Əhməd-Cabir smayıl oğlu Əhmədov



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix29.12.2016
ölçüsü2,16 Mb.
#3873
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

Qırmızıbaş  kələm  –  Капуста  краснокочанная    B. 
Capitata,  falba  rubra  L.  Xaççiçəklilər  (Cruciferae)  fəsilə-
sindəndir.  Yarpaqları bənövşəyi-qırmızıdan tünd qırmızı rəngə 
qədər  olur.  Ağbaş  kələmə  nisbətən  bunlar  kiçik,  habelə  az 
məhsuldar,  lakin  soyuğa  davamlıdır.  Payız-qış  vaxtları  yaxşı 
saxlanılır. 
Qırmızıbaş  kələmin  tərkibində  4,7%  şəkər,  1,8%  zülali 
maddə,  1,3%  sellüloza,  0,2%  üzvi  turşu,  0,8%  mineral  maddə 
və 60 mq% C vitamini vardır. Ondan həm təzə, həm də sirkəyə 
qoyulmuş halda istifadə edilir. Zenit və Daş-kələm-447, Qako-
741  geniş  yayılmış  sortlarındandır.  Daş  kələm  bərk,  tünd 
qırmızı  rəngdə  və  kürəşəkillidir.  Zenit  kələmi  girdə  və  bərk, 
bənövşəyi və ya bənövşəyi-yaşıl rəngdə olur. 
Standart  üzrə  qırmızıbaş  kələmin  keyfiyyətinə  verilən 
tələblər ağbaş kələmdəki kimidir. Lakin bir baş kələmin çəkisi 
0,6  kq-dan,  fevralın  1-dən  etibarən  0,5  kq-dan  az,  özəyin 
uzunluğu  isə  2  sm-dən  çox  olmamalıdır.  Qırmızı  yarpaqların 
yaşılımtıl  yarpaqlarla  növbələnməsi  kələmin  aşağı  keyfiyyətli 
olduğunu göstərir. 

 
311
Qırmızı  turp  –  Редис  –  Raphanus  sativus  L
Xaççiçəklilər  (Cruciferae)  fəsiləsindəndir.  Başqa  kökümey-
vəlilərə nisbətən çox qısa müddətdə (18-25 günə) yetişir. Təzə 
halda istifadə edilir. Tərkibində 4,1% karbohidrat, o cümlədən 
3,5% şəkər, 1,2% azotlu maddə, 0,7% mineral maddə, 25 mq% 
C,  həmçinin,  B
1
,  B
2
,  PP  vitaminləri  vardır.  Rəngi  ağ,  çəhrayı, 
qırmızı  və  bənövşəyi,  forması  oval,  dairəvi  və  uzunsov  olur. 
Yayılmış sortlarından ağ uclu çəhrayı-qırmızı, ağ uclu çəhrayı, 
Moskva  istixana  sortu,  Koreya,  Rubin  və  Saksa  sortunu  qeyd 
etmək olar. 
Qovun  (Yemiş)  –  Дыня  –  Cucumis  melo  L. 
Qabaqkimilər (Cucurbitaceae) fəsiləsindəndir. Vətəni Kiçik və 
Orta  Asiyadır  və  buradan  digər  ölkələrə  yayılmışdır.  XII-XIII 
ə
srlərdə  Kiçik  Asiyadakı  yunan  köçkünləri  qovunu  Orta 
Asiyadan  Rusiyaya  gətirmişlər.  Artıq  XVI  əsrdə  qovunu 
Moskva  ətrafında  və  digər  bölgələrdə  əkib-becərməyə  başla-
mışlar. Hazırda qovunun Orta Asiya sortları çox qiymətli hesab 
olunur və yerli əhalinin qidasında böyük rol oynayır. 
ngilislər qovunu səhər yeməyində qəbul edirlər. ABŞ-da 
nahar yeməyi bir dilim qovunla başlayır. Yaxın Şərqdə təzə və 
sirkəyə  qoyulmuş  qovun  ət  və  balıq  yanında  verilir.  Lakin 
Azərbaycanda qovun desert kimi süfrəyə verilir. Lakin qovunu 
ə
sas qida ilə birlikdə yemək məsləhət görülmür. 
Orta  Asiyada  bəzi  qovun  sortlarını  nazik  dilimlər  şək-
lində  günəş  altında  10  gün  ərzində  qurudurlar.  Son  zamanlar 
bərk ətlikli qovunlardan mürəbbə də bişirilir. 
Qarpıza  nisbətən  daha  çox  istisevən  bitkidir  və  qurulu-
ş
una görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan 
toxum kamerasında yerləşir. Əsasən Orta Asiya və Zaqafqaziya 
respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə 
çatır.  20  mq%  C,  1,2  mq%  A,  0,5  mq%  B
1
,  0,3  mq%  B
2
,  0,6 
mq%  PP  vitaminləri  vardır.  Mineral  maddələrdən  ən  çox  rast 
gəlinən  dəmirdir  ki,  bunun  da  miqdarı  2,5  mq%-ə  bərabərdir. 
Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. 
 
312
Qovunların  təsərrüfat-botaniki  sortları  biri-digərindən 
meyvəsinin  ölçüsünə  və  kütləsinə,  qabığının  rənginə,  bərk-
liyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, 
yetişmə  müddətinə,  saxlanılmasına  görə  fərqlənir.  Qovunun 
qabığı  açıq  yaşıl,  narıncı,  qəhvəyi,  ətli  hissəsi  isə  ağ,  yaşıl, 
narıncı  və  çəhrayı  rəngdə  olur.  Ətli  hissəsi  konsistensiyasına 
görə  lifli,  yumşaq,  xırda  dənəli,  xırçıldayan  və  sıx  ətli  olur. 
Dadına  görə  çox  şirin,  şirin,  az  şirin,  dadsız,  ətrinə  görə  çox 
ə
tirli, orta və zəif ətirli və ətirsiz olur. Yetişmə müddətinə görə 
tezyetişən  (80  günə),  ortayetişən  (80-110  günə)  və  gecyetişən 
(110 gündən çox) qruplarına bölünür. 
Ölçüsünə  görə  iri,  orta  və  xırda  olur.  Üzəri  hamar,  tor 
şə
bəkəli və qabırğalı formada olur. Tezyetişən sortları 20 günə, 
ortayetişənlər  1-2  aya  qədər,  saxlanılmağa  davamlı,  gecyeti-
şə
nlər  isə  3  aydan  çox  saxlanılır.  Bunların  saxlanma  müddəti 
yetişmə dövrlərindən asılıdır. Qovunlar bir neçə qrupa ayrılır: 
Tezyetişən Rusiya sortları; 
Tezyetişən Orta Asiya sortları; 
Yumşaq ətli Orta Asiya sortları; 
Xırçıldayan ətli Orta Asiya yay sortları; 
Cənub payız-qış sortları; 
Sıx ətli Rusiya sortları; 
Kantaluplar və ya Qərbi Avropa sortları. 
Kantalupların  ətli  hissəsi  sıx  və  dadı  ətirli  olur.  Geniş 
yayılmış  sortlarından  Komsomol-142  və  Limonu-sarı  misal 
göstərilə bilər. 
Komsomol  ortayetişən  sort  olmaqla,  xırda  meyvəli  və 
ş
arşəkillidir. Ətli hissə ağdır, zərif vanil ətri verir. 
Limonu-sarı tezyetişən sortdur. Ətliyi ağ və sıx olur. 
Sıx  ətli  Rusiya  sortlarına  Bronzovka,  Kolxozçu,  şəkərli 
Krım, Persidskaya, Zimovka daxildir. 
Zimovka  orta  yetişən  olmaqla  kütləsi  8  kq-a  qədər  olur. 
Yaxşı saxlanılır. Tərkibində 10%-ə qədər şəkər vardır. 

 
313
Kolxozçu  ən  çox  yayılmış  sortlardandır.  Meyvəsi  xırda, 
ş
arşəkilli,  sarı-narıncı  yaşılı  rəngdə  olub,  çox  ətirli  və  dadlı, 
tərkibində 12%-ə qədər şəkər olur. Orta yetişən sortdur, daşın-
mağa davamlı, saxlanmağa davamsızdır. 
Payız-qış  sortlarına  Qulyabi  kara,  Qulyabi  sarı,  yaşıl 
Qulyabi,  narıncı  Qulyabi  daxildir.  Yaşıl  Qulyabi  Cərco  sortu-
dur və çox gecyetişəndir. Çəkisi 4-8 kq-a qədər olur. Ətirli ətli 
hissəsinin tərkibində 10% şəkər vardır. 
Narıncı  Qulyabi  gecyetişən  sortdur,  çəkisi  2,5-4  kq-a 
qədər  olur.  Yumurtavarıdır,  yaxşı  saxlanılır.  Orta  Asiya  yay 
sortlarına  Ak-kaun,  Arbakeşka,  Bargi-816,  Içi-Kızıl,  Kızıl-
urup, Konça, Xokuzkalya, Qırmızı ətli və s. sortları daxildir. 
Azərbaycanda  Kolxozçu-749/753,  Balakən-281,  Qusar-
çay-426 və yerli qovun sortları becərilir. 
Standarta müvafiq qovunlar təzə, təmiz və sağlam, rəngi 
və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. En 
kəsiyinin  diametri  ən  çox  15  sm-dən,  tezyetişən  və  silindrik 
formalılarda  isə  10  sm-dən  az  olmamalıdır.  Satışa  buraxılan 
qovunların  içərisində  azacıq  əzik  və  batıq,  həmçinin,  ölçüdən 
uzaqlaşan  qovunların  miqdarı  5%-dən  çox  olmamalıdır.  10% 
eyni  müddətdə  yetişən  başqa  qovun  sortlarının  olmasına  icazə 
verilir. 
Qovunun  müalicəvi  xassələri.  Qovunun  tərkibində  fol 
turşusunun olması onu aterosklerozda qidalanma üçün məsləhət 
görməyə  imkan  verir.  Yaşlıların  və  uşaqların  qida  rasionuna 
qovunun əlavə edilməsi qan əmələgətirmə üçün də əhəmiyyət-
lidir. Çünki qovunun tərkibində dəmir olduğundan orqanizmdə 
gedən  oksidləşmə  proseslərini  nizamlayır  və  yeni  qırmızı  qan 
kürəcikləri  əmələ  gətirir. Yadda saxlamaq lazımdır ki, qovunu 
çox yemək olmaz, o qarın ağrısına, hətta ishala səbəb ola bilər. 
Ürək-damar,  qaraciyər,  böyrək  xəstəliklərində  və  qanazlığında 
qovun yemək məsləhət görülür. 
Xalq  təbabətində  qovundan  qəbizliyə  və  babasilə  qarşı 
zəif  yumşaldıcı  kimi  istifadə  olunur.  Qovunun  ətliyi  və 
 
314
toxumları sidikqovucu təsirə malikdir. Qovunun əsəb sisteminə 
sakitləşdirici  təsiri  də  qeyd  olunmuşdur.  Xalq  təbabətində 
qovun  ətliyindən  alınan  həlim  piqmentli  ləkələrin,  çillərin  və 
üzdəki sızaqların rədd edilməsi üçün tətbiq edilir. 
Patisson – Патиссон – Cucurbita var. Patisson. Qabaq-
kimilər (Cucurbitaceae) fəsiləsindəndir. Birillik bitkidir, yastı-
girdə  formada,  kənarları  diliklidir.  Başqa  sözlə,  patissona 
boşqababənzər  qabaq  da  deyilir.  Rəngi  açıq  yaşıldan  ağımtıl 
yaşıla  qədər  olur.  Yetişib  ötmüşlər  ağ  süd  rəngindədir.  Yeyil-
mək  üçün  3-5  günlük  patissonlardan  istifadə  edilir.  Yetişib 
ötmüşlər  kobud  ətlikli  və  iri  toxumlu  olduğundan  qida  üçün 
yararsızdır. 
Patissonun  tərkibində  4,3%  şəkər,  2%  azotlu  maddə,  o 
cümlədən  0,6%  zülal,  1,3%  sellüloza,  0,6%  pektin  maddəsi, 
0,1% üzvi turşu, 0,7% mineral maddə, 23-40 mq% C vitamini, 
0,25  mq%  PP,  0,04  mq%  B
2
,  0,03  mq%  B
1
  və  karotin  (A 
provitamini) vardır. 
Aşpazlıqda  suxari  və  yağ  ilə  bişirilmiş,  qızardılmış  və 
qiymələnmiş  patissondan  istifadə  edirlər.  Suda  bişirilmiş 
patissonun dadı  yaxşı olur. Həmçinin, patissonu ət qiyməsi ilə 
doldurub (özək hissəsini çıxarıb ət qiyməsini oraya doldururlar) 
– patisson dolması - bişirirlər. 
Patissonu  konservləşdirir  və  sirkəyə  qoyurlar.  Konserv-
ləşdirilmiş və sirkəyə qoyulmuş patisson uyğun formada hazır-
lanmış xiyarı əvəz edir. 
Geniş yayılmış sortlarından ağ, tezyetişən ağ və sarı yastı 
patissonları göstərmək olar. 
Patissonun  ən  böyük  diametrinin  ölçüsü  10  sm-dən  çox 
olmamalıdır.  Konservləşdirmək  üçün  isə  diametri  6-8  sm, 
çəkisi isə 80-100 q olan patissonlar götürülməlidir. Patissonun 
meyvəsi  zərif  qabıqlı,  şirəli  və  ətli  hissəsi  bərk,  toxumları  kal 
olmalıdır. 
Pərpərən  (pərpətöyün)  –  Портулак  –  Partulaca  L. 
Pərpərən  (Portulacaceae)  fəsiləsindən  birillik  ətirli  tərəvəz 

 
315
bitkisidir  (Partulaca  L.).  Vətəni  Qərbi  Himalaydan  Yuna-
nıstana  qədər  geniş  bölgələrdir.  Qafqazda,  Orta  Asiyada  və 
Uzaq  Şərqdə  və  Rusiyanın  avropa  hissəsində  rast  gəlinir. 
Yabanı  halda  bostanlarda,  əkin  yerlərində  və  həyətyanı 
sahələrdə  bitir.  Mədəni  halda  nisbətən  az  becərilir.  Pərpərənin 
tərkibində zülal, şəkər, sellüloza, mineral duzlar, üzvi turşular, 
qlükozidlər, alkaloidlər, nisbətən çox C vitamini və provitamin 
A (karotin) vardır. Pərpərən qədimdən qida bitkisi kimi istifadə 
olunur.  Bu  bitki  Hippokrata,  Pliniyə  və  digər  qədim  dövr 
alimlərinə məlum idi və onlar pərpərəni müxtəlif xəstəliklərdə 
istifadə  edirdilər.  Pərpərəndən  istifadə  olunması  haqqında  orta 
ə
sr  ərəb  təbabətində  də  bir  çox  məlumatlar  mövcuddur. 
Avropada pərpərən bir qədər gec məlum olmuş və ondan şorba 
və  salatlara  tamlı  qatma  kimi  istifadə  edilmişdir.  Pərpərən 
qədimdən Qafqaz xalqlarının qidasında əsas yer tutmuş, ondan 
ş
orbaların,  tünd  xörəklərin  hazırlanmasında  tamlı  qatma  kimi 
istifadə olunmuş və sirkəyə qoyulmuşdur. 
Pərpərən  ət,  balıq  və  başqa  xörəklərə  tamlı  qatqı  kimi 
ə
lavə  olunur.  Tərkibində  karotin,  C  vitamini  və  başqa  bioloji 
fəal  maddələr  vardır.  Pərpərən  təzə,  bişirilmiş  və  konserv-
ləşdirilmiş  halda  qidaya  sərf  edilir.  Pərpərən  ən  çox  sirkəyə 
qoyulmaqla  konservləşdirilir.  Pərpərəni  sirkəyə  qoymazdan 
ə
vvəl  onu  suyu  bir  neçə  dəfə  dəyişmək  şərtilə  ciddi  yuyurlar. 
Yuyulmuş pərpərən tumurcuqlarını 3-5 dəq 90-100
0
C-də pörtür 
və suyu süzülmək üçün aşsüzənə yığılır. Yarımlitrlik bankanın 
dibinə bir ədəd dəfnə yarpağı və dilim şəklində doğranmış 1-2 
diş sarımsaq qoyulur. Pörtülmüş pərpərəni 5-8 sm uzunluğunda 
doğrayır,  bankalara  sıx  yığırlar,  sonra  üzərinə  tərkibində  2% 
xörək duzu və 2% sirkə  cövhəri olan marinad tökülür. Yarım-
litrlik  bankalar  20  dəq  birlitrlik  bankalar  isə  30  dəq  pasterizə 
edilir.  
Pərpərənin  müalicəvi  xassələri. Pərpərəndən müalicəvi 
məqsədlə  istifadə  olunması  Şərq  ölkələrində  daha  geniş 
yayılmışdı.  Xüsusən  qaraciyər,  böyrək  və  sidik  kisəsi  xəstəli-
 
316
yindən  əziyyət  çəkən  insanların  qidasında  istifadə  etmək  məs-
ləhət  görülür.  Lakin  qantəzyiqi  olan  insanlar  pərpərəndən  çox 
istifadə etməməlidir. Çünki eksperiment tədqiqatlarla müəyyən 
olunmuşdur  ki,  pərpərəndən  hazırlanan  tinktura  və  həlimlər 
pişiklərdə  damarların  daralmasına  və  qantəzyiqinin  kəskin 
artmasına  səbəb  olmuşdur.  Xalq  təbabətində  pərpərən  toxum-
larından  hazırlanan  həlimdən  istiliyi  aşağı  salmaq  və  ishala 
qarşı  istifadə  olunur.  Pərpərənin  təzə  yarpaqları  arı  sancdıqda 
və  şişlərin  üstünə  qoyulur.  Pərpərəni  həm  də  sinqa  əleyhinə 
istifadə edirlər. 
Ə
rəblər  qədim  dövrlərdə  pərpərənlə  diabet  xəstəliyini 
müalicə edirdilər. Son illər yenidən bu üsul qanda şəkərin azal-
dılması məqsədilə təcrübəvi olaraq məsləhət  görülür. Pərpərən 
tinkturası orqanizmdə insulinin yaranmasını sürətləndirir. 
Pomidor – Помидор, (томат) – Solanum licopersicum 
L.  Quşüzümü  (Solanaceae)  fəsiləsindən  olan  birillik  ot 
bitkisidir. Bir çox növ, yarımnövü və növmüxtəlifliyi vardır. 
Üç növmüxtəlifliyi olan pomidor becərilir. 
1.
  Yüksək  boyatan  pomidorlar:  kolu  ştamsız,  zoğları 
nazik  olur,  meyvə  verdikdə  yerə  yatır.  Sortlarından  Rıbka-52, 
Cənublu-1644 və s. 
2.
  Ştamlı pomidorlar: zoğları qalın və bərk olur, mey-
və verdikdə yerə yatmır. Sortlarından Karlik, Neva, Krasnodar, 
Volqoqrad və s. 
3.
  Determinat  və  ya  zəif  budaqlı  karlik  (cırtdan)  po-
midorlar. Sortlarından Puşkin-1853, Pervenes, Kolxozçu-34 və 
s. göstərmək olar. 
Pomidor  isti  sevən  bitki  olduğundan,  əsasən  orta  və  cə-
nub  rayonlarda  becərilir.  Pomidorun  vətəni  Amerikanın  tropik 
rayonlarıdır.  Avropaya  pomidor  haqqında  ilk  məlumat  XVI 
ə
srdə məlum olmuşdur. XIX əsrin ortalarında pomidor Krımda 
ə
kilmiş  və  sonra  Rusiyanın  bütün  bölgələrində  becərilməyə 
başlanmışdır. Əvvəllər pomidoru dekorativ bitki kimi əkirdilər 
və  onun  meyvələri  zəhərli,  yeməyə  yararsız  olduğu  hesab 

 
317
edilirdi.  Pomidorun  hər  yerdə  qidaya  sərf  olunması  1811-ci 
ildən  sonra  başlanmışdır.  Məlum  olmuşdu  ki,  taliyada 
pomidoru  istiot,  sarımsaq  və  yağla  yeyirlər.  Hazırda  qırmızı 
meyvəli  və  sarı  meyvəli  pomidor  sortları  becərilir.  Pomidoru 
çiy,  bişirilmiş,  qızardılmış,  duza  və  sirkəyə  qoyulmuş  halda 
yeyilir.  Ondan  salatlar,  vineqred  və  tamlı  qatma  hazırlanır. 
Müasir  dövrdə  heç  bir  xalqın  mətbəxi  pomidorsuz  keçinmir. 
Ondan  tomat-pasta,  tomat-püre,  tomat  şirəsi,  tomat  sousları 
hazırlanır. 
Pomidor  nazik  qabıqdan,  ətli  hissədən,  toxum  kamera-
larından və toxumlardan ibarətdir. Daxili toxum kameraları çox 
olan pomidorlar ən yaxşı sort hesab edilir. 
Pomidorun  600-ə  qədər  becərilən  sortu  məlumdur.  Bun-
lar  biri-digərindən  formasına,  rənginə,  üzərinin  vəziyyətinə 
(qabırqalı),  böyüklüyünə,  toxum  kamerasının  sayı  və  yer-
ləşməsinə görə fərqlənir. 
Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif 
çalarında  ola  bilər.  Pomidor  oval,  yastı  yumru  və  konusvarı, 
üstü isə hamar, ya da qabırğalı olur. Yetişməsinə görə pomidor 
yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan 
zaman  da  yetişə  bilir.  Ölçüsünə  görə  iri,  orta  iri  və  xırda 
növlərinə ayrılır. Irilərinin çəkisi 100 q-dan çox, orta irilərinki 
60-100 q, xırdalarınkı isə 60 q-a qədər olur. 
Kameraların  sayından  asılı  olaraq  azkameralı  (2-5 
kamera),  ortakameralı  (6-9  kamera)  və  çoxkameralı  (10-dan 
çox kamera) qruplarına bölünür. 
Təsərrüfat  əlamətlərinə  görə  pomidorlar  aşxana  və 
konservlik  qruplardan  ibarətdir.  Pomidorun  aşxana  sortları  ən 
çox  aşpazlıqda  salatların,  1-ci  və  2-ci  xörəklərin  hazırlanma-
sında istifadə olunur. Bunlar şirəli və gözəl dadlıdır. Pomidorun 
konservlik  sortları  tomat-pasta,  tomat-püre,  tomat  şirəsi  almaq 
üçün  işlədilir.  Bu  pomidorların  tərkibində  quru  maddə  çox 
olmalıdır.  Sirkəyə  və  duza  qoyulası  pomidorların  ətli  hissəsi 
bərk olmalıdır. 
 
318
Pomidorun  tərkibində  orta  hesabla  93-96%  su,  0,61% 
mineral  maddə,  4%-ə  qədər  karbohidratlar,  0,19%  yağ,  0,84% 
sellüloza vardır. 
Pomidorun tərkibində 1,4 mq% dəmir, həmçinin K, Mg, 
Na, Ca, P, J və s. elementlər vardır. 
Pomidorda  30  mq%  C  vitamini,  1,4  mq%  karotin  (A 
vitamini),  B
1
,  B
2
,  B
3
,  PP  və  P  vitaminləri  vardır.  Pomidorda 
0,4-0,6%  üzvi  turşu  (alma,  limon,  az  miqdarda  kəhrəba  və 
turşəng),  0,1-0,2%  pektin  maddəsi,  kal  pomidorda  isə  0,3% 
nişasta vardır. Pomidorun acı dadı onun tərkibində olan solanin 
qlükozidinin  miqdarından  asılıdır.  Kal  pomidorda  4  mq%, 
yarımkalda  5  və  yetişmişdə  8%  solanin  qlükozidi,  boya 
maddələrindən  karotin,  likopin  və  ksantofil  vardır.  Pomidorun 
sortlarından Mayak, Biryuçekut, Bazar əcayibi, Qumbert və s.-
ni  qeyd  etmək  olar.  Mayak  –  tezyetişən,  məhsuldar  sortdur. 
Meyvəsi  orta  ölçülü,  forması  yastı-dairəvi  və  ya  dairəvi,  səthi 
hamar,  qırmızı  rəngli,  xoş  dadlıdır.  Bu  sorta  yaxın  pomidor 
sortlarından Vosxod, Donski, Birinci, Volqa tezyetişəni, Zarya, 
Kolxozçu, tezyetişən Moldova və Tamenes göstərilə bilər. 
Morfoloji  və  əmtəəlik  göstəricilərinə  görə  məhsuldar 
Maykop  sortuna  aid  olan  pomidorlar  bir  qrupda  birləşdirilir. 
Buraya  Brekodey,  Opolçenes,  Odessa,  Hədiyyə,  Sovet,  Cə-
nublu və s. sortlar aiddir. 
Orta zonada yetişdirilən pomidor sortlarından Planlı-904, 
Delikates,  Erliana-2,  Axtubin-85,  Tezyetişən,  Talalixin-186, 
Belorus-225, Şatilov-35 və s.-ni qeyd etmək olar.  
Ş
imal vilayətlərində pomidorun Bizon-639, Qribov-1180, 
Puşkin-1853,  Tezyetişən-1165,  Karlik-1185,  Alpatyeva-905a 
və çoxmeyvəli Ural sortları yetişdirilir. 
Son  illər  ədəbiyyatlarda  ən  çox  adı  çəkilən  pomidor 
sortlarından  Krasnodar,  Volqoqrad-5/95,  Donetski-3/2-1, 
Bizon-639,  Qribov  və  s.  xarakterizə  edilir.  Bunlardan  başqa 
rimeyvəli,  Ştamblı-152,  Vosxod-119,  Simferopol-765,  Xırda-

 
319
meyvəli, Malyutka, Rıbka, Kuban, Gavalıyaoxşar, Qonets və s. 
sortlar da vardır. 
Son  illərdə  yetişdirilib  rayonlaşdırılmış  xırdameyvəli 
sortlardan  Pridnestrov  Yenisey,  Maşınlı-1,  Marinadlı  və  s. 
göstərilə bilər. 
Bolqarıstandan  gətirilən  pomidor,  əsasən  adi  pomi-
dorlardan 2-3 həftə tezyetişən № 10X Bizon sortudur. 
Azərbaycanda, əsasən Mayak 12/20-4, Dnestrətrafı, Vol-
qoqrad  5/95,  Sevimli,  Şəfəq-49  və  s.  pomidor  sortları  yetiş-
dirilir.  Bunlardan  əlavə  Bizon-637,  Novoçerkassk-416,  Kras-
nodarlı 87/23-9, Nubar-1, Peremoqa-165 və Savalan sortları da 
becərilir. 
Pomidorun  keyfiyyətinə  aşağıdakı  tələblər  verilir.  Mey-
vəsi təzə, təmiz, bütöv, sağlam, kənd təsərrüfatı  zərərvericiləri 
ilə zədələnməmiş olmalı, forması eybəcər olmamalı, saplaqlı və 
ya  saplaqsız,  ölçüsü  ən  böyük  diametrində  4  sm-dən  az 
olmamalıdır.  Gavalıyaoxşar  və  xırdameyvəli  sortlarda  meyvə-
nin ölçüsü normalaşdırılmır. Yetişmə müddətindən asılı olaraq 
satışa  qırmızı,  çəhrayı  və  sarı  (sarı  meyvəli  sortlar  üçün)  po-
midor  göndərilir.  Daşımaq  üçün  çəhrayı,  boz  və  süd  rəngli 
pomidorlar götürülməlidir. Satış yerinə çatdıqda partiyada 10% 
miqdarında  (çəkiyə  görə)  sütül  yetişmiş  və  zəif  əzilmiş 
pomidorlar ola bilər. 
Üzərində çatları olan və ölçüsü 4 sm-dən az olan çəhrayı 
və  qırmızı  pomidorlar  yalnız  tədarük  və  istehsal  rayonunun 
ə
razisində realizə olunmalıdır. 
Səthində  quru  ləkə  əmələ  gəlmiş  pomidorların  miqdarı 
çəkiyə  görə 15%-dən, diametri 4 sm-dən az olan pomidorların 
miqdarı  5%-dən,  müxtəlif  yetişkənliyə  malik  olanlar  isə 
(tədarük rayonlarında) 5%-dən çox olmamalıdır. 
yul-avqust  aylarında,  partiyada  10%  miqdarında  sütül 
yetişmiş pomidorların, lakin tamamilə formalaşmış meyvələrin 
olmasına  icazə  verilir.  Payızda  satışa  bozumtul-qırmızı 
pomidorlar buraxıla bilər. 
 
320
Tomat məhsulları hazırlamaq üçün pomidorlar tam yetiş-
miş,  bütöv,  təmiz  və  zədəsiz,  emal  üçün  saplaqsız,  gün  vur-
mamış  və  ləkəsiz  olmalı,  çatlamışların  miqdarı  2%-dən  çox 
olmamalıdır. 
Sütül və yaşıl rəngli pomidorlar duza və sirkəyə qoymaq 
üçün tədarük rayonlarında işlədilir. 
Pomidorun  müalicəvi  xassələri.  Pomidor  şirəsi  susuz-
luğu  yatırtmaqla,  həm  də  qidalı,  xoşagələn  içkidir.  Bir  stəkan 
pomidor  şirəsi  insanın  gündəlik  A  və  C  vitamininə  olan  tələ-
batını  ödəyir.  Təzə  pomidor  və  onun  şirəsi  avitaminozun  pro-
filaktikası  üçün  çox  yaxşı  vasitə  hesab  olunur.  Bundan  başqa, 
pomidor  şirəsi  mədədə  şirəqovucu  təsirə  də  malik  olduğundan 
qida  həzmini  də  yaxşılaşdırır.  Konservləşdirilmiş  şirə  də  təzə 
pomidor kimi bioloji fəallığa malikdir. 
Son  dövrlərə  qədər  belə  hesab  olunurdu  ki,  pomidorda 
turşəng  (quzuqulağı)  turşusu  çoxdur  və  bu,  orqanizmdə  duz 
mübadiləsinə mənfi təsir göstərir. Ona görə pomidoru yaşlıların 
və  qocaların  qidasından  çıxarmağı  məsləhət  görürdülər.  Lakin 
bu fikir tamamilə səhvdir. Düzdür, pomidorda olan turşəng tur-
ş
usu  turşəngdən,  ispanaqdan,  kartofdan  və  çuğundurdan  çox-
dur. Lakin podaqranın inkişafına təsir edən purinlər pomidorda 
başqa  bitki  məhsullarına  nisbətən  azdır.  Ona  görə  müasir 
dövrdə heç bir qorxu olmadan uşaqların, yaşlıların və qocaların 
qida  rasionuna  pomidoru  əlavə  etmək  olar.  Tərkibində  vita-
minlər  və  kalium  olduğundan  pomidor  ürək-damar  sistemi 
xəstəliklərində  və  maddələr  mübadiləsinin  pozulmasında 
məsləhət görülür. Pomidor zərif sellülozası ilə fərqləndiyindən 
mədə-bağırsaq xəstəliyi zamanı əsas qidada istifadə olunur. 
Eksperiment  və  kliniki  təcrübələr  zamanı  müəyyən 
edilmişdir ki, sürtgəcdən keçirilmiş pomidor və pomidor şirəsi 
irinləyən yaralarda bəzi mikroblara öldürücü təsir göstərir. Eyni 
zamanda,  çiy  pomidordan  hazırlanmış  sıyığabənzər  məhsul 
sıxılmış  şirəyə  nisbətən  daha  çox  antibakterial  təsirə  malikdir. 
Lakin  pomidor  şirəsini  istifadə  etmək  daha  rahatdır.  Tibbi 

 
321
təcrübədə pomidor şirəsindən irinli yaraların və xoraların müa-
licəsində  müvəffəqiyyətlə  istifadə  olunması  haqqında  məlu-
matlar  çoxdur.  Pomidorun  bu  xassəsi  onun  tərkibində  fiton-
sidlərin olması ilə şərtlənir. Pomidorun fitonsidlərinin fəallığı o 
qədər yüksəkdir ki, ondan bağlarda bitkilərin zərərvericiləri ilə 
mübarizədə də istifadə edirlər. 
Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin