Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

Porey soğanı  Лук порей – Allium porrum L. Zanbaq 
(Liliaceae)  fəsiləsindəndəir. Bu soğanın baş soğanağı silindrik 
formada olub, bir qədər kök hissədə şişmiş haldadır. Yarpaqları 
sarımsaqda  olduğu  kimidir.  Cavan  yarpaqları  qidaya  sərf 
olunur,  lakin  qidaya,  əsas  etibarilə,  aşağı  tərəfdə  olan  qalın 
hissə daha çox işlədilir. Porey soğanı şirintəhər dada malikdir. 
Onu təzə, bişirilmiş və qurudulmuş halda yeyirlər. Porey soğanı 
antik ölkələrdə qədimdən məlumdur. 
Porey  soğanından  çox  az  hallarda  tibbi  məqsədlər  üçün 
istifadə olunur, lakin onun orqanizmə təsiri baş soğan kimidir. 
Sidikqovucu  xassəsinə  görə  porey  soğanı  kökəlməyə  qarşı, 
böyrəklərdəki  daş,  podaqra  və  digər  xəstəliklərdə  istifadə 
olunur. 
Ravənd  –  Ревень  огородный  –  Rheum  rhaponticum 
L. Qarabaşaq (Faqopurumaceae) fəsiləsindən, hündürlüyü 1,5-
2,5  m  olan  çoxillik  ot  bitkisidir.  Kökü  qısa,  iri,  ətli  və  kəsik 
hissədə  sarı  rəngdədir.  Zoğları  düzdür,  qırmızımtıl  ləkələrlə 
örtülmüşdür.  Yarpaqları  iri  olub  kök  hissədə  ətlikli  çilikvarı 
başlıqlar  əmələ  gətirir.  Çiçəkləri  xırda  olub  süpürgəşəkilli 
hamaşçiçəkdə toplanmışdır. 
Ravəndin  vətəni  Mərkəzi  Çin  hesab  olunur.  Oradan 
məşhur  rus  səyyahı  N.M.Prijevalski  onu  Rusiyaya  gətirmişdir. 
Avropaya  isə  orta  əsrlərdə  hind  monax-səyyahları  tərəfindən 
gətirilmişdir.  Qərbi  Avropa  ölkələrində  ravəndi  XVIII  əsrin 
ortalarından  istifadə  etməyə  başlamışlar.  Hazırda  ravəndin 
müxtəlif sortları becərilir. Azərbaycanda bu bitki çox az istifadə 
olunur. 
 
322
Qidaya,  əsasən  cavan  yarpaqların  50-70  sm-dən  çox 
olmayan  zoğları  (çiliklər)  istifadə  olunur.  Bunun  tərkibində 
2,5%-ə  qədər  alma,  turşəng  və  digər  üzvi  turşular,  çox 
miqdarda kalium duzları, C və P vitaminləri və digər maddələr 
vardır. Yazbaşı orqanizm vitamin çatışmazlığı hiss etdikdə, bu 
zoğlar  giləmeyvələri  müvəffəqiyyətlə  əvəz  edir.  Ravənd 
zoğlarından kisel, kompot, mürəbbə, sous və qənnadı məmulatı 
hazırlanır. 
Uzun  müddət  saxlamaq  üçün  ravənddən  püre  hazırlanır. 
Bu məqsədlə zoğlardan sıx qabığı təmizlənir, yuyulur və xırda 
doğranır.  Emallı  qazana  bir  qədər  su  tökülüb  qaynadılır,  şəkər 
həll  edilir  və  xırdalanmış  ravənd  tökülüb  daim  qarışdırmaq 
şə
rtilə  zoğlar  yumşalana  qədər  bişirilir  və  süzgəcdən  keçirilib 
püre halına salınır. Hazır püre bankalara yığılıb ağzı bağlanılır. 
1  litrlik  bankaya  800  q  təmizlənib  doğranmış  ravənd,  120  q 
şə
kər  və  100  q  su  götürülür.  Püreni  sərin  yerdə  saxlamaq 
lazımdır. 
Ravəndin  müalicəvi  xassələri.  Ravəndin  yeyilən  bitki 
kimi əsas çatışmayan cəhəti onun tərkibində turşəng turşusunun 
çox  olmasıdır.  Məlumdur  ki,  uşaqlar  üçün  bu  turşunun  3-4 
qramı  çox  təhlükəli  hesab  olunur.  Lakin  zəhərlənmə  çox 
miqdarda  ravənd  qəbul  edərkən  baş  verir.  Bu  isə  çox  nadir 
hallarda  olur.  Zəhərlənmədə  xəstə  tez-tez  qaytarır  və  qıcolma 
baş verir. 
Ravənddən  tibbi  məqsədlər  üçün  istifadə  olunmasına 
qidadakından əvvəl başlanmışdır. Bu günə qədər ravəndin kökü 
və kökümsovu öz dərman dəyərini itirməmişdir. Lakin çox vaxt 
dərman xammalı kimi bostan ravəndi deyil, digər ravənd növ-
ləri  (tanqut  və  ya  uzaqgörən  ravənd)  istifadə  olunur.  Bunların 
tərkibində  bioloji  fəal  qlükozidlər,  qatranlı  və  rəngləyici 
maddələr  vardır.  Tannoqlikozid  mədə-bağırsağa  büzüşdürücü, 
digər  antraqlükozid  isə  ravənd  qəbul  etdikdən  8-10  saat  sonra 
işlətmə  təsirinə  malik  olur.  Işlətmə  dərmanı  kimi  daimi 
qəbizlikdə  köklərdən  hazırlanan  tozvarı  məhsul  (0,1-0,3  q  hər 

 
323
dəfə),  quru  ekstrakt,  şərbət  və  tinktura  qəbul  edilir.  Bunu 
bağırsaqlara  çox  qaz  toplandıqda  və  bağırsaqların  zəif  peris-
taltikasında  qəbul  etmək  məsləhət  görülür.  Bu  preparatları  2-3 
dəfə  az  dozada  mədəni  bərkitmək  üçün  tətbiq  edirlər.  Ishala 
qarşı  istifadə  olunan  tannoqlikozidlər  həm  də  antiseptik 
xassələrə malikdir.  
Sarımsaq  –  Чеснок  –  Allium  Sativum.  Süsən 
(Iridaceae) fəsiləsindən olan çoxillik tərəvəz bitkisidir (Allium 
Sativum).  Vətəni  Cənubi  Asiyadır.  Mədəni  halda  qədimdən 
becərilir. Sarımsaq hazırda bütün dünyada və müxtəlif xalqların 
kulinariyasında  geniş  istifadə  olunur.  Eyni  zamanda,  sarımsaq 
digər  tərəvəzləri  duza  və  sirkəyə  qoyduqda,  konserv  səna-
yesində  və  kolbasa  istehsalında  istifadə  olunur.  Kulinariyada 
xırda  doğranmış  və  ya  əzilmiş  sarımsaq  bir  çox  ət  və  tərəvəz 
xörəklərinə,  quru  (ikinci)  xörəklərə,  həlməşiyə  (холодец), 
qiymələnmiş  balığa  və  bəzi  souslara  əlavə  edilir.  Sarımsaq 
qidaya  tünd,  ədviyyəli  dad  və  xüsusi  ətir  verir.  Sarımsağın  bu 
keyfiyyətini  qorumaq  üçün  xörəyə  bişmənin  sonunda  əlavə 
edilməlidir. 
Sarımsağın  başı  mürəkkəb  quruluşlu  olub,  bir  neçə 
dişdən  ibarətdir.  Dişlərin  sayı  iri-xırdalığından  asılıdır.  Xırda-
larda 3-5 ədəd, orta irilərdə 6-12 ədəd, irilərdə isə 13-25  ədəd 
diş olur. Hər diş öz pərdəsində yerləşir. Bütün dişlər birlikdə bir 
köynəyə bükülür. Sarımsaq hər başın çəkisinə görə xırda (20 q-
a qədər), orta iri (20-30 q) və iri (30 q-dan çox) olur. Forması 
dairəvi, yastı-dairəvi, oval və s. şəklindədir. Dadına görə tünd, 
yarımtünd və zəif tünd olur. 
