Reyhan – Базилик – Ocimum basilicum L. Dodaq-
çiçəklilər (Labiatae) fəsiləsindən olub, birillik ot bitkisidir.
Vətəni Hindistan və Irandır. Cənubi Avropanın bütün ölkə-
lərində, Qafqazda, Krımda, Moldovada, Orta Asiya və Zaqaf-
qaziya respublikalarında becərilir. Bu bitki qədim yunanlarda
«okimon» adı ilə məlum idi.
Gövdəsinin rəngi qırmızıyaçalan bənövşəyidir. Yarpaq-
ları uzunsov yumurtavarı formalı olub, bəzən kənarları dişvarı
və ya əksərən bütövdür. Çiçəkləri ağ və ya çəhrayı rəngdədir.
Meyvəsi yetişəndə dörd hissəyə ayrılır. Hər bir hissəsi
oval formalı, üzəri hamar, qara-qonur rəngli birtoxumlu qoz-
cuqdan ibarətdir. Reyhan iyul ayından başlayaraq sentyabr
395
ayına kimi çiçəkləyir. Azərbaycanda, xüsusən Abşeron
kəndlərində reyhan ətirli tərəvəz bitkisi kimi çoxdan bəri geniş
miqyasda becərilir.
Reyhan çox ətirli və xoş dadlı olduğundan, əsasən əd-
viyyəli göyərti kimi həm də souslara, salatlara və duru xörək-
lərə dad və ətir vermək üçün işlədilir. Reyhan pomidordan,
xiyardan hazırlanmış salat üçün əsas ətir və dadverici göyərti
hesab olunur. Reyhan qarın və böyrək xəstəliklərinin profilak-
tikasında da tətbiq edilir. Quru yarpaqlarından hazırlanmış toz,
ə
sasən xaricdən alınan istiotların əvəzedicisi kimi, istiotlu
qatışıqların tərkibinə daxil edilir.
Reyhanın yarpaq və çiçəklərində 0,03-1,6%, yaşıl
yarpaqlarında isə 0,04-0,52% efir yağı vardır. Ən çox efir yağı
tam çiçəkləmiş bitkidən hasil edilir. Efir yağının əsas
komponentləri evgenol (7,8%), metilxavikol, linalool, kamfora
və osimendən ibarətdir. Toxumların tərkibində 11,6-19% piyə-
bənzər yağ da vardır.
Efir yağından başqa reyhanın yarpaqlarında 16,3% azotlu
maddə, 4,73% yağ, 12,6% sellüloza, vitaminlər, aşı və boya
maddələri vardır. Reyhanda olan boya maddələri – xlorofil,
flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələrin
qanazlığında, mədə-bağırsaq xəstəliklərində, avitaminozda çox
gözəl müalicəvi təsiri var. Qida ilə qəbul olunmuş reyhan mad-
dələr mübadiləsini yaxşılaşdırır, qidanın həzmini asanlaşdırır.
Ona görə də reyhandan gündəlik qidamızda istifadə olunma-
sının böyük əhəmiyyəti vardır.
Reyhanın müalicəvi xassələri. Bitkinin yerüstü hissə-
sində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan
efir yağını, vitaminləri, flavonoidləri, aşı və qatranlı maddələri
və s. göstərmək olar. Reyhanda olan boyayıcı maddələr –
flavonlar, xlorofil, karotin və eləcə də efir yağı tibbi cəhətdən
çox faydalıdır. Həmin maddələrin qanazlığında, xroniki mədə-
bağırsaq xəstəliklərində, avitaminozda çox gözəl müalicəvi tə-
siri var. Reyhan qida ilə qəbul olunduqda orqanizmin maddələr
396
mübadiləsini yaxşılaşdırır. Həzmi asanlaşdırır və qanın
tərkibinin normallığını mühafizə etməklə bərabər, böyrək və
sidik yollarının iltihabını da aradan qaldırır. Süfrələrimizdə
reyhandan daha geniş istifadə etməyin böyük müalicəvi
ə
həmiyyəti vardır.
Həlimi 1-2 çay qaşığı xırdalanmış reyhan göyərtisindən 1
stəkan suda hazırlayıb gün ərzində bərabər paylarla qəbul
edirlər. Bəzən reyhan həlimini başağrılarında da içirlər. Rey-
hanın sulu ekstraktından xroniki qastritdə, yoğun bağırsağın
iltihabında, qida zəhərlənmələrində və s.-də istifadə edirlər.
Azərbaycan şərbətləri içərisində «Reyhan şərbəti» xüsusi yer
tutur və plov yanında süfrəyə verilir.
Rozmarin – Розмарин лекарственный – Roz-
marinus officinalis L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən
həmişəyaşıl çoxillik ətirli kol bitkisidir. Yabanı halda Ispaniya,
Italiya və Yunanıstanda bitir. Sənaye əhəmiyyətli rozmarin
Krımın cənub sahillərində becərilir və ondan efir yağı alınır.
Rozmarinin çiçəkləri cavan yarpaqlarla birlikdə toplanır. Onun
tərkibində 0,2-0,8% efir yağı var. Yarpaqlarının kütləsi 15 mq
olduqda 1,5%, 40 mq-a qədər olduqda 0,5% efir yağı olur. Efir
yağının əsas komponentləri 30%-ə qədər pinen, 20%-ə qədər
kamfen
, 10%-ə qədər borneol və sineoldan ibarətdir. Ümumiy-
yətlə, rozmarin efir yağının tərkibində 20-ə qədər müxtəlif ətirli
komponentlər vardır.
Rozmarin efir yağı sabunların və kosmetika məmulat-
larının ətirləndirilməsində istifadə edilir. Xaricdə rozmarin yar-
paqlarından alınan ekstraktdan yağların və başqa yeyinti
məhsullarının stabilləşdirilməsində istifadə edilir.
Rozmarinin müalicəvi xassələri. Rozmarindən dərman
bitkisi kimi qədimdən istifadə olunur. Onun müalicəvi təsiri
yalnız tərkibindəki efir yağı ilə deyil, həmçinin, yarpaqlarında
olan rozmarisin alkaloidi, ursol və rozmarisin turşuları ilə də
dəyərlidir. Ən məşhur olan preparatlardan biri bitkidən spirtlə
qovulan rozmarin suyudur (distilyatdır). Bu günə qədər bir çox
397
ölkələrdə rozmarin ən fəal dərman bitkisi kimi qalır. Yarpaq-
larından alınan tinkturadan qadın xəstəliklərində, xüsusən
aybaşı dövrünün pozulmasında, əsəb pozuntularında, klimak-
terik müddətdə, sinir sistemi pozuntusunda, gücdən düşdükdə,
başgicəllənməsi və yaddaşın zəifləməsində tətbiq olunur.
Rozmarin tinkturası həm də ödqovucu təsirə də malikdir. Xalq
təbabətində yarpaqlarından alınan tinktura astma, yuxarı tə-
nəffüs yollarının xəstəliklərində, mədənin xroniki katarında və
meteorizmdə işlədilir. Rozmarin tinkturasından ovuşdurmaq
məqsədilə məlhəm və kompres şəklində podaqraya, nefritə,
ə
səb gərginliyinə, çibana və gecsağalan yaralara qarşı istifadə
olunur. Udlaq və qırtlağın iltihabi xəstəliklərində rozmarin
tinkturası ilə boğazı qarqara edirlər. Bir qayda olaraq, tinkturanı
2 çay qaşığı xırdalanmış yarpaqlardan 1 stəkan qaynayan suda
hazırlayırlar. Gündəlik doza 3-4 dəfəyə içmək şərtilə 1
stəkandır.
Sarıkök – Куркума – Curcuma Longa L. Zəncəfil-
çiçəklilər (Zingiberaceae) fəsiləsinə aid olan çoxillik bitkinin
kökündən ibarətdir. Vətəni Hind-Çindir. Hindistanda, Kombo-
cada, Seylonda, ndoneziyada, Filippində, Madaqaskarda
becərilir. Bir ədviyyə kimi 2,5 min ildir ki, məlumdur, əvvəllər
yalnız Hind-Çində və Hindistanda işlədilirdi. I əsrin axırlarında
Yunanıstana gətirilmişdir. Yunanlar onu sarı zəncəfil adlan-
dırırdılar.
Sarıkökü hazırlamaq üçün təzə yığılmış yumru kökləri
xüsusi boya maddələri ilə bişirib, sonra qurudur və qabıqdan
təmizləyirlər. Bundan sonra o, özünəməxsus narıncı rəng alır.
Ə
dviyyə kimi uzun yan kökləri işlədilir. Sarıkök çox bərkdir,
kəsik hissədə parıldayır, suda batır. Zəif yandırıcı və acı dada
malikdir. Iyi isə bəzən çox zəif hiss olunur, lakin zərif və
xoşagələndir. Sarıkökü, bir qayda olaraq, üyüdülmüş halda
buraxırlar. Sarıkökün 40 növü məlumdur, lakin bunlardan 4-ü
daha əhəmiyyətlidir.
1.
Uzun sarıkök Curcuma Longa L;
398
2.
Ətirli sarıkök Curcuma Aromatica;
3.
Sedoariya sarıkökü Curcuma Zedoria;
4.
Dairəvi sarıkök Curcuma Leucorrhiral.
Geniş miqyasda aşpazlıqda və qənnadı sənayesində ətirli
və boya maddəsi kimi işlədilir. Pendir və yağın rənglənməsində
də işlədilir. Sedoariya sarıkökündən likör-araq istehsalında və
tibbdə istifadə edilir.
Xarici ölkələrdə 100-dən çox ətirli-ədviyyəli bitkilərdən
ə
dviyyə kimi istifadə olunur, lakin biz xaricdən 10-12 çeşiddə
ə
dviyyə alırıq. Əksər ədviyyələr çox baha başa gəldiyindən
onların əvəzedicilərinin hazırlanması qarşıda duran vacib
məsələlərdəndir.
Sarıkökün müalicəvi xassələri. Tərkibində nişasta,
1,5%-ə qədər efir yağı, kurkumin adlı boya maddəsi, alka-
loidlər, qatran, müxtəlif mineral duzlar vardır. Qədim zaman-
lardan hazırki dövrə kimi müxtəlif ölkələrdə sarıkökdən dər-
man, ədviyyat, boyaq, efir yağlı bitki kimi istifadə edilir.
Sarıkökün qurudulmuş kökümsovları üyüdülüb toz halına
salınır, ət, balıq, plov, xəmir və s. xörəklərə qatqı kimi əlavə
edilir. Sarıkök cövhəri qoğal, fəsəli, kökə və s. unlu şirniyyat
istehsalında işlədilir. Hindistanda sarıkök «karri» və «bengal»
ə
dviyyə qarışıqlarının tərkibinə daxil edilir.
Xalq təbabətində sarıkökdən qankəsici, sakitləşdirici,
maddələr mübadiləsini tənzimləyən, yorğunluğu aradan qal-
dıran, ödqovucu və s. xəstəliklərin müalicəsində istifadə olunur.
Hal-hazırda dünyanın 20-dən çox ölkələrində sarıkökdən
müxtəlif təyinatlı preparatlar hazırlanır.
Səhləb – Ятрышник – Orchis mascula L. Səhləb
(Orchidaceae) fəsiləsindən çoxillik bitkidir. Azərbaycanda
səhləb bitkisinin 21 növünə rast gəlinir. Bu bitkinin nəzəri cəlb
edən müxtəlif rəngli gözəl çiçəkləri xüsusi çiçək oxu üzərində
toplanmışdır. Ensiz lansetşəkilli iri yaşıl yarpaqları çiçək oxunu
iki tərəfdən əhatə etmişdir. Ikiyarpaqlı ağ səhləb çiçəklərinin
xoşagələn ətri vardır.
399
Səhləb bitkisinin, adətən iki yeraltı kök yumrusu vardır.
Bunlardan biri cavan və şirəli, digəri isə şirəsiz və qidasız olur.
Tibbi məqsəd üçün səhləbin cavan yeraltı kök yumrularından
istifadə edilir. Meşəlik rayonlarında, xüsusən Zaqafqaziyanın
meşə zonalarında bu bitki daha geniş yayılmışdır. Azərbay-
canın dağlarında, xüsusən Böyük Qafqazda bitir.
Azərbaycanda səhləb bitkisinin iyirmiyə qədər müxtəlif
növü vardır. Dərman məqsədilə səhləbin yeraltı kök yumru-
larını bitki çiçək açan vaxt toplayır, əvvəlcə soyuq su ilə təmiz
yuyur, sonra ipə düzür, qaynar suyun içərisində 5-10 dəq. Sax-
layırlar (qaynar suda saxlamaqda məqsəd cücərmənin qarşısını
almaqdır). Sonra onu günəş altında qurudurlar. Bu qayda ilə
qurudulmuş səhləbi xüsusi torbalara doldurub satışa gön-
dərirlər.
Səhləb son dərəcə faydalı, zəngin qidalı bitkidir. Onun
tərkibində 50%-ə qədər selik maddəsi, 27%-ə qədər nişasta,
13%-ə qədər dekstrin, 11%-ə qədər şəkər, 5% zülali maddə,
mineral duzlar, az miqdarda qatran və alkaloidlər vardır.
Səhləbin müalicəvi xassələri. Səhləbdən xalq təbabə-
tində soyuqdəymələrdən baş verən tənəffüs yolunun iltihabında
sinəyumşaldıcı, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində
yarasağaldıcı, malyariyada isə ürək yanğısını azaldıcı vasitə
kimi çox qədim vaxtdan bəri istifadə olunur. Elmi təbabətdə isə
səhləb dəmləmə və bişirmə halında xroniki mədə xəstəlik-
lərində, mədənin selikli qişasını yumşaldıcı, eləcə də mədə
xorasında yarasağaldıcı dərman kimi işlədilir. Azərbaycanın
dağ-meşə rayonlarında, çəmənliklərində müxtəlif növ səhləb
bitkiləri çoxdur. Onlar öz gözəl yaraşıqlı ətirli çiçəkləri ilə res-
publikamızın subalt çəmənliklərinin, dağ ətəklərinin yara-
ş
ığıdır.
Tibdə səhləbdən alınan dərmanlar tənəffüs yollarının
xəstəliklərində, zəhərlənmədə, bağırsaq xəstəliklərində işlədilir.
Bəzən qida maddəsi kimi də qəbul olunur. Azərbaycanda,
400
ümumiyyətlə, şərqdə bu bitkidən susuzluğu aradan qaldırmaq
məqsədilə sərinləşdirici içkilər hazırlanır.
Səhləb içkisi. Səhləb başqa Azərbaycan şərbətlərindən
fərqli olaraq, çay kimi isti halda içilir. Hazırlamaq üçün səhləb
bitkisinin köklərini yığıb qurudurlar. Qurudulmuş səhləb kökü-
nü həvənglə döyür və 1 litr suya 15-20 q əlavə edib qaynadırlar.
Alınmış məhlulu süzür və 4-5 litr qaynar südün içərisinə
qaynaya-qaynaya tökürlər. Şirin olmaq üçün bir qədər şəkər
ə
lavə edilir. Səhləb isti halda içildiyi üçün onu xüsusi samo-
varlara tökürlər. Soyuyanda qatılaşdığından içməli olmur. Ona
görə də içilib qurtarana qədər isti halda saxlamaq məsləhət
görülür. Səhləbi, bir qayda olaraq, səhər yeməyi vaxtı içirlər.
Bu içkidən xalq təbabətində soyuqdəymənin, sinə və boğaz
ağrısının, öskürəyin profilaktikasında ən yaxşı vasitə kimi
istifadə edirlər.
Sumaq – Сумах – Rhus coriaria L. Sumaq (Anacar-
diaceae) fəsiləsinin sumaq cinsinə aid 2-3 m hündürlükdə
qollu-budaqlı gövdəyə malik kol bitkisidir. 250-ə qədər kol və
ağac növləri məlumdur. Uzunsov, yumurtavarı və ya lanset
formalı yaşıl yarpaqları və xırda yaşıltəhər göy rəngli çiçəkləri
vardır. Bitkinin meyvələri nəzəri cəlb edən tünd qırmızı və
girdədir. Meyvələrinin dadı büzüşdürücü və turşdur. Sumağın
turş dadı onun tərkibindəki şərab və alma turşusundan irəli gə-
lir. Kulinariyada istifadə olunan tozvarı sumax çox da iri olma-
yan sumax kolunun meyvələrinin qurudulub toz halına
salınmasından əldə edilir. Onun meyvələri çox turş olduğundan
bəzən sirkə ağacı adlanır. Sumaq bitkisinin yarpaqlarında 13-
25%-ə qədər aşı maddəsi – ramnozidmiristin flavanoidləri
vardır.
Sumağın yarpaqlarını çiçək açan vaxtda, meyvələrini isə
tam yetişdikdə toplayırlar. Hazırda sumaq yarpaqlarından bir
sıra aşı maddəli preparatlar alınır. Sumağın tərkibində tanin
turşusundan başqa alma və şərab turşuları, C vitamini vardır.
401
Yabanı sumaq bitkisinə Şimali Qafqazda, Dağlıq Krım-
da, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda
isə Lənkəran, Göyçay, Quba, Şəki-Zaqatala rayonlarının dağ
meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir.
Xırda, yaşıltəhər, göy rəngli tutqun çiçəkləri uzunsov-konusvarı
süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-
oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300
və daha çox meyvə olur. Meyvələri nəzəri cəlb edən tünd qır-
mızı və girdədir. Dadı turş və büzüşdürücüdür. Meyvələri
qurudulub poroşok halına salındıqdan sonra ət və balıq xö-
rəklərində tamlı qatqı kimi işlədilir. Sumaq ya isti emal zamanı
xörəyə qatılır, ya da nəlbəkidə hazır xörəyin yanına qoyulur.
Tikəkabab, lüləkabab, qızardılmış ət, ət qutabı yanında süfrəyə
verilir. Sumağın turş dadı onun tərkibindəki şərab turşusundan
irəli gəlir. Sumağın tərkibində 112 mq% C vitamini, həmçinin,
karotin, aşı və boya maddələri vardır.
Sumağın qurudulmuş meyvəsi ədviyyə kimi Azərbaycan
kulinariyasında bir çox xörəklərdə istifadə olunur. Sumaqdan
«çudu», «qaraciyər kababı», «cız-bız» və s. xörəklərin
hazırlanmasında da istifadə edilir. Sumaqdan sərinləşdirici içki
– sumaq şərbəti də hazırlanır.
Sumağın yarpaqlarında 30-39% aşılayıcı maddə (əsasən,
tanin) vardır. Ondan texniki və tibbi məqsədlər üçün tanin
alırlar. Sumaq bitkisinin bütün hissələrindən rəngləyici maddə
kimi istifadə edilir. Ipək və yun parçanı onun yarpaqları qara,
qabığı sarı, kökü qəhvəyi, meyvəsi isə qırmızı rəngə boyayır.
Sumağın müalicəvi xassələri. Xalq təbabətində sumağın
yarpaqlarından və meyvəsindən çay kimi dəmləmə şəklində,
spirtli damcı formasında mədə-bağırsaq xəstəliklərində ishala
və qanlı ishala qarşı istifadə olunur. Sumağın meyvəsi diabet
xəstəliyinin müalicəsində ilk dövründə çox yaxşı nəticə verir.
Bu məqsədlə bitkinin meyvəsini tam yetişən vaxt toplayır,
günəşli havada qurudur, əzib toz halına salırlar. Ondan 1 xörək
qaşığı götürüb 1 stəkan qaynar suda 20-30 dəq. dəmləyirlər.
402
Belə hazırlanmış sumaq çayından gündə 2 dəfə, hər dəfə də
yarım stəkan qəbul etmək məsləhətdir. Eyni məqsədlə sumaq
meyvəsindən duru ekstrakt formasında da preparat hazırlayıb
istifadə edirlər. Duru ekstraktı 70
0
-li şərab spirtində hazırlayır,
gündə 3 dəfə 1 xörək qaşığı içirlər. Hazırda sumağın yar-
paqlarından zavod şəraitində tanin turşusu istehsal edilir.
Tərxun – Эстрагон – Aztemisia dracunculus. Mürək-
kəbçiçəklilər (Compositae) fəsiləsindən olan çoxillik ot bitki-
sidir. Vətəni Şərqi Sibir və Monqolustandır. Yabanı halda
Ş
imali Qafqazda, Zaqafqaziyada və Uralda rast gəlinir. Zaqaf-
qaziyada, az miqdarda isə Ukrayna və Mərkəzi qaratorpaq
zonada becərilir. Tərxun Azərbaycanda qəlyanaltı göyərti kimi
geniş miqyasda becərilir və istifadə edilir.
Tərxunun yarpaqları uzunsov lanset formalı, rəngi tünd
yaşıldan açıq yaşıl rəngə qədər olur. Bitkinin yerüstü hissəsi
çox ətirli olub, efir yağı ilə zəngindir. Yaşıl yarpaqlarda 0,1-
0,4%, qurudulmuş yarpaqlarda isə 0,25-0,8% efir yağı vardır.
Tərxunun əsas xüsusiyyəti ondan ibarətdir ki, müxtəlif yerlərdə
yetişən bitkinin tərkibindəki efir yağının miqdarı da müxtəlif
olur. Tərxun həm müxtəlif yeməklərə qatılır və həm də təzə
halda istifadə olunur. Tərəvəzlərin duza və sirkəyə (göbələk,
kələm və müxtəlif marinad istehsalında) qoyulmasında istifadə
edilməklə bərabər, vitaminlə zəngin olduğundan soyuq xörəklə-
rə (salat və qəlyanaltılara) da əlavə edilir. Təzə və qurudulmuş
yarpaqları sousları, ət və balıq xörəklərini, həmçinin, sirkəni və
xardalı ətirləndirmək üçün istifadə edilir. Tərxundan qənnadı və
likör-araq sənayesində də istifadə edilir. «Tərxun» adlı spirtsiz
desert içki tərxunun təbii ekstraktı və ya süni immitasiyası
ə
sasında hazırlanır.
Tərxunun müalicəvi xassələri Tərxun qədim dövrlərdən
başlayaraq müasir dövrə qədər bir çox ölkələrdə ədviyyə kimi
ə
kilib-becərilib. Bu bitkinin yaşıl hissəsinin tərkibində efir
yağı, aşı maddəsi, acı qlükozid, qatran, karotinoid, C vitamini,
flavonoid birləşmələri, xlorofil və s. maddələr vardır. Tərxun
403
efir yağının əsas komponentləri metil-xavikol, sabinen, osimen,
metoksinopoq aldehidi, fellandren
və digər terpenlər vardır.
Tərxun müqaviməti artırır, iştahgətirici, həzmi yaxşılaş-
dırıcı kimi istifadə edilir. Xalq təbabətində tərxundan hazırla-
nan cövhərdən damarların divarlarının möhkəmlən-dirilməsin-
də, diş qanaxmalarında və s.-də istifadə edilir. Ərəb həkimləri
tərxunu yelqovucu vasitə kimi istifadə etməyi məsləhət
görürdü. Sonradan Avropa həkimləri iştahaartırmaq və qida
həzmini yaxşılaşdıran vasitə kimi işlətməyi məsləhət görür-
dülər. Tərxun kökündən spirtdə hazırlanmış tinkturadan keçən
ə
srdə sakitləşdirici və qıcolmaya qarşı istifadə olunmuşdur.
Rusiyanın və Qafqazın xalq təbabətində tərxundan sinqa və
vodyanka (hidropos) əleyhinə istifadə olunur. Tərxun günü-
müzdə də avitaminozun müalicəsində və profilaktikasında öz
ə
həmiyyətini itirməmişdir. Gürcü alimləri tərxun ekstraktının
mədə şirəsinin turşuluğunu normallaşdırdığını müəyyənləş-
dirmişlər. Yeməkdən 20-30 dəq. qabaq 1-2 xörək qaşığı tərxun
ekstraktı qəbud etmək mədə şirəsinin turşuluğunu nor-
mallaşdırır.
Vanil – Ваниль – Vanilla planifolia. Səhləb (Orch-
idaceae) fəsiləsindən çoxillik sarmaşan epifit liana bitkisinin
yetişməmiş, qınşəkilli meyvəsindən ibarətdir. Vanil bitkisinin
ə
sas vətəni Meksika sayılır, lakin bu bitki Seylonda, Yavada,
eləcə də Braziliyada becərilir. Ətirli vanilin 100-ə qədər növü
vardır.
Becərilən vanilin gövdəsinin uzunluğu 5-10 m-ə, yabanı
halda isə 25 m-ə çatır. Əlavə kökləri vasitəsilə ağaclara sar-
maşır. Gövdəsi silindrvarı, ətlidir. Yarpaqları parıldayan, iri və
itidir. Çiçəkləri 15-20 ədəd, ağımtıl-sarı rəngli olub, hamaşçi-
çəkdə toplanmışdır. Meyvələri qınaoxşar qutucuq olub, uzun-
luğu 15-25 sm, eni isə 3-8 sm-dir. Ətirli vanil bitkisi istilik və
kifayət qədər də nəmlik sevən bitkidir. Meksikanın şimal və
dağlıq bölgələrində ən aşağı temperaturda (+3
0
C÷+5
0
C), illik
404
yağmur 1500-2000 mm olan şəraitdə normal inkişaf edib mey-
və verir. -5
0
C şaxtalı küləklərə davamsızdır.
Vanil toxumla çətinliklə əkilib-becərilir. Ən çox
vegetativ üsulla artırılır. Bu üsulla əkilib-becərildikdə vanilin 2-
3 ildən sonra meyvə verir. Vanil kal yığılır, fermentasiya edilir,
nəticədə tünd qəhvəyi rəng alır və ətirli olur. Onun qurudulmuş
və fermentləşdirilmiş meyvələrinin tərkibində 0,75-2,9%
vanilin maddəsi, 0,5-0,8% efir yağı, 4-oksi-metooksibenzola-
ldehid,
selikli və aşı maddələri vardır. Yeyinti və ətriyyat
sənayesində bunlardan ədviyyat kimi istifadə olunur.
Qeyd etmək lazımdır ki, vanil çox az becərilir və dünya
bazarında baha qiymətə satılır. Biz xarici ölkələrdən vanil
almırıq. Yeyinti sənayesində istifadə olunan vanilin maddəsinin
20 q-ı 1 kq təbii vanili əvəz edə bilər.
Vanilini
evgenoldan, qvayakoldan və başqa üzvi birləş-
mələrdən sintetik üsulla alırlar. Ən yaxşı vanilin izoevgenolun
oksidləşdirilməsi nəticəsində alınır. Sintez üsulu ilə alınan bu
vanilin
(4-oksi-3-metoksibenzaldehid) ağ kristallik tozdan
ibarət olub, 81-82
0
C temperaturda isə əriyır. Bunun içərisində
azca kənar qatışıq olduğu zaman saralır və ya qəhvəyi rəng alır.
Vanilin
güclü vanil iyinə və yandırıcı dada malikdir. Soyuq
suda çətin (1:100), isti suda isə asan (1:20), spirtdə, efirdə və ya
soda məhlulunda yaxşı həll olur. Satışa daxil olan vanilində
xalis vanilinin miqdarı 98%-dən az olmamalıdır. Vanilin ağ və
ya azca sarımtıl rəngli, xalis vanil iyi verməlidir. Vanilin şəkər
kirşanı (pudrası) ilə qarışdırılmış halda da 1 q kütlədə xırda
kağız paketlərdə və sellofanda «vanilli şəkər» adında satışa
buraxılır. Vanilin təmiz, quru və 80%-ə qədər nisbi rütubəti
olan binada saxlanılmalıdır.
Vanildən alınan dərman preparatlarından tibdə bir çox
xəstəliklərin müalicəsində (qızdırmada, səpkidə, həzm pozuntu-
larında, qanazlığında, əsəbilik, yuxusuzluq və revmatizmdə)
istifadə edilir.
|