Qırmızıbaş kələm – Капуста краснокочанная – B.
Capitata, falba rubra L. Xaççiçəklilər (Cruciferae) fəsilə-
sindəndir. Yarpaqları bənövşəyi-qırmızıdan tünd qırmızı rəngə
qədər olur. Ağbaş kələmə nisbətən bunlar kiçik, habelə az
məhsuldar, lakin soyuğa davamlıdır. Payız-qış vaxtları yaxşı
saxlanılır.
Qırmızıbaş kələmin tərkibində 4,7% şəkər, 1,8% zülali
maddə, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,8% mineral maddə
və 60 mq% C vitamini vardır. Ondan həm təzə, həm də sirkəyə
qoyulmuş halda istifadə edilir. Zenit və Daş-kələm-447, Qako-
741 geniş yayılmış sortlarındandır. Daş kələm bərk, tünd
qırmızı rəngdə və kürəşəkillidir. Zenit kələmi girdə və bərk,
bənövşəyi və ya bənövşəyi-yaşıl rəngdə olur.
Standart üzrə qırmızıbaş kələmin keyfiyyətinə verilən
tələblər ağbaş kələmdəki kimidir. Lakin bir baş kələmin çəkisi
0,6 kq-dan, fevralın 1-dən etibarən 0,5 kq-dan az, özəyin
uzunluğu isə 2 sm-dən çox olmamalıdır. Qırmızı yarpaqların
yaşılımtıl yarpaqlarla növbələnməsi kələmin aşağı keyfiyyətli
olduğunu göstərir.
311
Qırmızı turp – Редис – Raphanus sativus L.
Xaççiçəklilər (Cruciferae) fəsiləsindəndir. Başqa kökümey-
vəlilərə nisbətən çox qısa müddətdə (18-25 günə) yetişir. Təzə
halda istifadə edilir. Tərkibində 4,1% karbohidrat, o cümlədən
3,5% şəkər, 1,2% azotlu maddə, 0,7% mineral maddə, 25 mq%
C, həmçinin, B
1
, B
2
, PP vitaminləri vardır. Rəngi ağ, çəhrayı,
qırmızı və bənövşəyi, forması oval, dairəvi və uzunsov olur.
Yayılmış sortlarından ağ uclu çəhrayı-qırmızı, ağ uclu çəhrayı,
Moskva istixana sortu, Koreya, Rubin və Saksa sortunu qeyd
etmək olar.
Qovun (Yemiş) – Дыня – Cucumis melo L.
Qabaqkimilər (Cucurbitaceae) fəsiləsindəndir. Vətəni Kiçik və
Orta Asiyadır və buradan digər ölkələrə yayılmışdır. XII-XIII
ə
srlərdə Kiçik Asiyadakı yunan köçkünləri qovunu Orta
Asiyadan Rusiyaya gətirmişlər. Artıq XVI əsrdə qovunu
Moskva ətrafında və digər bölgələrdə əkib-becərməyə başla-
mışlar. Hazırda qovunun Orta Asiya sortları çox qiymətli hesab
olunur və yerli əhalinin qidasında böyük rol oynayır.
ngilislər qovunu səhər yeməyində qəbul edirlər. ABŞ-da
nahar yeməyi bir dilim qovunla başlayır. Yaxın Şərqdə təzə və
sirkəyə qoyulmuş qovun ət və balıq yanında verilir. Lakin
Azərbaycanda qovun desert kimi süfrəyə verilir. Lakin qovunu
ə
sas qida ilə birlikdə yemək məsləhət görülmür.
Orta Asiyada bəzi qovun sortlarını nazik dilimlər şək-
lində günəş altında 10 gün ərzində qurudurlar. Son zamanlar
bərk ətlikli qovunlardan mürəbbə də bişirilir.
Qarpıza nisbətən daha çox istisevən bitkidir və qurulu-
ş
una görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan
toxum kamerasında yerləşir. Əsasən Orta Asiya və Zaqafqaziya
respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə
çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B
1
, 0,3 mq% B
2
, 0,6
mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast
gəlinən dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir.
Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir.
312
Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən
meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə, bərk-
liyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə,
yetişmə müddətinə, saxlanılmasına görə fərqlənir. Qovunun
qabığı açıq yaşıl, narıncı, qəhvəyi, ətli hissəsi isə ağ, yaşıl,
narıncı və çəhrayı rəngdə olur. Ətli hissəsi konsistensiyasına
görə lifli, yumşaq, xırda dənəli, xırçıldayan və sıx ətli olur.
Dadına görə çox şirin, şirin, az şirin, dadsız, ətrinə görə çox
ə
tirli, orta və zəif ətirli və ətirsiz olur. Yetişmə müddətinə görə
tezyetişən (80 günə), ortayetişən (80-110 günə) və gecyetişən
(110 gündən çox) qruplarına bölünür.
Ölçüsünə görə iri, orta və xırda olur. Üzəri hamar, tor
şə
bəkəli və qabırğalı formada olur. Tezyetişən sortları 20 günə,
ortayetişənlər 1-2 aya qədər, saxlanılmağa davamlı, gecyeti-
şə
nlər isə 3 aydan çox saxlanılır. Bunların saxlanma müddəti
yetişmə dövrlərindən asılıdır. Qovunlar bir neçə qrupa ayrılır:
Tezyetişən Rusiya sortları;
Tezyetişən Orta Asiya sortları;
Yumşaq ətli Orta Asiya sortları;
Xırçıldayan ətli Orta Asiya yay sortları;
Cənub payız-qış sortları;
Sıx ətli Rusiya sortları;
Kantaluplar və ya Qərbi Avropa sortları.
Kantalupların ətli hissəsi sıx və dadı ətirli olur. Geniş
yayılmış sortlarından Komsomol-142 və Limonu-sarı misal
göstərilə bilər.
Komsomol ortayetişən sort olmaqla, xırda meyvəli və
ş
arşəkillidir. Ətli hissə ağdır, zərif vanil ətri verir.
Limonu-sarı tezyetişən sortdur. Ətliyi ağ və sıx olur.
Sıx ətli Rusiya sortlarına Bronzovka, Kolxozçu, şəkərli
Krım, Persidskaya, Zimovka daxildir.
Zimovka orta yetişən olmaqla kütləsi 8 kq-a qədər olur.
Yaxşı saxlanılır. Tərkibində 10%-ə qədər şəkər vardır.
313
Kolxozçu ən çox yayılmış sortlardandır. Meyvəsi xırda,
ş
arşəkilli, sarı-narıncı yaşılı rəngdə olub, çox ətirli və dadlı,
tərkibində 12%-ə qədər şəkər olur. Orta yetişən sortdur, daşın-
mağa davamlı, saxlanmağa davamsızdır.
Payız-qış sortlarına Qulyabi kara, Qulyabi sarı, yaşıl
Qulyabi, narıncı Qulyabi daxildir. Yaşıl Qulyabi Cərco sortu-
dur və çox gecyetişəndir. Çəkisi 4-8 kq-a qədər olur. Ətirli ətli
hissəsinin tərkibində 10% şəkər vardır.
Narıncı Qulyabi gecyetişən sortdur, çəkisi 2,5-4 kq-a
qədər olur. Yumurtavarıdır, yaxşı saxlanılır. Orta Asiya yay
sortlarına Ak-kaun, Arbakeşka, Bargi-816, Içi-Kızıl, Kızıl-
urup, Konça, Xokuzkalya, Qırmızı ətli və s. sortları daxildir.
Azərbaycanda Kolxozçu-749/753, Balakən-281, Qusar-
çay-426 və yerli qovun sortları becərilir.
Standarta müvafiq qovunlar təzə, təmiz və sağlam, rəngi
və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. En
kəsiyinin diametri ən çox 15 sm-dən, tezyetişən və silindrik
formalılarda isə 10 sm-dən az olmamalıdır. Satışa buraxılan
qovunların içərisində azacıq əzik və batıq, həmçinin, ölçüdən
uzaqlaşan qovunların miqdarı 5%-dən çox olmamalıdır. 10%
eyni müddətdə yetişən başqa qovun sortlarının olmasına icazə
verilir.
Qovunun müalicəvi xassələri. Qovunun tərkibində fol
turşusunun olması onu aterosklerozda qidalanma üçün məsləhət
görməyə imkan verir. Yaşlıların və uşaqların qida rasionuna
qovunun əlavə edilməsi qan əmələgətirmə üçün də əhəmiyyət-
lidir. Çünki qovunun tərkibində dəmir olduğundan orqanizmdə
gedən oksidləşmə proseslərini nizamlayır və yeni qırmızı qan
kürəcikləri əmələ gətirir. Yadda saxlamaq lazımdır ki, qovunu
çox yemək olmaz, o qarın ağrısına, hətta ishala səbəb ola bilər.
Ürək-damar, qaraciyər, böyrək xəstəliklərində və qanazlığında
qovun yemək məsləhət görülür.
Xalq təbabətində qovundan qəbizliyə və babasilə qarşı
zəif yumşaldıcı kimi istifadə olunur. Qovunun ətliyi və
314
toxumları sidikqovucu təsirə malikdir. Qovunun əsəb sisteminə
sakitləşdirici təsiri də qeyd olunmuşdur. Xalq təbabətində
qovun ətliyindən alınan həlim piqmentli ləkələrin, çillərin və
üzdəki sızaqların rədd edilməsi üçün tətbiq edilir.
Patisson – Патиссон – Cucurbita var. Patisson. Qabaq-
kimilər (Cucurbitaceae) fəsiləsindəndir. Birillik bitkidir, yastı-
girdə formada, kənarları diliklidir. Başqa sözlə, patissona
boşqababənzər qabaq da deyilir. Rəngi açıq yaşıldan ağımtıl
yaşıla qədər olur. Yetişib ötmüşlər ağ süd rəngindədir. Yeyil-
mək üçün 3-5 günlük patissonlardan istifadə edilir. Yetişib
ötmüşlər kobud ətlikli və iri toxumlu olduğundan qida üçün
yararsızdır.
Patissonun tərkibində 4,3% şəkər, 2% azotlu maddə, o
cümlədən 0,6% zülal, 1,3% sellüloza, 0,6% pektin maddəsi,
0,1% üzvi turşu, 0,7% mineral maddə, 23-40 mq% C vitamini,
0,25 mq% PP, 0,04 mq% B
2
, 0,03 mq% B
1
və karotin (A
provitamini) vardır.
Aşpazlıqda suxari və yağ ilə bişirilmiş, qızardılmış və
qiymələnmiş patissondan istifadə edirlər. Suda bişirilmiş
patissonun dadı yaxşı olur. Həmçinin, patissonu ət qiyməsi ilə
doldurub (özək hissəsini çıxarıb ət qiyməsini oraya doldururlar)
– patisson dolması - bişirirlər.
Patissonu konservləşdirir və sirkəyə qoyurlar. Konserv-
ləşdirilmiş və sirkəyə qoyulmuş patisson uyğun formada hazır-
lanmış xiyarı əvəz edir.
Geniş yayılmış sortlarından ağ, tezyetişən ağ və sarı yastı
patissonları göstərmək olar.
Patissonun ən böyük diametrinin ölçüsü 10 sm-dən çox
olmamalıdır. Konservləşdirmək üçün isə diametri 6-8 sm,
çəkisi isə 80-100 q olan patissonlar götürülməlidir. Patissonun
meyvəsi zərif qabıqlı, şirəli və ətli hissəsi bərk, toxumları kal
olmalıdır.
Pərpərən (pərpətöyün) – Портулак – Partulaca L.
Pərpərən (Portulacaceae) fəsiləsindən birillik ətirli tərəvəz
315
bitkisidir (Partulaca L.). Vətəni Qərbi Himalaydan Yuna-
nıstana qədər geniş bölgələrdir. Qafqazda, Orta Asiyada və
Uzaq Şərqdə və Rusiyanın avropa hissəsində rast gəlinir.
Yabanı halda bostanlarda, əkin yerlərində və həyətyanı
sahələrdə bitir. Mədəni halda nisbətən az becərilir. Pərpərənin
tərkibində zülal, şəkər, sellüloza, mineral duzlar, üzvi turşular,
qlükozidlər, alkaloidlər, nisbətən çox C vitamini və provitamin
A (karotin) vardır. Pərpərən qədimdən qida bitkisi kimi istifadə
olunur. Bu bitki Hippokrata, Pliniyə və digər qədim dövr
alimlərinə məlum idi və onlar pərpərəni müxtəlif xəstəliklərdə
istifadə edirdilər. Pərpərəndən istifadə olunması haqqında orta
ə
sr ərəb təbabətində də bir çox məlumatlar mövcuddur.
Avropada pərpərən bir qədər gec məlum olmuş və ondan şorba
və salatlara tamlı qatma kimi istifadə edilmişdir. Pərpərən
qədimdən Qafqaz xalqlarının qidasında əsas yer tutmuş, ondan
ş
orbaların, tünd xörəklərin hazırlanmasında tamlı qatma kimi
istifadə olunmuş və sirkəyə qoyulmuşdur.
Pərpərən ət, balıq və başqa xörəklərə tamlı qatqı kimi
ə
lavə olunur. Tərkibində karotin, C vitamini və başqa bioloji
fəal maddələr vardır. Pərpərən təzə, bişirilmiş və konserv-
ləşdirilmiş halda qidaya sərf edilir. Pərpərən ən çox sirkəyə
qoyulmaqla konservləşdirilir. Pərpərəni sirkəyə qoymazdan
ə
vvəl onu suyu bir neçə dəfə dəyişmək şərtilə ciddi yuyurlar.
Yuyulmuş pərpərən tumurcuqlarını 3-5 dəq 90-100
0
C-də pörtür
və suyu süzülmək üçün aşsüzənə yığılır. Yarımlitrlik bankanın
dibinə bir ədəd dəfnə yarpağı və dilim şəklində doğranmış 1-2
diş sarımsaq qoyulur. Pörtülmüş pərpərəni 5-8 sm uzunluğunda
doğrayır, bankalara sıx yığırlar, sonra üzərinə tərkibində 2%
xörək duzu və 2% sirkə cövhəri olan marinad tökülür. Yarım-
litrlik bankalar 20 dəq birlitrlik bankalar isə 30 dəq pasterizə
edilir.
Pərpərənin müalicəvi xassələri. Pərpərəndən müalicəvi
məqsədlə istifadə olunması Şərq ölkələrində daha geniş
yayılmışdı. Xüsusən qaraciyər, böyrək və sidik kisəsi xəstəli-
316
yindən əziyyət çəkən insanların qidasında istifadə etmək məs-
ləhət görülür. Lakin qantəzyiqi olan insanlar pərpərəndən çox
istifadə etməməlidir. Çünki eksperiment tədqiqatlarla müəyyən
olunmuşdur ki, pərpərəndən hazırlanan tinktura və həlimlər
pişiklərdə damarların daralmasına və qantəzyiqinin kəskin
artmasına səbəb olmuşdur. Xalq təbabətində pərpərən toxum-
larından hazırlanan həlimdən istiliyi aşağı salmaq və ishala
qarşı istifadə olunur. Pərpərənin təzə yarpaqları arı sancdıqda
və şişlərin üstünə qoyulur. Pərpərəni həm də sinqa əleyhinə
istifadə edirlər.
Ə
rəblər qədim dövrlərdə pərpərənlə diabet xəstəliyini
müalicə edirdilər. Son illər yenidən bu üsul qanda şəkərin azal-
dılması məqsədilə təcrübəvi olaraq məsləhət görülür. Pərpərən
tinkturası orqanizmdə insulinin yaranmasını sürətləndirir.
Pomidor – Помидор, (томат) – Solanum licopersicum
L. Quşüzümü (Solanaceae) fəsiləsindən olan birillik ot
bitkisidir. Bir çox növ, yarımnövü və növmüxtəlifliyi vardır.
Üç növmüxtəlifliyi olan pomidor becərilir.
1.
Yüksək boyatan pomidorlar: kolu ştamsız, zoğları
nazik olur, meyvə verdikdə yerə yatır. Sortlarından Rıbka-52,
Cənublu-1644 və s.
2.
Ştamlı pomidorlar: zoğları qalın və bərk olur, mey-
və verdikdə yerə yatmır. Sortlarından Karlik, Neva, Krasnodar,
Volqoqrad və s.
3.
Determinat və ya zəif budaqlı karlik (cırtdan) po-
midorlar. Sortlarından Puşkin-1853, Pervenes, Kolxozçu-34 və
s. göstərmək olar.
Pomidor isti sevən bitki olduğundan, əsasən orta və cə-
nub rayonlarda becərilir. Pomidorun vətəni Amerikanın tropik
rayonlarıdır. Avropaya pomidor haqqında ilk məlumat XVI
ə
srdə məlum olmuşdur. XIX əsrin ortalarında pomidor Krımda
ə
kilmiş və sonra Rusiyanın bütün bölgələrində becərilməyə
başlanmışdır. Əvvəllər pomidoru dekorativ bitki kimi əkirdilər
və onun meyvələri zəhərli, yeməyə yararsız olduğu hesab
317
edilirdi. Pomidorun hər yerdə qidaya sərf olunması 1811-ci
ildən sonra başlanmışdır. Məlum olmuşdu ki, taliyada
pomidoru istiot, sarımsaq və yağla yeyirlər. Hazırda qırmızı
meyvəli və sarı meyvəli pomidor sortları becərilir. Pomidoru
çiy, bişirilmiş, qızardılmış, duza və sirkəyə qoyulmuş halda
yeyilir. Ondan salatlar, vineqred və tamlı qatma hazırlanır.
Müasir dövrdə heç bir xalqın mətbəxi pomidorsuz keçinmir.
Ondan tomat-pasta, tomat-püre, tomat şirəsi, tomat sousları
hazırlanır.
Pomidor nazik qabıqdan, ətli hissədən, toxum kamera-
larından və toxumlardan ibarətdir. Daxili toxum kameraları çox
olan pomidorlar ən yaxşı sort hesab edilir.
Pomidorun 600-ə qədər becərilən sortu məlumdur. Bun-
lar biri-digərindən formasına, rənginə, üzərinin vəziyyətinə
(qabırqalı), böyüklüyünə, toxum kamerasının sayı və yer-
ləşməsinə görə fərqlənir.
Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif
çalarında ola bilər. Pomidor oval, yastı yumru və konusvarı,
üstü isə hamar, ya da qabırğalı olur. Yetişməsinə görə pomidor
yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan
zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda
növlərinə ayrılır. Irilərinin çəkisi 100 q-dan çox, orta irilərinki
60-100 q, xırdalarınkı isə 60 q-a qədər olur.
Kameraların sayından asılı olaraq azkameralı (2-5
kamera), ortakameralı (6-9 kamera) və çoxkameralı (10-dan
çox kamera) qruplarına bölünür.
Təsərrüfat əlamətlərinə görə pomidorlar aşxana və
konservlik qruplardan ibarətdir. Pomidorun aşxana sortları ən
çox aşpazlıqda salatların, 1-ci və 2-ci xörəklərin hazırlanma-
sında istifadə olunur. Bunlar şirəli və gözəl dadlıdır. Pomidorun
konservlik sortları tomat-pasta, tomat-püre, tomat şirəsi almaq
üçün işlədilir. Bu pomidorların tərkibində quru maddə çox
olmalıdır. Sirkəyə və duza qoyulası pomidorların ətli hissəsi
bərk olmalıdır.
318
Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61%
mineral maddə, 4%-ə qədər karbohidratlar, 0,19% yağ, 0,84%
sellüloza vardır.
Pomidorun tərkibində 1,4 mq% dəmir, həmçinin K, Mg,
Na, Ca, P, J və s. elementlər vardır.
Pomidorda 30 mq% C vitamini, 1,4 mq% karotin (A
vitamini), B
1
, B
2
, B
3
, PP və P vitaminləri vardır. Pomidorda
0,4-0,6% üzvi turşu (alma, limon, az miqdarda kəhrəba və
turşəng), 0,1-0,2% pektin maddəsi, kal pomidorda isə 0,3%
nişasta vardır. Pomidorun acı dadı onun tərkibində olan solanin
qlükozidinin miqdarından asılıdır. Kal pomidorda 4 mq%,
yarımkalda 5 və yetişmişdə 8% solanin qlükozidi, boya
maddələrindən karotin, likopin və ksantofil vardır. Pomidorun
sortlarından Mayak, Biryuçekut, Bazar əcayibi, Qumbert və s.-
ni qeyd etmək olar. Mayak – tezyetişən, məhsuldar sortdur.
Meyvəsi orta ölçülü, forması yastı-dairəvi və ya dairəvi, səthi
hamar, qırmızı rəngli, xoş dadlıdır. Bu sorta yaxın pomidor
sortlarından Vosxod, Donski, Birinci, Volqa tezyetişəni, Zarya,
Kolxozçu, tezyetişən Moldova və Tamenes göstərilə bilər.
Morfoloji və əmtəəlik göstəricilərinə görə məhsuldar
Maykop sortuna aid olan pomidorlar bir qrupda birləşdirilir.
Buraya Brekodey, Opolçenes, Odessa, Hədiyyə, Sovet, Cə-
nublu və s. sortlar aiddir.
Orta zonada yetişdirilən pomidor sortlarından Planlı-904,
Delikates, Erliana-2, Axtubin-85, Tezyetişən, Talalixin-186,
Belorus-225, Şatilov-35 və s.-ni qeyd etmək olar.
Ş
imal vilayətlərində pomidorun Bizon-639, Qribov-1180,
Puşkin-1853, Tezyetişən-1165, Karlik-1185, Alpatyeva-905a
və çoxmeyvəli Ural sortları yetişdirilir.
Son illər ədəbiyyatlarda ən çox adı çəkilən pomidor
sortlarından Krasnodar, Volqoqrad-5/95, Donetski-3/2-1,
Bizon-639, Qribov və s. xarakterizə edilir. Bunlardan başqa
rimeyvəli, Ştamblı-152, Vosxod-119, Simferopol-765, Xırda-
319
meyvəli, Malyutka, Rıbka, Kuban, Gavalıyaoxşar, Qonets və s.
sortlar da vardır.
Son illərdə yetişdirilib rayonlaşdırılmış xırdameyvəli
sortlardan Pridnestrov Yenisey, Maşınlı-1, Marinadlı və s.
göstərilə bilər.
Bolqarıstandan gətirilən pomidor, əsasən adi pomi-
dorlardan 2-3 həftə tezyetişən № 10X Bizon sortudur.
Azərbaycanda, əsasən Mayak 12/20-4, Dnestrətrafı, Vol-
qoqrad 5/95, Sevimli, Şəfəq-49 və s. pomidor sortları yetiş-
dirilir. Bunlardan əlavə Bizon-637, Novoçerkassk-416, Kras-
nodarlı 87/23-9, Nubar-1, Peremoqa-165 və Savalan sortları da
becərilir.
Pomidorun keyfiyyətinə aşağıdakı tələblər verilir. Mey-
vəsi təzə, təmiz, bütöv, sağlam, kənd təsərrüfatı zərərvericiləri
ilə zədələnməmiş olmalı, forması eybəcər olmamalı, saplaqlı və
ya saplaqsız, ölçüsü ən böyük diametrində 4 sm-dən az
olmamalıdır. Gavalıyaoxşar və xırdameyvəli sortlarda meyvə-
nin ölçüsü normalaşdırılmır. Yetişmə müddətindən asılı olaraq
satışa qırmızı, çəhrayı və sarı (sarı meyvəli sortlar üçün) po-
midor göndərilir. Daşımaq üçün çəhrayı, boz və süd rəngli
pomidorlar götürülməlidir. Satış yerinə çatdıqda partiyada 10%
miqdarında (çəkiyə görə) sütül yetişmiş və zəif əzilmiş
pomidorlar ola bilər.
Üzərində çatları olan və ölçüsü 4 sm-dən az olan çəhrayı
və qırmızı pomidorlar yalnız tədarük və istehsal rayonunun
ə
razisində realizə olunmalıdır.
Səthində quru ləkə əmələ gəlmiş pomidorların miqdarı
çəkiyə görə 15%-dən, diametri 4 sm-dən az olan pomidorların
miqdarı 5%-dən, müxtəlif yetişkənliyə malik olanlar isə
(tədarük rayonlarında) 5%-dən çox olmamalıdır.
yul-avqust aylarında, partiyada 10% miqdarında sütül
yetişmiş pomidorların, lakin tamamilə formalaşmış meyvələrin
olmasına icazə verilir. Payızda satışa bozumtul-qırmızı
pomidorlar buraxıla bilər.
320
Tomat məhsulları hazırlamaq üçün pomidorlar tam yetiş-
miş, bütöv, təmiz və zədəsiz, emal üçün saplaqsız, gün vur-
mamış və ləkəsiz olmalı, çatlamışların miqdarı 2%-dən çox
olmamalıdır.
Sütül və yaşıl rəngli pomidorlar duza və sirkəyə qoymaq
üçün tədarük rayonlarında işlədilir.
Pomidorun müalicəvi xassələri. Pomidor şirəsi susuz-
luğu yatırtmaqla, həm də qidalı, xoşagələn içkidir. Bir stəkan
pomidor şirəsi insanın gündəlik A və C vitamininə olan tələ-
batını ödəyir. Təzə pomidor və onun şirəsi avitaminozun pro-
filaktikası üçün çox yaxşı vasitə hesab olunur. Bundan başqa,
pomidor şirəsi mədədə şirəqovucu təsirə də malik olduğundan
qida həzmini də yaxşılaşdırır. Konservləşdirilmiş şirə də təzə
pomidor kimi bioloji fəallığa malikdir.
Son dövrlərə qədər belə hesab olunurdu ki, pomidorda
turşəng (quzuqulağı) turşusu çoxdur və bu, orqanizmdə duz
mübadiləsinə mənfi təsir göstərir. Ona görə pomidoru yaşlıların
və qocaların qidasından çıxarmağı məsləhət görürdülər. Lakin
bu fikir tamamilə səhvdir. Düzdür, pomidorda olan turşəng tur-
ş
usu turşəngdən, ispanaqdan, kartofdan və çuğundurdan çox-
dur. Lakin podaqranın inkişafına təsir edən purinlər pomidorda
başqa bitki məhsullarına nisbətən azdır. Ona görə müasir
dövrdə heç bir qorxu olmadan uşaqların, yaşlıların və qocaların
qida rasionuna pomidoru əlavə etmək olar. Tərkibində vita-
minlər və kalium olduğundan pomidor ürək-damar sistemi
xəstəliklərində və maddələr mübadiləsinin pozulmasında
məsləhət görülür. Pomidor zərif sellülozası ilə fərqləndiyindən
mədə-bağırsaq xəstəliyi zamanı əsas qidada istifadə olunur.
Eksperiment və kliniki təcrübələr zamanı müəyyən
edilmişdir ki, sürtgəcdən keçirilmiş pomidor və pomidor şirəsi
irinləyən yaralarda bəzi mikroblara öldürücü təsir göstərir. Eyni
zamanda, çiy pomidordan hazırlanmış sıyığabənzər məhsul
sıxılmış şirəyə nisbətən daha çox antibakterial təsirə malikdir.
Lakin pomidor şirəsini istifadə etmək daha rahatdır. Tibbi
321
təcrübədə pomidor şirəsindən irinli yaraların və xoraların müa-
licəsində müvəffəqiyyətlə istifadə olunması haqqında məlu-
matlar çoxdur. Pomidorun bu xassəsi onun tərkibində fiton-
sidlərin olması ilə şərtlənir. Pomidorun fitonsidlərinin fəallığı o
qədər yüksəkdir ki, ondan bağlarda bitkilərin zərərvericiləri ilə
mübarizədə də istifadə edirlər.
Dostları ilə paylaş: |