Sarımsaqda 0,23-0,74% efir yağı vardır. Efir yağının əsas 
tərkibini  allin  təşkil  edir.  Bu  kükürd  tərkibli  aminturşusudur. 
Sarımsağı  əzdikdə  allinaza  fermentinin  təsirindən  həmin  efir 
yağı  parçalanaraq  allisin,  ammonyak  və  piroüzüm  turşusu 
ə
mələ  gəlir.  Allisin  maddəsi  bakterisid  xassəli  olmaqla  sarım-
sağın əsas iyini təşkil edir. Sarımsaqda olan efir yağının 60%-ni 
allisin təşkil edir. 
 
324
Sarımsağın  tərkibində  başqa  kükürdlü  birləşmələrdən 
allil-propil-disulfid
  maddəsi  də  vardır  ki,  bu  da  çox  fitonsid 
xassəyə  malikdir.  Sarımsağın  efir  yağı  fitopatogen  mikroblara 
qarşı bakterisid təsir göstərir. Sarımsaqda fitonsidlər də vardır. 
Sarımsaq bütöv deyil, ayrı-ayrı dişləri ilə əkilib becərilir. 
O, toxum vermir. Əkilməsinə görə yaz və payız sarımsağı bir-
birindən fərqlənir. Payızda əkilən sarımsaq mürəkkəb (çoxdişli) 
baş  əmələ  gətirir.  Onun  tərkibində  olan  quru  maddə  yazda 
ə
kilənə  nisbətən  çox,  dadlı  və  ətirli,  həmçinin,  çox  tünd  olur. 
Ə
kilən  sarımsaq  sortları  2  qrupa  bölünür:  tezyetişən  çəhrayı 
sarımsaq  və  adi  ağ  sarımsaq.  Sarımsaq  sortlarına  becərildiyi 
rayonun  adı  verilir:  «Mürəkkəbdişli  Krasnodar»,  «Soçi», 
«Dunqan»,  «Özbək»,  «Ağ  Ukrayna»,  «Qribov-260»,  «Enli-
yarpaq-220», «Vitebsk», «Odessa» və s. 
Azərbaycanda  «Masallı»,  «Ağ Şunduk» və  «Enliyarpaq-
220» sarımsaq sortları becərilir. 
Sarımsaq  təzə  və  sirkəyə  qoyulmuş  halda  qidaya  sərf 
edilir. Xörəklərə və qəlyanaltılara sarımsağı xırdalayıb qatırlar. 
Ondan  tamlı  qatqı  kimi  bir  çox  soyuq  və  isti  xörəklərin, 
həmçinin,  milli  xörəklərin  hazırlanmasında  istifadə  edilir. 
Sarımsaqdan  kolbasa  istehsalında  da  istifadə  edilir.  Sarımsaq 
xörəklərə tünd ədviyyəli dad və spesifik ətir verir. 
Sarımsaq  mədə-bağırsaq  xəstəliklərində  və  ateroskle-
rozda  şəfaverici  bakterisid  dərman  kimi  çox  əhəmiyyətlidir. 
Sarımsaq  mədə-bağırsaq  üzvlərinin  şirə  ifrazetmə  fəaliyyətini 
artırır,  bağırsaqda  gedən  qıcqırma  və  çürümə  proseslərinin 
qarşısını  alır  və  eyni  zamanda,  o  «qurdqovucu»  təsir  göstərir. 
Sarımsaqdan  spirtli  «Allilsat»  adlı  preparat  hazırlanır  və 
müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunur. 
Sarımsağın  müalicəvi  xassələri.  Sarımsaqdan  dərman 
bitkisi kimi istifadə olunmasını ilk dəfə Dioskorid söyləmişdir. 
Qədim dövrdə sarımsağı iştahanın az olması, zəifləmə, öskürək, 
qarınağrısı, dəri və digər xəstəliklərdə təyin edirdilər. Sonralar 
sarımsaqla  müalicə  daha  da  geniş  vüsət  alır.  Ibn-Sina  (Avi-

 
325
senna) sarımsağı «bütün xəstəliklər»-də tətbiq etməyi məsləhət 
görürdü. Müasir təbabətdə də sarımsaq çoxsahəli tətbiq olunur. 
Onu  xüsusilə  qida  həzmini  yaxşılaşdırmaq  üçün  həvəslə 
yeyirlər.  Sarımsaq  iştahanı  artırır,  qida  həzmində  iştirak  edən 
fermentlərin  və  ödün  ifrazını  artırır,  qidanın  yaxşı  həzminə 
kömək  edir.  Sarımsaq,  həmçinin,  bağırsaqlardakı  ağrıları 
aradan  qaldırır  və  onu  sakitləşdirir.  O,  həm  də  sidik  ifrazını 
artırır, cinsi vəzilərin ehtiras fəaliyyətini yaxşılaşdırır, periferik 
və ürəyin qan (tac) damarlarını genişləndirir, ürəyin yığılmasını 
artırır  və  ürək  ritmini  yavaşıdır.  Sarımsağın  araqdakı  tinktura-
sından müalicəvi vasitə kimi böyrək və sidik kisəsində daş ol-
duqda,  yel  xəstəliyində  və  podaqrada  istifadə  olunur.  Sarım-
saqdan  tənəffüs  orqanları  və  dəri  xəstəliklərində,  bağırsaq  və 
digər infeksion xəstəliklərdə geniş istifadə olunur. Avropada və 
Kubada sarımsaq yağından sarılığa qarşı istifadə olunur. 
Sarımsağı  tez-tez  hipertoniya  xəstəliyində  və  ateroskle-
rozda  istifadə  edirlər.  Sarımsaq  bu  xəstəliklərlə  müşayiət 
olunan  başağrısı,  başgicəllənmə,  yuxusuzluq,  zehni  fəaliyyətin 
zəifləməsi  hallarının  aradan  qaldırılmasına  kömək  edir.  Belə 
hallarda gündə 2-3 diş sarımsaq yemək, eləcə də həmin miqdar 
sarımsağı mədə-bağırsağın infeksion xəstəliklərində, kolitdə və 
bronxitdə qəbul etmək məsləhət görülür. 
Sarımsağın  xaricə  tətbiqi  də  müxtəlifdir.  Sətəlcəm, 
bronxial astma (təngnəfəslik) və göy öskürəkdə sinəni kərəyağı 
və  ya  donuz  piyi  ilə  qarışdırılmış  sarımsaq  əzintisi  ilə  ovxa-
layırlar.  Bişirilmiş  sarımsaq  əzintisi  ilə  kərəyağı  və  ya  süddə 
bişirilmiş  sarımsaq  irinli  yaraların  daha  tez  yetişməsi  və  ağrılı 
döyənəklərin  (mozol)  yumşaldılması  üçün  yaxşı  vasitə  hesab 
olunur. Ziyil, dəmirov, ekzema və digər dəri xəstəliklərini təzə 
sarımsaq  əzintisi  və  ya  şirəsi  ilə  müalicə  edirlər.  Saçları 
möhkəmləndirmək üçün başın dərisi sarımsaq şirəsi ilə silinir. 
Sarımsağın  orqanizmin  infeksion  xəstəliklərə  qarşı 
müqavimətini artırmaq üçün istifadəsi, hətta qanlı ishal, qarın-
yatalağı,  vəba  kimi  xəstəliklərin  xalq  təbabətində  sarımsaqla 
 
326
müalicə üsulları hazırda öz elmi izahını tapmışdır. Sarımsaqda 
çox  güclü  təsirə  malik  və  tərkibində  uçucu  maddələr  olan 
fitonsidlər vardır. Sarımsaqdan allisin adlı antibiotik alınmışdır. 
Bu,  çox  zəif  qatılıqda  belə  (1:25000)  bakteriyalara  öldürücü 
təsir göstərir. Allisin sarımsağın tərkibində alliindən əmələ gəlir 
və  suda  həll  olan  yağlıtəhər  xüsusi  iyə  malik  mayedir.  Allisin 
saxlanılma zamanı asanlıqla parçalanır. Sarımsağın fitonsidləri 
streptokokkları,  stafilakokkları,  tif  bakteriyalarını,  vəba 
vibrionlarını (əyri çöpşəkilli mikrob), vərəm çöplərini və digər 
xəstəliktörədən  mikrobları  öldürür.  Bununla  da  sarımsağın  və 
ondan  hazırlanan  preparatların  cürbəcür  (müxtəlif)  istifadə 
edilməsini şərtləndirir. 
Bir  dilim  sarımsağı  bir  neçə  dəqiqə  ağızda  çəynədikdə 
bütün  ağız  boşluğunda  olan  bakteriyaları  öldürür.  Sarımsaq 
fitonsidlərinin  uçucu  fraksiyasını  bir  neçə  dəfə  iyləməklə  qrip 
və  angina  müalicə  olunur.  Qripə  qarşı  profilaktik  vasitə  kimi 
sarımsaq  əzintisini  pambıq  piltə  (tampon)  ilə  buruna  qoyurlar. 
Kliniki  müşahidə  nəticəsində  sarımsaq  fitonsidlərinin  yuxarı 
tənəffüs  yollarının  iltihabı,  göy  öskürək,  ağciyərin  iltihabi  və 
irinli prosesləri, qulağın irinli və gözün selikli qişasının iltihabı, 
kolit  (yoğun  bağırsağın  iltihabı)  və  bakterial  qanlı  ishalın 
müalicəsində  sözsüz  səmərə  verməsi  təsdiq  olunmuşdur.  Təzə 
sarımsaq  əzintisini  tənzifə  büküb  irinli  yaraya  və  pis  sağalan 
xoralara qoyurlar. Belə əzintini qinikoloji təcrübədə də istifadə 
edirlər. 
Stomatoloqlar  müəyyən  etmişlər  ki,  sarımsaq  fitonsidlə-
rindən  istifadə  olunması  çürümüş  dişlərin  çıxarılmasından 
sonra baş verən ağırlaşmaların sayı 10-15 dəfə azalmışdır. 
Sarımsaqdan  uşaqlarda  qurda  qarşı  vasitə  kimi  istifadə 
olunması  çox  geniş  yayılmışdır.  Bu  məqsədlə  sarımsaq 
ə
zintisini və ya bütöv dilimləri düz bağırsağa yeridir və yaxud 
da 5-8 dilim sarımsaqdan hazırlanmış ilıq həlimlə imalə edirlər. 
Ə
czaçılıq  sənayesində  sarımsaqdan  bir  neçə  müalicəvi 
preparatlar  hazırlanır.  Sarımsaq  tinkturası  və  allilsat  (sarım-

 
327
sağın  spirtdə  hazırlanan  cövhəri)  bağırsağın  fəaliyyətinin 
zəifləməsi zamanı oradakı çürümə və qıcqırma proseslərini dəf 
etmək üçün, eləcə də hipertoniya xəstəliyində və aterosklerozda 
istifadə olunur. 
Sarımsağın  quru  ekstraktı  alloxol  preparatının  tərkibinə 
daxildir.  Alloxolun  tərkibinə,  həmçinin,  heyvanın  quru  ödü, 
gicitkən  ekstraktı  və  aktivləşdirilmiş  kömür  daxildir.  Alloxol 
preparatı  qaraciyərin  və  öd  kisəsinin  kəskin  və  xroniki 
iltihabında, eləcə də vərdişi qəbizlikdə istifadə olunur. 
Sarımsağın şişlərə qarşı xassələri də öyrənilir. Hələ 1936-
cı ildə məlum olmuşdur ki, heyvanların laboratoriya şəraitində 
sarımsaqla  yemlənməsi  onlarda  xərçəng  xəstəliyinin  ləngimə-
sinə  səbəb  olmuşdur.  Son  illər  yapon  alimləri  xərçəng  hücey-
rələrini  sarımsaq  ekstraktı  ilə  işləyib  orqanizmin  bədxasiyyətli 
ş
işlərə qarşı immunitetinin artırılması məqsədilə istifadə etmə-
yin mümkünlüyünü eksperiment yolla tədqiq etmişlər. Nəticədə 
məlum olmuşdur ki, heyvanlara sarımsaq ekstraktı ilə işlənmiş 
xərçəng  hüceyrələri  yeridildikdən  sonra,  həmin  heyvanlara 
çoxlu  miqdarda  həyat  qabiliyyəti  olan  şiş  hüceyrələri  ilə 
peyvənd edildiyindən sonra belə onlar xəstəliyə tutulmamışlar. 
