Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

Badyan  (ulduzvari  cirə,  hind  razyanası)  –  Бадьян  – 
Jllicium  Verum  Hook  L.  Maqnoliya  (Maqnoliaceae)  fəsilə-
sinə  aid  olan  həmişəyaşıl  ağacın  qurudulmuş  meyvəsidir.  Və-
təni  Çin  hesab  olunur.  Çin,  Vyetnam  və  Filippin  adalarında 
becərilir. Onun 6-8 ədəd meyvə yarpaqcıqlarının birləşməsi nə-
ticəsində  ulduzabənzər  forma  alınır.  Meyvənin  içərisində  qəh-
vəyi  rəngli  xırda  toxumları  olur.  Meyvənin  22%-ni  toxum, 
78%-ni qabıq təşkil edir. Qabıq hissəsində 5%, toxumunda 2% 
efir yağı vardır. Efir yağının əsasını (82-95%) anetol təşkil edir. 
Badyanın dadı şirintəhər, zəif acıdır. Nəmliyi 10%, külü 3-4%-
dən  çox  olmamalıdır.  Badyandan  kulinariyada,  qənnadı,  likör-
araq sənayesində, həmçinin, konserv istehsalında istifadə edilir. 

 
343
Aşağı  sortlu  badyandan  efir  yağı  alınır.  O,  həm  bütöv  və  həm 
də döyülmüş halda satışa buraxılır. Hil kimi 10 q kütlədə karton 
qutularda və ya sellofan paketlərdə qablaşdırılır. 
Badyanın müalicəvi xassələri. Tibdə badyan əsasən dər-
manların dadını yaxşılaşdırmaq üçün, bəzi hallarda ürəkağrıları 
üçün  nəzərdə  tutulan  çay  yığımtılarının  tərkibində  istifadə 
olunur.  Xalq  təbabətində  badyandan  1:10  nisbətində  hazır-
lanmış həlimdən  yeməkdən qabaq mədə ağrılarına, titrətmə və 
həyəcanlı  ürəkkeçməyə  qarşı  2-3  xörək  qaşığı  içilir.  Dairəvi 
qurdlara qarşı 1:20 nisbətində hazırlanmış tinkturadan hər  gün 
acqarına 1-2 xörək qaşığı qəbul etmək məsləhətdir.  
Bədmüşk  –  Верба  –  Salix  daphnoides.  Söyüdkimilər 
(Salicaceae) fəsiləsinin söyüd cinsindən, hündürlüyü 12-15 m-
ə
  qədər  olan  ağacdır.  Gövdəsi  yaşılımtıl-boz,  yarpaqları  enli 
ellips formasında, bəzən uzunsov lanset və ya enli oval şəklin-
dədir.  Azərbaycan  Respublikasının  əksər  bölgələrində  bitir. 
Oduncağının  tərkibində  alkaloidlər,  qlükozidlər  və  digər  mad-
dələr var. Oduncağın qabığından dərini aşılamaq və qara boyaq 
almaq üçün istifadə edilir. 
Bədmüşkün müalicəvi xassələri. Xalq təbabətində sinqa 
və qızdırmanın müalicəsində istifadə edilir. Tərkibindəki flavon 
xarakterli maddələr ürək-damar sistemi xəstəliklərinin müalicə-
sində  məsləhət  görülür.  Yazbaşı  sarımtıl  rəngli  erkək  çiçəklə-
rindən  ətirli  bədmüşk  gülabı  (arağı)  çəkilir.  Xalq  təbabətində 
başağrını kəsmək üçün işlədilir, çox qan itirmiş və zəif düşmüş 
xəstələrə  bal  ilə  qarışdırılıb  içirdilir.  Azərbaycanda  bədmüşk-
dən  hazırlanan  ətirli  gülab  milli  şərbətlərin,  xüsusən  də  süd 
şə
rbətinin  ətirləndirilməsində  işlədilir.  Tərkibində  terpen  və 
seskviterpen tərkibli xoşagələn iyli efir  yağı var. Balverən bit-
kidir.  Bədmüşkün  yarpaqlarını  heyvanlar  (xüsusilə  keçilər) 
həvəslə yeyir. Ona görə də bədmüşk keçisöyüdü də adlanır. 
