək  məqsədilə  tətbiq 
edilir.  Əvəliyin  digər  növləri  də,  məsələn,  qumral  əvəlik  – 
Rumex  crispus  L.,  ispanaq  əvəliyi  –  Rumex  patientia  L.
 
340
kütyarpaqlı  əvəlik  –  Rumex  abtusif  alius  L.  eyni  xassəyə 
malikdir. 
Elmi  təbabətdə  atəvəliyi,  ravənd  kökünün  əvəzedicisi 
kimi kiçik dozalarda büzücü, böyük dozalarda isə işlətmə dər-
manı kimi istifadə olunur. Bitki antibakterial xassəyə malikdir. 
Azərbaycanda  yayılmış  əvəlik  bitkilərindən  qıvrım 
başcıqlı əvəlik əhali tərəfindən daha çox istifadə olunur. Quru-
dulmuş  əvəlik  xırdalanır  və  ondan  «əvəlikli  aş»  bişirib  mədə-
bağırsaq pozuntusu zamanı xəstələrə verilir. 
Ə
vəliyin  başqa  növlərindən  isə  sarı  və  qırmızı  boya 
maddəsi almaq məqsədilə istifadə olunur. 
Bədrənc,  (Ballınanə,  Limonotu)    Мелисса  лекар-
ственная
, (Лимонная мятаМедовка) – Melissa officinalis 
L. Bədrənc dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olub gövdə-
sinin  uzunluğu  50-125  sm-ə  çatan  çoxillik  xoş  limon  ətirli  ot 
bitkisidir.  Yarpaqları  yumurtavarı  və  kənarları  mişarşəkilli 
olub,  uzunluğu  6  sm,  eni  3  sm-ə  qədər  olur.  Iyun  ayından  av-
qust ayına qədər çiçəkləyir. Çiçəkləri sarımtıl, ağ, çəhrayı və ya 
bənövşəyidir. Meyvəsi quru, dörd çılpaq yumurtavarı formada, 
tünd  boz  və  ya  qara  parıltılı  toxumdur.  Qafqazda,  Rusiyanın 
Avropa  hissəsində,  Orta  Asiyada,  Cənubi  Avropada,  Şimali 
Afrikada,  Şimali  Amerikada  yabanı  halda  rast  gəlinir.  Əsasən 
yarpaqları və yuxarı zoğları çiçəkləyən vaxt toplanır, qurudulur 
və istifadə olunur. 
Tərkibində  kəskin  limon  iyi  verən  0,33%-ə  qədər  efir 
yağı vardır. Efir yağının tərkibində sitral, sitronellol, mirsen və 
geraniol
  vardır.  Eyni  zamanda,  yarpaqlarında  150  mq%  C 
vitamini,  toxumunda  20%-ə  qədər  yağ,  yarpaqlarında  qatran, 
9%-ə qədər aşı maddəsi, qəhvə, olean və ursol turşusu vardır. 
Bədrənc  ətirli,  dərman  və  balverən  bitki  kimi  qədimdən 
məşhurdur.  Bədrənc  təzə  və  ya  qurudulmuş  halda  tamlı  qatqı 
kimi salatlara, ət, balıq və göbələk xörəklərinə əlavə edilir. Çay, 
sirkə,  şərab  və  likörlərin  ətirləndirilməsində  istifadə  olunur. 
Ə
dviyyə  qatışıqları  hazırladıqda  qara  və  ətirli  istiotu  əvəz  edə 

 
341
bilər.  Bədrənc  təbabətdə,  ətriyyat,  yeyinti  və  likör-araq  səna-
yesində  –  «Şartrez»  və  «Benediktin»  likörləri  və  məşhur  rus 
içkisi  «Yerofiç»  (nastoyka)  istehsalında  istifadə  olunur.  Qiy-
mətli  bal  verən  bitkidir.  Bir  hektar  sahədən  arılar  150  kq  bal 
hasil edirlər. 
Bədrəncin  müalicəvi  xassələri.  Bədrəncdən  hazırlanan 
preparatlar ürək xəstəliklərində yaxşı təsir göstərir. Təngnəfəs-
lik  keçir,  taxikardiya  halları,  eləcə  də,  ürək  nahiyəsindəki 
ağrılar  aradan  qaldırılır.  Bədrəncdən  hazırlanan  tinktura  və 
həlimləri qəbul etdikdə tənəffüs normallaşır, ürəyin ritmi azalır 
və  qantəzyiqi  aşağı  düşür.  Bolqariyada  bədrəncdən  ağrıkəsici, 
spazmaya qarşı, əsəb sistemini sakitləşdirən, iştahaartıran, san-
cını  yüngülləşdirən  və  ürəkbulanmaya  qarşı  bir  vasitə  kimi  is-
tifadə  olunur.  O,  həmçinin,  əsəb  zəifliyində,  miqrendə,  yuxu-
suzluqda,  yüksək  cinsi  həyəcanlanmada,  ağrılı  aybaşıda,  dəri 
səpkilərində məsləhət görülür. Xaricə istifadə etmək məqsədilə 
çibanlara kompres və islatma, diş dibinin iltihabında isə qarqara 
üçün tətbiq olunur. 
Xaricə  masaj  üçün  1:5  nisbətində  hazırlanmış  spirtli 
tinkturadan,  daxilə  qəbul  etmək  üçün  isə  8-10  q  xırdalanmış 
bədrənc 500 ml qaynar suda yarım saat ağzı bağlı qabda saxla-
nılmaqla  alınan  həlimdən  istifadə  olunur.  Kompres  və  islatma 
üçün  tinktura  hazırladıqda  xammal  ikiqat  artıq  götürülür. 
Bədrəncdən  hazırlanmış  həlim  mədə-bağırsağın  fəaliyyətini, 
xüsusən  bağırsaqlarda  köpməni  nizamlayır  və  sakitləşdirici  tə-
sir göstərir. 
Xalq təbabətində bədrəncdən qıcolma, ağrıkəsici və ürək 
xəstəliklərinə qarşı istifadə olunur. Yarpaqlarından və uc pöhrə-
lərdən hazırlanmış tinktura qidanın pis həzmində, təngnəfəslik, 
asma,  əsəbilik,  yuxusuzluq,  qanazlığı,  ağrılı  aybaşı  zamanı, 
eləcə  də,  tərlədici  və  mədəni  yumşaldıcı  vasitə  kimi  istifadə 
olunur.  Bədrənc  tinkturasından  başgicəllənmədə,  podaqrada, 
ə
səb  sisteminin  və  ürəyin  fəaliyyətinin  yaxşılaşdırılmasında 
istifadə  olunur.  Ibn-Sina  bədrəncdən  ürəyin  fəaliyyətini,  qida 
 
342
həzmini  yaxşılaşdıran  və  melanxoliyanı  (qəm-qüssəni)  aradan 
qaldıran vasitə kimi məsləhət görürdü. 
Bədrənc  efir  yağınınnoksiki  təsiri  azdır  və  ürəkağrısına 
qarşı preparatların tərkibinə daxil edilir. Belə preparatları qəbul 
edən xəstələrdə təngnəfəslik azalır, taxikardiya və ürək nahiyə-
sindəki ağrılar keçib gedir və qan təzyiqi aşağı düşür. 
Xalq təbabətində bədrəncdən hazırlanan tinkturadan işta-
haartırıcı  və  həzm  orqanlarının  fəaliyyətini  yaxşılaşdırmaq 
üçün  tətbiq  olunur.  Bədrəncdən  həm  də  ağrıkəsici  vasitə  kimi 
boğaz ağrılarına, mədənin kəskin ağrılarına və əsəb xəstəliklə-
rinə  qarşı  istifadə  edirlər.  Müasir  dövrdə  bədrəncdən  sakit-
ləşdirici  dərman  kimi  1:10  nisbətində  hazırlanmış  həlim  və 
yaxud  tinkturadan  kəskin  qıcıqlanmaya,  isteriyaya,  ipoxond-
riyaya  (ruh  düşkünlüyü)  və  yuxusuzluğa  qarşı  istifadə  edilir. 
Belə  tinktura  qanazlığı  zamanı  da  yaxşı  təsir  göstərir.  Xalq 
təbabətində ürəkdöyüntüsü və ürək nahiyəsindəki ağrılara qarşı 
10-15  damcı  bədrənc  yağı  qəbul  etmək  məsləhət  görülür.  Bu 
yağ həm də tərlədici və aybaşını normallaşdıran vasitə kimi də 
işlədilir.  Dişlərin  və  diş  ətinin  xəstəliklərində  bədrənc  yarpaq-
larından  hazırlanmış  həlimlə  ağız  boşluğunu  qarqara  edirlər. 
Belə həlimdən islatma və kompres oynaqlardakı yel xəstəliyinə, 
ə
zələlərin ağrılarına, yara və əziklərə qarşı da istifadə olunur. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin