Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   35   36   37   38   39   40   41   42   43

 Yarpız  Мята
 длиннолистная – Mentea Longifolla
Dodaqçiçəklilər  (Labiatae)  fəsiləsindən  sürünən  kökümsova 
malik  çoxillik  ot  bitkisidir.  Yarpızın  25  növündən 
Azərbaycanda 5 növü rast gəlinir: 
1.
  Su yarpızı – Mentha aquatiae
2.
  Uzunyarpaq yarpız – Mentha lonqifolia
3.
 
stiot yarpızı və ya əkilən nanə – Mentha piperita
4.
  Dəyirmiyarpaq yarpız – Mentha rotundifolia; 
5.
  Pulqar yarpızı – Mentha pulagium. 
Yarpızın  yabanı  növlərinə  «yarpız  nanəsi»  də  deyilir. 
Meşə çəmənliklərində, su kənarında daha çox bitir.  
Gövdəsi  dördkünclü,  hündürlüyü  30-100  sm  olub,  üzəri 
yumşaq  ağ  tükcüklərlə  örtülüdür.  Yarpaqları  uzunsov,  əksərən 
gövdə  üzərində  oturaq  olub,  aşağı  yarpaqları  qısasaplaqlıdır. 
Hamaşçiçəkləri gövdə və budaqların qurtaracağında silindrvarı, 
sıx,  sünbül  formasında  yerləşir.  Uzunyarpaq  yarpız  Azər-
baycanın  hər  yerində  yabanı  halda  bitir  və  bol  ehtiyata  malik-
dir. Uzunyarpaq  yarpız özünəməxsus xoş iyə, ətirli efir yağına 
malik bitkidir. Çiçək və yarpaqlarının tərkibində 1,43-3,33%-ə 
qədər  efir  yağı  vardır.  Bunun  efir  yağı  şəffaf,  açıq  sarı  rəngli, 
xoş  ətirlidir.  Yetişdiyi  torpaq-iqlim  şəraitindən  asılı  olaraq 
tərkibində  0,3-1,5%  efir  yağı  vardır.  Efir  yağının  tərkibində 
karvon,  linalool,  mentol,  karvon,  konuper,  puleqon,  karvakrol, 
limonen
 və başqa terpen birləşmələri vardır. Yarpaqlarında 81-
147 mq% C vitamini tapılmışdır. 
Yarpızı təzə halda pendirlə qəlyanaltı kimi yeyirlər. Milli 
xörəklərdən göyərti qutabı, dovğa və başqa xörəklərin hazırlan-
masında istifadə edilir. Yeyinti və ətriyyat sənayesində istifadə 
oluna bilər.  
Yarpızın efir yağından hazırlanmış bir çox preparatlardan 
ağrıkəsici, qıcolma, qızdırma xəstəliklərində istifadə edilməklə 
yanaşı, sərinləşdirici və təravətgətirici vasitə kimi də işlədilir. 
stiot yarpızı (Mentea piperita) təbii hibridlərin, yəni su 
(M.aquatiae)  və  sünbülvari  yarpızların  (M.spicata)  birləşmə-
 
406
sindən  əmələ  gəlmişdir.  Hazırda  mədəni  halda  iki  forması  – 
qara  və  ağ  istiot  yarpızı  becərilir.  Qara  istiot  yarpızı  (Mentea 
rubescens)  Ingiltərədə,  Bolqarıstanda,  Macarıstanda  və  MDB 
ölkələrində becərilir. Ağ istiot  yarpızı (Mentea  pallescens) isə 
ilk  dəfə  Fransada  əkilib-becərildiyinə  görə  ona  «fransız 
yarpızı» da deyilir. 
  stiot  yarpızının  quru  yarpaqlarının  tərkibində  2,4-
2,75%,  çiçəklərində  4-6%,  gövdəsində  isə  0,3%-ə  qədər  efir 
yağı  tapılmışdır.  Efir  yağının  əsas  tərkib  hissəsində  L-mentol, 
mentofuran,  sineol,  limonen,  puleqon,  timol
  və  digər  terpenlər 
vardır.  Efir  yağından  başqa,  onun  tərkibində  25  mq%  C 
vitamini,  40  mq%  karotin  (provitamin  A),  13,8  mq%  rutin, 
gisperidin,  betain,  yelsol
  və  olsanol  turşuları,  flavonoidlər
mikroelementlər və s. vardır. 
Yarpızın  yarpaqlarında  bir  sıra  bioloji  fəal  maddələrin 
kompleksi  olduğu  üçün  o,  farmakoloji  cəhətdən  geniş  tətbiqə 
malikdir. Yarpaqlarından reflektor, tac damarları genişləndirici, 
sakitləşdirici, ödqovucu, antiseptik və ağrıkəsici xassəyə malik 
preparatlar  hazırlanır.  Yarpız  preparatları  həzm  vəzilərinin 
sekresiyasını qüvvətləndirir, iştahanı artırır. Ödün ifrazını fəal-
laşdırır,  spazmaları  aradan  qaldırır,  bağırsaq,  öd  yolunun  və 
sidik  yollarının  saya  əzələsinin  tonusunu  azaldır.  Yarpızın  tər-
kibində  olan  mentol  antiseptik  xassəyə  malikdir.  Yuxarı  tə-
nəffüs  yolları  xəstəliklərində  (faringit,  laringit,  traxeit,  zökəm 
və  s.)  mentoldan  və  yarpızın  digər  preparatlarından  selikli 
qişalara yaxılır, eləcə də damcı formasında buruna damızdırılır. 
Bundan  əlavə,  mentol  karandaşından  başağrısında,  men-
tolun  2%-li  spirtdə  və  ya  10%-li  yağda  həlledilmiş  məhlulun-
dan  isə  miqrendə,  nevrologiyada  və  digər  nevroloji  xəstəlik-
lərdə  xaricə  sürtmə  dərmanı  kimi  işlədilir.  Ondan  «inqafen» 
inqalyatorunun  tərkibində  də  istifadə  olunur.  Yarpızın  yarpağı 
və  yağı  fitonsid  antiseptik  xassəyə  malikdir.  Mentol  və  yarpız 
validol,  valokardin
,  «yaşıl  damcı»  yevgenol,  pektusin, 
menovazin, efkamon, olimetin
 və s. kimi preparatların tərkibinə 

 
407
daxildir.  Mentolun  pişikotu,  xanımotu  və  s.  otlarla  birlikdə 
hazırlanan  cövhərindən  sakitləşdirici,  qəbizliyə  və  hemoroidə 
qarşı istifadə olunur. 
Xalq təbabətində isə istiot yarpızından sakitləşdirici, öd-
qovucu,  ürək  ağrısı,  revmatizm,  vəba  və  s.  xəstəliklərin  müa-
licəsində istifadə edilir. Cövhəri ağızda əmələ gələn iylərin ara-
dan  qaldırılmasında  işlədilir.  Göstərdiklərimizdən  başqa,  cöv-
hərindən hemoroid, kəskin başağrıları zamanı, təzə yarpaqlarını 
ağrıyan  nahiyəyə  düzməklə,  ürəkbulanma,  qusma,  raxit, 
xənazir,  sarılıq  və  s.  xəstəliklərin  müalicəsində  istifadə  edilir. 
Yarpağından  hazırlanan  cövhərindən  və  çaylardan  mədə  tur-
ş
uluğunun  artırılmasında,  öd  kisəsi  ağrılarının  qarşısının  alın-
masında  işlədilir.  Efir  yağından  dezinfeksiyaedici,  təravət-
ləndirici, müalicəvi çay, ətirli su, şirə və s. hazırlanır. 
Özünəməxsus  ətri  və  təravəti  ilə  məşhur  sayılan  istiot 
yarpızının  yağından  qənnadı  sənayesində,  ətriyyat,  kosmeti-
kada, diş pastalarının və eləcə də müxtəlif növ ətirli sabunların 
hazırlanmasında geniş istifadə edilir. 
stiot  yarpızı  qiymətli  ədviyyə  kimi  kulinariyada  xüsusi 
yer tutur. Belə ki, ondan ət, balıq və tərəvəzlərdən hazırlanmış 
müxtəlif  xörəklərin  tərkibinə  qatqı  kimi  əlavə  olunur.  stiot 
yarpızının  təzə  yarpaqlarından  və  eləcə  də  qurudularaq  toz 
halına salınmış hissəsindən ədviyyə kimi bir çox məhsulların – 
pendir, salat, şorba, ət, balıq, tərəvəz və s. tərkibinə qatqı kimi 
ə
lavə edirlər. 
Zəfəran – Шафран – Crocus sativus L. Zəfəran Süsən 
(Jridaceae)  fəsiləsindən  olub,  Krokus  (Crocus)  cinsinə 
mənsubdur.  Yer  kürəsində  zəfəran  bitkisinin  müxtəlif  növləri 
yayılmışdır. Lakin bu növlərin hamısı  yabanı halda bitir. Bun-
lardan  yalnız  bir  növ  (Crocus  sativus  L.)  mədəni  halda 
becərilərək zəfəran məhsulu verir. 
Zəfəran  bitkisinin  vətəni  Kiçik  Asiyadır.  Hal-hazırda 
zəfəran  Asiya  ölkələrində  –  ran,  Əfqanıstan  və  Hindistanda, 
Avropa  ölkələrində  –  Avstriya,  Fransa,  spaniya  və  başqa 
 
408
ölkələrdə  becərilir.  Ölkəmizdə  zəfəranın  becərildiyi  yeganə 
təsərrüfat Abşeron yarımadasındakı Bilgəh zəfəran sovxozudur. 
Zəfəran  oktyabrın  ikinci  yarısında  çiçəkləməyə  başlayır 
və  bu,  noyabrın  birinci  yarısına  kimi  davam  edir.  Açılmış 
çiçəklər  ikinci  gün  solur.  Ona  görə  də  zəfəran  çiçəkləri,  onun 
bütün  çiçəkləmə  dövründə,  hər  gün  səhər  saat  10-a  kimi 
toplanmalıdır.  Hər  bir  soğanaq  iri-xırdalığından  və  qidalanma 
dərəcəsindən  asılı  olaraq  1-6  çiçək  verir.  Çiçəklər  əzilməsin 
deyə səbətlərə yığılır və xüsusi binalarda təmizlənir. Bu zaman 
ümumi  çiçəkdən  əsas  məhsul  olan  üçhaçalı  dişicik  ağızcıqları 
ehmalca qoparılıb ayrılır. 1 kq zəfəran teli əldə etmək üçün 60-
90  min  gül  toplamaq  lazım  gəlir.  Yığılmış  güllərdən  ayrılan 
tellərin miqdarı çiçəyin 8-10%-ni təşkil edir. 
Zəfəran  tellərinin  tərkibində  84-85%  nəmlik  olur.  Ona 
görə də təmizlənmiş tellər həmin gün mütləq qurudulmalıdır. 
Bu  məqsədlə  təmizlənmiş  zəfəran  telləri  nazik  metal 
təbəqələrə  yığılır  və  xüsusi  quruducu  sobalarda  45-50
0
C-də 
buğda qurudulur. Quruma dövründə məhsulu 2-3 dəfə ehmalca 
qarışdırmaq lazımdır. Bu qayda ilə qurutmaq standartın tələbini 
tamamilə ödəyir. Tibdə işlədiləcək zəfəran günəş istiliyi altında 
qurudulur.  Texnoloji  əməliyyata  düzgün  əməl  etdikdə  nəmliyi 
83,6% olan 1 kq yaş teldən 183 q quru zəfəran teli alınır. 
Prof.  N.Satinoverin  (1964)  verdiyi  məlumata  görə 
zəfəran  tellərinin  tərkibində  9,17%  su,  0,4-1,3%  efir  yağı,  7-
14%  azotlu  maddələr,  43-44%  azotsuz  ekstraktlı  maddələr,  4-
14%  yağ,  5%  pentozanlar,  6%  pektin,  4-6%  sellüloza,  4-8% 
mineral maddələr (kül) vardır. 
Zəfəranın  efir  yağını  qaz-maye  xromatoqrafiyası  üsulu 
ilə  öyrənərək  müəyyən  etmişik  ki,  zəfəranın  efir  yağında  34 
müxtəlif komponent vardır. Elmə məlum olan 3 komponentdən 
ə
lavə  24  maddə  tapılmış  və  onların  kimyəvi  tərkibi  müəyyən 
edilmişdir.  Efir  yağının  ümumi  miqdarı  0,8%  olmuşdur.  Efir 
yağının  əsas  komponentlərindən  safranal  (C
10
H
14
O)  –  40%, 
nitropinenol 
– 26,5%, nonil spirti – 5,5% təşkil edir. Bunlardan 

 
409
başqa,  24  müxtəlif  terpenlər,  spirt,  keton  və  aldehidlər 
tapılmışdır.  
Boya maddəsinin miqdarı fotoelektrokalorimetr üsulu ilə 
müəyyən edilmişdir və bunun miqdarı 3,5%-dir.  Boya maddə-
sinin  əsasını  qırmızı-narıncı  rəngli  krotsin  maddəsi  təşkil  edir. 
Zəfəranın tərkibindəki pikrokrotsin qlükozidi hidroliz olunduq-
da qlükoza və aldehid safranal əmələ gəlir. Bu isə efir yağının 
ə
sas hissəsinin birləşmiş formada olduğunu göstərir. Zəfəranın 
tərkibində karotinoidlərdən 
α
-, 
β
-
 və 
γ
-karotin, likopin, azafrin, 
zeaksantin 
vardır.  Zəfəranın  tellərində  B
1
  və  B
2
  vitamini, 
həmçinin, flavanoidlərdən – izoramnetin və kemferol vardır.  
Zəfəran  tünd  qırmızı  rəngdə,  yağlıtəhər  və  elastiki 
tellərdən  ibarət  olmalıdır.  Qoxusu  tünd,  məstedici  ədviyyə 
ə
trinə  malikdir.  Dadı  bir  qədər  acı  olub,  krotsin  qlükozidinin 
dadını verməlidir. Nəmliyi 12%, külü 7%-dən çox olmamalıdır. 
Sütuncuğun (sarı tellərin) miqdarı 5%-dən, mineral qatışıqların 
miqdarı  isə  1,5%-dən  çox  olmamalıdır.  Zəfəranın  keyfiyyəti 
18-281-76 saylı SST-nin tələblərinə uyğun olmalıdır. 
Zəfəranın 10 ml sulu cövhəri (0,1 q zəfəran telləri 1 litr 
suda 12 saata qədər saxlandıqdan sonra  alınan sulu cövhəri) 1 
litr  suyu,  daha  doğrusu,  1:1000000  nisbətində  suyu  yaxşıca 
saraltmalıdır. 
Zəfəranın  xarici  görünüşü,  iyi,  dadı,  rəngi  və  ətri  orqa-
noleptiki yolla müəyyən edilir. Laboratoriya üsulu ilə zəfəranın 
nəmliyi, ümumi külün və 10%-li xlorid turşusunda həllolmayan 
külün  miqdarı,  efir  yağının  və  başqa  təsiredici  maddələrin 
miqdarı kəmiyyət və keyfiyyətcə müəyyənləşdirilir. 
 Zəfəranı  sərin,  qaranlıq  yerdə  və  nisbi  rütubəti  65-70% 
olan binalarda qaranlıqda saxlamaq məsləhət görülür. 
Hazırda  zəfərandan  yeyinti  sənayesinin  bir  çox  sahə-
lərində  –  qənnadı  sənayesində,  likör-araq  istehsalında,  yağ-
pendir istehsalında və s.-də istifadə olunur. 
Zəfəran  Azərbaycan  kulinariyasında  geniş  miqyasda 
tətbiq edilir. Milli xörəklərin (piti, bozbaş, plov, südlü sıyıq və 
 
410
s.)  və  şirniyyatların  (paxlava,  süd  çörəyi,  şorqoğal,  şirin  nazik 
və  s.)  hazırlanması  zəfəransız  mümkün  deyil.  Reseptə  görə 
zəfəran  xörəklərə  0,1%  miqdarında  əlavə  edilir.  Azərbaycan 
kulinariyasında 150-dən çox müxtəlif xörəklərin və 20-dən çox 
müxtəlif  şirniyyatların  hazırlanmasında  istifadə  olunur.  Milli 
xörəklərimizin  şahı  sayılan  plovları  zəfəransız  təsəvvür  etmək 
olmaz. 
Qurudulmuş  zəfəranı  1-5  kq  tutumlu  hermetik  bağlı 
tənəkə bankalarda qablaşdırırlar. Pərakəndə ticarət üçün, əsasən 
1 q kütlədə şüşə qablarda və ya sellofan paketlərdə qablaşdırıb 
buraxırlar.  Zəfəranı  sərin  və  quru  anbarlarda,  qaranlıqda  sax-
lamaq lazımdır. 
Zəfəranın  müalicəvi  xassələri.  Zəfəran  hələ  qədim 
dövrdə  rəngləyici  maddə  kimi  məşhur  olmuşdur.  Uzun  illər 
boyu xalq təbabətində bəzi xəstəliklərə qarşı zəfəran bir dərman 
kimi  işlədilmişdir.  Ondan  qıcolma,  gözağrısı,  göyöskürək, 
üşütmə və qızdırma (Nizaminin əsərlərində qeyd edildiyi kimi) 
zamanı istifadə edilmişdir. 
ndi də təbabətdə zəfəran tinktura şəklində tiryək damcı-
sının  tərkibində,  həb  şəklində  mədə  xəstəliklərində,  sakit-
ləşdirici və ağrıkəsici dərman kimi tətbiq edilir. Xaricə sürtmək 
üçün  zəfəranın  məlhəm  və  plastrından  istifadə  olunur.  Xalq 
təbabətində  zəfəran  sinir  sistemini  tənzimedici  maddə  kimi 
işlədilir.  Hazırda xalq  arasında  zəfərandan  göz  xəstəliklərində, 
ürək-damar və əsəb xəstəliklərində daha çox istifadə olunur. 
Hazırda  zəfəranın  təbabətdə  işlədilməsi  məhdudlaş-
dırılmışdır.  S.E.Zemlinskinin  (1958)  məlumatına  görə  zəfəran 
bəzi hallarda çox az işlədilən dərmanların (Qufeland uşaq tozu, 
qarışıq  sabur  tinkturası  və  zəfəran  tiryək  tinkturası)  tərkibinə 
daxil edilirdi. 
Zəfərandan  ətriyyat  sənayesində  (ətirli  sabunların  və 
tərkibinə  efir  yağı  daxil  olan  başqa  məhsulların  istehsalında) 
istifadə  edilir.  Zəfəranın  tərkibində  0,4-1,3%  efir  yağı  olur  ki, 

 
411
bu  da  onun  ətriyyat  sənayesi  üçün  yaxşı  xammal  olduğunu 
göstərir. 
Ə
vvəllər  zəfəran  tonuslandırıcı  vasitə  hesab  olunurdu. 
Ondan qadın xəstəliklərinə qarşı, sarılıqda, şişlərdə, isteriyada, 
ipoxondriyada, babasildə və digər xəstəliklərdə istifadə olunur-
du. Hazırda zəfəran homeopatiyada, təlaşlı öskürəkdə və uşaq-
ların spazmatik hallarında tətbiq olunur. Müasir təbabətdə zəfə-
randan  ağrıkəsici,  qıcolmaya  qarşı,  ürəkağrısına  qarşı  və 
sidikqovucu  vasitə  kimi,  eləcə  də  mədə-bağırsağın  bəzi  xəstə-
liklərində istifadə olunur. 
Elmi təbabətdə zəfəran tinkturası şəklində və tiryək dam-
cısının  tərkibində  mədə-bağırsaq  xəstəliklərində  sakitləşdirici 
və  ağrıkəsici  dərman  kimi  işlədilir.  Xalq  təbabətində  zəfəran-
dan sinir sistemini tonuslandıran maddə kimi də istifadə olunur. 
Zəncəfil  Имбир – Zingiber officinale. Zəncəfil (Zin-
giberaceae)  fəsiləsindən  çoxillik  kökümsov  gövdəli  qədim 
ə
dviyyat  bitkisidir.  Zəncəfil  bitkisinin  qurudulmuş  ana  kökün-
dən ibarətdir. 
Zəncəfil  bitkisi  Hindistanda,  Yaponiyada,  Çində  və  Av-
straliyada  mədəni  surətdə  yetişdirilir.  Becərilməsindən  asılı 
olaraq  zəncəfil  bir  neçə  növə  ayrılır:  Yamay  zəncəfili  (key-
fiyyətcə  ən  aşağı  sort  sayılır),  Hindistan  zəncəfili  (Malabar  və 
Benqaliya),  Çin  zəncəfili  (Koxinxin),  Yaponiya  və  Afrika 
zəncəfili  (ən  aşağı  keyfiyyətli  zəncəfil).  Əmtəə  çeşidinə  görə 
zəncəfil  ağ,  qara  və  ağardılmış zəncəfil  sortlarına  ayrılır.  Zən-
cəfildən  eramızdan  qabaq  Hindistan  və  Çində  məşhur  ədviyyə 
bitkisi  kimi  əkib-becərmişlər.  Roma  dövlətinin  təməl  daşı  qo-
yulana  qədər  dünyanın  bir  çox  ölkələrində  zəncəfil  məşhur 
ə
triyyat kimi, eləcə də müalicəvi xüsusiyyətlərinə görə qiymətli 
sayılmışdır.  Onun  köküm-sovlarından  hazırlanmış  preparat-
lardan,  eləcə  də  cövhərlərdən  taun,  tif,  qızdırma  və  bu  kimi 
xəstəliklərin qarşısının alınmasında istifadə olunmuşdur. 
Hazırda  isə  zəncəfildən  ədviyyat  kimi  dünyanın  əksər 
xalqlarının  mətbəxində  hazırlanan  xörəklərin  tamını,  ətrini  və 
 
412
keyfiyyətini  yaxşılaşdırmaq  üçün  işlədilir.  Ədviyyat  kimi  ən 
çox  qənnadı,  çörək-kökə,  spirtsiz  içkilər,  pivə  istehsalında,  ət-
riyyat sənayesində geniş istifadə olunur. Zəncəfildən ədviyyatın 
bir  növü  kimi  kulinariyada  və  yeyinti  sənayesində  istifadə 
edilir. 
Bundan  əlavə,  Azərbaycanda  bir  çox  milli  məhsullar 
(ədavalı halva, quymaq) və içkilər (səhləb) zəncəfillə hazırlanır. 
Zəncəfilin  tərkibi  faizlə  aşağıdakı  kimidir:  su  –  8-16; 
azotlu maddələr – 5-8; yağ – 2-8; nişasta – 40-60; pentozanlar – 
5-7; sellüloza – 3-8; efir yağları – 1,5-3,5; kül – 3-7. Qurudul-
muş zəncəfil köklərinin uzunluğu 8-10 sm, qalınlığı isə 2 sm-ə 
qədər  olur.  Lakin  bu  kökləri  sonra  da  1-2  sm  uzunluqda  doğ-
rayırlar.  Zəncəfilin  tünd  xoş  ətri  tərkibindəki  efir  yağlarından, 
yandırıcı dadı isə fenolabənzər qinqeral (C
17
H
26
O
4
) maddəsinin 
olmasından  irəli  gəlir.  Zəncəfil  efir  yağlarında  ən  çox  sin-
qiberol
  (C
15
H
24
),  kamfen  (terpen),  fellendron  və  sinqiberol 
spirti
 vardır. Zəncəfilin nəmliyi 12%-ə, külü 5%-ə, efir yağı isə 
1,4%-ə qədər olmalıdır. Zəncəfil toz halında da satışa buraxılır. 
Zəncəfil köklərini və  ya tozunu karton qutularda,  yaxud sello-
fan paketlərdə 10 q kütlədə satışa buraxırlar. 
Zəncəfilin  müalicəvi  xassələri.  Zəncəfilin  tozundan 
müalicəvi təsirə malik olan məlhəmlərin, cövhərlərin və eliksir-
lərin tərkibinə qatılır. Xalq təbabətində zəncəfildən qantəzyiqini 
salmaq,  sakitləşdirici,  tonuslandırıcı,  istilikgətirici  vasitə  kimi 
istifadə  olunur.  Zahı  qadınlara  zəncəfilli  quymaq  verilir. 
Zəncəfil  başağrılarında,  bronxial  astmada,  ürəkbulanması  və 
qusma  əleyhinə  tətbiq  olunur.  Zəncəfil  yaddaşı  möhkəmlən-
dirir, tozu isə traxomaya qarşı da ən yaxşı vasitə hesab olunur. 
 
 
 
 
 
 

 
413
TONUSQALDIRICI B TK LƏ
 
 
Bu  qrupa  daxil  edilən  bitkilər  insan  orqanizminə  tonus-
qaldırıcı  təsir  göstərir.  Bu  bitkilərin  meyvələrində  və  digər 
orqanlarında  daha  çox  toplanan  tonusqaldırıcı  maddələrdən, 
ə
sasən  tonusqaldırıcı  içkilər  hazırlanır.  Bu  içkilərdən  bütün 
dünya  ölkələrinin  əhalisi  istifadə  edir.  Belə  içkilər  stimullaş-
dırıcı xassələrinə görə həmin içkilərdən müvafiq olaraq pəhrizi 
qidalanmada  da  istifadə  olunur.  Əksər  hallarda  tonusqaldırıcı 
içkilər  müalicəvi  məqsədlə  müxtəlif  xəstəliklərin  kompleks 
müalicəsində  istifadə  olunur.  Bundan  əlavə,  tonusqaldırıcı  bit-
kilərin  meyvəsindən  və  ya  yarpağından  xüsusi  preparatlar  ha-
zırlanıb,  müəyyən  istiqamətdə  dərman  vasitəsi  kimi  də  ap-
teklərdə  satılır.  Çayın,  qəhvənin,  kakaonun  və  kolanın  tərki-
bindəki  təsiredici  kofein  qrupuna  aid  olan  alkaloidlərdən  tibbi 
preparatlar hazırlanıb tibbdə geniş miqyasda tətbiq olunur. 
Biz  bu  bölmədə  çay,  çin  limonu,  kakao,  kola  və  qəhvə 
haqqında məlumat veririk.  
Çay  –  Чай  –  Thea.  Çay  (Theaceae)  fəsiləsinə  aid 
çoxillik həmişəyaşıl bitkidir. Bu fəsilənin Yer kürəsinin tropik 
və  subtropiklərində  yetişən  23  cinsi  və  380  növü  məlumdur. 
Çay bitkisinin vətəni Çindir. Lakin  yabanı halda bitən çay bit-
kisi Hindistan, Vyetnam və Birma meşələrində də tapılmışdır.  
Çay  istehsalı  üçün  Thea  cinsinə  aid  bitkilərdən  istifadə 
olunur. Çayın növ adı ilk dəfə 1753-cü ildə yunan ilahəsi Tea-
nın şərəfinə məşhur botanik Karl Linney tərəfindən verilmişdir. 
Çayın bu cinsinin iki növü vardır və bunlar formalarının bioloji 
və morfoloji xüsusiyyətlərinə görə fərqlənir. 
1.  Çin  çayı  – T.  sinensis,  buraya  Yapon,  Çin  və  iriyar-
paqlı Çin çayının növmüxtəliflikləri aiddir. 
2.  Hindistan  çayı  –  T.  assamica,  buraya  yerli  Assam, 
Luşay,  Nahahill,  Manipur,  Sinqlo,  Birma,  Şan,  Seylon  hib-
ridinin növmüxtəliflikləri aiddir. 
 
414
Azərbaycan  şəraitində  çayın  Çin  növmüxtəlifliyi  yayıl-
mışdır.  Bu  həm  12-14
0
C  şaxtaya  dözümlü,  həm  də  quraqlığa, 
zərərverici və xəstəliklərə qarşı davamlıdır. Bunların yarpaqları 
orta irilikdədir. 
Çay yarpağının ilkin emalı nəticəsində çayın fabrik sort-
ları, onların çayçəkici fabriklərdə kupaj edilməsindən isə çayın 
ticarət sortları əldə edilir. Yer kürəsinin bütün qitələrində işlə-
dilən  çaylar  istər  rənginə,  ətrinə  və  tamına,  istərsə  də  ema-
lolunma  üsullarına  görə  bir-birindən  fərqlənir.  Ona  görə  də 
dünya bazarına aşağıdakı tip və növmüxtəlifliyində çaylar daxil 
olur. 
1. Məxməri çaylar: 
1.1. Qara məxməri çay; 
1.2. Yaşıl məxməri çay; 
1.3. Sarı məxməri çay; 
1.4. Qırmızı çay (oolonq). 
2. Preslənmiş çaylar: 
2.1. Yaşıl-kərpic çay; 
2.2. Qara plitka çayı; 
2.3. Yaşıl plitka çayı; 
2.4. Qara və əlavəli həbşəkilli çaylar. 
3. Ekstraksiyaolunmuş çaylar: 
3.1. Qara və yaşıl maye çay ekstraktı; 
3.2. Qara və yaşıl tozvarı (tez həllolan) çay ekstraktı. 
Yuxarıda  göstərilən  çaylar,  istər  emalın  texnoloji  reji-
minə  və  istərsə  də  öz  xassəsinə,  kimyəvi  tərkibinə  və  key-
fiyyətinə görə biri digərindən fərqlənir. 
Çay  bitkisi  dünyanın  30-dan  çox  ölkəsində  becərilir  və 
emal edilir.  
Ə
sas  çay  istehsal  və  ixrac  edən  ölkələr  Asiyada  –  Hin-
distan,  Çin,  Şri-Lanka,  Yaponiya,  ndoneziya,  Türkiyə,  Ban-
qladeş,  Vyetnam,  Tayvan,  Iran;  Afrikada  –  Keniya,  Malavi, 
Tanzaniya,  Zimbabve,  Ruanda,  Mozambik,  Mavriki,  Zair, 
Uqanda; Cənubi Amerikada – əsasən Argentina və Braziliyadır. 

 
415
Rusiyada  çay  ilə  ilk  dəfə  Sibir  əhalisi  tanış  olmuşdur. 
1638-ci  ildə  Altın  xan  (Monqolustan)  Moskvaya  qayıdan  rus 
səfiri Vasili Starkov vasitəsilə çara (Mixail Fyodoroviçə)  gön-
dərdiyi  hədiyyənin  içərisində  200  paçka  (4  pud)  çay  da  ol-
muşdur.  
Moskvada hazırlanmış çay saray əyanlarının xoşuna gəlir 
və  sonralar  boyarlar  tərəfindən  ölkədə  yayılmağa  başlayır. 
1679-cu  ildə  Çin  ilə  Rusiya  arasında  bağlanan  müqaviləyə 
ə
sasən ölkəyə Çindən çay gətirilməyə başlanır. 
Nümunə  üçün  çay  kolu  ilk  dəfə  1814-cü  ildə  Krımda, 
Nikitin  botanika  bağında  əkilmişdir.  Rusiyada  çay  bitkisi 
sənaye  məqsədilə  Çindən  gətirilən  şitillərlə  (1833-cü  il)  əkil-
məyə başlanmışdır.  
Gürcüstan və Azərbaycan respublikalarında,  kinci Dün-
ya  müharibəsindən  sonra  isə  Krasnodar  diyarında  da  sənaye 
ə
həmiyyətli sahələrdə çay becərilirdi. 
Azərbaycanda  çay  bitkisinin  becərilməsinin  elmi  əsaslar 
üzrə öyrənilməsinə 1929-cu ildən başlanmışdır. 
1929-cu  ildə  Lənkəran  dayaq  məntəqəsilə,  eyni  vaxtda 
Zaqatala  təcrübə  stansiyasında  Prof.  A.D.Rəcəbli  çay  tum-
larının səpinini aparmış və uğurlu nəticə əldə etmişdir. 
Çay  bitkisi  ilə  təcrübələr  eyni  zamanda,  1931-1932-ci 
illərdə  Lənkəran  rayonunda  sabiq  Ümumittifaq  Elmi-Tədqiqat 
Çay  nstitutunun  və  «Çay  Qruziya»  trestinin  Lənkərandakı 
dayaq məntəqəsində də aparılmışdır. 
1934-cü ildə ilk dəfə kolxozlarda da sənaye miqyaslı çay 
plantasiyalarının salınmasına başlanılmışdır.  
Azərbaycanda çay ilk dəfə 1896-cı ildə Lənkəranda əkil-
məsinə başlanmışdir. Inkişaf etməkdə olan çay sənayesinə rəh-
bərlik etmək üçün 1937-ci ildə sərbəst «Azərbaycan Çay» tresti 
təşkil  edilmişdir.  Bu  trest  Azərbaycan  Yeyinti  Sənayesi  Xalq 
Komissarlığının  nəzdində  yaradılaraq  respublikada  çayçılığın 
möhkəmlənməsində  mühüm  rol  oynamışdır.  O  vaxt  ilk  çay 
emal  edən  fabrik  tikilib  istifadəyə  verilmiş  və  1937-ci  ildə  ilk 
 
416
dəfə  2750  kq  Azərbaycanın  «qara  məxməri  çay»-ının  bura-
xılmasına müvəffəq olmuşdular. 
Azərbaycanda  1980-cı  illərin  sonunda  baş  verən  məlum 
hadisələr  kənd  təsərrüfatının  digər  sahələrində  olduğu  kimi 
çayçılığa  da  öz  mənfi  təsirini  göstərdi.  Bazar  iqtisadiyyatına 
keçid ərəfəsində çay becərilməsi və çay emalı ilə məşğul olan-
lar maddi texniki və təşkilati cəhətdən bir sıra çətinliklərlə üz-
ləşdilər  ki,  bu  səbəbdən  də  çay  plantasiyalarında  aqrotexniki 
xidmət  işləri  dayandırıldı  və  baxımsızlıq  ucbatından  külli 
miqdarda çay kolları quruyub sıradan çıxdı. 
XX  əsrin  80-90-cı  illərində  Azərbaycanın  çay  fabrik-
lərində  istifadə  olunan  texnika  və  texnologiya  artıq  köhnəl-
mişdi.  Ona  görə  də  istehsal  olunan  çayların  keyfiyyəti  Dövlət 
standartlarının tələbinə tam dolğunluğu ilə cavab vermirdi. Bu 
sahədə  yeniliyi  1996-cı  ildə  fəaliyyətə  başlayan  «Sun  Tea 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin