Qulançarın müalicəvi xassələri. Hazırda dünya miqya-
sında Qulançar fitoterapiya sahəsində bir çox xəstəliklərin
müalicəsində uğurla istifadə olunur. Belə ki, bitkinin kökü,
kökümsovu, təzə-tər zoğları, gövdəsi, iynə və ya sapşəkilli
yarpaqları və toxumları müxtəlif xəstəliklərin müalicəsində
sidikqovucu, sidik kisəsinin ağrıları, qantəzyiqi, vərəm, ürəkağ-
rıları, yel, şəkər, sonsuzluğa qarşı və s. istifadə olunur.
Vərəm xəstəliyinə düçar olan xəstələr yemək rasionunda
Qulançar istifadə etsələr daha faydalı olar. Çin təbabətiində
bitkinin köklərinin dəmləməsindən sidikqovucu, orqanizmin
tonusunun yaxşılaşdırılması, hərarətin salınması, qan dövra-
nının tənzimlənməsi, yel, şəkər və vərəm xəstəliyinin müali-
cəsində istifadə olunur. Qulançarın qurudulmuş köklərindən 3
xörək qaşığı götürüb xırda-xırda doğrayır, ilıq suda yuyub
300
təmizləyir və onun üzərinə 3 stəkan qaynar su əlavə edib vam
odun üzərində 5-7 dəq dəmləyərək onu süzüb təmiz şüşə qaba
qoyurlar. Yeməkdən 15 dəq əvvəl səhər və axşam 1 xörək
qaşığı qəbul edilir. Qəbul vaxtı 1 ay davam edir.
Hələ lap qədimdən bir çox ölkələrdə – Çində, Bolqarıs-
tanda, Fransada qulançarın tər zoğlarından, köklərindən böyrək
xəstəliklərinin müalicəsində istifadə etmişlər. Azərbaycanın
bir çox bölgələrində xalq arasında bitkidən bir çox xəstəliklərin
müalicəsində geniş istifadə olunur. Böyrəklərdə ağrılar, iltihabi
proseslər, sancılar olarsa, qulançarın qurumuş köklərindən 3 q,
gicitkən yarpağından 1 q, əvəlik kökündən 1 q, itburnu mey-
vələri və bağayarpağının hər birindən 2 q və qatırquyruğundan
5 q götürüb qarışdırırlar. Qarışıqdan 1 xörək qaşığı 200 ml
qaynar suya tökür və 30 dəq dəmləyirlər. Sonra onu süzüb
təmiz şüşə qaba tökürlər. Yeməkdən 10 dəq əvvəl bir xörək
qaşığı ilıq halda qəbul edilir. Qəbul müddəti 30 gündür. Yaxşı
olar ki, bu müalicə payız və yaz aylarında aparılsın.
Qulançardan sidikqovucu kimi də istifadə olunur.
Bitkinin giləmeyvələri seçilir, yuyularaq toxumdan təmizlənir.
Toxumlarından 30 ədəd götürüb həvəngdəstədə əzib toz halına
salırlar. Əzilmiş qulançar tozundan və qatırquyruğunun hər
birindən 1 çay qaşığı götürüb 100 ml qaynar suya tökür və
qarışdırıb vam odun üzərinə qoyur, 50 dəq (qaynamamaq
şə
rtilə) dəmləyirlər. Sonra süzüb təmiz şüşə qaba tökürlər. Sə-
hər, axşam yeməkdən 30 dəq qabaq 1 xörək qaşığı qəbul edilir.
Giləmeyvələri də sidikqovucu xassəyə malikdir. 1 xörək qaşığı
giləmeyvəsini 1 stəkan qaynar suda dəmləyib 50 q içmək
məsləhətdir.
Sidik kisəsi daşının tökülməsi üçün qurudulmuş kö-
kümsovlarını yuyub təmizləyir və xırda-xırda doğrayaraq
qaynar suda yaxalayırlar. 100 q götürüb 200 ml qaynar suda 30
dəq dəmləyir və süzüb təmiz şüşə qaba yığırlar. Yeməkdən 30
dəq əvvəl ilıq halda səhər-axşam 50 ml qəbul etmək yaxşı
nəticə verir. Yaxşı olar ki, qəbuldan 1 gün sonra isti vanna
301
qəbul edilsin. Vanna qəbul edərkən vannanın içində dizdən
bükməklə qarına doğru 20 dəfə aram-aram dartmaq lazımdır.
Sidiyə gedən zaman daşın düşməsini yoxlamaq üçün bankadan
istifadə etmək məsləhətdir.
Şə
kər xəstəliyinə qarşı qulançarın cavan zoğları
yuyulub təmizlənir, xırda-xırda doğranır və ondan 3 çay qaşığı
götürərək üzərinə 1 stəkan qaynar su əlavə edir, qarışdırır, dəm
almaq üçün ağzını nəlbəki ilə örtülür. Yaxşı dəm almaq üçün
stəkanı yun parçaya bükmək məsləhətdir. 2 saatdan sonra onu
süzüb təmiz şüşə qaba tökür və ilıq halda səhər, axşam acqarına
1 xörək qaşığı qəbul edirlər. Təcrübələrlə sübut edilmişdir ki,
bitkinin toxumu və giləmeyvələri də şəkər xəstəliyinin
müalicəsində əhəmiyyətli kömək edir.
Qantəzyiqini aşağı salmaq üçün qulançar cövhərindən
istifadə olunur. Qulançarın tərkibində asparaqin, koniferin
qlikozidi, saponin, xelidon turşusu, karotin B və C vitaminləri
vardır. Sınaqdan keçirilmiş təcrübələrin nəticələri göstərir ki,
vena qan damarına asparagin və qulançar cövhəri vurulduqda
qan təzyiqini aşağı salır. Bitkinin kökündən, kökümsovundan
götürüb yaxşı-yaxşı yuyub təmizləyir, xırda-xırda doğrayır, 3
çay qaşığı götürüb, 3 çay qaşığı cavan zoğları ilə birlikdə 2
stəkan qaynar suda 30 dəq dəmləyirlər. Sonra onu süzür və
təmiz yuyulmuş şüşə bankalara tökürlər. Səhər-axşam acqarına
2 xörək qaşığı qəbul edirlər.
Sonsuzluğa qarşı qulançar çox faydalıdır. Giləmeyvələr
tam yetişən vaxt (payızda, oktyabr-noyabr) yuyulur və
içərisindəki toxumları təmizləyərək sərib qurudurlar. Qurudul-
muş toxumlar işığıkeçirməyən tünd rəngli kimyəvi bankalara
yığıb ağzını örtür və soyuducuda saxlayırlar. Yazın əvvəl-
lərində (qan qaynayan vaxt) 30 ədəd toxum əzilərək un halına
salınır. Əzintidən 2 xörək qaşığı götürüb 2 xörək qaşığı təmiz
balla qarışdırılır. Səhər, günorta və axşam yeməkdən 20 dəq
qabaq 3 çay qaşığı qəbul edilir. Qəbul vaxtı 21 gündür. Qəbul
zamanı içki içmək və siqaret çəkmək qadağandır. Yazın əvvəl-
302
lərində qulançarın vegetasiyaya başlanması vaxtıdır. Bu
vaxtlarda o 2-3-4 illik zoğlar əmələ gətirir. O zoğları bişirib
yemək sonsuzluğa qarşı çox xeyirlidir.
Yel xəstəliyinin müalicəsində qulançardan istifadə
olunur. Qurudulmuş kökümsovları, kökləri isti su ilə yuyub
təmizləyir, sonra xırda-xırda doğrayıb 3 xörək qaşığı götürüb
200 q suda dəmləyirlər. Bu dəmləməni səhərlər yeməkdən 30
dəq qabaq 1 xörək qaşığı qəbul edirlər. Oynaqlarda (topuqda,
dizdə) ağrılar baş verərsə, qulançar və ya mərəçüyüdün quru-
dulmuş kökümsovlarından 5 xörək qaşığı götürüb xırda-xırda
doğrayır, 1 stəkan qaynar suda dəmləyir və süzürlər. Həmin
dəmdən 3 xörək qaşığı, meymunçörəyi meyvəsinin şirəsindən 1
xörək qaşığı, kəvər (yerqulağı – «kapers») kökünün şirəsindən
1 çay qaşığı götürüb qarışdırırlar. Ağrı olan yerləri spirtli
pambıqla yaxşı-yaxşı silir, sonra silinmiş yerə qatışıqdan azacıq
yaxıb, əlin içi ilə yaxşı-yaxşı ovurlar. Əməliyyat qurtardıqdan
sonra həmin massaj edilmiş yeri yun əski və ya yun şərflə
bağlayırlar. Sarğı 24 saatdan sona açılır və yenisi ilə əvəz edilir.
Müalicə 5-7 gün davam etdirilir.
Baş tükünün tökülməsinə qarşı qulançar əvəzolunmaz
kosmetik vasitədir. Qurudulmuş kökünü isti suda yuyub
təmizləyir, xırda-xırda doğrayır və ondan 2 xörək qaşığı
götürüb 200 q qaynar suda dəmləyirlər. Dəmi süzüb təmiz stə-
kana tökürlər. Sonra təmizlənmiş giləmeyvəsindən 2 xörək
qaşığı, qurumuş gicitkən yarpağından 3 xörək qaşığı və gül-
xətmi çiçəyinin qurusundan 2 xörək qaşığı götürüb, qulan-
çardan hazırlanan dəmin (nastoyun) üzərinə əlavə edib təkrar
dəmləyirlər. Dəm hazır olanda başı ilıq su ilə yaxalayır və dəm-
lənmiş məhlulu pambığa hopdurub yaxşı-yaxşı başın tükünün
diblərinə yaxırlar. Sonra başı isti dəsmalla bağlayırlar. 30
dəqiqədən sonra ilıq su ilə yuyurlar. Yaxşı olar ki, bu əməliyyat
payız və yaz aylarında başın tükü tökülməyə başlayanda
aparılsın. Müalicə kursunu 10 gün davam etmək məsləhətdir.
303
Ürək-damar xəstəliklərinin müalicəsində qulançarın
qurudulmuş köklərindən 150 q götürüb qaynar suda yaxşı-yaxşı
yuyur, xırda-xırda doğrayıb 200 q qaynar suda dəmləyirlər.
Sonra onu süzüb səhər-axşam acqarına 1 xörək qaşığı qəbul
edirlər. Bu damarların kirəclənməsinin qarşısını alır, ürək
ağrılarına kömək edir. Yazın əvvəllərində təzə-tər zoğlarından
hazırlanmış müxtəlif yeməklər də ürək-damar ağrılarına çox
köməklik göstərir.
Quşbuğdası, qırxbuğum, – Горец птичий –
Polygonum aviculare L. Bu, Qrxbuğum (Polygonaceae) fəsi-
ləsindən birillik ot bitkisi olub, qol-budaqlı gövdəyə malikdir.
Kənarları bütöv, ellips şəkilli xırda yarpaqları vardır. Çiçəkləri
çox da nəzəri cəlb etmir. Quşbuğdası iyun ayından başlayaraq
payıza qədər çiçəkləyir. Çiçəkləri yarpaqların qoltuğunda
yerləşir.
MDB ərazisində alaq otu kimi geniş yayılmışdır. Azər-
baycanda da quşbuğdasının ehtiyatı çoxdur.
Bitkinin tərkibində üç flavon qlikozidi – kversetin, hipe-
rozid
və avikularin vardır. Avikularin hidroliz olunduqda kver-
setin və arabinoza alınır. Quşbuğdasının tərkibində, həmçinin
3%-ə qədər aşı maddəsi, 1%-ə qədər isə silikat turşusu vardır.
Silikat turşusunun 0,2%-i həllolandır. Vegetasiya dövründə
silikat turşusunun miqdarı demək olar ki, dəyişmir, lakin
flavonlar ən çox bitki çiçəkləyən dövrdə toplanır.
Quşbuğdasının müalicəvi xassələri. Müalicəvi məq-
sədlə bitkinin yerüstü hissəsi çiçək açan vaxt toplanır və açıq
havada qurudulur. Quşbuğdası otundan alınan “avikularin” pre-
paratı mamalıq təcrübəsində qankəsici vasitə kimi tətbiq olu-
nur. Quşbuğdası otundan hazırlanmış ekstrakt kapillyar damar-
ların divarlarını möhkəmləndirir, qanın laxtalanmasını surət-
ləndirir. Bundan əlavə, quşbuğdası otunu çay kimi dəmləyib,
böyrək xəstəliklərində, xüsusilə də sidik yollarında daş olduqda
içirlər.
304
Quşəppəyi – Пастушья сумка – Capsella bursa
pastoris L. Xaççiçəklilər (Cruciferae) fəsiləsindən 30-50 sm
hündürlükdə birillik ot bitkisidir. Azərbaycanda bitkinin yalnız
bir növü olan adi quşəppəyi (Capsella bursa pastoris) bitir.
Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı
gövdəsindəki yarpaqları isə saplaqlı olaraq rozet formalıdır.
Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvarıdır. Meyvələri
buynuzcuqlu olub, üçbucaqşəkillidir. Quşəppəyi faydalı dər-
man bitkisidir. Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni
bitkilərin toxumu ilə qarışıq bitmiş qüşəppəyi bitkisini alaq otu
bilərək məhv edirlər.
Bitkinin tərkibində efir yağı, aşı maddəsi, askorbin tur-
ş
usu, alma və limon turşu, bundan əlavə, xolin, asetilxolin, tira-
min
və s. qiymətli maddələr də vardır. Quşəppəyi toxumlarının
tərkibində 20%-dək bitki yağı olur. Buna görə də həmin bitki
heyvanlar və insanlar tərəfindən həvəslə yeyilir.
Xalq təbabətində quşəppəyi bitkisinin (toxumla birlikdə)
cövhərindən hazırlanmış məlhəmlə hamilə qadınlarda uşaqlıq
yolu qanaxmasına qarşı (tampon qoymaqla) istifadə edirlər.
Bitkinin cavan zoğlarından təzə və qurudulmuş halda milli
xörəklərdə istifadə olunur.
Qabaq (kudu, boranı, balqabaq) – Тыква – Cucurbita
Pepo L. Qabaqkimilər (Cucurbitaceae) fəsiləsindəndir.
Dünyada 700-ə qədər növü vardır. Bunlardan 3 növü
Azərbaycanda daha geniş yayılmışdır:
1. Adi qabaq və ya qalınqabıq qabaq –
Cucurbita Pepo L.
1.
rimeyvəli qabaq – Cucurbita maxima Duch.
2.
Müşk (muskat) qabaq və ya balqabaq – Cucurbita
moschata Duch.
Qabaq həm qida və həm də yem məqsədilə istifadə
olunur. Müəyyən olunmuşdur ki, Meksika əhalisi eramızdan
3000 il əvvəl qabaqla qidalanırdılar. Qədim Misirdə də qabaq
ə
haliyə yaxşı məlum idi.
305
Qabaq bişirilmiş, qızardılmış və sirkəyə qoyulmuş halda
qidaya sərf olunur. Azərbaycan kulinariyasında qabaqla bir çox
xörəklər hazırlanır, ondan mürəbbə bişirilir, unlu şirniyyat
məmulatı hazırlanır. Qabaqla darı yarmasından hazırlanan sıyıq
bir çox ölkələrdə xüsusilə məşhurdur.
Qabağın aşxana sortlarından sup, yağlı və südlü püre,
marinad hazırlamaq və qızartmaq üçün istifadə edilir. Bundan,
həmçinin, vitamin preparatları, şirniyyat sənayesində sukat və
müxtəlif içliklər hazırlanır. Vitamin preparatı üçün ətli hissəsi
sarı olanlar daha əlverişlidir. Aşxana sortlu qabaqlar dadlı və
xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su,
0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ
vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir.
Yetişmiş qabaqda şəkərin miqdarı orta hesabla 8%-dir.
Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Bu-
nun toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi
çəkisinin 75%-ni yeməli hissə təşkil edir. Geniş yayılmış sortla-
rından boz rəngli Volqa sortu orta gecyetişəndir. ri, yumru-
yastı formada və açıq boz rəngdədir. Saxlanılma və daşınma
üçün çox əlverişlidir. Sarı ətli hissəsi şirindir.
Mozoleyev sortu çox yayılmış sortlardandır. Orta gecye-
tişəndir. Yumurtavarı və ya uzunsov, rəngi sarıdır. Üzəri tünd
yaşıl cizgilidir, orta irilikdədir. Ətli hissəsi dadlı, solğun
çəhrayı rəngdədir.
Ukrayna sortu çoxmeyvəli, zəif qabırğalıdır. Çəhrayı
rəngdədir. Ətli hissəsi xırçıldayan çəhrayı rəngdə olur. Perex-
vatka-69 muskat ətirli və gecyetişən sortdur. Orta irilikdə və
silindrik formada olub, ətli hissəsi dənəli, xırçıldayan və
çəhrayı rəngdədir. Tərkibində 12 mq% karotin və C vitamini
vardır. Göstərilən sortlardan başqa bir çox rayonlarda başqa
sortlar da yetişdirilir ki, bunlardan Bıkov, Biryuçekut, Başkir,
Çərkəz, Altay sortlarını qeyd etmək olar.
Azərbaycanda Palov-Kadu-268, Perexvatka-69 və yerli
qabaq sortları yetişdirilir. Standart üzrə qabaq təmiz, təzə,
306
yetişmə dərəcəsinə görə birnövlü, sağlam, rəngi və forması
təsərrüfat-botaniki sortuna müvafiq, bütöv saplaqlı olmalıdır.
Qabağın ən böyük en kəsiyinin diametri uzunsov formalılarda
12 sm-dən, yastı və dairəvi formalılarda isə 15 sm-dən az
olmamalıdır.
Qabağın müalicəvi xassələri. Qabağın tərkibində 0,7%-
ə
qədər sellülozanın və üzvi turşuların olması ondan mədə-
bağırsaq xəstəliklərində istifadə etməyə imkan verir. Pektinin
çox olması isə yoğun bağırsağın iltihabında xüsusilə müsbət
təsir göstərir. Pektin orqanizmdən xolesterinin çıxarılmasına
təsir göstərdiyindən, aterosklerozun profilaktikasında da
faydalıdır.
Çiy qabaq ətliyi bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
Ona görə də davamlı qəbizlikdə gündə 0,5 kq çiy qabaq yemək
məsləhət görülür. Qabağın enerji dəyəri az olduğundan
kökəlməyə qarşı da qida rasionuna salınması məsləhət görülür.
Qabağın sidikqovucu təsiri olduğundan ürək-damar xəs-
təlikləri və bəzi böyrək və sidik kisəsi ilə əlaqəli şişlərdə pəhriz
qidası kimi istifadə oluna bilər. Belə hallarda qabaqla sıyıq
hazırlayıb gündə iki dəfə yemək lazımdır. Xalq təbabətində
qaraciyər və böyrək xəstəliklərində gündə 1-1/2 stəkan təzə
qabaq şirəsi içmək nəzərdə tutulur. Yuxusuzluq və səksəkəli
yuxu zamanı sakitləşdirici vasitə kimi 75-100 q ballı qabaq
həlimi içmək məsləhət görülür. Danimarkada xalq təbabətində
qabaq titrətmə və qızdırmaya qarşı tətbiq edilir.
Qabağın ətliyinin müxtəlif məqsədlər üçün istifadə
olunmasına baxmayaraq, tibbi praktikada artıq 200 ilə yaxındır
ki, qabaq toxumlarından qurdqovucu vasitə kimi istifadə olu-
nur. Qabaq toxumları istər xalis və istərsə də emulsiya forma-
sında həm girdə (askarid), həm də lentvarı qurdlara qarşı isti-
fadə olunur. Qabaq toxumlarından aşağıdakı qaydada müalicə
təyin olunur.
Birinci gün müalicəyə hazırlıq görülür, xəstə pəhriz
saxlayır, axşam yüngül yemək yeyir, yaxud gecə işlətmə duzu
307
(Na
2
SO
4
) qəbul edir. Ikinci gün səhər tezdən acqarına qabaq
toxumlarından hazırlanan preparatlardan biri, 2-3 saatdan sonra
isə işlətmə duzu verilir.
Preparatı hazırlamaq üçün havada qurudulmuş toxumlar
qabıqdan təmizlənir, lakin ləpənin üzərindəki nazik yaşılımtıl
qılaf saxlanılmaqla həvəngdə əzilir. Əzilmiş kütlə (300 q) balla
və ya mürəbbə şirəsi (100 q) ilə qarışdırılır, acqarına bir saat
ə
rzində az-az yeyilir. Təxminən 3 saatdan sonra işlətmə
dərmanı verilir və imalə (klizma) edilir. Toxumun miqdarı 3-4
yaşlı uşaqlar üçün 75 q, 10 yaşlılar üçün isə 150 q-dır. Qurd-
qovucu vasitə kimi bir başqa preparat - toxumlardan hazırlanan
həlimdir. Bunun üçün 500 q qabıqdan təmizlənməmiş toxum-
ları 1 litr su ilə qarışdırıb 2 saat su hamamında (qaynatmamaq
şə
rtilə) saxlayır, 10 dəq ərzində soyudub süzür, alınmış həlim
bir saat ərzində az-az içilir. Həlimin dadını yaxşılaşdırmaq
üçün azacıq şəkər əlavə etmək olar. Bütün həlimi içdikdən 2
saat sonra xəstəyə işlətmə dərmanı verilir.
10 yaşında uşaqlar üçün həlimi 300 q toxumdan, 5-7
yaşlılar üçün 200 q, 5 yaşına qədər uşaqlar üçün isə 100-150 q-
dan hazırlayır və müvafiq nisbətdə suyun miqdarı da azaldılır.
Qabaq toxumu ilə müalicə yaxşı nəticə verir. Qabağın lət
hissəsindən bir sıra xəstəliklərin müalicəsində, o cümlədən
mədə-bağırsaq, böyrək xəstəliklərində, öd kisəsinin iltihabında
gözəl şəfaverici vasitə kimi istifadə olunur.
Boranı (göy qabaq) əsasən qızardılmış, qiymələnmiş
halda qidaya sərf olunur. Tərkibində kalium çox olduğundan
ürək və böyrək xəstəliklərindən yaranan şişkinliklərdə
(ödəmlərdə) ondan istifadə etmək məsləhət görülür. Çünki göy
qabaq orqanizmdən artıq suyun çıxarılmasına kömək edir. Göy
qabaq çiçəklərindən yaraların sağalması üçün istifadə olunur.
Qarpız – Арбуз – Citrullus vilgaris Schard. Qabaq-
kimilər (Cucurbitaceae) fəsiləsinə aid birillik bitkidir. Qarpız
qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu toxumu olan yumşaq
ə
tlikli meyvəli tərəvəzdir.
308
Qarpızın vətəni Cənubi Afrikadır. Bu günə qədər Ka-
laxarinin yarımsəhralarında bu bitkiyə yabanı halda rast gəlinir.
Qarpızın mədəni sortları ərəblərə və cuhudlara eramızdan 1500
il əvvəl məlum idi. Qərbi Avropada qarpız XI-XII əsrlərdə,
Ukraynada isə XVII əsrin ortalarında əkilməyə başlanmışdır.
Azərbaycanda, əsasən Sabirabadda, Saatlıda, Abşeronda və
digər bölgələrdə becərilir.
Qarpız təzə halda yeyilir. Tərkibində su çox olduğundan
susuzluğu yaxşı söndürür. Qarpızın xırdameyvəli sortları duza
qoyulur, qalınqabıq qarpızlardan mürəbbə və sukat (quru
mürəbbə) hazırlanır. Qarpız şirəsini bişirib buxarlandırmaqla
tərkibində quru maddəyə görə 89% şəkər olan qarpız «balı»
bişirilir.
Qarpızdan duzlama üçün, qarpız balı və qarpız şərabı,
habelə sukat istehsalı üçün istifadə edilir. Qarpızın tərkibində
orta hesabla 88-92% su, 5,5-10,5% şəkər, 0,8% azotlu mad-
dələr, 0,2% turşu, 0,4% mineral maddələr, 0,6% yağ və 0,4%
sellüloza, vitaminlərdən 8 mq% C, B
1
, B
2
və A vitaminləri
vardır. Qarpız toxumunda 30% yağ vardır. Şəkərlərdən ən çox
rast gəlinəni fruktozadır ki, bu da onun şirinliyini artırır. Sukat
hazırlamaq üçün qalınqabıqlı qarpızlardan istifadə edilir.
Sortları bir-birindən formasına, iri-xırdalığına (ölçüsünə),
üzərinin vəziyyətinə, qabığının qalınlığına, ətliyin zərifliyinə
görə fərqlənir. Iriliyinə və xırdalığına (ölçüsünə) görə iri, orta
və kiçik ölçülərə ayrılır. Xırdaların diametri 15-20 sm, orta iri-
lərdə 20-25 sm və irilərdə isə 25 sm-dən çox olur. Ətli hissə-
sinin vəziyyətinə görə zərif, ağızda əriyən, xırda dənəli, boş,
lifli, sıx ətli, kobud dənəli, şirəli və ya quru olur. Yetişməsindən
asılı olaraq aşxana sortları tezyetişən, orta və gecyetişən olur.
Təyinatına görə 3 qrupa ayrılır: aşxana, yem üçün və sukat
hazırlamaq üçün.
Geniş yayılmış tezyetişən qarpız sortlarından Oqonyok,
Don-39, Qalib-395, Ağ çəyirdəkli, Pyatiqorsk xutorunun
sevimlisi, Duman və s.-ni göstərmək olar.
309
Medovka sortu xırda şarşəkillidir. Ölkəmizin əksər
rayonlarında becərilir. Orta yetişənlərdən Ajinov, Boqaev mu-
raşkası, Bıkov-22, Melitopol-60, 142, Özbək; gecyetişənlərdən
Zolaqlı Həştərxan, Melitopol-143, Volqa-7, Biryuçekut-775
çox yayılmışdır. Bunlardan başqa, gecyetişənlərə Xant-kara
(Özbəkistanda çox yayılmışdır) və Çit sortları daxil edilir.
Qabığının qalınlığına görə nazik, orta qalın və qalın olur.
Ümumiyyətlə, qabığının qalınlığı 0,4-2,5 sm-ə qədər olur.
Qalınqabıqlı qapız daşınma və saxlanma üçün daha əlverişlidir.
Melitopol sortu iri şarşəkilli, ətli hissəsi çəhrayı-qır-
mızıdır. Üzəri cizgisizdir. Bunlar sortlaşdırılarkən yetişmə əla-
məti, irili-xırdalığı nəzərə alınır.
Azərbaycanda Melitopol-142, Biryuçekut-775, Sabir-
abad-53-88, Pyatiqorsk xutorunun sevimlisi və s. qarpız sortları
yetişdirilir.
Keyfiyyətcə standarta müvafiq qarpızlar təzə, təmiz,
bütöv və sağlam, öz təsərrüfat-botaniki sortuna xas olan rəngdə
olmalı, eybəcər və xəstə olmamalıdır. 10% başqa sorta aid qar-
pızların olmasına icazə verilir. Ən iri ölçülü qarpızın diametri
15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az
olmamalıdır. Qarpızların içərisində 8%-ə qədər yüngül zədə-
lənmiş, azacıq batıq və əyri formalı, sürtük, o cümlədən 3% kal
və yaxud yetişib ötmüş qarpızlar ola bilər. Əzik, çatlamış və
xəstəliklə zədələnmiş qarpızlar olmamalıdır.
Qarpızın müalicə vi xassə lə ri. Xalq təbabətində təzə
qarpız və onun şirəsindən susuzluğu söndürmək üçün qızdır-
malı xəstələrə verilir. Bu məqsədlə qarpız tumundan 1:10
nisbətində hazırlanmış qarpız «südü»-ndən də istifadə edilir.
Qarpız tumları döyülür (xırdalanır və ya üyüdülür) və soyuq
suda ciddi qarışdırılıb süzülür. Bunun dadını yaxşılaşdırmaq
üçün şəkər və ya meyvə şərbəti əlavə edilir.
Qarpız yaxşı sidikqovucu vasitədir. Onu ürək-damar
sistemi və böyrək xəstəlikləri ilə əlaqəli şişlərdə məsləhət
görürlər. Təzə qarpız qabığından hazırlanmış həlimdən də
310
sidikqovucu kimi istifadə olunur. Qaraciyərin xəstəliklərində
qarpız şirəsi təkcə orqanizmdən artıq suyun çıxarılmasını deyil,
həm də qaraciyər toxumalarını asan həzm olunan şəkərlərlə
təmin edir. Təzə qarpız olmadıqda xalq təbabətində sidikqo-
vucu vasitə kimi qurudulmuş qarpız qabığından alınan həlim-
dən istifadə olunur. Həlim 1:10 nisbətində hazırlanır. Qarpız
qabığından həm də uşaqlarda rast gəlinən yoğun bağırsağın
iltihabında (kolitdə) istifadə olunur.
Qarpızın tərkibindəki sellüloza faydalı mikroorqanizm-
lərin fəaliyyətini yaxşılaşdırır, qida həzminə kömək edir və
orqanizmdən xolesterini çıxarır. Qarpızdakı C vitamini və fol
turşusu (B
9
vitamini) skleroza qarşı təsir göstərir. Qarpızdan
qanazlığında, öd kisəsində və sidik yollarındakı daşın
tökülməsində də istifadə olunur.
Dostları ilə paylaş: |