 Boymad_ər_ən'>Boymadərən    Тысячелистник  –  Achillea  milleo-
lium  L.  Mürəkkəbçiçəklilər  (Compositae)  fəsilənsindən  olan, 
40-120  sm  hündürlükdə  çoxillik  ot  bitkisidir.  200-ə  qədər 
 
344
növündən  Azərbaycanda  14  növü  yayılmışdır.  Gövdəsi  düz, 
yarpağı neştərşəkilli, çiçəkləri ağ, sarı və  ya  çəhrayı, çiçək sə-
bətcikləri  qalxanvarıdır.  Meşə  talası,  çəmən  və  çay  kənarında 
bitir. Bitki iyun-iyul aylarında çiçək açır və bu dövrdə xoş ətir 
qoxuyur.  Qiymətli  ətirli  bitki  olduğundan  Ukraynada  sənaye 
ə
həmiyyətli  plantasiyaları  salınmışdır.  Azərbaycanın,  demək 
olar ki, bütün rayonlarında boymadərən bitkisinə təsadüf edilir. 
Boymadərən  çiçəklərində  0,2-0,5%  efir  yağı  vardır.  Efir 
yağının  8-10%-i  sineol,  L-borneol, 
β
-pinen,  L-limonen 
və 
azulen
  maddəsindən  ibarətdir.  Boymadərənin  tərkibində  anti-
biotik  xassəli  maddələr,  qatran,  aşı  maddəsi,  alkaloidlər 
(axillein, betonitsin, staxidrin), C vitamini, K vitamini, karotin, 
üzvi  turşular,  xolin  maddəsi  vardır.  Boymadərən  xalq  təba-
bətində işlədilən qədim dərman bitkisidir. Onun çiçəkli baş his-
sələrindən  çay  kimi  dəmləyib  daxili  qanaxmalarda  qankəsici 
vasitə  kimi  qədimdən  istifadə  edilir.  Çiçək  və  yarpaqlarından 
boymadərən  arağı  çəkilib  xalq  təbabətində  ağrıkəsici,  işta-
haartırıcı,  həzmedici  dərman  kimi  içilir.  Boymadərən  arağını 
şə
rbətə qatıb içirlər. Boymadərəndən acı nastoyka (spirtli içki) 
və  likörlərin  hazırlanmasında  da  istifadə  edilir.  Azərbaycanda 
boymadərənin  ehtiyatı  çox  olduğundan  onun  tədarükünə  və 
sənayedə istifadəsinə ciddi fikir verilməlidir. 
Boymadərənin  müalicəvi  xassələri.  Dərman  məqsədilə 
bitkinin yerüstü hissəsini çiçək açan dövrdə çin və oraqla, ya da 
xüsusi  maşınla  toplayırlar.  Sonra  yarpaqlarını  və  çiçəklərini 
ayrı-ayrı  qurudub  tədarük  məntəqələrinə  təhvil  verirlər.  Boy-
madərən otunun da bir neçə vacib maddələri vardır. Bunlardan 
K  vitamini,  0,2%-ə  qədər  efir  yağı  və  hələ  tam  öyrənilməmiş 
axillein
 adlanan acı maddəni və s. göstərmək olar. Efir yağının 
tərkibində  azulen  maddəsi  olduğuna  görə,  boymadərənin  efir 
yağı  tünd  göy  və  ya  yaşıl  rəngdədir.  Bundan  əlavə  boyma-
dərənin tərkibində antibiotik xassəli maddələr, qatran, aşı mad-
dəsi,  C  vitamini,  karotin  də  müəyyən  edilmişdir.  Boymadərən 
xalq təbabətində işlənən qədim dərman bitkisidir. Onun çiçəkli 

 
345
baş  hissələrindən  çay  kimi  dəmləyib  daxili  qanaxmalarda 
qankəsici vasitə kimi çoxdan bəri istifadə edilir. Elmi təbabətdə 
boymadərən həb, dəmləmə və duru ekstrakt şəklində qankəsici, 
ağrısakitləşdirici və iştahaartırıcı dərman kimi qəbul olunur. 
 Cirə  –  Анис  –  Pimpinella  anisum.  Çətirçiçəklilər 
(Umbelliferae)  fəsiləsindən  olan,  hündürlüyü  50  sm-ə  çatan 
birillik  ot  bitkisidir.  Bəzən  cirəyə  xırdazirə  də  deyilir.  Cirənin 
yetişmiş ikitoxumlu meyvəsindən istifadə olunur. Vətəni Misir 
sayılır.  Rusiyada  Kursk,  Voronej  vilayətlərində  və  Ukraynada 
becərilir. Dünyanın hər yerində yayılmışdır. Azərbaycanda cirə 
ə
n  çox  Abşeronda  becərilir.  Yabanı  növü  yoxdur.  Cirə  iyun-
iyul  aylarında  çiçəkləyir,  meyvələri  avqust-sentyabr  aylarında 
yetişir.  
Düz duran gövdəsinin üzərində növbə ilə düzülmüş uzun 
saplaqlı yarpaqları və gövdəsinin zirvəsində çətir şəklində yer-
ləşən ağ rəngli çiçəkləri vardır. Meyvəsi iki dənədən ibarətdir.  
Bitki tam yetişdikdən sonra biçilir, iri dəstələrə bağlanıb 
açıq  havada  qurudulur,  sonra  isə  döyülür.  Kənar  qatışıqlardan 
təmizlənib  45-50
0
C-də  qurudulur.  Əmtəəlik  cirə  meyvəsi 
armudaoxşar və ya yumurtavarı formada, uzunluğu 2-5 mm, eni 
2-3 mm olur. 
Cirənin  tərkibində  1,5-6%-ə  qədər  efir  yağı  vardır  ki, 
bunun  da  80-90%-ni  anetol  (C
10
H
12
O),  10%-ə  qədərini  metil-
xavikol,  cirə-keton,  cirə  aldehidi,  dipenten,  pinen,  kamfen
  və 
cirə  turşusu
  təşkil  edir.  Onun  meyvəsində,  həmçinin,  28%-ə 
qədər piyəbənzər yağ da vardır. 
Cirə meyvəsinin rəngi sarımtıl-boz olub, spesifik ədviyyə 
ə
tirli, dadı şirintəhərdir. Nəmliyi 10-12%, külü 9-10% olmaqla 
efir  yağının  miqdarı  1,5%-dən  az,  zibil  qatışığı  3%-dən,  efir 
yağlı toxum qatışığı isə 8%-dən çox olmamalıdır. 
Cirə  50-60  kq  çəkidə  birqat  kisələrə  qablaşdırılır.  Pəra-
kəndə ticarətə isə 100 q çəkidə karton karobkalarda buraxılır. 
Çörək-bulka  məmulatı,  likör-araq,  şorabaya  qoyulmuş 
xiyar,  unlu  qənnadı  məmulatı  istehsalında  və  müxtəlif  xörək-
 
346
lərin hazırlanmasında işlədilir. Cirədən ətriyyat sənayesində və 
təbabətdə də istifadə edilir. 
Cirədən  yalnız  yeməklərin  dadını  və  ətrini  yaxşılaşdır-
maq üçün deyil, iştahaartırmaq üçün də istifadə olunur. Bunun 
üçün cirəni natamam üyüdür, xörək duzu qatıb nahardan qabaq 
bir neçə tikə çörəklə yeyirlər. 
Cirənin müalicəvi xassələri. Cirədən təbabətdə bəlğəm-
gətirici,  köpyatırıcı  və  iştahaartırıcı  vasitə  kimi  bir  sıra  prepa-
ratların  tərkibində  geniş  istifadə  olunur.  Xalq  təbabətində  cirə 
meyvəsindən  çay  kimi  dəmləyib  soyuqdəymədə  yumşaldıcı, 
bəlğəmgətirici,  astmanın  qarşısını  alan  və  eləcə  də  xroniki 
mədə-bağırsaq  xəstəliyinin  müalicəsində  faydalı  bir  dərman 
kimi  işlədirlər.  Cirənin  qurudulmuş  meyvəsindən  15-20  q  bir 
litrlik  su  qabında  çay  kimi  dəmləyib,  gündə  iki  dəfə,  yarım 
stəkan qəbul edirlər. 
Cirəni razyana meyvəsi ilə bərabər hissə-hissə qarışdırıb 
toz  halına  salandan  sonra,  ondan  iki  çay  qaşığı  bir  stəkan 
qaynar  suda  dəmləyib,  mədə  xəstəliyi  zamanı  köpün  qarşısını 
alan dərman kimi işlədirlər. Cirə meyvəsindən hazırlanmış çay 
uşaq əmizdirən anaların südünü artırmağa da kömək edir. 
Abşeronun  bağlı-bağçalı  kəndlərində  qədim  vaxtlardan 
bəri  becərilən  və  istifadə  olunan  cirə,  razyana  və  digər  ətirli-
yağlı bitkilərin təbabət üçün çox böyük əhəmiyyəti vardır. 
 Cökə  –  Липа  –  Tilia  cordata  Mill.  Cökə  (Tiliaceae) 
fəsiləsinə  aid  yabanı  halda  bitən  25  m-ə  qədər  hündürlükdə 
ağacdır. 50 növ kol və ağacdan Azərbaycanda  yetişəni, əsasən 
Qafqaz  cökəsi  adlanır.  Cökə  ağacının  300-400  il  ömrü  olur. 
Uzunsaplaqlı  yaşıl  yarpaqları  və  xoşagələn  ətirli,  sarı-qonur 
rəngli çiçəkləri vardır. Cökə çiçəkləri tam açıldıqda toplanır və 
kölgədə  qurudulur.  Cökənin  çiçəklərində  0,1-0,3%  xoşagələn 
efir  yağı,  onun  da  tərkibində  farnezol  (C
15
H
26
O)  maddəsi 
vardır. Likör-araq sənayesində istifadə edilir. Cökə çiçəklərində 
gesperidin 
(C
28
H
50
O
15
)  və  tiliasin  tipli  flavon  qlükozidləri,  aşı 

 
347
maddələri,  karotin  və  C  vitamini,  saponin,  üzvi  turşular  və  s. 
maddələr, toxum ləpəsində isə 58% yağ var. 
Cökə ağacının  yarpaqlarında bakterisid xassəli maddələr 
də vardır. Cökə çiçəklərindən soyuqdəymədə tərlədici və həra-
rətsalıcı kimi, eyni zamanda, tənəffüs yollarının iltihabı, mədə-
bağırsaq xəstəliklərində çay kimi dəmlənib istifadə edilir. Cökə 
yarpaqlarında 131,5 mq%, çiçəyində isə 31,6 mq% C vitamini 
vardır.  Yaz  vaxtı  təzə  cökə  yarpaqlarından  cökə  dolması 
bişirilir. Cökə çiçəkləri çay əvəzedicisi kimi də istifadə edilir. 
Cökə  ən  yaxşı  bal  verən  bitkidir.  1  ha  cökə  meşəsindən 
arılar  1,5  t  bal  hasil  edə  bilir.  Dadına  və  müalicəvi  əhəmiy-
yətinə görə cökə balı hələ qədimdən ən yaxşı bal hesab edilir. 
Cökənin  müalicəvi  xassələri.  Çiçəklərinin  xoşagələn 
özünəməxsus iyi onun tərkibində olan farnezol spirtindən əmə-
lə  gəlir.  Seskviterpenlərdən  olan  farnezol  son  dərəcə  ətirli  qo-
xuya  malikdir.  Cökə  ağacının  yarpaqlarında  bakterisid  xassəli 
maddələr  də  vardır.  Qədim  vaxtdan  bəri  cökənin  iyun  və  iyul 
aylarında  toplanmış  və  qurudulmuş  çiçəklərindən  xalq  təbabə-
tində dəmləmə kimi bir çox xəstəliklərin müalicəsində istifadə 
edirlər. 
Cökə çayının tərlədici və hərarətsalıcı kimi gözəl xassəsi 
vardır. Bu məqsədlə çox vaxt cökə çiçəyini, sığırquyruğunu və 
gəndalaş  bitkisinin  çiçəkləri  ilə  birlikdə  dəmləyirlər.  Bu  dəm-
ləmədən  bir  çox  xəstəliklərin  müalicəsində,  məsələn,  tənəffüs 
yollarının iltihabı, qaraciyər, böyrək və mədə-bağırsaq xəstəlik-
lərində,  eləcə  də  bərk  soyuqdəymə  zamanı  iki  xörək  qaşığı, 
gündə 3 dəfə, xörəkdən yarım saat qabaq xəstəyə içirirlər. 
Cökə çayını hazırlamaq üçün qurudulmuş və xırdalanmış 
cökə çiçəklərindən 5 q götürüb, onu təmiz kağızın üzərində 2 q 
sığırquyruğu və 3 q gəndalaş bitkilsinin çiçəyi ilə qarışdırır, 0,5 
litrlık  şüşə  və  yaxud  emallı  qaba  töküb  üzərinə  dolana  qədər 
qaynar  su  əlavə  edir  və  odun  üzərində  15  dəq.  dəmləyirlər. 
Sonra  qabı  odun  üzərindən  götürüb  isti-isti  tənzifdən  süzür  və 
xəstəyə içirirlər. 
 
348
Azərbaycanın dağ-meşə rayonlarında və Abşeronun bağ-
larında,  parklarında  çoxdan  bəri  becərilən,  iyun-iyul  aylarında 
öz  ətirli  xoş  iyi  ilə  parkları  gözəlləşdirən  cökə  ağacının  tibbi 
məqsədlər üçün böyük əhəmiyyəti vardır. 
 Çödükotu  –  Иссоп  –  Hyssopus  officinalis.  Dodaq-
çiçəklilər  (Labiatae)  fəsiləsindən  20-80  sm-ə  qədər  hündür-
lükdə olan  yarımkol bitkidir.  Uzunsov  yarpaqlarının qoltuğun-
da tünd göy, çəhrayı və ya ağ rəngli 5-7 ədəd ikidodaqlı çiçəyi 
yerləşir.  Bu  bitki  yabanı  halda  Rusiyanın  Avropa  hissəsində, 
Qafqazda  və  Orta  Asiyada  yayılmışdır.  Mədəni  halda  çox  az 
becərilir. Yarpaqları və  çiçəkləri xoşagələn ətirli və  acı  ədviy-
yəli dada malikdir. Təzə və qurudulmuş  yarpaqları tamlı qatqı 
kimi ət və tərəvəz xörəklərinə, souslara, soyuq qəlyanaltılara və 
salatlara  qatılır.  Likör-araq  sənayesində  likörün  ətirləndirilmə-
sində, ətirləndirilmiş şərabların istehsalında və ətriyyat sənaye-
sində istifadə edilir. Göy çiçəklilərdə maksimum miqdarda, ağ 
çiçəklilərdə isə minimum efir yağı vardır. 
Çödükotunun  yetişdiyi  torpaq-iqlim  şəraitindən  asılı 
olaraq tərkibində 0,9-1,15% efir yağı, onun tərkibində isə 1%-ə 
qədər 
α
-pinen
,  5%-ə  qədər 
β
-pinen,
  L-pinokamfen  və  başqa 
terpenlər vardır. Çödükotunda bundan başqa aşı və acı maddə-
lər, ursol və olenaol turşusu, flavanoidlər, qatranlar, piqmentlər 
və s. maddələr vardır. 
Çödükotu  balverən  bitkidir.  Çödükotu  balı  ən  yaxşı  bal 
hesab  edilir.  Arılar  bir  ha-dan  60  kq-a  qədər  bal  hasil  edir. 
Bəzək bitkisi kimi də becərilir. 
Çödükotunun  müalicəvi  xassələri.  Çödükotunun  dər-
man vasitəsi kimi istifadə olunması onun tərkibindəki efir yağ-
larının,  aşı  maddələrinin,  üzvi  turşuların,  kamedlərin,  diosmin 
flavonidinin və issopin qlikozidinin olması ilə əlaqədardır. Çö-
dükotundan  hazırlanmış  tinktura  sidikqovucu  və  köp  əleyhinə, 
çödükotundan hazırlanan məhlul və həlimlər isə həm də yarasa-
ğ
aldan xassəyə malik olduğundan islatma kimi və gec sağalan 
yaraları yumaq məqsədilə tətbiq olunur. Ağızdakı və boğazdakı 

 
349
iltihabı  proseslərdə,  eləcə  də  səsin  tutulmasında  çödükotu  hə-
limi ilə qarqara etmək məsləhət görülür. Çödükotu həlimi qəbul 
etdikdə tərləmə sekresiyası orqanizmdə nizama düşür. 
Xalq  təbabətində  ondan  bəlğəmgətirici,  astmaya  qarşı, 
mədə-bağırsaq xəstəliklərində, yarasağaldıcı və eləcə də, tonus-
qaldırıcı vasitə kimi istifadə edilir. 
Dağnanəsi  –  Чабер  горный  –  Satureia  hortensis  L. 
Dodaqçiçəklilər  (Labiatae)  fəsiləsindən  olan  birillik  ot  bit-
kisidir.  30  növündən  Azərbaycanda  13  növünə  təsadüf  edilir. 
Vətəni  Kiçik  Asiyadır.  Yabanı  halda  Cənubi  Avropanın  bütün 
ölkələrində,  Krımda,  Qafqazda  və  Zaqafqaziya  respublikala-
rında bitir. 
Dağnanəsinin  çiçək  açmamışdan  dərilən  yarpaqları  əd-
viyyə  kimi  istifadə  edilir.  Olduqca  ətirli  və  xoş  tamlıdır.  Tər-
kibində  1%-ə  qədər  efir  yağı,  onun  isə  tərkibində  timol,  fenol, 
karvakrol,  pinen
  vardır.  Təzə  yarpaqlarında  50  mq%  askorbin 
turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına 
oxşar olub ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının 
ə
sas hissəsini karvakrol təşkil edir. 
Dağnanəsinin  qurudulmamış  yarpaqları  salata,  duru  xö-
rəklərə,  eləcə  də  xiyar,  pomidor,  bibər  və  göbələyi  sirkəyə  və 
duza qoyduqda istifadə edilir. 
Qurudulmuş  dağnanəsi  ət,  tərəvəz,  göbələk  və  toyuq 
ş
orbalarına; mal, dana, toyuq və hind toyuğu ətlərini bişirərkən 
ə
lavə  edilir.  Yumurta  və  paxlalı  dənlərdən  bişirilən  xörəklərə, 
pörtlədilmiş kələmin bütün növlərinə qatılır. Dağnanəsi xörək-
lərə spesifik ətir iyi verir və onları vitaminləşdirir. Dağnanəsin-
dən  likör-araq  sənayesində,  ətriyyat  və  təbabətdə  də  istifadə 
olunur. 
Darçın  Корица – Cinnamomum zeylanicum.  Dəfnə 
(Lauraceae)  fəsiləsinə  aid  olan  həmişəyaşıl  tropik  darçın 
ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıq-
dan  ibarətdir.  Vətəni  Cənubi-Şərqi  Asiyadır.  Bitkinin  yunan 
mənşəli adının mənası «nöqsansız ədviyyə» kimi başa düşülür. 
 
350
Qədim  dövrdən  darçının  iki  növü  –  Çin  və  Seylon  darçını  öz 
aralarında  rəqabət  aparır.  Çin  darçını  haqqında  ilk  yazılı 
məlumat  eramızdan  əvvəl  təxminən  XVII  əsrə  aiddir.  Çin 
darçını bütün dövrlərdə və xalqlar tərəfindən yüksək qiymətlən-
dirilmişdir.  Seylonun  (indiki  Şri-Lankanın)  portuqaliyalılar 
tərəfindən  işğalından  sonra  Seylon  darçını  Çin  darçınını  sıxış-
dırmağa başladı və artıq XVI əsrin ortalarında onun qiyməti on 
dəfələrlə  artmışdı.  Bu  onunla  izah  olunurdu  ki,  Seylonda  dar-
çını  yabanı  bitən  ağacların  qabığından  toplayırdılar.  Seylonda 
ilk darçın plantasiyaları 1765-ci ildə salındı və sonradan bütün 
ölkələrin darçına olan tələbatı tədricən ödənildi. 
Darçın ən çox Seylonda, Yavada, Brazilayada, Çinin cə-
nub-şərq  rayonlarında  və  Indoneziyanın  bir  sıra  adalarında 
yetişdirilir. 
Darçın  ağaclarının  cavan  budaqlarını  4-cü  ildən  baş-
layaraq  ildə  iki  dəfə  kəsib,  uzununa  yardıqdan  sonra  qabığını 
soyurlar.  Soyulmuş  qabıqların  10  ədədini  bir-birinin  içərisinə 
yığıb dəstə bağlayırlar. Həmin qabıqları fermentləşdirmək məq-
sədilə bir neçə gün saxladıqdan sonra qabığın xarici təbəqəsini 
təmizləyib,  daxili  qatını  havada  qurudurlar.  Quru  darçını  sort-
laşdırdıqdan  sonra  45-50  kq  kütlədə  paçkalara  bağlayıb  satışa 
göndərirlər.  Darçının  xoş  ətri  və  nisbətən  tünd  tamı,  tərkibin-
dəki darçın aldehidinin (C
9
H
8
O) olması ilə izah edilir ki, bu al-
dehid darçındakı efir  yağlarının 70-98%-ni təşkil edir. Bundan 
ə
lavə,  efir  yağlarında  4-10%  evgenol, 
α
-  pinen,  kariofilen, 
fellondren
 və qeyri-birləşmələr vardır. Darçın bitkisinin növün-
dən, becərildiyi rayondan və hazırlanma üsulundan asılı olaraq 
4  növə  ayrılır:  Seylon  darçını,  Çin  darçını,  Sayqon  darçını, 
Baton  və  Maloy  darçını.  Bunlardan  Çin  və  Seylon  darçını 
yüksək keyfiyyətliliyi ilə fərqlənir. Ona görə də respublikamıza 
yalnız Seylon və Çin darçını  gətirilir. Darçın iki müxtəliflikdə 
satışa  buraxılır:  boruşəkilli  darçın  qabığı  və  üyüdülmüş  darçın 
tozu. Boruşəkilli darçın qabığının uzunluğu 10-15 sm olmalıdır. 
Darçın  tozu  isə  095  saylı  ələkdən  keçirildikdə  2%-ə  qədər 

 
351
ə
ləkdə  qala  bilər.  045  saylı  ələkdən  80%-dən  çox  keçməlidir. 
Üzü  quru  kiflə  örtülmüş  darçının  miqdarı  boruşəkilli  darçında 
3%-ə qədər ola bilər. Pərakəndə ticarət üçün darçın qabığını və 
tozunu 15-25 q kütlədə kağız və  ya sellofan paketlərdə,  yaxud 
da  karton  qutularda  satışa  buraxırlar.  Nəmliyi  13,5%-dən 
(üyüdülmüşdə  12,5%-dən),  ümumi  külü  5,8%-dən  çox,  efir 
yağı 0,5%-dən az olmamalıdır. 
Darçının  tərkibində  2-3,5%  efir  yağı  vardır.  Darçının 
xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı 
sənayesində  geniş  miqyasda  istifadə  olunmasını  təmin  edir. 
Darçın  meyvə  şorbalarına,  ov  quşu  və  ət  xörəklərinə,  souslara 
və  marinadlara  əlavə  olunur.  Milli  mətbəximizdə  darçın  çox 
geniş miqyasda istifadə olunur. 
Darçının  müalicəvi  xassələri.  Darçın  qədimdən  orqa-
nizmi  gücləndirən  və  möhkəmləndirən  vasitə  kimi,  xüsusən 
uzun sürən ağır xəstəlikdən sonra istifadə olunmuşdur. Darçını 
təkidlə  qidanın  həzmini  yaxşılaşdırmaq  üçün  məsləhət  görür-
dülər.  Darçın  iştahanı  artırır,  bağırsaqların  yüksək  peristalti-
kasını  nizamlayır,  köpün  əmələ  gəlməsini  azaldır,  mədə  və 
bağırsaqlardakı ağrıları sakitləşdirir. Bu  günə qədər Qərbi Av-
ropa  ölkələrində  darçından  ishala  və  mədənin  pozulmasına 
qarşı, xüsusilə mədə şirəsinin yüksək turşuluğundan asılılığı ilə 
ə
laqədar  istifadə  edirlər.  Darçın  həm  də  yaxşı  qankəsici  vasi-
tədir.  Onu  bütün  daxili  qanaxmalarda,  xüsusən  də  uşaqlıq 
qanaxmalarına  qarşı  təyin  edirlər.  Darçın  bakteriyalara  və 
viruslara  qarşı  təsirə  də  malikdir.  Darçın  cövhəri  qripə  qarşı 
vasitə  kimi  tətbiq  olunur.  Bir  çox  ölkələrdə  darçın  Dövlət 
Farmakopeyasına  daxil  edilib.  Homeopatiyada  Seylon  darçını 
qabığının  daxili  hissəsindən  hazırlanan  tinkturadan  istifadə 
olunur. 
Dəfnə yarpağı – Лавровый лист – Laurus pobilis L. 
Dəfnə (Lauraceae)  fəsiləsinə aid həmişəyaşıl nəcib dəfnə ağa-
cının  qurudulmuş  yarpaqlarıdır.  Vətəni  Kiçik  Asiya  və  Aralıq 
dənizi  sahilləridir.  Yabanı  halda  Şimali  Afrikada,  Italiyada 
 
352
təsadüf olunur. Sənaye  əhəmiyyətli dəfnə isə Avropanın cənu-
bunda,  Türkiyə,  Yunanıstan,  Suriya,  Əlcəzair  və  ABŞ-da 
yetişdirilir. 
Dəfnə  yarpağı  Gürcüstanda,  Azərbaycanda,  Qafqazın 
Qara Dəniz sahillərində və Krımda becərilir. 
Dəfnə ağacı daim yaşıl olub, 2-5 m hündürlüyündə kol və 
ya  8-12  m  hündürlüyündə  ağacdır.  Yarpağı  uzunsov  lanset 
formalı, açıq rəngdədir. Dəfnə yarpağı yığılacaq ağac bir neçə il 
qabaq  kol  halına  salınır.  Yeni  pöhrələnmiş  budaqlardan  zərif 
yarpaqlar  yığılır  və  qurudulur.  O  açıq  havada  tez  quruyur. 
Lakin düzgün saxlanmadıqda tez də xarab olur. 
 Dəfnə  yarpağının  tərkibində  8,92%  su,  2,35%  azotlu 
maddələr,  33,80%  sellüloza,  32,14%  azotsuz  ekstraktlı  mad-
dələr, 3,51% kül, eyni zamanda 1,62-3,52%-ə qədər efir yağı da 
vardır.  Bu  yağ  ona  spesifik  ətir  verir.  Ona  görə  də  dəfnə 
yarpağının ətri və dadı həmin yağın miqdarından asılıdır. Dəfnə 
efir  yağının  əsas  tərkibi  49,6-50,2%  sineol  (C
10
H
18
  O)  mad-
dəsindən  ibarətdir.  Bundan  başqa  30%-ə  qədər  pinen,  16%-ə 
qədər spirtlər (linalool, terpineol, geraniol), eləcə də 1,6-3,0%-
ə
 qədər evqenol vardır. 
Dəfnə  yarpağından  əsasən  konserv  sənayesində,  ət  və 
balıq  konservlərinin,  balıq  preservlərinin  istehsalında  istifadə 
edirlər.  Dəfnə  yarpağı  tərəvəzin  və  göbələyin  duza  və  sirkəyə 
qoyulmasında,  həmçinin,  tərəvəzlərin  turşudulmasında  istifadə 
edilir.  Dəfnə  efir  yağı  az  miqdarda  qənnadı  və  likör-araq 
sənayesində işlədilir. Aşpazlıqda ən geniş yayılmış ədviyyədir. 
Dəfnə  yarpağının  keyfiyyəti  aşağıdakı  tələblərə  uyğun 
olmalıdır: 
–  xarici  görünüşü  ayrı-ayrı  yarpaqlardan  ibarət  olub, 
xırdalanmış yarpaqların miqdarı 15%-dən çox olmamalıdır; 
–  rəngi  yaşıldır.  Sarımtıl-yaşıl  yarpaqlar  10%-ə  qədər, 
saralmış yarpaqlar 2%-ə qədər ola bilər; 
– nəmliyi 13%-ə qədər, külü 4%-dir.  

 
353
Dəfnə  yarpağını  25;  30  və  100  q  kütlədə  kağız  və 
sellofan paketlərdə satışa buraxırlar. Ticarətdə dəfnə yarpağının 
ə
vəzediciləri  də  buraxılır.  Bunlara  dəfnə  tozu,  dəfnə  həbi  və 
dəfnə  efir  yağı  aiddir.  Həmin  məhsullar  dəfnə  yarpaqlarının 
təzə  və  saralmış  yarpaqlarından  su  buxarı  ilə  qovmaqla  alınan 
dəfnə efir yağından istehsal edilir. 
Dəfnə  efir  yağı  onun  5-10%-li  spirtdəki  (96%-li)  və  ya 
rafinadlaşdırılmış günəbaxan yağındakı məhluludur. Xarici gö-
rünüşünə  görə  yaşıl  çalarlı  sarı  mayedir.  Kəskin  ətrə  və 
yandırıcı dada malikdir. 
Dəfnə  tozu  və  dəfnə  həbi  üçün  əsas  maddə  xörək  du-
zudur (95-97%).  Ona 1-3% dəfnə efir  yağı, 2%  nişasta qatılır. 
Dəfnə həbini tərkibində 1% efir yağı olan dəfnə tozundan hazır-
layırlar. Dəfnə tozunun nəmliyi 4%, həbin nəmliyi isə 3,5%-dir. 
Aparılan  tədqiqatlar  göstərir  ki,  satışa  verilən  dəfnə 
yarpağının  tərkibində  nəmlik  14%-dən  çox,  efir  yağının  mini-
mal  miqdarı  isə  1%-dən  az  olmamalıdır.  Eyni  zamanda,  stan-
dart üzrə dəfnə yarpağını qəbul edərkən, əsasən onun xarici gö-
rünüşü,  yarpağın  forması,  ölçüsü,  rəngi  müəyyən  edilir.  Lakin 
ə
sas  göstərici  kimi  efir  yağının  miqdarı  nəzərə  alınmır.  Efir 
yağının miqdarı müxtəlif illərdə və coğrafi şəraitdə əldə edilən 
dəfnə  yarpağında  0,5%-dən  4,5%-ə  qədərdir.  Efir  yağının 
miqdarını təyin etmək üçün burada Kinzberq üsulundan istifadə 
etmək  məsləhət  görülür.  Dəfnə  yarpağı  eyni  sort  üzrə  deyil, 
keyfiyyətindən  asılı  olaraq  müxtəlif  sortlarda  (əla,  1-ci,  2-ci) 
buraxılarsa daha yaxşıdır. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin