Azerbaycan» Çay Paketləmə Fabriki həyata keçirdi. Bu fabrik
Müstəqil Dövlətlər Birliyində böyük istehsal gücü ilə işə
başlayan Azərbaycandakı ilk çay paketləşdirici fabrikidir.
«Sun Tea Azərbaycan» çay paketləmə fabrikində Azər-
baycan Dövlət Standartı, Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin gigiyenik sertifikatı və Azərbaycan Respubli-
kasında istehsal olunan məhsulların ştrixkod nömrələrinə uyğun
50 q, 100 q, 250 q və 500 q kütlədə qutulara qara məxməri çay-
lar paketlənir.
Fabrikdə, əsasən Seylon və Hindistan xam çaylarının
qarışığı olan «Final» və «Maryam» markalı çaylar istehsal
edilir. Bunlardan başqa Azərbaycanın Lənkəran-Astara bölgə-
sində becərilib ilkin emal edilən xam çayların əsasında Azər-
çay, Blendo Áåðãàìóò, Blendo Ekonomy, Qız qalası, Pür-
rəngi (kəklikotu ilə), Pürrəngi və Tudor çayları da paketlənir.
Eyni zamanda, Beta şirkətinin istehsal etdiyi «Beta»
markalı, «Bayce» markalı, «Çempion» markalı çayları, Kas-
pian şirkəti tərəfindən çəkilib-bükülən «Lipton», «Pərviz»
417
çaylarını, Ingiltərənin «Əhməd çay»-ını və digərlərini
göstərmək olar.
Qeyd etmək lazımdır ki, bu çaylar, əsasən qara məxməri
çay qrupuna aiddir. Çünki respublika əhalisinin əksəriyyəti qara
məxməri çay içdiyindən sarı və qırmızı məxməri çaylar, demək
olar ki, satışda yoxdur.
Az miqdarda satışa yaşıl məxməri çay və preslənmiş
çaylar da verilir. Birdəfəlik dəmləmə üçün nəzərdə tutulan
çaylar müvafiq çeşiddə olmaqla 2 q kütlədə çəkilib-bükülür.
Çayın kimyəvi tərkibi. Çayın tərkibində 300-dən çox
müxtəlif birləşmələr və maddələr vardır. Çayın dadını, ətrini,
rəngini və insan orqanizminə fizioloji təsirini təmin edən mü-
hüm tərkib hissələri bunlardır: fenol birləşmələri, o cümlədən
tanin, katexin
və onların fermentativ oksidləşməsindən əmələ
gələn maddələr; alkaloidlər – kofein, teofillin və teobromin; efir
yağları; karbohidratlar; pektin maddələri; vitaminlər; qlüko-
zidlər və piqmentlər; üzvi turşular; zülallar və aminturşular;
mineral maddələr və fermentlər.
Suyun miqdarının yaşıl çay yarpağı üçün böyük əhə-
miyyəti vardır, çünki yuxarıda adları çəkilən maddələrin əksər
hissəsi suda həllolmuş şəkildədir. Yaşıl çay yarpağında 73-81%
su, 19-27% quru maddə vardır. Qurudulmuş əmtəəlik çayda isə
3-7% su, 93-97% quru maddə olur. Yaşıl çay yarpağında olan
quru maddələrin 41-58%-ni ekstraktlı maddələr təşkil edir.
Ekstraktlı maddələrin tərkibinə faizlə üzvi turşular – 1,
aminturşuları 1 – 2 , minerallı maddələr 3 – 4, hidroaskorbin
turşusu 2- 3, pektin maddələri 2 – 3, kofein 2 – 4, şəkərlər 4 –
5, vitamin, zülal və sair suda həll olan maddələr 10 – 12, tanin-
katexin birləşmələri 14 – 26 daxildir.
Ballast maddələrin tərkibinə faizlə: xlorofil 0,7 – 0,9,
qatranlar 2 – 3 , liqnin 6 – 7, protopektin 8 – 9, sellüloza və he-
misellüloza 6 – 18, zülallar 20 – 22 daxildir.
Ə
mtəəlik çayın tərkibində quru maddəyə görə 31 – 46%
ekstraktlı maddə vardır. Ekstraktlı maddələrin tərkibinə faizlə:
418
hidroaskorbin turşusu 0,2 – 0,3, üzvi turşular 1, aminturşular 2,
pektin 2 – 3, kofein 2 – 4, minerallı maddələr 3 – 4, şəkərlər 3 –
5, vitamin, zülal və s. suda həllolan maddələr 8 – 13, tanin-
katexin birləşmələri 8 – 15 , o cümlədən teaflavinlər 1 – 2 və
tearubiqinlər 8 – 12 daxildir.
Çayın faydalı hissəsi onu dəmlədikdə alınan ekstrakt
sayılır. Çayda ekstraktlı maddələrin miqdarı nə qədər çox olar-
sa, onun keyfiyyəti də bir o qədər yüksək sayılır. Fleş çayında
ekstraktlı maddələrin miqdarı 35,5%-dən 37,8%-ə qədər olur.
Yarpaqlar iriləşdikcə ekstraktlı maddələrin miqdarı azalır. Əgər
zoğun birinci yarpağında 37,8% ekstraktlı maddə varsa,
dördüncü yarpaqda bu 32,4%, səkkizinci yarpaqda 19,2%-dir.
Çayda ekstraktlı maddələrin miqdarı iyul-avqust aylarında daha
çox olur. Məhz bu dövrdə çayın yüksəkkeyfiyyətli sortları üçün
(«Buket» və «Ekstra») fleş toplanıb emal edilir.
Çayın əsas tərkib hissələrinə aşı maddələri aiddir. Bu bir-
ləşmələrin əsasını çay tanini təşkil edir. Tanin çayın orqano-
leptik xassələrini və çay içkisinin bioloji dəyərliliyini müəyyən
edir. Aşı maddələrinin oksidləşməsi qara məxməri çay istehsalı
texnologiyasının əsasını təşkil edir. Üçyarpaqlı çay fleşində
quru maddəyə görə 11,5 - 30% aşı maddəsi vardır. Quru çayda
isə 5 – 20% tanin olur. Çay tanini (C
22
H
18
O
10
) doymuş məh-
lulda rəngsiz, iynəvarı kristallar əmələ gətirir. Kristallar soyuq
suda pis, isti suda isə yaxşı həll olur. Çayın aşı maddələrində
12%-ə yaxın sərbəst qall turşusu, 78% katexin qallat və bir qə-
dər sərbəst katexin vardır. Bunlar oksidləşdirici fermentlərin
təsiri ilə oksidləşib yüksəkmolekullu aşı maddələri əmələ
gətirir. M.N.Zapro-metov Gürcüstan çayında xromotoqrafiya
üsulu ilə 8 birləşmə müəyyən etmişdir: qallokatexin, epiqallo-
katexin, epika-texinqallat, katexin, epikatexin, epiqallokatexin-
qallat, qallo-katexinqallat
və flavonoidli qlükozid (kversetin).
Çay istehsalının texnoloji proseslərində aşı maddələri
mürəkkəb biokimyəvi çevrilməyə uğrayır və nəticədə qara
məxməri çay ekstraktının dadı, ətri və rəngi əmələ gəlir. Çayın
419
keyfiyyəti təyin edildikdə suda həllolan çay tanininin miqdarı
həlledici rol oynayır.
Qara məxməri çay istehsalında katexinlərin miqdarı
nisbətən azalır. Yaşıl məxməri çayda bu birləşmələr daha çox
olur. Akademik L.A.Kursanov və başqa tədqiqatçıların təc-
rübələri göstərmişdir ki, çay katexini qan kapillyarlarının
divarlarını möhkəmlədir və orqanizmdə askorbin turşusunun
toplanmasına kömək edir. Çay katexini P vitamininə məxsus
bütün xassələrə malikdir. Katexin qallatlar şüaların təsirinə
qarşı vasitə olaraq, orqanizmin radiasiya ilə zədələnmə dərəcə-
sinin aşağı salınmasına köməklik edir.
Polifenolların təqribən 150 birləşməsi P vitamini ak-
tivliyinə malikdir. Məhz, buna görə çay P vitamini aktivliyində
olan maddələrin mənbəyidir. Gürcüstan, Azərbaycan və Çin
çaylarında taninin miqdarı Hindistan və Seylon çaylarına
nisbətən azdır.
Tərkibində kofein maddəsinin olmasına görə çay əv-
vəllərdən dərman bitkiləri sırasına daxil edilirdi. Lakin çayın
tərkibində kofein ilə yanaşı teobromin, teofilin, adenin, ksantin,
hipoksantin, quanin
və digər alkaloidlər vardır. Kofein
(C
8
H
10
N
4
O
2
), teobromin və teofilin (C
7
H
3
N
4
O
2
) purinin metal-
ləşmiş törəmələridir. Kofein kimyəvi quruluşca 1,3,7
trimetilksantindən ibarətdir. Suda həll olan acı maddədir. Hind
çayında 2,72%, Çin çayında 2,56%, Yapon çayında isə 2,48%
kofein vardır. A.Bağırovun məlumatına əsasən çayda kofeinin
miqdarı mayda 2,47%, iyunda 2,60%, iyulda 3,39%, avqustda
3,33% və sentyabrda isə 2,86% olur. Azot gübrələrini ço-
xaltdıqda çayda kofeinin miqdarı da artır. Çay istehsalı zamanı
kofeinin bir hissəsi başqa maddələrlə birləşdiyindən sərbəst
kofeinin miqdarı 2,87%-dən 2,35%-ə qədər azalır.
Teobromin – 3,7 dimetilksantindən, teofilin isə 1,3 dime-
tilksantindən ibarətdir. Bunların miqdarı çay yarpağında 0,33 –
0,5 mq %-dir.
420
Çayın ətrini təşkil edən maddələr mürəkkəb tərkibli uçu-
cu maddələr olub çayın efir yağları adlanır. Efir yağları çaya
spesifik ətir verməklə mədə şirəsinin ifrazını artırır və buna
görə də qidanın mənimsənilməsini asanlaşdırır. Çayın tərki-
bində orta hesabla 0,014% efir yağı olur. stehsal zamanı yaşıl
çay yarpaqlarında olan efir yağları, əsasən uçur, lakin texnoloji
proses zamanı aşı maddələrin oksidləşməsi, zülalların par-
çalanması nəticəsində yeni ətir verən maddələr əmələ gəlir.
L.Q.Xarebava və başqaları qaz-maye xromotoqrafiyası təhlili
nəticəsində qara məxməri çayın tərkibində 200-dən çox uçucu
maddə müəyyən etmişdilər ki, bunların da 88-i identik olaraq
müəyyən edilmişdir. Çayın tərkibində müxtəlif aldehidlər,
ketonlar, fenol birləşmələri, spirtlər, terpenlər, turşular, efirlər
və s. bu kimi ətirli maddələr vardır. Yaşıl məxməri çayda isə
L.Q.Xarebava efir yağının 89 komponentindən 59-nu identik
olaraq müəyyən etmişdir.
Çayın soldurulması, eşilməsi və fermentasiyası prose-
sində efir yağlarının əmələ gəlməsi və toplanması davam edir.
Təzə fermentləşdirilmiş çayda 0,03 – 0,06% efir yağı olur. Qu-
rudulma zamanı efir yağlarının miqdarı 0,006%-dən 0,021%-ə
qədər azalır. Qırmızı çay daha ətirli olur, çünki termiki emal
zamanı həllolan ətirli aldehidlərin miqdarı artır. Yaşıl və sarı
məxməri çayda ətirli aldehidlər birləşmiş vəziyyətdə olduğun-
dan çay dəminə çox az keçir. Çayın tərkibindəki efir yağını
stabilləşdirmək məqsədilə onu hermetik taraya qablaşdırmaq
lazımdır.
Çayın ətrinin və buketinin əmələ gəlməsində iştirak edən
komponentlərdən qatranvarı maddələr böyük rol oynayır. Qat-
ranvarı maddələr çayda 2 – 6%-ə qədərdir. Bu maddələr çayın
keyfiyyətinə təsir edən birləşmələr olub yapışqanvarı oldu-
ğ
undan plitka və yaşıl kərpic çaylarının yaxşı preslənməsində
ə
həmiyyətlidir.
Çayın tərkibində olan karbohidratlara 3 – 4,7% miq-
darında həllolan şəkərlər, 7,9 – 16,8% miqdarında sellüloza və
421
hemisellüloza aiddir. Çayda saxaroza və reduksiyaedici şəkərlər
də vardır. Bunlar aminturşlar və aşı maddələri ilə birləşib
müxtəlif aldehidlər əmələ gətirir. Bu da hazır çaya gül, meyvə,
səməni, bal və başqa çalarlı ətirlər verir.
Yaşıl çay yarpağında quru maddəyə görə 2 – 3% pektin
maddəsi vardır. Pektinin miqdarı istehsal prosesi zamanı azalır.
Ə
sas hissəsi suda həllolandır. Pektin çayın istehsalı zamanı ona
yapışqanlıq, hazır çaya şirintəhər dad və hiqroskopik xassəsi
verir.
Çayın vitaminlilik dəyəri, ilk növbədə, çaydakı polife-
nolların P vitamini aktivliyində olmasıdır. P vitamininin miq-
darına görə çay bütün bitkilərdən üstündür. 1 q qara məxməri
çayda 100 mq, başqa sözlə 10%, yaşıl çayda isə 200 mq (20%)
P vitamini aktivliyində maddələr vardır.
Yaşıl çay yarpaqlarında ən çox C vitamini vardır, lakin
bunun çox hissəsi istehsal prosesində parçalanır. 100 q quru
çayın tərkibində 10 – 134 mq askorbin turşusu (C vitamini),
0,03 – 0,1 mq tiamin (B
1
), 0,6 – 1,0 mq riboflavin (B
2
), 1,4 –
4,0 mq pantoten turşusu (B
3
), 5,4 – 15,2 mq nikotin turşusu
(PP), K, E vitaminləri və fol turşusu (B
9
) vardır. P vitamini C
vitamini ilə birlikdə aterosklerozun profilaktikasında böyük rol
oynayır. Susuzluğu daha tez yatırır. Vitaminlik dəyərinə görə
yaşıl məxməri çay daha qiymətlidir.
Çayın tərkibində üç qrup qlükozidlər: flavonollar, anto-
sianlar
və leykoantosianlar vardır. Çay flavonollarına kemferol,
kversetin
və miritsetin aiddir. Qara məxməri çay dəmində anto-
sianlardan sianidin, delfinidin və peonidin tapılmışdır. Çayda
leykosianidin
və leykodelfinidin də vardır. Çay katexini flavon-
lara çevrildikdə leykoantosianlar aralıq məhsul kimi əmələ
gəlir.
Çay yarpağında flavonlu qlükozidlər və antosianlarla
yanaşı xlorofil və karotinoid piqmentləri vardır. Xlorofil
(C
20
H
39
OH) yaşıl çay yarpağında karotin və ksantofillə birlikdə
422
olur. Çayda, həmçinin, lyutein, viloksantin və neoksantin
karotinoidləri də vardır.
Çayın tərkibində quru maddəyə görə 1% üzvi turşu olur.
Çayda turşəng, limon, alma, kəhrəba, fumar və fenol təbiətli
turşular tapılmışdır. Müəyyən edilmişdir ki, çay yarpağının
emalı nəticəsində üzvi turşular spirtlərlə reaksiyaya girib
mürəkkəb efirlər əmələ gətirir.
Çay yarpağının tərkibində quru maddəyə görə zülali
maddələrin miqdarı 24,9 – 29,11%-ə qədərdir. Ən çox qlütelin,
nisbətən az isə albumin zülalı vardır. Zərif çay yarpaqlarında
zülalın miqdarı kobud yarpaqlardakından çoxdur. Çayda 16
aminturşu və 3 amid tapılmışdır. Bu birləşmələr çay ətrinin,
rənginin və eləcə də ekstraktın əmələ gəlməsində böyük rol oy-
nayır. Çayda aminturşulardan leysin, fenilalanin, valin, alanin,
serin, tirozin, arqinin, histidin, lizin, prolin, izoleysin, treonin,
triptofan, γ – amin yağ turşusu, asparagin
və qlütamin
turşuları; amidlərdən asparagin, qlütamin və teanin vardır.
Minerallı maddələrin miqdarı yaşıl çay yarpaqlar-ında
quru maddəyə görə 4 – 5%, əmtəəlik çayda isə 5 – 6%-dir. Çay
yarpağı kobudlaşdıqca minerallı maddələrlə zəngin-ləşir.
Çaydakı minerallı maddələrin üçdə biri suda həllolur. Çayın
minerallı maddələrinin yarıya qədərini kalium oksidləri təşkil
edir. Makroelementlərdən fosfor, kalsium və maqnezium
çoxluq təşkil edir. Ümumiyyətlə çay külündə 20-yə qədər
müxtəlif kimyəvi elementlər – K,Ca, Mg, Fe, J, Si, Na, Al, Mn,
Sr, Ni, Cu, Zn, Ba, Ti, Cr, Sn, Ag və s. vardır. Suda həllolan
külün miqdarı artdıqca çayın da keyfiyyəti yaxşılaşır.
Çayda əsas fermentlərin hamısı rast gəlinir. Hidrolaza
fermentlərindən çayda amilaza, invertaza, α – qlükozidaza,
proteaza
və s. vardır. Oksid-reduktaza fermentlərindən çayda
peroksidaza,
polifenoloksidaza, katalaza və s. vardır. Oksid-
ləşdirici fermentlər çay istehsalı zamanı çayın dadının, ətrinin
və dəmin rənginin əmələ gəlməsində iştirak edir. Müəyyən
edilmişdir ki, çay yarpaqlarında olan invertaza, amilaza,
423
qlükozidaza,
oksinitrilaza, proteaza, pektinaza və katalaza
fermentləri daha yüksək aktivliyə malikdir. Bunların iştirakı ilə
müxtəlif maddələrdə dəyişiklik baş verir ki, bu da, öz növ-
bəsində, çayın dadının və rənginin formalaşmasına səbəb olur.
Çayın müalicəvi xassələri. Çayın müalicəvi xassələri,
ə
sasən tərkibindəki kofeindən asılıdır. 1 stəkan tünd çayda
çayın sortundan və dəmlənməsi üsullarından asılı olaraq 0,02-
0,1 q kofein vardır. Kofein müalicəvi vasitə kimi mühüm əhə-
miyyət kəsb edir. Tünd çayın tərkibindəki kofeinin əsəb siste-
minə qıcıqlandırıcı və orqanizmə tonusqaldırıcı təsir etdiyin-
dən, gərgin əqli fəallıqda, gücdəndüşmə və yorğunluq halla-
rında çox faydalıdır.
Kofein orqanizmə kəskin təsir etdiyi üçün yuxusuzluq,
ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, hipertoniya
xəstəliklərində və yüksək həyəcanlı hallarda tünd çay içmək
məsləhət görülmür. Sağlam insanlara da çox tünd çay içmək
olmaz. Çünki bu zaman ürəyin döyüntüsü artır, əsəb sistemi
daha da həyəcanlı olur və digər xoşagəlməz hallar müşahidə
olunur.
Çayda teobromin alkaloidi də vardır. Xaricdə teobromini
kakao paxlasının qabığından alırlar. Lakin müasir dövrdə
teobromin sintetik yolla da alınır. Çayda olan teofillin alkaloidi
də sintez yolu ilə alına bilir. Teofillin ürək çatışmazlığında,
böyrək xəstəliklərində yaranan şişkinliklər zamanı sidikqovucu
kimi istifadə olunur. Teofillin «eufillin» və «diprofillin» prepa-
ratlarının tərkibinə daxil olmaqla bronxial astma, ürək astması,
beyin-qan dövranının pozulması və ürək xəstəliklərində istifadə
olunur. Çayın hər üç alkaloidi bronxial astmada istifadə olunan
teofedrinin
tərkibinə daxildir.
Kofein preparatlarını birincidərəcəli yardım kimi zəhər-
lənmədə, əsəb sisteminin pozulmasında, ürəyin fəaliyyətinin və
tənəffüsün zəifləməsində istifadə etmək məsləhət görülür. Çay
C vitamininin – askorbin turşusunun mənimsənilməsinə müsbət
təsir edir. Eksperimentlər nəticəsində müəyyən edilmişdir ki,
424
çay katexinləri P vitamini fəallığına malikdir. Ona görə də çay
qan damarlarının möhkəmliyini və keçiricilik qabiliyyətini
artırır.
Çayda tanin çox olduğundan, o qidanın həzmini yaxşı-
laşdırır və büzüşdürücü təsir göstərir. Ona görə də kəskin ishal
və bağırsağın digər pozuntularında xəstələrə tünd çay verilir.
Bu zaman çay dəminin müalicəvi təsiri taninin bakterisid xassə-
lərindən də asılıdır. Çayın aşı maddələri ilə zülalların qarşılıqlı
təsirindən alınan tealbindən büzüşdürücü vasitə kimi istifadə
olunur. Tealbin mədə-bağırsaq xəstəliklərində dezinfeksiya-
edici vasitə kimi tətbiq olunan «tesalben» həbinin tərkibinə
daxildir.
Tünd çay dəmindən xaricə sürtmək üçün də istifadə olu-
nur. sti günəşli günlərdə havaya çıxmazdan qabaq çay dəmi ilə
yuyunmaq məsləhət görülür. Gün yandırmalarında hərarəti və
ağrını azaltmaq məqsədilə tünd çayla kompres etmək yaxşı
nəticə verir.
Müasir elmi-tədqiqatlar göstərmişdir ki, orqanizmin
bütün fizioloji proseslərinə müsbət təsirinə görə çay əvəzsiz
içkidir. Çay nəinki susuzluğun qarşısını alır, həm də orqanizmi
gümrah vəziyyətdə saxlayır və onun iş qabiliyyətini artırır. Çay
insanın sinir sisteminə bərpaedici təsir edir, onun fəaliyyətini
gücləndirir, yuxunu dağıdır. Spirtli içkilərin əksinə olaraq çayın
sinir sisteminə bərpaedici təsiri nəticəsində insanda halsızlıq və
zəifləmə halları müşahidə edilmir. Çay, eyni zamanda ən yaxşı
tərlədici vasitədir, baş- ağrısını dayandırır, qantəzyiqini nor-
maya salır. Çayın tərkibindəki vitaminlər orqanizmin sinqa və
başqa yoluxucu xəstəliklərə qarşı müqavimətini artırır. Çayın
vitaminləri dərinin qurumasının qarşısını alır, onu yumşaldır,
rəngini açır. Gərgin fiziki və zehni əməkdən sonra yaxşı dəm-
lənmiş iki stəkan çayın içilməsi yorğunluğu çıxarır, iş qa-
biliyyətini bərpa edir. Son illər müəyyən edilmişdir ki, çayın
tərkibindəki tanin katexin kompleksi (çayın aşı maddələri)
insan orqanizmində radioaktiv stronisini zərərsizləşdirir. Yapon
425
alimləri müəyyən etmişlər ki, orqanizmin radioaktiv çökün-
tülərdən olan stronsi-90 ilə zəhərlənməsində çay ən yaxşı əks
təsir götərir.
Belə ki, Xirosima şəhərində atom bombası nəticəsində
yaranan fəlakətlər zamanı yüksək şüalanmaya düçar olan
xəstələrdən çaya meylini salanlar arasında ölüm hadisəsi çox az
müşahidə edilmişdir. Çayın orqanizmə bu cür təsiri ekspe-
riment yolla da təsdiq edilmişdir.
Çay qidanın həzminə, qan damarları və sinir sisteminə
müsbət təsir edir, qantəzyiqini nizamlayır. Çay dişlərin xarab
olmasının qarşısını alır. Çayın çox miqdarda, lakin şəkərsiz
içilməsi məsləhətdir, çünki şəkər dişlərin xarab olmasına səbəb
olur. Hazırda çay katexinlərindən hazırlanan preparatlardan bir
çox xəstəliklərin müalicəsində istifadə olunur.
Çində, Orta Asiyada əhali daha çox yaşıl məxməri çay
içir. Bu çay qara məxməri çaydan fərqli olaraq fermentləş-
dirilməmiş çay yarpaqlarından hazırlanır. Yaşıl çayın ətri azdır,
lakin fizioloji cəhətdən daha fəaldır.
lin isti vaxtlarında yaşıl çayın içilməsi susuzluğu daha
tez yatırdığı üçün qəbul edilən mayenin miqdarı kəskin azalır.
Yaşıl çay dəmləmək üçün 1 litr qaynanmış suya 1,5 q quru
yaşıl çay götürülür. Yaşıl çaya A, C və B qrupu vitaminləri
ə
lavə etdikdə orqanizmin istiliyini nizamlayır və iş qabiliyyə-
tini artırır.
Eksperimentlər zamanı müəyyən edilmişdir ki, digər dər-
manlarla kompleks şəkildə istifadə olunan yaşıl çay qanın və
qaraciyərdə protrombinin əmələ gəlməsini sürətləndirir, oksid-
ləşmə-bərpaedici prosesləri yaxşılaşdırır, orqanizmdə su-duz
mübadiləsini nizamlayır, ürək əzələlərini tonuslandırır, qan da-
marlarının divarlarının keçiriciliyini və elastikliyini artırır.
Bununla belə, yaşıl çay ilk mərhələdə qantəzyiqini aşağı salır,
qanda xolesterinin miqdarını azaldır və aterosklerozda xəstənin
ə
hvalını yaxşılaşdırır.
426
Yaşıl çay revmatizm və xroniki hepatit xəstəliklərində də
faydalıdır. Digər dərmanlarla kompleks şəkildə yaşıl çaydan
istifadə etdikdə, o öz sərbəst əhəmiyyətini saxlayır. Məsləhət
görülür ki, gündə üç dəfə 60-80 ml tünd yaşıl çay dəmi içilsin.
Belə çayı hazırlamaq üçün 1 çay qaşığı quru yaşıl çay ½ stəkan
qaynanmış suda 10 dəq dəmlənir və süzülüb içilir.
Yaşıl çayın güclü antimikrob xassəsi də vardır. Ona görə
də yaşıl çay həlimindən dizenteriyada istifadə etmək məs-
ləhətdir. Bu məqsədlə 100 q quru yaşıl çay 2 litr suda 30 dəq
saxlanılır, 1 saat fasiləsiz qarışdırmaqla qaynadılır, 2-3 qat cu-
nadan süzülür. Alınmış cecəyə yenidən 1 litr su əlavə edilib, 90
dəq qaynadılır və süzülür. Hər iki filtrat (süzülmüş çay məh-
lulu) qarışdırılır və şüşə butulkalarda sterilləşdirilir. Alınmış
yaşıl çay həlimini otaq temperaturunda 3 ay, soyuducuda 6 ay
saxlamaq olar. Həmin çay həlimini gündə 4 dəfə yeməkdən 20-
30 dəq qabaq 1-2 xörək qaşığı (körpələrə çay qaşığı, 1 yaşdan
yuxarı uşaqlara desert qaşığı) içirlər. Kəskin dizenteriyada
müalicə 5-10 gün, xroniki halda isə 15-20 gün davam etməlidir.
Çayın istifadə olunmayan yarpaqları, zoğları və digər tullantı-
larından çay boyaları alınır və yeyinti sənayesində istifadə
olunur.
Dostları ilə paylaş: |