Savoy  kələmi  –  Савойская  капуста  –  B.  sabauda  L. 
Xaççiçəklilər  (Cruciferae)  fəsiləsindəndir.  Kələm  başının  boş 
və yarpaqlarının qırışıq olması ilə fərqlənir.  
Savoy kələminin tərkibində 3-6% şəkər, 2,0-2,8% azotlu 
maddə, 1,1-1,3% sellüloza, 0,8% mineral maddə, 31-58 mq% C 
vitamini  vardır.  Əsasən  aşpazlıqda  müxtəlif  1-ci  və  2-ci 
xörəklərin  hazırlanmasında  istifadə  edilir.  Turşutmaq  və 
qurutmaq üçün yararsızdır. Tezyetişən Vyana, Yubiley, Vertyu 
və s. sortları geniş yayılmışdır. Savoy kələmi öz tərkibinə görə 
ağbaş  kələmdən  geri  qalmır.  Savoy  kələmində  də  C  və  U 
vitamini,  mineral  duzlar,  fermentlər  və  digər  faydalı  maddələr 
olduğundan  pəhriz  qidasında  və  müalicəvi  məqsədlə  istifadə 
olunur. 
 
328
Ş
alğam – Репатурнепс – Brassica rapa. Xaççiçəklilər 
(Cruciferae)  fəsiləsindən  olan  ikiillik  tərəvəz  bitkisidir 
(Brassica rapa). Şalğam birinci il kök və şaxəli yarpaq, ikinci 
il isə çiçəkləyir və toxum verir. Şalğamın tərkibində 8,5-16,9% 
quru  maddə  vardır  ki,  bunun  da  yarısını  şəkərlər  təşkil  edir. 
Ş
imal  zonasında  yetişən  şalğamda  4-73  mq%,  orta  zonada 
yetişəndə  isə  22-50  mq%  C  vitamini  vardır.  1,23-2%  zülali 
maddə,  B
1
,  B
2
  vitamini  və  karotin  (provitamin  A)  vardır. 
Ş
alğamın  spesifik  iyi  tərkibindəki  xardal  yağının  miqdarından 
asılıdır.  Təzə,  qiymələnmiş,  bişirilmiş  və  qızardılmış  halda 
qidaya sərf olunur.  
Ş
alğamın  müalicəvi  xassələri.  Qidalılıq  və  vitaminlik 
dəyərinə  görə  şimal  və  yüksək  dağlıq  rayonların  əhalisi  üçün 
daha  çox  lazımdır.  Müalicəvi  qidalanmada  şalğam,  əsasən 
qəbizlikdə istifadə olunur. Lakin kəskin mədə-bağırsaq sətəlcə-
mində şalğam əks-təsirə malikdir. 
Xalq  təbabətində  şalğam  şirəsinin  şəkərlə  bişirilməsində 
alınan  məhsul  sinqanın  müalicəsində  istifadə  olunur.  Şalğam 
həlimini sidikqovucu və bəlğəmgətirici vasitə kimi qəbul edir-
lər.  Bişirilmiş  şalğam  əzintisindən  oynaqlardakı  podaqra  ağrı-
larına qarşı təpitmə qoyulur, duru həlimlərlə vanna qəbul edilir. 
Ə
vvəllər  şalğamdan  zəif  sakitləşdirici  vasitə  kimi  də  istifadə 
etmişlər.  Axşam  yatmazdan  qabaq  1  stəkan  şalğam  həlimi  iç-
mək  məsləhət  görülür.  Təzə  şalğam  əzintisi  ilə  qaz  yağından 
(2:1) məlhəm hazırlanır və donmuş yerləri müalicə edirlər. 
