Mayaotu, mayasarmaşığı (qarasarmaşıq) – Хмель
обыкновенный – Humulus lupulus. Tut (Moraceae) fəsilə-
sindən bir və çoxillik liana cinsli bitkidir. 4 növündən biri – adi
mayaotu məlumdur. Qozası pivə sənayesi üçün xammaldır.
Mayaotu pivəyə spesifik acı iy və tam verir. Buna səbəb,
ə
sasən mayaotunun tərkibində olan qatran və efir yağlarıdır.
Həmin mayaotundan pivəyə keçən ətirli maddə əsasən lupu-
lindən
əmələ gəlir. Mayaotunun tərkibində 12% lupulin vardır.
Mayaotunun kimyəvi tərkibi faizlə orta hesabla aşağıdakı ki-
midir: su – 10-17; efir yağları – 0,3-1,0; qatran və acı turşular –
16-26; aşı maddələri – 2-5; zülala görə hesablanmış azotlu
maddə – 15-24; sellüloza – 12-16; azotsuz ekstraktlı maddələr
– 25-30; kül – 6,9.
Mayaotunun tərkibində olan acı turşulardan lupulon, qu-
mulon
və s. göstərmək olar. Mayaotu, əsasən Rusiyada becə-
rilir. Azərbaycanda mayaotu bitkisi becərilmir və əsasən xa-
ricdən gətirilir.
Mayaotunun tərkibində olan aşı maddəsi pivənin şəffaf-
laşmasına təsir edir. Belə ki, suslo (xam pivə) mayaotu ilə bir-
likdə qaynayan zaman aşı maddələrinin təsiri ilə asılı və başqa
maddələr laxtalanır və çökür. Beləliklə, pivənin rəngi şəffaf-
laşır. Keyfiyyətindən asılı olaraq mayaotu 1, 2 və 3-cü əmtəə
sortuna bölünür (QOST 8473-87).
385
Mayaotunun müalicəvi xassələri. Mayaotu tibdə
sidikqovucu və ağrıkəsici dərman kimi, həmçinin, kosmetikada
işlədilir.
Mayaotunun tibbi məqsədlər üçün istifadə olunması haq-
qında ilk məlumatlar ərəblərə məxsusdur və eramızın VIII
ə
srinə aid edilir. Rusiyada isə mayaotu X əsrdən becərilməyə
başlamışdır. Sonradan Qərbi Avropada becərilən mayaotu,
ə
sasən sidikqovucu və qanı «təmizləyən» vasitə kimi istifadə
olunmuşdur.
Mayaotu qozalarının sulu tinkturası və ya toz halındakı
məhsulundan iştahanı artırmaq və mədənin katarında həzmi
yaxşılaşdırmaq üçün tətbiq olunur. Iştahanı artıran vasitə kimi
mayaotu ağır xroniki xəstəlikdən sonra zəifləmiş xəstələrə
məsləhət görülür. Bəzən mayaotu tinkturası böyrəyin və sidik
kisəsinin iltihabında, öd kisəsi və qaraciyər xəstəliklərində
təyin olunur. 1 xörək qaşığı xırdalanmış mayaotu qozasını 1
stəkan qaynanmış suya töküb soyuduqdan sonra süzür və
yeməkdən 15-20 dəq. qabaq gündə 3-4 dəfə 1/4 stəkan qəbul
edirlər.
Mayaotu qozasından hazırlanmış tinkturadan yüksək
qıcıqlanma, xüsusən cinsi həyəcanlanma, yuxusuzluq və
polyusiyaya (gecə şeytan aldatma) qarşı sakitləşdirici vasitə
kimi istifadəsi çox yaxşı təsir göstərir. Yuxusuzluqda hər gün
yatmazdan qabaq 1 - 2/3 stəkan ilıq mayaotu tinkturasını qur-
tum-qurtum içmək məsləhət görülür. Saç tökülməsinin ilk mər-
hələsində başı mayaotu tinkturası və yaxud həlimi ilə yumaq
onun qarşısını alır. Son illər mayaotundan lupulon və qumulon
adlı antimikrob preparatların alınma üsulları işlənib hazırlan-
mışdır.
Mərzə – Майоран – Majorana hortensis Moench.
Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan çoxillik yarımkol,
çəhrayı və ağ çiçəkləri olan ətirli ot bitkisidir. 4 növdən
birindən, əkilən mərzədən (Majorana hortensis) ədviyyə, efir
yağlı dərman xammalı kimi istifadə olunur.
386
Mədəni halda birillik ot bitkisi kimi becərilir. Yarpaqları
xırdadır. Tərkibində 0,3-0,4% (qurudulmuşlarda 0,7-3,5%-ə
qədər) xoş ətirli və tünd acıtəhər dadlı efir yağı vardır. Efir
yağının tərkibində terpineol, pinen, sabinen (40%-ə qədər),
borneol, fenollar
vardır. Çiçəkləyən vaxt efir yağının miqdarı
maksimuma çatır. Tərkibində aşı maddəsi də var. Cavan
yarpaqlarda 127 mq% rutin, 44 mq% askorbin turşusu və 5,5
mq% karotin vardır.
Yarpaqları və çiçək tumurcuqları təzə, qurudulmuş və
yağda qızardılmış halda qida üçün istifadə edilir. Duru və quru
xörəklərə (ət, balıq, yumurta, tərəvəz xörəkləri) əvəzedilməz
tamlı qatqı kimi istifadə edilir. Salatlara və souslara da qatılır.
Mərzədən çayı və sirkəni ətirləndirmək, xiyarı və pomidoru
duza qoymaq üçün də istifadə edirlər.
Qurudulmuş mərzə içalat və Polşa kolbasalarının isteh-
salında tətbiq edilir. Qurudulmuş yarpaqlar xırdalanır və istiot
qatışıqlarının tərkibinə qatılır. Likör-araq sənayesi üçün qiy-
mətli xammaldır. Gec çiçək açdığı üçün qiymətli balverən bitki
hesab edilir.
Mərzənin müalicəvi xassələri. Mərzədən əsas dərman
və ədviyyə kimi istifadə olunur. Mərzədən pəhriz xörəklərinin
hazırlanmasında duz əvəzi kimi, mədənin normal fəaliyyət
göstərməsində istifadə edilir.
Xalq təbabətində mərzə tinktura və həlim şəklində tonus-
qaldırıcı, antiseptik və katara qarşı bir vasitə kimi tətbiq olunur.
Mərzəni əlavə dərman vasitəsi kimi qıcolmada, depressiya
vəziyyətində, başağrılarında, başgicəllənməsində, yuxarı tənəf-
füs yollarının iltihabında və astma zamanı təyin edirlər. Bəzən
mərzədən köpmə, ishal və qanlı ishalla müşayiət olunan mədə-
bağırsaq xəstəliklərində (xüsusən uşaqlarda) istifadə olunur.
Damarların varikoz genişlənməsi, podaqra, yel xəstəliklərində
mərzə yağı ilə ovuşdurma yaxşı nəticə verir.
Mixək – Гвоздика – Enqenia Caryophyllata aroma-
ticum. Mərsin bitkiləri (Myrtaceae) fəsiləsindən olub
387
hündürlüyü 6-12 m olan həmişəyaşıl mixək ağacının quru-
dulmuş çiçək tumurcuğundan (qozasından) ibarətdir. Vətəni
Molukk adaları sayılır, lakin hazırda bu bitki mədəni surətdə
Penanq, Seylon, Madaqaskar, Zənzibar adalarında, Braziliyada
və Qvineyada becərilir.
Çiçək tumurcuqları yaşıl rəngdən açıq qırmızı rəngə
düşdüyü zaman tumurcuqlarda çoxlu efir yağı toplandığı üçün
daha kəskin ətrə malik olur. Bu dövrdə tumurcuqları yığıb bir
həftəyə qədər gün altında və ya xüsusi sobalarda qurudurlar.
Qurudulmuş mixək tumurcuqlarının təməli (gövdəsi) boru-
şə
killi çiçək yatağına doğru qalxır ki, bunun uzunluğu 10 mm,
diametri 3 mm olur, tumurcuğun baş hissəsi isə çiçək yata-
ğ
ından ibarət olub kənarları diş-dişdir, içərisindəki erkəkcik və
dişiciklər (tellər) kasacığın içərisinə doğru yığılmış olur.
Mixəyin tərkibi faizlə aşağıdakı kimidir: su – 7-7,5; azotlu
maddələr – 5,8-6,5; efir yağları – 16-20; karbohidratlar – 16-
20; aşı maddələri – 16-20,5 və kül – 5,3-6. Efir yağları mixəyə
xüsusi iy və dad verir. Efir yağlarının əsasını (70-90%-ni)
evgenol,
2-3%-ni atsetevgenol,
β
-kariofilen
və başqa maddələr
təşkil edir. Mixək ən çox aşpazlıqda, şirniyyat, kolbasa məmu-
latı istehsalında, kompotların hazırlanmasında işlənilir.
Mixəyin keyfiyyəti onun becərildiyi regiondan, qurudul-
ması üsulundan, tumurcuqların iri-xırdalığından və tərkibində
olan efir yağlarının miqdarından asılıdır.
Mixəyin ən yaxşı sortu Alinoina (Molukk adalarından
biridir) mixəyi sayılır. Bu mixək tumurcuğu çox uzun, içərisi
dolu, ağır və yüksək ətirlidir. Bunda efir yağlarının miqdarı 19-
20%-dir. Keyfiyyəti azca aşağı sayılan Sinqapur və Penanq
mixəkləridir. Bunlardan sonra Zənzibar mixəyidir ki, bu da
yaxşı sort hesab edilir. Madaqaskar, Reyuniyon, Mavrikiya mi-
xəkləri keyfiyyətcə çox aşağı sayılır. Satışa buraxılan mixəkdə
nəmlik 10%-ə qədər, külün miqdarı isə 6%-ə qədər olmalıdır.
Mixək 10 q kütlədə karton qutu və ya sellofan paketlərdə satışa
buraxılır.
388
Mixəyin müalicəvi xassələri. Azərbaycan kulina-
riyasında mixək müxtəlif xörək və şirniyyat hazırlanmasında,
çay dəmləməsində, ətriyyatda, həmçinin, xalq təbabətində
(mixək yağı) işlədilir. Qurudulmuş qönçələri ədviyyat kimi
yeyinti sənayesində, çiçəyinin tərkibindəki antiseptik evgenol
maddəsi isə diş xəstəliklərinin müalicəsində istifadə olunur.
Xəstələri müalicə etmək üçün mixəkdən istifadə edən ilk
həkim Hippokrat olmuşdur. Mixək müalicəvi əhəmiyyətini bu
günə kimi saxlayıb. Bəzi ölkələrdə mixəkdən qida həzmini
yaxşılaşdırmaq, yaddaşı möhkəmlətmək və yaxşı həyəcan-
landırıcı vasitə kimi istifadə edirlər. Mixəyin sulu ekstraktından
göz xəstəliklərinin müalicəsində, efir yağından isə diş ağrısına
qarşı işlədilir. Mixək toksiki olmadığından və yerli qıcıqlan-
dırıcı təsir göstərmədiyindən cərrahlar ondan əllərin dezinfek-
siyası və cərrahi sahənin işlənməsi və hətta irinli yaraların
müalicəsi üçün də tətbiq edirdilər. Mamalıq təcrübəsində mi-
xəkdən göbəyin sarınmasında, Çin xalq təbabətində onun efir
yağından dərinin bəzi xəstəliklərində, mixək gülünün buton-
larını isə bədxassəli şişlərin müalicəsində istifadə olunan bitki
dərmanı yığımlarının tərkibinə daxil edilir. Mixək iyi güvəyə
qarşı kifayət qədər etibarlı vasitədir.
Mixək orqanizmə istilik verir, quruducu xüsusiyyətə
malikdir. Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili orqan-
ları qüvvətləndirir, həzmi gücləndirir, eyni zamanda əhvali-
ruhiyyəni yaxşılaşdırır və ağızdan gələn pis qoxunu aparır.
Mixək bəlğəmgətirici kimi, ürək döyünmə zamanı mü-
nasib hesab edilir. 1,5-2 q mixəyi üyütdükdən sonra südə qatıb
bir müddət içmək cinsi fəaliyyəti günləndirir. Burun tutulması
və zökəm zamanı əmgəyə mixək sürtmək faydalıdır.
Muskat qozu, Muskat cövüzü – Мускатный орех –
Myristica fragran S. Myristica moschata. Tropik muşk
bitkiləri (Myristicacieae) fəsiləsinə aid olan muskat ağacının
yetişmiş meyvəsindən alınan quru toxumdan ibarətdir. Muskat
ağacının əsas vətəni Molukk adaları sayılır, lakin bu ağac Yeni
389
Qvineyada yabanı halda bitir. Muskat ağacı mədəni surətdə ən
çox Penanq, Sumatra, Yava, Seylon, Malay adalarında,
Hindistanda, Sinqapurda, Braziliyada əkilib yetişdirilir.
Muskat cövüzünü əldə etmək üçün yetişmiş meyvələri
dərib içərisindən bərk qabıqlı toxumu çıxarırlar. Ayrılmış
toxumları mülayim istilikdə qurutduqdan sonra üzərindəki ətlik
toxum qişasını – «arillusı» parçalayıb qurudaraq «muskat çiçə-
yi» adı ilə bir ədviyyə kimi satışa buraxırlar. Ayrılmış ləpələri
isə saxladıqda göyərməsin deyə və ziyanvericilər tərəfindən
zədələnməmək üçün əhəng suyunda bir neçə dəqiqə saxla-
dıqdan sonra qurudurlar. Muskat cövüzü müxtəlif formalarda –
yuvarlaq, oval, uzunsov – sarımtıl, qəhvəyi, boztəhər olur.
Muskat cövüzünün bərk olmasına baxmayaraq bıçaqla da kə-
silir. Kimyəvi tərkibi faizlə aşağıdakı kimidir: su – 12; azotlu
maddələr – 7-8; yağ – 20-35; efir yağları – 7-15; nişasta – 20-
25; pentozanlar – 2,4-2,5; pektin – 0,6-0,7; sellüloza – 4,5-7;
kül – 2,5. Cövüzün ətirli və acı tamlı olması tərkibindəki efir
yağlarından asılıdır. Muskat cövüzündə olan efir yağlarının
80%-ni pinen və kamfen, 8%-ni dipenten, 6%-ni linalol, ter-
pineol
və geraniol təşkil edir.
Muskat cövüzü müxtəlif xörəklərin, unlu şirniyyat, kol-
basa məmulatlarının, konserv və likörlərin dadını və ətrini
yaxşılaşdırmaq üçün, eləcə də müxtəlif növ ətriyyatların isteh-
salında lazım olan muskat efir yağlarının alınmasında istifadə
edilir.
Muskat cövüzü nə qədər böyük olarsa, onun keyfiyyəti
də bir o qədər yüksək hesab edilir. 1 kq 1-ci sort muskat
cövüzündə 150-200 ədəd, 2-ci sortda isə 280-400 ədəd cövüz
olur.
Muskat cövüzü xarici görünüşcə tamamilə zədəsiz, oval
formalı, üzü dərin şırımlı olmalı, boz və ya bozumtul-qəhvəyi
rəngli, bəzən əhəngli suda isladıldığı üçün üzərində ağ ərp olur.
Nəmliyi 12%-ə, külü 4%-ə qədər olmalıdır. Xaricdən çəki ilə
390
alınan muskat cövüzü yeyinti kombinatlarında 13-15 q kütlədə
(3-5 ədəd) karton qutularda qablaşdırılıb satışa göndərilir.
Muskat qozunun müalicəvi xassələri. Muskat qozu
yeyinti sənayesində, xüsusən qənnadı məhsulları istehsalında,
likör və acı tinkturaların hazırlanmasında, eləcə də kulinariyada
istifadə olunur.
Qədim ərəb təbabətində muskat qozundan yelqovucu
vasitə kimi (el arasında muskat qozuna «yel cövüzü» deyilməsi
də buna əsaslanır), ishalda, mədə-bağırsaq pozuntularında,
soyuqdəymə və digər xəstəliklərdə istifadə olunmuşdur. Bəzən
ağızdan gələn qoxunu yaxşılaşdırmaq üçün muskat qozunu
çeynəyirlər.
Hesab olunur ki, muskat qozu əsəb sistemini tonuslan-
dırır. Ondan alınan efir yağı tonuslandırıcı və stimullaşdırıcı
vasitə kimi də təyin edilir. Sudanda xırdalanmış muskat qozun-
dan impotensiyaya qarşı istifadə edirlər. Yerli əhali bu məq-
sədlə muskat qozunun qılafını və çiçəyini də istifadə edir.
Muskat yağı aybaşı zamanı ağrılara qarşı da işlədilir. Muskat
çiçəyi də eyni təsirə (lakin nisbətən zəif) malikdir.
Muskat çiçəyi – Мускатный цвет – yuxarıda qeyd
etdiyimiz kimi, muskat cövüzünün qurudulmuş ətli toxum
qişasından ibarətdir. Muskat çiçəyinin tərkibi faizlə belədir: su
– 6,9-13,2; efir yağları – 6-14; azotlu maddələr – 6-7; yağ – 23-
35; karbohidratlar – 23-40; o cümlədən şəkər – 2; pentozanlar –
4-6; pektin – 3-5; sellüloza – 3-4,5; kül – 1,6-3. Muskat
çiçəyinin tərkibində olan efir yağları zərif ədviyyəli ətrə və
nisbətən azyandırıcı dada malikdir.
Muskat çiçəyi sarımtıl-qırmızıdan qəhvəyi rəngə kimi,
üzü parlaq, hamar, qurudulmuş əncir qabığına bənzər quru ətli
qabıq parçalarından ibarət olur. Ən yaxşı muskat çiçəyi Penanq
muskat cövüzündən alınır. Rənginə və ətrinə görə muskat
çiçəyi 1-ci və 2-ci sorta ayrılır. 1-ci sorta aid olan muskat çiçəyi
nisbətən açıq rəngli və tünd ətirli olur. Muskat çiçəyi bütöv və
391
ya xırdalanmış qabıq parça kimi, yaxud üyüdülmüş (toz) halda
karton qutularda 20-30 q kütlədə satışa buraxılır.
Nanə – Мята – Menta Piperita L. Dodaqçiçəklilər
(Labiatae) fəsiləsindən çoxillik bitkidir. Hündürlüyü yarım
metrə çatan qol-budaqlı çoxillik bitki olub, qarşı-qarşıya dü-
zülmüş, tünd yaşıl rəngli yarpaqları vardır. Nəzəri cəlb edən
qırmızı-bənövşəyi rəngli xırda çiçəkləri gövdəsinin zirvəsində
dəstə-dəstə yerləşmişdir. Nanənin bütün hissələri, xüsusən
yerüstü hissəsi xoşagələn ətirli iyə malikdir.
Respublikamızın bütün rayonlarında becərilir. Nanə
mədəni bitki olub, orta əsrlərin axırlarında ingilis botanikləri
tərəfindən iki növ yabanı halda yayılan yarpız nanəsinin bir-
birinə peyvənd etməklə yetişdirilmişdir. O vaxtdan etibarən bu
bitki «əkilən nanə» adını almış və xoşətirli iyinə görə dünyanın
bir çox ölkələrində becərilməyə başlanmışdır. Əkilən nanənin 2
növü: qara nanə və ağ nanə daha çox yayılmışdır.
Qara nanənin gövdəsi və yarpaqlarının damarcıqları qır-
mızı-bənövşəyi rəngdə olur. Ağ nanənin isə gövdəsi və yar-
paqları açıq yaşıl rəngdə olur. Buna baxmayaraq, hər iki nanə
xoşagələn zərif ətirli iyə və eyni kimyəvi tərkibli efir yağına
malikdir. Göstərdiyimiz qara və ağ nanə ancaq peyvənd və ya
çoxalma üsulu ilə yetişdirilir. Bu, iki səbəbdən irəli gəlir: bi-
rinci, hər iki nanə çox vaxt toxum yetişdirmir; ikincisi, toxum-
larından yetişən nanə isə öz əslinə xas olan ətirli iyə malik
olmur. Bu, çox qəribə olsa da, həqiqətdir. Aparılan çoxlü təcrü-
bələr göstərmişdir ki, toxumlardan bitən hər iki nanə öz cinsinə
xas olan ətirli iyi vermir.
Nanənin təzə və qurudulmuş yarpaqları yeyinti sənaye-
sinin müxtəlif sahələrində və kulinariyada istifadə edilir.
Nanədən alınan efir yağı müxtəlif içkilərin ətirləndirilməsində,
qənnadı, likör-araq sənayesində, balıq sənayesində, tütünün
souslaşdırılmasında işlədilir. Qənnadı sənayesində nanəli kara-
mel istehsalında daha çox istifadə edilir. Nanə yağı ətriyyat
sənayesində diş pastası və diş tozu hazırlamaq üçün sərf edilir.
392
Nanə efir yağının əsas tərkib hissəsi olan mentoldan təbabətdə
istifadə olunur. Nanənin yarpaqlarında və çiçək tumurcuqla-
rında 0,8-3,5% efir yağı (yarpaqlarında 2,4-2,7%, hamaş
çiçəyində 4-6%, zoğlarında isə 0,1-0,3%) vardır. Ən çox yağ
bitkinin çiçəkləməyə başladığı dövrdə olur. Bu zaman efir
yağının miqdarı 8,6%-ə çatır və su buxarı ilə qovduqda əsas
miqdarı ayrılır. Efir yağının əsas komponentləri mentol (41-
70%) və mentondur (16-18%), həmçinin, tərkibində
β
-pinen,
α
-
fellandren, mentol-asetat
və pulogen vardır. Təzə yarpaqlarında
12 mq% karotin və P vitamini var. Odur ki, nanədən
kulinariyada istifadə etmək fizioloji cəhətdən faydalıdır.
Qeyd etmək lazımdır ki, Abşeronda peyvənd üsulu ilə
yetişdirilən hər iki növ nanənin zərif, xoşagələn ətirli iyi vardır.
Ə
kilən nanənin süfrəmizdə və xörəklərimizin tərkibində
ə
dviyyat tərəvəzi kimi geniş istifadə olunmasının çox mühüm
müalicə əhəmiyyəti vardır.
Nanənin müalicəvi xassələri. Elmi əsasda öyrənilib
müəyyən edilmişdir ki, əkilən nanənin tərkibində bir sıra vacib
üzvi maddələr vardır ki, onlar orqanizmdə maddələr mübadi-
ləsini normallaşdırır, mədə-bağırsaqlarda əmələ gələn spazmı
və köpməni aradan qaldırır, həzm prosesinin fəaliyyətini artırır.
Bundan əlavə, əkilən nanə böyrək və sidik yollarını dezinfek-
siya edir, beyində olan tıxacları açır, qan damarlarını təmiz-
ləyir, qusmanı, ürəkbulanmanı dəf edir və ürək-damar sistemi-
nin fəaliyyətini artırır. Odur ki, əkilən nanədən xörəklərimizdə
geniş istifadə etmək son dərəcə faydalıdır.
Ə
kilən nanənin ən əhəmiyyətli maddələrindən biri onun
tərkibində olan 2%-ə qədər efir yağıdır. Efir yağının tərkibinin
50%-dən çoxunu mentol, menton və mentol-asetat kimi qiy-
mətli maddələr təşkil edir. Göstərdiyimiz bu maddələr nanə
yağına xoş ətirli iy verməklə bərabər onun ən qiymətli tərkib
hissəsidir.
Ə
kilən nanədən müasir təbabətdə bir sıra qiymətli müa-
licə preparatları hazırlanır. Bu preparatlar ürək-damar sistemi
393
və xroniki mədə-bağırsaq xəstəliklərində, eləcə də böyrək və
sidik yollarının iltihabında çox gözəl müalicəvi təsir göstərir.
Ə
kilən nanənin yağı validol, valokardin, karvalol, Zelenin dam-
cısı
kimi vacib, ürək xəstəliklərində çox işlənən dərmanların
tərkibinə daxildir. Bundan əlavə, nanə yağından alınan mentol
miqren xəstəliyinin müalicəsində çox faydalı dərmandır. Əkilən
nanənin yarpaqlarından hazırlanan «nanə cövhəri» mədə-
bağırsaq xəstəlyinin qiymətli dərmanı hesab olunur.
Razyana – Фенхель – Foeniculum vulgare Mill. Çətir-
çiçəklilər ( Umbellifeare) fəsiləsindən çoxillik yabanı bitkidir. 2
m-ə çatan hündürlükdə gövdəyə malikdir. Qiymətli olduğu
üçün ikiillik bitki kimi becərilir. Gövdəsinin aşağı hissəsindəki
yarpaqları iri və uzun saplaqlı, yuxarı hissəsindəkilər isə sap-
laqsızdır. Xırda, sarı rəngli çiçəkləri gövdəsinin təpəsində çətir
formasında yerləşir. Uzunsov, yumurta şəklində olan meyvəsi
iki dənədən ibarətdir.
Vətəni Kiçik Asiya və Suriyadır. Avropanın və Asiyanın
bütün ölkələrində becərilir. Ukraynada, Krasnodarda, Vo-
ronejdə və Şimali Qafqazda razyana geniş miqyasda becərilir.
Azərbaycanda bu bitkiyə yabanı halda çox təsadüf etmək olur.
kiillik mədəni bitki kimi becərilir.
Razyananın sarı rəngli xırda çiçəkləri gövdəsinin təpə-
sində çətir formasında yerləşir. Meyvəsini yetişənə az qalmış
dərib, qurudur və kənar qatışıqlardan təmizləyirlər.
Meyvəsinin əsas təsiredici maddəsi efir yağından iba-
rətdir. Efir yağının miqdarı 4-6%-dir. Efir yağından başqa,
meyvəsində 18%-ə qədər piyəbənzər yağ və 27% zülal maddəsi
də vardır. Razyana yağının ətrini təşkil edən ətirli maddənin
60%-ə qədəri anetoldan ibarətdir. Anetoldan başqa razyana ya-
ğ
ının tərkibində 10-12% fenxon, pinen, fellandren, kamfen, cirə
aldehidi, metilxavikol
kimi ətirli maddələr də vardır. Razya-
nadan təbabətdə, ətriyyat və yeyinti sənayesinin bir çox sahə-
lərində istifadə edilir. Ətirli ədviyyə kimi konservləşdirmədə,
çörək-bulka və qənnadı sənayesində işlədilir.
394
Razyananın müalicə vi xassə lə ri. Razyana meyvəsindən
elmi təbabətdə soyuqdəymə nəticəsində baş verən xəstəliklərdə,
xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və
bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq
xəstəliyində həzm prosesini yaxşılaşdıran və köpmənin qar-
ş
ısını alan vasitə kimi geniş istifadə olunur. Razyana meyvəsi
dəmləmə və bişirmə şəklində öd kisəsinin iltihabında və böyrək
xəstəliklərində də qəbul edilir. Xalq təbabətində razyanadan
çay kimi dəmləyib uşaqlarda tez-tez baş verən mədə ağrı-
larında, spazmanı aradan qaldıran və köpmənin qarşısını alan
dərman kimi istifadə edilir. Bu məqsədlə razyana meyvəsini
qurudulmuş nanə yarpağı ilə bərabər şəkildə qarışdırıb dəm-
ləmək çox yaxşı nəticə verir.
Ev şəraitində körpələr üçün razyana çayı hazırladıqda 1
stəkan qaynayan suya 1 çay qaşığı xırdalanmış razyana toxumu
götürülür, dəmlənir, süzülür və şəkər qatılıb şirinləşdirilir.
Razyana şüyüddən daha çox bəlğəmgətirici xassəyə malikdir.
Adətən, bu məqsədlə 1 stəkan suya 2-3 çay qaşığı xırdalanmış
razyana götürülüb dəmlənir. Bu çaydan gündə 4-5 dəfə 1-3
xörək qaşığı içilir. Razyana toxumları müxtəlif çay yığımlarının
tərkibinə daxil edilir: məsələn, yumşaldıcı, yelqovucu, öd-
qovucu, sinəyumşaldıcı və sakitləşdirici çay yığımları.
Dostları ilə paylaş: |