Ş
alğam  kökündən  alınan  həlim  və  şirədən  kəskin 
soyuqdəymə nəticəsində öskürəkdə, xroniki bronxitdə, bronxial 
astmada  məsləhət  görülür.  Həlimi  2  xörək  qaşığı  xırda 
doğranmış şalğamla bir stəkan suda hazırlayır, gündə 4 dəfə 1/4 
stəkan içirlər. 
Ş
üyüd – Укроп – Anethum graveolens. Çətirçiçəklilər 
(Umberilitaceae)  fəsiləsindən  olan  birillik  bitkidir  (Anethum 
graveolens).  Vətəni  Cənubi  Avropa,  Misir  və  Kiçik  Asiyadır. 
Qərbi  və  Şimali  Avropada  XVI  əsrdən  məlumdur.  Bütün 

 
329
rayonlarda  mədəni  dirrik  bitkisi  kimi  becərilir.  Rusiyada  və 
Zaqafqaziyada ən çox yayılmış ətirli tərəvəzdir. 
Ş
üyüdün  yaşıl  yarpaqlarından  xörəklərin  dad  və  ətrini 
yaxşılaşdırmaq  üçün  bir  ədviyyə  kimi  istifadə  edilir.  Əgər 
ş
üyüdü çiçəklədikdən sonra tədarük edirlərsə, onu əsasən xiyar, 
pomidor,  kələm  və  başqa  məhsulların  duza  və  turşuya  qoyul-
masında  istifadə  edirlər.  Şüyüd  toxumları  bir  çox  qənnadı  və 
çörək  məmulatının  hazırlanmasında  işlədilir.  Şüyüddən, 
həmçinin,  təbabətdə  də  istifadə  edirlər.  Şüyüd  yağı  sabun 
bişirmədə yardımçı və ətirverici xammal kimi işlədilir. 
Ş
üyüd  toxumlarının  tərkibində  2,5-4%-ə  qədər  efir  yağı 
vardır. Ən çox efir yağı tam yetişmiş, lakin qurumamış toxum-
lardan  əldə  edilir.  Şüyüdün  yaşıl  yarpaqlarında  quru  maddəyə 
görə 0,56-1,5% efir yağı vardır. Toxumun tərkibində, həmçinin, 
15-18% piyəbənzər yağ və 14-15% zülali maddə vardır. Yağın 
tərkibində 25,35% petrozelin, 65,46% olein, 3,05% palmitin və 
6,13%  linol  turşusu  vardır.  Yaşıl  yarpaqlarında  C  vitamini, 
karotin,  həmçinin,  flavanoidlərdən  –  kversetin  və  kempferol 
vardır. 
Ş
üyüdün  tərkibində  135  mq%  C  vitamini,  göyərtisində 
0,8-1,2%-ə  qədər  efir  yağı  olduğundan  müxtəlif  xörəklərdə 
tamlı qatma kimi istifadə olunur. Qidanı vitaminləşdirir və ona 
xüsusi dad verir. Təzə şüyüd salat, vineqred, ət, balıq və tərəvəz 
xörəklərinə  qatılır.  Bir  qayda  olaraq,  hazır  xörəyə  və  ya 
bişməyə  5  dəq  qalmış  şüyüd  əlavə  edilir.  Uzun  müddət  saxla-
maq və qış mövsümündə istifadə etmək üçün şüyüd qurudulur. 
Ş
üyüd  efir  yağından  qənnadı,  konserv,  likör-araq  məmulatı 
istehsalında və ətriyyatda istifadə olunur. 
Ş
üyüdün  müalicəvi  xassələri.  Xalq  təbabətində  şüyüd 
bağırsaqlardakı kəskin qıcqırmaya qarşı məsləhət görülür. Qida 
həzmini  yaxşılaşdırmaq  və  qazqovucu  vasitə  kimi  şüyüd 
toxumlarından  hazırlanan  tozvari  məhsul  və  ya  ondan  hazır-
lanmış  tinkturadan  istifadə  etmək  məsləhət  görülür.  Tozvarı 
məhsula  bir  qədər  şəkər  əlavə  edilir  və  yeməkdən  yarım  saat 
 
330
ə
vvəl  1/2-1  çay  qaşığı  qəbul  edilir.  Tinktura  1  xörək  qaşığı 
xırdalanmış  toxumla  bir  stəkan  qaynanmış  suda  hazırlanır  və 
yeməkdən  qabaq  1/3-1/2  stəkan  içilir.  Belə  tinktura  sidik-
qovucu  və  bəlğəmgətirici  vasitə  kimi,  eləcə  də  əmzikli  qadın-
larda  süd  əmələ  gəlməsini  artırmaq  məqsədilə  təyin  olunur. 
Eyni  zamanda,  müxtəlif  xəstəliklərdə  ağrıkəsici  və  sakitləş-
dirici  vasitə  kimi,  əsəb  gərginliyi  və  səksəkəli  yuxuya  qarşı 
axşamlar 1 stəkan içilir. 
Eksperimentlər  nəticəsində  şüyüd  tinkturasını  damar 
daxilinə  yeritdikdə  heyvanlarda  arterial  təzyiq  aşağı  düşür, 
damarlar  genişlənir,  ürəyin  fəaliyyəti  yaxşılaşır,  bağırsaqlar 
boşalır,  sidik  ifrazı  artır.  Ətirli  şüyüddən  mülayim  spazmatik 
təsirə  malik  anetin  preparatı  alınmışdır.  Anetin  ürəyin  xroniki 
tac damarlarının çatışmazlığında, sinə astması ağrılarının profi-
laktikasında,  həmçinin,  qarın  boşluğu  orqanlarının  spazmasına 
qarşı təyin olunur. Xəstəyə  gündə 3-5 dəfə bir həb (0,1 q) hə-
min preparatdan qəbul etmək məsləhət görülür.  Müalicə kursu 
5-8 həftə davam edir. 
Topinambur, yeralması (yerarmudu) – Топинамбур
земляная
  груша  –  Helianthustuberosus  L.  Yeralması 
Mürəkkəbçiçəklilər  (Compositae)  fəsiləsinə  aid  çoxillik  bitki 
olub,  kökyumrusu  50-60  q-dır.  Yeralmasının  vətəni  Şimali 
Amerika  hesab  edilir.  Avropa  qitəsində  XVII  əsrdən  əkilməyə 
başlanmışdır. Tərkibində 13-20% inulin, 6% şəkər, 5% protein 
və 2% mineral maddə vardır. Tərkibində 28 fruktoza qalığından 
ibarət  inulin  polişəkəri  olduğundan,  ondan  sənayedə  fruktoza 
alınmasında istifadə olunur. Ona  görə də topinamburdan səna-
yedə  fruktoza  və  spirt  istehsal  edilir.  Bişirilmiş  və  qızardılmış 
halda  yeyilir.  Quraqlığa  və  şaxtaya  davamlıdır.  Yem  bitkisi 
kimi  də  əhəmiyyətlidir.  Ilk  dəfə  1925-ci  ildə  yeralmasındakı 
inulindən fruktozanın alınma texnologiyası işlənib hazırlanmış-
dır. Ondan şəkər xəstəliyinin müalicəsində və profilaktikasında 
istifadə olunur. 

 
331
Turşəng  (quzuqulağı)  –  Щавель,  кисличник  – 
Rumex  acetosa  L.  Turşəng  Qarabaşaq  (Fagopurumaceae) 
fəsiləsindən  yabanı  halda  bitən  çoxillik  ot  bitkisidir.  Vətəni 
Qərbi  Avropadır.  XIV  əsrdə  Fransada  turşəngdən  şorba,  sous 
və digər xörəklər hazırlanırdı. Onun tərkibində çoxlu miqdarda 
dəmir, kalium və kalsium vardır. 70 mq% C vitamini, 2,9 mq% 
karotin,  2,6%  azotlu  maddə,  2,2%  şəkər,  1,6%  sellüloza  və 
0,6% turşu vardır. Turşunun əsasını turşəng turşusu təşkil edir. 
Turşəngdə  turşəng  turşusunun  K  duzu  olur  və  orqanizmdə  Ca 
duzuna  çevrilir  və  mənimsənilir.  Turşəngin  geniş  yayılmış 
sortlarından  Altay,  Belvil,  Odessa,  Maykop  və  Enliyarpağı 
göstərmək olar. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin